İçərişəhər DTMQİ

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiİçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən qurumdur.[1] Hazırda ərazisi 22 hektar təşkil edən İçərişəhərdə  təqribən 1300 ailə yaşayır. Burada yüzlərlə tarixi abidə yerləşir, onlardan 4-ü dünya, 28-i ölkə əhəmiyyətlidir. İçərişəhərdə bir neçə muzey, 20-yə yaxın hotel, yüzlərlə iaşə və ticarət obyektləri də fəaliyyət göstərir.[2] 2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncama əsasən yaradılmışdır.[3][4]

"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
("İçərişəhər" DTMQ İdarəsi)
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 10 fevral 2005
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Ünvan Bakı, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 13.
Rəhbərlik
İdarə Heyətinin sədri Şahin Kamil oğlu Seyidzadə

Rəsmi saytı icherisheher.gov.az/az/c…
Xəritədə İçərişəhərdəki ictimai-iaşə obyektləri göstərilib:
muzeylər: 1 — 6;
səfirliklər: 7 — 10;
otellər: 11 — 25;
restoranlar: 26 — 31

"İçərişəhər"[5] kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır.[6] Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir.[7] XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır.[8] 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalasıŞirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.[9] Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1952–1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilmiş,[6],1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısınndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalamışdır[10]. Sərəncamdan sonra burada tikinti işləri dayandırılmış və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır. 10 fevral 2005-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam vermişdir.[11] Sərəncama əsasən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır. İdarənin əsas məqsədi İçərişəhər ərazisində maddi-mədəniyyət abidələrinin qorunması, tədqiqi, bərpası istiqamətində dövlət siyasətini həyata keçirmək, qoruğun sosial-iqtisadi inkişafını təmin etmək, onu müasir tələblərə cavab verən beynəlxalq turizm mərkəzinə çevirməkdir. Bu məqsədlərə çatmaq istiqamətində və İçərişəhərdə cəmləşən tarixi abidələrin və bütün memarlıq-şəhərsalma kompleksinin gələcək nəsillərə qoruyub, çatdırmaq üçün idarəyə qoruğun ərazisində mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətləri verilmişdir.

16 may 2007-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi.[12]

17 dekabr 2009-cu ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" prezident sərəncamına əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.[13]

24 noyabr 2016-cı ildə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.[14]

7 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxs olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti təmin edilib.[15]

İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçəri Şəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.[16]

İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün işlər nəzarət altına alınmış — ilk növbədə abidə və tarixi binaların inventarizasiyası, pasportlaşdırılması aparılmış, ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm işlər görülmüşdü və ən əsası – İçərişəhərin Baş Planının hazırlanması prosesinə start verilmişdir.

2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafını beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsi məqsədi ilə İçərişəhərin "Baş Plan"ı hazırlandı. 2009-cu ildə "Baş Plan" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndi.[17] Baş-planın əsas məqsədi İçərişəhərin memarlıq irsinin sistemli konservasiyası və beynəlxalq prinsiplərə cavab verən gələcək planlı inkişafının təmin edilməsidir. Plana uyğun olaraq İçərişəhərdə hər tikilinin tarixini tədqiq etmək; onların funksional istifadə edilməsinin analizini, vəziyyətini öyrənmək; tarixi - memarlıq dəyərini müəyyən etmək; habelə qeyd olunan tikililərin bərpa işlərinin məqsədəuyğunluğunu təyin etmək nəzərdə tutulur. Aparılan tədqiqatların nəticəsində gələcək addımlar müəyyənləşdirilmişdir. Eyni zamanda Bakı qalasının kommunal və kommunikasiya infrastrukturunun vəziyyəti təhlil edilmişdir. Baş Plan İçərişəhərdə şəhərsalma konsepsiyasının müəyyən edilməsində ən vacib sənəddir. Bu sənədi köhnə şəhərin konservasiyası və inkişafına dair əsas plan adlandırmaq olar. Bu çox mürəkkəb, cətin bir iş idi və bir neçə il ərzində Azərbaycan mütəxəssisləri cəlb olunmaqla beynəlxalq ekspertlər qrupu tərəfindən ərsəyə gətirilmişdir.

İçərişəhərin 2003-cü ildə daxil edildiyi “Məhv olma təhlükəsində olan Dünya mədəni irs obyektlərinin siyahısı”ndan çıxarılması haqqında qərar YUNESKO-nun Dünya Mədəni İrs Komitəsinin İspaniyanın Sevilya şəhərində 25 iyun 2009-cu ildə keçirilən növbəti illik sessiyasında qəbul edilmişdir. İştirakçılar görülən işlər haqqında məlumatlandırılmış və belə qənaətə gəlmişlər ki, İçərişəhərin qorunmasına heç bir təhlükə yoxdur.[18]

İçərişəhərin mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlər görülür. 2011-ci ilin fevral ayında Asəf Zeynallı küçəsindəki 20 saylı bina təmir edilmiş, onun bünövrələri bərkidilmiş, yeni texnologiyaların köməyi ilə binanın fasadına tarixi görünüşü bərpa edilmişdir. Bina 1890-cı ildə inşa edilmişdi. Bərpa işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin " Bakı şəhərinin mərkəzinin konservasiyasına dair müfəssəl plan"a əsasən yerinə yetirilmişdir.[19]

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bütün sahələrdə yüksək səmərəliliyə malik yeniliyin tətbiqinə çalılşırlar. İdarədə Coğrafi İnformasiya Sistemi vasitəsilə "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ərazisinin, arxeoloji abidələr və arxeoloji qazıntı yerləri üzrə rəqəmli elektron xəritə tərtib olunub. Yaradılmış elektron xəritə və məlumat bankının köməyi ilə müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsi və tədqiq edilməsi mümkündür. İçərişəhərdə gedən bərpa-restavrasiya işləri ciddi elmi araşdırmalar aparılarkən, elmi əsaslara söykənərək həyata keçirilir.[20]

Bu gün qanunvericiliyə əsasən İçərişəhər" və "Qala" Qoruqlarında təmir, bərpa və yenidənqurma işləri yalnız "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparıla bilər. Qoruqların ərazisinin abadlaşdırılması, sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri məsələləri İdarənin diqqət mərkəzindədir. Mühəndis-kommunikasiya xətlərinin və yol örtüyünün əsaslı təmiri istiqamətində işlər isə mütəmadi olaraq aparılır.

Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın aparıcı bərpa şirkətləri ilə birlikdə həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Məhəmməd Məscidi, "Qız Qalası"[21][22][23]Şirvanşahlar Sarayı kompleksində[24] irimiqyaslı bərpa-konservasiya işləri aparılıb. Konservasiya işlərinə rəhbərliyi Avstriyanın məşhur bərpaçı-mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erix Pummer edib. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalar ilə həyata keçirilib.

İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Bunu gələcək nəsillərə ötürmək üçün hər il kütləvi tədbirlər keçirilir, o cümlədən "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı[25], Beynəlxalq İncəsənət Festivalı, Meydan Bazarı, "Beynəlxalq Novruz Bayramı Festivalı", "Eurovillage — Avropa şəhərciyi" Beynəlxalq Festivalı, "İçərişəhərdə incəsənətə həsr olunmuş həftəsonları" layihəsi, sərgilər və sair.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyəti çərçivəsində müxtəlif layihələr həyata keçirir:

  • Bərpa-Konservasiya işləri

Tarixi şəhər mühitinin qorunması məqsədi ilə Qoruq İdarəsinin Elmi-istehsalat Bərpa Emalatxanası abidələrin konservasiya və bərpası, regenerasiya işləri üzrə layihələrin hazırlanmasını təşkil edir, memarlıq abidələrinin deformasiya və dağılma səbəblərinin diaqnostikasını, tarix və memarlıq üslublarının elmi araşdırmalarını, abidələrin bərpası ilə bağlı təcrübələrin öyrənilməsini həyata keçirir. Bu istiqamətdə inkişafın davamlılığı təmin edilmiş, sökülmüş tikili və yaşayış evləri bərpa edilmişdir. Turizm infrastrukturu yaxşılaşdırılmış, aşağıda adları göstərilmiş abidələrdə isə konservasiya işləri aparılmışdır.

  • Xan karvansarası – XII əsr
  • Arxeoloji park – X-XIII əsr
  • Məhəmməd məscidi – XI əsr
  • Sıratağlı dini memarlıq kompleksi – antik dövr - XII əsr
  • Qız qalası – antik dövr - XII əsr
  • Şirvanşahlar Sarayı – XII - XV əsrlər
  • Cümə məscidi – IX-XIX əsrlər
  • Marionet Teatrı – XIX əsr
  • Bəylər məscidi – XIX əsr
  • Yeraltı hamam – XVII əsr
  • Qoşa Qala qapıları – XII əsr[26]
  • Bakı Xan Sarayı – XVIII əsr[27]

Ekskursiya marşrutunda xüsusi yeri olan, XII əsrdə tikilmiş şəhər divarlarının XIX əsrdə rekonstruksiya edilmiş Qoşa Qala qapıları möhkəmləndirilmişdir.

2016–2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin yerləşdiyi binada əsaslı bərpa və konservasiya işləri aparılmışdır.[28]

İdarə İçərişəhər ərazisində olan tarixi memarlıq və mədəni abidələrin bərpa prosesini həyata keçirir. Son illər ərzində onlarla tarixi əhəmiyyətli tikili bərpa edilmişdir. Bunların içərisində Qız Qalasında, Şirvanşahlar Sarayı Kompleksində, Qoşa Qala qapılarında, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən tikililərdə, Zəncirli bina, Yer altı hamam, Bakı xanları parkı, "Bakı xanlarının evi" kompleksi, parkda, Kiçik Karvansaray, Məktəb-məscid, Cümə məscidi, Bəylər məscidində bərpa-konservasiya işləri aparılmışdır.[29]

  • Mədəni-Kütləvi layihələr

2011-ci ildə qoruq ərazisindəki açıq səma altında olan arxeoloji qazıntı yerləri muzeyləşdirilmişdir. 2016-2017-ci illərin arxeoloji qazıntıları nəticəsində aşkar edilmiş XVII əsrin yeraltı hamamı konservasiya edilərək turist marşrutuna əlavə edilmiş, ziyarətçilərə göstərilən mədəni xidmət genişləndirilmişdir.[30]

İdarənin layihələri içərisində mədəni işlər xüsusi yer tutur. Bu növ layihələr müxtəlif təyinatlıdır. Bunlardan biri "İçərişəhər Urban Art" layihəsi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birbaşa dəstəyi ilə həyata keçirilmiş, Bakının tarixi mərkəzində təqribən 2 ay davam edən iş prosesi uğurla başa çatdırılmışdır. Respublika Foto müsabiqəsi "Bakı Foto" da maraqlı mədəni tədbirlərdən olmuşdur. İdarə şəhər həyatı ilə yanaşı Qarabağ probleminə aid də mədəni-kütləvi tədbirlərə imza atmışdır. Belə ki, "Xocalı — Gözlərdə donan tarix" adlı sərgi bu qəbildəndir. Sərgidə Xocalı faciəsinin 55 nəfər şahidinin həyat hekayəsi sənədləşdirilmiş, fotoları çəkilmişdir. Video və audio müsahibələr əsasında hazırlanmış "Xocalı — Gözlərdə donan tarix" adlı sərgi 23–26 fevral 2017-ci il tarixində İçərişəhərdə açıq səma altında Qoşa qala meydanında nümayiş olunmuşdur.[31]

2019-cu ildə İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qala qoruğunda Türkiyəli sufi yazıçısı Hakan Mengücün iştirakı ilə “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı sufi gecəsi, yenə həmin ilin sentyabrında İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı, bu festival çərçivəsində “İslam dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresi kimi layihələr təşkil olunub.[32]

  • Sosial layihələr

Qoruq İdarəsinin sosial layihələrindən biri açıq səma altında "kiçik kitabxana" təşkil etməsidir. Kitabxanada xüsusən İçərişəhərin poetik görkəminə uyğun lirik məzmunlu kitablar vardır. Tarixi məkanın abu-havası ilə bürünən bu kiçik parkda skamyalar, xoş mənzərə, sakit, səssiz mühit kitab oxumaq üçün ideal məkanı sizə təqdim edir. Kitab şkafları İçərişəhərin mərkəzi hissəsində, Arxeoloji parkda, Ə. Əzimzadənin büstündən bir neçə addım aralıda yerləşdirilib. Kitab şkaflarının ayrılmaz hissəsinə çevrildiyi Arxeoloji park isə İçərişəhərin görməli məkanlarından biridir.[33]

17 iyun 2017-ci il tarixində İçərişəhərdə "taktil" layihəsi təqdim olunub. Bu, gözdən əlil şəxslər üçün İçərişəhər maketidir. Ətraf mühiti barmaqlarının ucları ilə duyan, dərk edən insanlar artıq İçərişəhərin necə göründüyünü təsəvvür edə biləcək və onun ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı, məscidlər, karvansaralar və digər görməli yerləri, hətta qədim şəhərin dar küçələrinin görünüşünü hiss edəcəklər. Unikal maket-xəritə alman memar Eqbert Broerken tərəfindən tərtib olunmuşdur. 3D-prototipləşdirmə texnologiyasının köməyilə gözdən əlil insanlar üçün qabarıq səthdə Bakının qədim hissəsinin bütün yaşayış binaları və memarlıq abidələri əks olunub. Yazılarında gözdən əlil insanlar üçün yaradılmış Brayl şriftindən istifadə olunan maket Qız Qalasının yanında quraşdırılmışdır.[34]

02.02.2022-ci il tarixində “Qoru” Gənclər Təşəbbüs qrupu yaradılmışdır - “İçərişəhər” və “Qala” qoruqlarının ərazisində yaşayan gənclərlə işin gücləndirilməsi əsas prioritet istiqamətlərindən biridir. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və ictimai fəaliyyətin artırılması üçün “Qoru” Gənclər Təşəbbüs Qrupu yaradılmışdır. 3 fevral 2023-cü il tarixində Azərbaycan Gəncləri Günü münasibəti ilə “İçərişəhər” və “Qala” Qoruqlarının ərazisində yaşayan sakinlərin layihəsi olan “Qoru” Gənclər Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirilmişdir.[35]

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən il ərzində müxtəlif səpgili elmi-praktik konfranslar təşkil olunur.[36] Bunların arasında "20 Yanvar faciəsi və Azərbaycan gəncliyi", Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi münasibətilə "Şərqdə ilk Demokratik Respublika", "Azərbaycan paytaxtları", "31 mart azərbaycanlıların soyqırımı", "Şirvanşahlar sarayı: tarixi həqiqətlər, mülahizələr", Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə həsr edilmiş "İçərişəhər tarixdə — tarix İçərişəhərdə", "Sara Balabəy qızı Aşurbəylinin anadan olmasının 100 illiyi"nə həsr olunmuş, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, “Şöhrət” ordenli Məşədixanım Nemətin həyat və elmi yaradıcılığına həsr olunmuş, ICMAH-ın (Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsi) "Muzeylər, kolleksiyalar və sənaye irsi" adlı illik konfransı və digər elmi-praktik konfransları misal göstərmək olar.[36]

Arxeoloji qazıntılar

[redaktə | mənbəni redaktə et]
Qız qalası ətrafındakı "üç din" məbədi

İçərişəhər ərazisində mütəmadi olaraq arxeoliji qazıntılar da aparılır.[37] "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq turizm sektorunu da inkişaf etdirir. Qoruq İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq arxeoloji xilasetmə işləri də aparır. Qoşa Qala qapıları yaxınlığında aparılmış abadlıq və arxeoloji kəşfiyyat işləri zamanı isə son orta əsrlərə aid edilən Yeraltı hamamın qalıqları aşkar edilmişdir. Zaman keçdikcə qalınlaşan torpaq qatı artaraq onun üzərini tam olaraq örtmüşdür. 2016-cı ildə arxeoloji qazıntılar zamanı hamamın qalıqları aşkara çıxmışdır. Alimlərin fikrincə o dövrdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl edən gömrük hamamları fəaliyyət göstərmişdir. Çox güman ki, bu hamam da Bakı gömrüyünə xidmət edirmişdir. Hazırda abidədə bərpa və konservasiya işləri aparılır.[38] İdarə ərazində son illərdə aparılan arxeoloji qazıntı işlərinə Qız qalasının ətrafındakı məscid və ibadət yeri,[39] şimal qala divarlarının daxili hissəsində yerləşən və zamanında döyüşçülərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa qala qapılarınadək uzanan XII əsrə aid yeraltı yol,[40] Sıratağlı dini-memarlıq kompleksi,[41] provaslav kilsə və tikinti qalıqları,[42] su quyusu cə kəhriz sisteminin qalıqları,[43] Qız qalasının ətrafında olan "üç din məbədi"[44] göstərmək olar.

Bakı Marionet Teatrının binası.[45]

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müxtəlif profilli struktur idarəetməsinə malikdir:

İdarənin rəisləri

[redaktə | mənbəni redaktə et]
  • 03.03.2022 — Şahin Kamil oğlu Seyidzadə[49]
  • 12.05.2016–03.03.2022 — Əsgər Əyyub oğlu Ələkbərov[50]
  • 24.05.2013–12.04.2016 — Samir Rafiq oğlu Nuriyev[51]
  • 06.03.2009–16.04.2013 — Mikayıl Çingiz oğlu Cabbarov

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin geniş şaxəli beynəlxalq əlaqələri vardır. İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

İdarə bir çox mühüm beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və onlarda iştirak edir. Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət üzrə təşkilatı — YUNESKO idarə ilə sıx əlaqələrə malikdir.[52]

Qoruq İdarəsi 2016-cı ildən Avropa Muzey Təşkilatları Şəbəkəsinə (NEMO) qoşulmuşdur. [53] İçərişəhərin muzey əməkdaşları marketinq mövzusunda Bakıda təşkil edilmiş təlimlərdə iştirak etmiş, əməkdaşların biri isə Madriddə 7-ci NEMO Təcrübə Mübadiləsində İspaniya muzeylərinin təcrübəsini öyrənmişdir.

2016-cı ildə İçərişəhər Dünya İrsi Şəhərləri Təşkilatına (OWHC) yenidən üzv olmuşdur.[54]

2015-ci ildə Avropanın 21 ölkəsinin nüfuzlu muzeyinin iştirak etdiyi, Avropa Muzey Forumu tərəfindən keçirilən “Avropada ilin muzeyi” müsabiqəsində “İçərişəhər” Qoruğu İdarəsinin Qız Qalası muzeyi nominasiyada yer almışdır. Muzey işinin təkmilləşdirilməsi sahəsinə verdiyi əhəmiyyətli töhfəyə görə, Qız Qalası muzeyi bu nominasiya ilə təltif edilmişdir. [55]

2017-ci ildə Beynəlxalq Muzeylər şurasının (İCOM) Arxeologiya və Tarix komitəsinin (İCMAH) “Muzeylər, kolleksiyalar və sənaye irsi” mövzusunda 45-ci Beynəlxalq illik konfransı İçərişəhərdə baş tutmuşdur.[56]

Qoruq İdarəsi 2018-ci ilin mayında OWHC Regional Konfransına dəvət almışdır. 23-24 oktyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində keçirilmiş “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı Beynəlxalq Elmi Konfrans çərçivəsində elə həmin tarixlərdə, yəni 23-24 oktyabr 2018-ci ildə OWHC-nin İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi edilmişdir. Təşkil edilmiş konfransla əlaqədar baş tutmuş silsilə tədbirlər sırasında “Şirvanşahların irsi dünya muzeylərində” adlı müasir muzey texnologiyalarına əsasən qurulmuş beynəlxalq sərgi yer almışdır.[57]

2018-ci ildə “İçərişəhər” Qoruq İdarəsi İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) ilə əməkaşlığa dair müqavilə imzalamışdır. Müqaviləyə əsasən, 2019-cu ildə Müsəlman dünyası İncəsənət və sənətkarlığının inkişafı perspektivləri üzrə I Bakı Beynəlxalq Konqresi, eləcə də “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı, eyni zamanda I Beynəlxalq Sənətkarlar sərgisi keçirilmişdir.[58]

  1. ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin NİZAMNAMƏSİ". 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  2. "İçərişəhər keçmişimizin yadigarı, gələcəyimizə səmtlənən karvan yoludur". anl.az. 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  3. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  4. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (10 fevral 2005-ci il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
  5. Е. И. Тамм. Энциклопедия туриста. — Большая Российская энциклопедия, 1993. — С. 174. — 607 с.
  6. 1 2 Тимур Ханагаоглы. Какие новинки ждут нас в Ичери Шехер? Arxivləşdirilib 2011-10-20 at the Wayback Machine // газета : Неделя. — 4 августа 2011.
  7. Сара Ашурбейли. Государство Ширваншахов / Главная редакция восточной литературы. — Элм, 1983.. — С. 111. — 341 с.
  8. Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. Стр. 64.
  9. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". UNESCO rəsmi saytı. 2000. 2012-03-22 tarixində arxivləşdirilib.
  10. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (17 fevral 2003-cü il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
  11. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (10 fevral 2005-ci il)". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
  12. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  13. Австрийские и немецкие специалисты реставрируют бакинскую мечеть, day.az, 30 июня 2010, İstifadə tarixi: 22 iyun 2015
  14. "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  15. ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında". 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  16. Заповедник "Ичеришехер" подготовил необычные турпрограммы для гостей "Евровидения 2012" Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine, day.az, 21 мая 2012, İstifadə tarixi: 22 iyun 2015
  17. İçərişəhərin konservasiyası üzrə Baş Plan təsdiq edilmişdir
  18. Centre, UNESCO World Heritage. "World Heritage Committee removes Baku from Danger List welcoming improvements in the ancient city´s preservation". UNESCO World Heritage Centre (ingilis). 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  19. В Ичери шэхэр восстановлено историческое здание 1890 года Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine, day.az, 8 февраля 2011, İstifadə tarixi: 22 iyun 2015
  20. Coğrafi İnformasiya Sistemi İçərişəhər qoruğunda geniş tətbiq olunur. www.anl.az https://www.anl.az/down/meqale/azerbaycan/2017/sentyabr/556815.htm (#bare_url_missing_title). İstifadə tarixi: 2024-03-18.
  21. "Decision – 27COM 7B.59 – Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (Azerbaijan)". Unesco.org. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  22. "Decision – 28COM 15A.29". Unesco.org. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  23. "Decides to retain the Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (Azerbaijan) on the List of World Heritage in Danger". Unesco.org. 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  24. ""ŞIRVANŞAHLAR SARAYI KOMPLEKSI" DÖVLƏT TARIX-MEMARLIQ QORUQ-MUZEYI". 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  25. “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı. https://heydar-aliyev-foundation.org/az/content/view/120/532/%E2%80%9CQ%C4%B1z-qalas%C4%B1%E2%80%9D-Beyn%C9%99lxalq-%C4%B0nc%C9%99s%C9%99n%C9%99t-Festival%C4%B1 (#bare_url_missing_title). 2016-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  26. "Qoşa Qala qapıları bərpa olunub". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  27. "İlham Əliyev İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. İstifadə tarixi: 2024-03-18.
  28. "Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub". http://heydar-aliyev-foundation.org (az.). İstifadə tarixi: 2024-03-18.
  29. "HƏYATA KEÇİRİLMİŞ LAYİHƏLƏR". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  30. "İçərişəhərdə XVII əsrə aid hamam tapıldı". Axar.Az (az.). 2018-11-08. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  31. ""XOCALI — GÖZLƏRDƏ DONAN TARİX" ADLI SƏRGİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  32. “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı başa çatıb. https://azertag.az/xeber/el_seneti_i_baki_beynelxalq_enenevi_senetkarliq_festivali_basa_chatib-1339294 (#bare_url_missing_title).
  33. "İCTİMAİ KİTAB ŞKAFI". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  34. "GÖZDƏN ƏLİLLƏR ÜÇÜN İÇƏRİŞƏHƏR MAKETİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  35. modern.az. ""Qoru" Gənclər Təşəbbüs qrupunun təqdimatı olub - FOTO". modern.az (az.). 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  36. 1 2 "KONFRANSLAR". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  37. "ARXEOLOJİ QAZINTILAR". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  38. "YERALTI HAMAMLAR". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  39. "MƏSCİD VƏ İBADƏT YERİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  40. "YERALTI YOLLAR". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  41. "SIRATAĞLI DİNİ-MEMARLIQ KOMPLEKSİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  42. "KİLSƏ VƏ TİKİNTİ QALIQLARI". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  43. "SU QUYUSU VƏ KƏHRİZ SİSTEMİNİN QALIQLARI". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  44. ""ÜÇ DİN" MƏBƏDİ". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  45. "About Marionette Theatre". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  46. "Opening Marionette Theatre". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  47. ""Tahir Salahovun ev–muzeyi" İçərişəhərin bir tərkib hissəsinə çevrilib". 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  48. "Arxivlənmiş surət". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  49. "Ş.K.Seyidzadənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  50. "Ə. Ə. Ələkbərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  51. S.R. Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  52. "YUNESKO". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  53. Organisations, NEMO-The Network of European Museum. "International TC in Baku". NEMO - The Network of European Museum Organisations (ingilis). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  54. "DÜNYA İRSİ ŞƏHƏRLƏRİ TƏŞKİLATI (OWHC)". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  55. "2015 EMF Assembly and European Museum of the Year Award (EMYA) Ceremony". Icom (fransız). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  56. "İCMAH( Arxeologiya və Tarix) komitəsinin Bakıda keçiriləcək illik Beynəlxalq konfransı - Ümumi xəbərlər". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2017-10-03. İstifadə tarixi: 2024-03-18.[ölü keçid]
  57. 14th and 15th century Shirvan weaponry at “Shirvanshahs legacy in world museums” exhibition. (PDF) https://irs-az.com/new/files/2019/247/2950.pdf (#bare_url_missing_title). 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-18.
  58. “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı. www.anl.az https://www.anl.az/down/meqale/azerbaycan/2019/sentyabr/673633.htm (#bare_url_missing_title). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]