iqtisadi
iqtisadi-siyasi
OBASTAN VİKİ
Naxçıvan iqtisadi-coğrafi rayonu
Naxçıvan iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri == Coğrafi mövqeyi və ərazisi == Naxçıvan Muxtar Respublikası (MR) Azərbaycanın cənub-qərbində yerləşir və ölkənin əsas ərazisindən təcrid olunmuşdur. MR İran İR, Türkiyə və Ermənistanın əhatəsində yerləşir. O, şimalda və şərqdə Ermənistan Respublikası ilə 246 km, cənub-qərbdə Türkiyə ilə 15 km, cənubda İran İR ilə 204 km məsafədə həmsərhəddir. Naxçıvan MR Naxçıvan şəhərini, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbaz, Şərur inzibati rayonlarını əhatə edir. Sahəsi 5562 km2 , əhalisinin sayı 427,2 min nəfərdir (01.01.2013). MR Azərbaycan Respublikasının ərazisinin 6,4%-ni tutur, ölkə əhalisinin 4,5%-i də burada yaşayır. Əhalinin orta sıxlığı 77 nəfər/km2 -dir. Naxçıvan şəhəri 1136–1225-ci illərdə mövcud olmuş Atabəylər dövlətinin bir müddət paytaxtı olmuş və yüksək inkişaf səviyyəsinə çatmışdır. 1735–1747-ci illərdə Naxçıvan Nadir şahın qurduğu İran dövlətinin tərkibinə daxil idi. 1747-ci ildə onun ölümündən sonra burada hakim olan kəngərli tayfa başçısı Heydərqulu xan Zəngəzur dağlarından Araz çayına qədər ərazilərdə Naxçıvan xanlığı yaratmışdır.
Abşeron iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Abşeron-Xızı iqtisadi rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2 . Əhalisi 563,1 min . Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır. == Təbiəti == Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Aran iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. Cənubdan İranla, həmçinin Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Abşeron və Lənkəran iqtisadi rayonları ilə həmsərhəddir. Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarından və Mingəçevir, Şirvan və Yevlax şəhərlərindən ibarətdir. İqtisadi rayon əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli İCM-ə malikdir. Ovalığın ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşir, səthi hamardır. Dəniz və çay çöküntüləri düzənliyin çox hissəsini örtür. İqtisadi rayonun ətrafında olan dağlara yaxın sahələrinin səthi meyllidir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. İqtisadi rayonun sahəsi 21,43 min km2 olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisi 708,3 min nəfərdir.
Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Lənkəran-Astara iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları daxildir. == Coğrafiya == İqtisadi rayonun tərkibinə 6 inzibati rayon, o cümlədən 8 şəhər, 13 qəsəbə, 642 kənd və 182 bələdiyyə daxildir. Lənkəran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Lənkərandır. İqtisadi rayon Azərbaycanın cənubunda, İran və Türkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran ilə həmsərhəddir. Sahəsi 6,14 min km² –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür.
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir. Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir.
Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Yuxarı Qarabağ iqtisadi rayonu — Azərbaycan Respublikasının 10 iqtisadi rayonundan biri. == Ümumi məlumat == Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndi şəhərini əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Xankəndidir. == İqtisadi rayonun Ermənistan tərəfindən işğal olunmuş rayon və şəhərləri == Xankəndi İşğal olunmuşdur: 1991-ci il, 26 dekabr Ərazisi-926 km²,Əhalinin sayı-57000 Şəhid olmuşdur 790. Əlil və şikəst olmuşdur 1010*Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: Sənaye,tikinti obyektləri 61 Mədəni — məişət obyekti 694 Rayon,qəsəbə və kənd 140 Tarixi abidə 103 Dövlət incəsənət teatrı və şəhər mədəniyyət evi Bir çox rayon və kəndlərində soyqırımlar olmuşdur.2-ci Qarabağ savaşının ilk soyqırımı Xankəndidə olmuşdur. Şəhərin qərb hissəsi tamamilə yandırılmışdır.Ağdam İşğal olunmuşdur: 1993-cü il 23 iyul Azad olunmuşdur 2020-ci il 20 noyabr Ərazisi 1154 km² Əhalinin sayı 158 000 Şəhid olmuşdur 6000dən çox. Əlil olmuşdur 587*Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: Sənaye və tikinti obyekti 48 Mədəni – məişət obyekti 598 Qəsəbə və kənd 122 Tarixi abidə 27 Dövlət dram teatrıXocavənd İşğal olunmuşdur: 1992-cü il 2 oktyabr Ərazisi 1458 km² Əhalisinin sayı 9011 Şəhid olmuşdur: 145; Əlil olmuşdur 48Erməni işğalçıları tərəfindən dağıdılmış və yandılmış: Mədəni – məişət obyekti 75 Qəsəbə və kənd 19 Tarixi abidə 15Xocalı İşğal olunmuşdur: 1992-cü il 26 fevral Ərazisi 970 km² Əhalinin sayı 11567 Şəhid olmuşdur 613. Əlil olmuşdur 657Erməni işğalçıları tərəfindən dağıdılmış,Yandırılmış və talan olunmuşdur: Sənaye və tikinti obyekti 29 Mədəni — məişət obyekti 80 Xocalı faciəsi Azərbaycan xalqının öz torpaqları uğrunda ermıni işğalçılarına qarşı mübarizısində bir sox faciələr olmuşdur (1905, 1918–20 və 1988–1993-ci illərdə). Bunlardan ən qanlılarından biri də — Xocalıdır.Şuşa İşğal olunmuşdur 1992-ci il 8 mayAzad olunmuşdur 2020-ci il 8 noyabr Ərazisi 289 km² Əhalinin sayı 24*900 Şəhid olmuşdur 193 Əlil olmuşdur 102Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: Sənaye və tikinti obyekti 27 Mədəni – məişət obyekti 103 Şəhər, qəsəbə və kənd 31 Tarixi abidə və muzeylər 249 Tarixi abidə 17Cəbrayıl İşğal olunmuşdur 1993-cü il 23 avqustAzad olunmuşdur 2020-ci il 4 oktyabr Ərazisi 1050 km² Əhalinin sayı 52 049 Şəhid olmuşdur 347. Əlil olmuşdur 172Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: Mədəni – məişət obyekti 197 Qəsəbə və kənd 90Füzuli İşğal olunmuşdur 1993-cü il 23 avqustAzad olunmuşdur 2020-ci il 17 oktyabr Ərazisi 1112 km² Əhalinin sayı 95940 Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: Mədəni – məişət obyekti 145 Qəsəbə və kənd 54 Tarixi abidə 15Qeyd:1988-ci ildə azərbaycanlılar Dağlıq Qarabağın 30, ətrafdakı rayonların isə 99 faizini təşkil edib.
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır. == Faydalı qazıntıları == Rayon ərazisi faydalı qazıntılarla zəngindir.
Coğrafi element
Coğrafi element — bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında coğrafi elementdən geniş istifadə olunur.
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi irq
COĞRAFİ İRQ – bir növün populyasiyasının ümumi arelın bir hissəsində məskunlaşaraq birbirindən taksonomik cəhətdən fərqlənməsi. Populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir.Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Coğrafi komponentlər
Coğrafi komponentlər və ya landşaft komponentləri — landşaftların və bütövlükdə coğrafi təbəqənin əsas hissələri: yerin təki, relyef, hava kütləsi, torpaq, səth və yeraltı sular, bitki örtüyü və heyvanlar aləmi, daha doğrusu təbii və ya insan tərəfindən dəyişdirilmiş şəkildə iştirak edən maddi kütlə. Xüsusi halda coğrafi komponentlər məcmusu olub mədəni landşaftın komponentlərini (antropogen, sosiogen) əmələ gətirir.
Coğrafi koordinatlar
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi koordinatları
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. == Böyük coğrafi kəşflərə hazırlıq dövrü == Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Coğrafi landşaft
Coğrafi landşaft- fiziki-coğrafi bölgünün (rayonlaşmanın) əsas vahidi. Yerin coğrafi təbəqəsinin inkişafında təbii sürətdə əmələ gələn və öz coğrafi quruluşuna görə digər sahələrdən fərqlənən nisbətən yekrəng sahə-ərazidir. Coğrafi landşaft dedikdə təbii-coğrafi kompleks, daha doğrusu fiziki-coğrafi rayon nəzərdə tutulur. Mənşəyinə görə vahid ərazi olub,eyni tip relyefi, geoloji quruluşu, iqlimi, yeraltı və səth sularının, torpağın qanunauyğun birliyi, bitki və heyvanat aləminin eyniliyi ilə səciyyələnir. Hər bir C.1.onun daxilində qarşılıqlı əlaqəli birlik yaradan sadə fiziki-coğrafi vahidlərdən /fasiya, təbii mərz, məhəll/təşkil olunur. Digər tərəfdən mürəkkəb strukturuna görə oxşar C.1.
Coğrafi mövqe
Yer səthində hər hansı bir məntəqənin və ya ərazinin bu məntəqədən və ərazidən kənarda yerləşən ərazi və ya obyektə nisbətən tutduğu mövqedir. Coğrafi mövqe hər şeydən əvvəl məntəqənin və ərazinin coğrafi enliyi və uzunluğu ilə müəyyən edilir ki, buna riyazi coğrafi mövqe deyilir. Coğrafi mövqe fiziki-coğrafi obyektlərə (materiklərə, dağlara, okeanlara, dənizlərə, çaylara, göllərə və s.yə) görə tutduğu mövqeyinə nisbətən götürülür. İqtisadi və siyasi coğrafiyada Coğrafi mövqe dedikdə ölkənin, rayonun, yaşayış məntəqəsinin və ya digər bir obyektin başqa iqtisadi-coğrafi ( o cümlədən nəqliyyat yollarında, təsərrüfat mərkəzlərinə və s.-yə) və fiziki-coğrafi obyektlərə, habelə bir ölkənin o biri ölkəyə və ya başqa ölkələrə görə tutduğu mövqe nəzərə alınır.
Coğrafi mühit
insan cəmiyyətinin əhatə edən , cəmiyyətin həyatı və istehsal fəaliyyəti ilə bilavasitə bağlı olan bir hissəsi.Coğrafi mühit anlayışına bizi əhatə edən hər şey- relyef iqlim, yeraltı və yerüstü sular, torpaq, bitki və heyvan aləmi, qazıntı srəvətləri, nəhayət insanın fəaliyyəti ilə yaradılmış süni obyektlər və ya texnogen mühit daxildir
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur.Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası Dəyişkən rütubətli meşələr (o cümlədən musson) == Yer səthinin enlik zonallığı bölgüsü == C.Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C.Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C.Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.
Coğrafi qütblər
Coğrafi qütblər – Yer oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrdir. Şimal və Cənub coğrafi qütbləri mövcuddur. Bütün coğrafi meridianlar coğrafi qütbdə birləşir. Şimal coğrafi qütbü Şimal buzlu okeanı sahəsində yerləşir və onu ilk dəfə 1909-cu ildə R.Piri fəth etmişdir. Cənub coğrafi qütbü Antarktida materikindədir və ona birinci olaraq 1911-ci ildə R.A.Amundsen çatmışdır.
втора́чивание ка́ркать опуска́ть о́сил падеж переконфу́зить разря́дница си́лос ста́вка мгнове́нный перебинто́вывать карша Adzharia arenation book-oath climb indicator dictionary hesitantly label mould luminodiode Nilot sis-boom-bah stoma рукоплескать целое