hottentotlar
hovçəkmə 2021
OBASTAN VİKİ
Elizabet Ceyn Hovard
Elizabet Ceyn Hovard (ing. Elizabeth Jane Howard; d. 26 mart 1923, London, İngiltərə – ö. 2 yanvar 2014, İngiltərə) — İngiltərə novella yazıçısı == Həyatı == Elizabet Ceyn Hovard 26 mart 1923-cü ildə London şəhərində anadan olub. Elizabet Ceyn Hovard 2 yanvar 2014-cü ildə Böyük Britaniyada – İngiltərənin şərqində yerləşən Saffolk qraflığında öz evində 90 yaşında vəfat edib. == Mükafatları == 2002-ci ildə Böyük Britaniya mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə "Britaniya imperiyasının ordeni" verilib. == Yaradıcılığı == Oxucular arasında daha çox "Kazalet ailəsinin xronikası" seriya romanlarına görə populyar olan Hovardın əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunaraq milyonlarla tirajlarla nəşr edilib.
Forstera hoveyası
Forstera hoveyası (lat. Howea forsteriana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin hoveya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatır. Palmanın gövdəsi dairə formasında yarpaq yarıqları ilə örtülmüşdür. Bünövrəsində gövdəsi enlidir. Yarpaqları lələkvari, qövsvari əyilmişdir. Gövdə ətrafında düzülən yarpaq yarıqları gövdənin düz olmasını göstərir. Alt tərəfdən xırda nöqtələrlə örtülmüş, lələkvari, tünd-yaşıl yarpaqları uzun seqmentli olub, uzunluğu 25-60 sm-dir, horizantal yerləşir, bir az sallaqdır. Bircinsli çiçəkləri çiçək qruplarında üç ədəd (iki erkək və bir dişi) yığılmışdır.
Gravity (Hoviq Demirciyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.
Hovanes Kacaznuni
Hovannes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի; 14 fevral 1868, Axalsıx, Rusiya imperiyası – 15 yanvar 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən. == Həyatı == 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi.
Hovannes
Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi. 838-ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir. Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır. Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrnerseh qayıtmış və hakimiyyəti ələ almışdır. Bəzi mənbələrdə Səhl ibn Sunbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir.
Hovannes Adamyan
Hovannes Adamyan (erm. Հովհաննես Ադամյան; 5 (17) fevral 1879, Bakı, Bakı quberniyası, Rusiya imperiyası[…] – 12 sentyabr 1932[…], Leninqrad[…]) — erməni əsilli sovet mühəndisi və ixtiraçısı. Yazıçı kimi də fəaliyyət göstərmiş Adamyan, ümumilikdə 20-dən çox müxtəlif ixtiranın sahibi kimi tanınmaqdadır. Dünyada ilk eksperimental rəngli televiziya Hovannes Adamyanın üçrəngli prinsipi əsasında 1928-ci ildə Londonda nümayiş olunmuşdur. İxtiraçı rəngli televziyanın yaradıcılarından biri hesab olunur. == Həyatı == Hovannes Adamyan 1879-cu ilin 5 fevral tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində, varlı erməni ailəsində anadan olmuşdur. Adamyanlar ailəsi Bakı və ətraf ərazilərdə bəzi neft sahələrinə sahib idilər və eyni zamanda da İran üzərindən ipək malların gətirilməsi və satılması ticarəti ilə məşğul olurdular. Hoavannes 1897-ci ildə Bakı şəhərində məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ailəsi tərəfindən İsveçrəyə göndərilmişdir. Sürix və Berlin şəhərlərində yerləşən universitetlərdə müxtəlif vaxtlarda təhsil almışdır. Təhsilini bitirdikdən sonra televiziyaların təkminləşdirilməsi ilə məşğul olmağa başlayan ixtiraçı, özünə qədərki alimlər Le Blank və Nipkovun rəngli televiziya ilə bağlı olan nəzəri işlərini inkişaf etdirmiş və rəngli televiziya sisteminin yaradılması üçün əməli fəaliyyət göstərmişdir.
Hovannes Baqramyan
İvan (Hovannes) Baqramyan (erm. Հովհաննես Քրիստափորի Բաղրամյան; 20 noyabr (2 dekabr) 1897 və ya 2 dekabr 1897, Çardaxlı, Yelizavetpol qəzası – 21 sentyabr 1982[…], Moskva, RSFSR, SSRİ) — Sovet İttifaqı marşalı. == Həyatı == Hovannes Baqramyan 2 dekabr 1897-ci ildə anadan olub. == Xatirəsi == Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxıb. O, Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nın bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinmişdir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçmiş və orada onun büstü qoyulmuşdur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəmişdir.
Hovannes Tumanyan
Hovannes Tumanyan (erm. Հովհաննես Թումանյան; 7 (19) fevral 1869[…], Dsex, Tiflis quberniyası[…] – 23 mart 1923[…], Moskva[…]) — erməni yazıçısı və şairi.
Hovard Ayken
Hovard Ayken (8 mart 1900, Hoboken, Nyu-Cersi – 14 mart 1973[…], Sent-Luis, Missuri) — ABŞ mühəndisi. == Həyatı == Hovard Ayken İndianapolisdə, İndiana ştatında böyüyüb (o, 1900-cü il 8 martda anadan olub). 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalmışdı, gündüzlər isə Arsenal texniki məktəbinə gedirdi. Məktəb rəhbərliyi gəncin bacarıqları ilə maraqlandı və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaratdılar. Sonra o, Viskonsin ştatı universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsini, gecə işi üçün isə qaz şirkətinin baş mühəndis vəzifəsini əldə edir. 10 il energetika mühəndisi işlədikdən sonra o, 1935-ci ildə Çikaqo universitetinə daxil olur, sonra isə Harvard Universitetinin fizika üzrə aspirantı olur, 1939-cu ildə Aykenin Harvord universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur, adekvat olaraq tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların rəqəmsal həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir. 1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi (o, bunu öz vəsaiti ilə çıxartmışdı) meydan gəldi. O, burda maşını kommutasiya lövhəsi şəklində izah edirdi, harda ki hesablayıcı maşının müxtəlif qovşaqları montaj olunub, belə ki kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub. Harvord o dövrdə "əsl" araşdırmalar mərkəzi idi, ona görə də Ayken özünə dəstək tapa bilmədi, əksinə rəqabət var idi.
Hovard Baskervil
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır. == Həyatı == Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib. == Cənubi Azərbaycandakı fəaliyyəti == 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir.
Hovard Conson
Hovard Conson (ing. Howard Louis Johnson; 7 avqust 1941, Montqomeri – 11 yanvar 2021, Nyu-York, Nyu-York ştatı ) — post-caz musiqiçi-multi-instrumentalist, bəstəkar, cazmen, saksafonçu. Əsasən tuba və bariton saksofon ifaçısı kimi tanınır, eyni zamanda bəzən bas klarnet, fluqelhornçu, kornet və bas saksafonu alətlərində ifa etmişdir. Çikaqo Simfonik Orkestrinin tubisti. == Həyatı == Consonun öz qrupu olan Gravity, tuba ansamblıdır. Başlanğıcda bu qeyri-adi qrupun populyarlığı aşağı idi və yalnız 1996-cı ildə səs nəhəngi Verve Records tərəfindən fərq edildi və ilk rekorda imza atma imkanı təmin edildi. Qrupun Monterey Caz Festivalındakı uğuru diqqətəlayiq idi. Hovard Conson, Crawford (1983-1984), Jack DeJohnette, Jimmy Heath, Bob Moses, George Gruntz-ın Caz Bandının Konsertinin yubiley konsertləri və Gil Evans Orkestrası ilə birlikdə fəaliyyəti olmuşdur.
Hovard Endrü Uilyams
Hovard Endrü "Endi" Vilyams (ing. Howard Andrew "Andy" Williams; 3 dekabr 1927[…], Voll-Leyk[d], Ayova – 25 sentyabr 2012[…], Brenson[d], Missuri) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl və 3 Platin albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi. Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır. == Erkən həyat == Williams, Iowa ştatının Wall Lake şəhərində , sığorta və poçtda işləyən Florensiya (doğma Finley) və Jay Emerson Williamsda anadan olmuşdur.
Hovard Fillips Lavkraft
Hovard Filips Lavkraft (ing. Howard Phillips Lovecraft, 20 avqust 1890[…], Providens[d] – 15 mart 1937[…], Providens[d]) — ABŞ yazıçısı, şairi və jurnalistjurnalisti. Mistika, dəhşət və fentezi janrlarında yazaraq, onları orijinal stilə uyğunlaşdırmışdir. Ktulhu miflərinin banisidir. Robert Hovardla bərabər fentezi janrının əsasını qoyanlardan biri sayılır. Lavkraftın sağlığında onun yaradıcılığı böyük populyarlıqla istifadə olunmurdu, amma vəfatından sonra onlar bizim çağdaşımız olan kütləvi mədəniyyətin formalaşmasına güclü təsir göstərdi. Onun yaradıcılığı o qədər unikaldır ki, Lavkraft əsərləri xüsusi "lavkraft dəhşətləri" adlanan podjanra ayrılırlar. == Həyatı == Lavkraft Providensdə doğulub (ABŞ, Rod-Aylend ştatı). O ticarət agenti Uilfid Skott Lavkraft və Sara Syüzan Filips Lavkraftların ailəsində yegənə uşaq idi. Məlumdur ki, onun əcdadları Massaçusets körfəzi koloniyası vaxtından Amerikada yaşayırdılar (1630).
Hovard Hyuz
Hovard Hyuz (24 dekabr 1905[…], Hyuston, Texas, ABŞ – 5 aprel 1976[…], Hyuston, Texas, ABŞ) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və 1960-ci illərdə dünyanın ən varlı insanlarından biri idi. Hovard Robard Hyuz (böyük) oğlu olan Hyuz on doqquz yaşında neft qazma maşınları istehsal edən bir fabrikin rəhbəri olmuşdur. Bir neçə il ərzində əhəmiyyətli qazanclar əldə edərək 1930-cu ildə kinoya, 1931-ci ildə isə içki sənayesinə daxil olmuşdur. Daha sonra aviasiyaya üz tutmuşdur. 1938-ci ildə o, öz ideyasına müvafiq olaraq hazırlanmış olan təyyarə ilə dünyanı rekord qıracaq müddətdə (3 gün, 19 saat) dövr etmişdir. TWA Aviasiya Şirkətinin səhmlərinin dörddə üçünü almaqla bu sahədə söz sahibi olmuşdur. İkinci Dünya Müharibəsi illərində toplar və hərbi təyyarələr hazırlamışdır. O, öz zamanında dünyanın ən böyük təyyarəsi olan Hughes H-4 Herculesi düzəltmiş və bir dəfə də olsa uçurmuşdur. Təyyarə İkinci Dünya Müharibəsində alüminiuma qoyulan məhdudiyyətlərə görə, əsasən ağacdan istifadə edilərək hazırlanmışdır. Təyyarənin qanadlarının uzunluğu 97,54 metrdir və 8 mühərrikli konstruksiyası onun möhtəşəmliyinin empirik göstəricisidir.
Hovard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Makqi
Hovard Makqi (6 mart 1918, Talsa – 17 iyul 1987, Nyu-York, Nyu-York ştatı) — Dizzy Gillespie, Fats Navarro və Idrees Sulieman ilə birlikdə ilk Amerika bebop caz trubaçılarından biri. Bir neçə dəfə piano və trombon çalan multi-instrumentalist kimi o, yüksək notları və sürətli barmaqları ilə tanınırdı.O, Fats Navarro kimi gənc bebop truba ifaçısına təsir etmişdi. == Həyatı == Hovard Makqi ABŞ-nin Oklahoma ştatının Tulsa şəhərində anadan olub və Miçiqan ştatının Detroit şəhərində böyüyüb. O, karyerası ərzində Lionel Hampton, Endi Kirk, Count Basie və Charlie Barnetin rəhbərlik etdiyi qruplarda çıxış edib.O, Charlie Parkeri ilk dəfə eşidəndə radio dinləyən klubda idi və Kid Ory kimi yaşlı musiqiçilər tərəfindən bəyənilməyən yeni üslubu ilk tətbiq edənlərdən biri olmuşdu.
Hovard Paskervil
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır. == Həyatı == Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib. == Cənubi Azərbaycandakı fəaliyyəti == 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir.
Hovard Robard Hyuz
Howard Robard Hughes, Sr. (9 sentyabr 1869, Missuri – 14 yanvar 1924, Hyuston, Texas) biznesmendir. Hughes Tool Company şirkətinin yaradıcısıdır. Milyonçudur. Məşhur biznesmen Howard Hughesin atasıdır.
Hovard Uebb
Hovard Uebb (ing. Howard Melton Webb) — ingilis futbol hakimi. == Həyatı == Şeffilddə polis idarələrinin birində çalışmış Uebb şəhərin küçələrindəki asayişin qorunması ilə məşğul olub. O, ötən ilin yayında Avropa çempionatının (AÇ) final mərhələsinin oyunlarının startına az qalmış polisdən tərxis olunub. Bu, bütün diqqətini hakimliyə yönəltməklə bağlı olub. Ancaq belə razılıq əldə olunub ki, Hovard beş ildən sonra polisə qayıda bilər. Hakimliyə 1989-cu ildə, 18 yaşında başlayan ingilis həmin vaxt doğma şəhəri Roterhemdə yarışlarda idarəçiliyə başlayıb. Hakimliyin sirlərini vaxtilə bu sahədə çalışan atasından öyrənən Hovard 2000-ci ildə Milli Liqanın futbol hakimləri siyahısına daxil edilib. Bundan üç il sonra isə artıq Premyer Liqada idarəçilik etmək hüququ əldə edir. Beynəlxalq arenaya 2005-ci ildə FİFA referisi dərəcəsi alandan sonra çıxan Hovard noyabrın 15-də Şimali İrlandiya və Polşa yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (1:1) debüt edib.
Hovard Zinn
Hovard Zinn (24 avqust 1922[…], Bruklin, Nyu-York ştatı – 27 yanvar 2010[…], Santa-Monika, Kaliforniya, ABŞ) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir. == Həyatı və karyerası == === Erkən həyatı === Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həm də Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Hovari
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Hovarsin (Urmiya)
Hovarsin (fars. هورسين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.147 nəfər yaşayır (178 ailə).
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Hoveri
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə