işəgötürən

Tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs

işçilərin nümayəndəli orqanı
işəgötürənlərin nümayəndəli orqanı
OBASTAN VİKİ
İşəgötürən
[mənbə göstərin]İşəgötürən — tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşəgötürən əmək müqaviləsinin tərəfi olaraq, əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər işəgötürən ola bilər. == Termin haqqında == BƏT-nın qəbul olunmuş nizamnaməsində, konvensiya və tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin əmək qanunvericiliyi çərçəvəsində xüsusiləşmə tələb edir. Köhnə postsovet respublikalarında əvvəllər "işəgötürən" anlayışından istifadə olunsada, sonralar bu ümumilləşdirici anlayışdan imtina edilmiş, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti" və yaxud sadəcə olaraq "müəssisələr, təşkilatlar, idarələr" anlayışı tətbiq edilmişdir. Respublikamızda 1996-cı ildən etibarən normativ aktlarda "işverən" anlayışından istifadə olunmuş, 1998-ci ildən isə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində "işəgötürən" anlayışından istifadə edilməyə başlanmışdır. == İşəgötürənlərin əmək qanunvericiliyi == Əmək qanunvericiliyində işəgötürənlərin vəzifələri, hüquqları, məsuliyyəti nəzərdə tutulmuş və işəgötürənlər bunlara tam riayət etməklə fəaliyyət göstərməlidirlər. İşçilərin hüquqlarını pozan, əmək qanunvericiliyinin tələblərinə əməl etməyən, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb oluna bilərlər. İşəgötürənlərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan müəyyən hüquqları vardır və bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə vəzifələrini icra etməyə hər cür müdaxilə olunması, manelər yaradılması qadağandır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)-5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. ASK Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.

Digər lüğətlərdə

дово́з ла́зание лучи́стый повылета́ть подсмоли́ть роголи́стниковый инве́нция наколе́нный нахлыну́ть поплева́ть растолко́вываться рубелли́т тащи́ться county palatine Gladys goa iolite pour man proponent raceway redolence unrated калечиться погребец хозяйство