Jurnal

fr. zəkaya sığmayan 1) çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənir, mətbuatda reklam vasitələrindən biridir. Xüsusilə ixtisaslaşmış məqsədəuyğun auditoriyanın yüksək konsentrasiyasının və ikinci (əlavə) auditoriyanın nümayəndələrinin böyük sayına görə reklamların yüksək keyfiyyəti ilə səciyyələnir; 2) kütləvi mətbuat növü; Dövriliyinə (həftəlik, aylıq, rüblük), məzmununa (ictimai-siyasi, ədəbi-bədii, elmi-kütləvi, sahə), oxucu kateqoriyasına (uşaqlar, gənclər, qadınlar və s. üçün) görə buraxılır; 3) seriyalı nəşr; 4) sabit (müntəzəm) dövrilikdə, cildlənmiş formada nəşr edilən ictimai-siyasi, elmi, istehsalat, bədii, illüstrativ və s. materialları əks etdirən mətni sənəd; 5) elektron hesablama maşınında verilmiş müəyyən proseslərin, əlamətlərin vaxt etibarilə qeydindən ibarət olan verilənlər yığımı; 6) fayllarda, verilənlər bazasında, yaxud mətndə dəyişikliyə dair informasiyaları ifadə edən verilənlər quruluşu (fayl və ya verilənlər bazasının bir hissəsi); 7) məlumatların qeydi, sənədlərin və sənəd dövriyyəsinin qeyd edilməsi, qeydin aparılması üçün kitab.
İşgüzar kommunikasiyalar
Jüri
OBASTAN VİKİ
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. Məzəli (jurnal) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
DNA (jurnal)
DNA — Avstraliyanın homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.. 2000-ci ildən bəri hər ay buraxılır. Oxucuların bir çoxu, jurnalın adının niyə DNA olduğunu soruşurlar. Onların fikrincə, bu ad "Deoyxribose Nucleic Acid" (yəni DNT) ifadəsindən gəldiyini deyirlər. Buna jurnal təsisçiləri birmənalı olaraq cavab vermədilər. Jurnalın üz qabığını əsasən amerikalı və avstraliyalı məşhur modellər bəzəyirlər. Lakin üz qabığına düşənlər sırasında sadə insanlar da olur. Jurnalda pop mədəniyyəti, məşhurların anketləri, moda, özünəbaxım və foto mövzuları əhatə edilir. Jurnalı Avstraliyanın bir çox qəzet kiosklarında əldə etmək olar. DNA həmçinin ABŞ, Yeni Zelandiya, Böyük Britaniya, Kanada və Avropanın bir çox ölkələrində də satışa buraxılır.
Details (jurnal)
Details — aylıq kişilər üçün moda jurnalı. Birinci nömrəsi 1982-ci ildə ABŞ-də, Condé Nast Publications nəşriyyat evində, Annie Flanders tərəfindən təsis edilmişdi. Alan Particof jurnalı 1987-ci ildə əldə etdi. Bir ildən sonra Condé Nast nəşriyyat evi jurnalı 2 mln. $ məbləğində aldı. Jurnalın hazırkı formatı 2000-ci ildən sonra təsis edildi. Jurnalın ianəçilər sırasını Augusten Burroughs və Michael Chabon başçılıq edir. Hazırda jurnalın redaktoru Dan Peresdir - avstraliyalı aktrisa Sara Vinterin həyat yoldaşı. Əvvəlki əməkdaşlar sırasına Beauregard Houston-Montgomery də daxildir. 1990-cı ildən 1998-ci ilə kimi, jurnal CD formatda retro musiqilərin pulsuz jurnalın içərisində hədiyyə olaraq verirdi.
Develop (jurnal)
"Develop" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı və eyniadlı veb saytı. "Develop" şirkətinin baş qərargahı Hertfordşir qraflığında, Hertford şəhərində yerləşir. "Develop"u oyun sənayesi və videooyunlara həsr olunmuş digər nəşrlərdən fərqləndirən öz diqqətini videooyunların istehsalı və oyun istehsalçılarına yönəltməsidir. Jurnalın bütün materiallarını dərc edən "develop-online" veb-saytı 17 iyul 2007-ci ildə fəaliyyətə başlamışdır. "Develop" videooyun istehsalçıları üçün Braytonda "Develop conference" adlı illik konfransına ev sahibliyi edir. İlk konfrans 2006-cı ildə keçirilmişdir. "Develop 100" dəstəklənən oyun istehsalçıları üçün illik reytinq sistemidir. "Develop 100" videooyunların istehsalı ilə məşğul olan dünyanın ən böyük studiya və şirkətlərinin reytinqlərini özündə əks etdirir və müxtəlif meyarlara əsaslanır. 2009-cu ildə "Blizzard" şirkəti "Develop 100"də birinci yeri tutaraq keçmiş lider "Nintendo"nu ikinci yerə salmışdır.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Emel (jurnal)
Emel jurnalı — Müstəcib Ülküsal və 9 dostu tərəfindən 1 yanvar 1930-cu ildə Rumıniyanın hakimiyyəti altında olan Cənubi Dobruca, Hacıoğlu Bazarcığda nəşr olunan bir mədəniyyət jurnalıdır. Jurnal Krım mübarizəsini türk və dünya ictimaiyyətinə çatdıran mühüm bir mətbuat orqanı idi. İkinci Dünya müharibəsində almanların ruslarla imzaladığı müqavilələrdən sonra Rumıniyaya gəlmələri 11 il ara vermədən yayımlanan Emel jurnalının bağlanmağına səbəb oldu. Türkiyəyə yerləşən Ülküsal Müstəcib 20 illik fasilədən sonra 1960-cı il noyabrın 1-dən jurnalı Ankarada yenidən nəşr etməyə başladı. 1962-ci ilin noyabrından sonra jurnalın inzibati mərkəzi İstanbula köçdü. Daimi nəşrini, yeni nəsil Emelçilərin rəhbərliyi altında 1983-cü ildən 1998-ci ilə qədər, Ankarada 48 səhifəlik jurnal şəklində davam etdirdi. Emel Kırım Vəqfinin ümumi yığıncağında, Emel jurnalının 3 aylıq müddətdə 2008-ci ildə yenidən nəşr edilməsi qərara alındı. Jurnalın sahibi Emel Kırım Vəqfi adından Zəfər Qaratay, baş redaktoru isə Saim Osman Qaraxan idi. Emel jurnalının 2011-ci il sentyabr ayının 236-cı sayı ilə bir daha nəşr həyatını başa vurdu. 23 aprel 2015-ci ildə Saim Osman Qaraxanın ölümündən sonra İstanbul Krım Dərnəyinin nəşr orqanının baş redaktoru Özgür Qaraxan 2016-cı ildə bu vəzifəyə təyin edildi.
Forbes (jurnal)
Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı. 1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bugünkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir. Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.
Füyuzat (jurnal)
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır. "Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər. Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu.
Edge (jurnal)
Edge — "Future Publishing" müəssisəsi tərəfindən oktyabr ayında 1993-cü ildə nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniya jurnallarından biridir. Jurnalda hər il müxtəlif mükafatlar təqdim edilir. "Edge" jurnalında çox az oyunlara böyük resenziya verilmişdir. Böyük resenziya verilənlər içərisində "Mario" video oyunları xüsusilə seçilir.
Evening (jurnal)
"Evening" (イブニング, Ibuningu) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən hər iki həftədən bir nəşr olunan seynen manqası jurnalı. Jurnal B5 formatında ağ-qara qəzet kağızı üzərində çap olunur, bir sayının qiyməti təqribən 800 ¥ (7 manat) olur. 2015-ci ildə jurnal 115.617 tirajla satılmışdır. 2010-cu ildə bu rəqəm 147.980, 2008-ci ildə 166.000 idi.
GEO (jurnal)
GEO — Səyahət tematikasına yönəlmiş beynəlxalq elmi-populyar jurnal. Əsası 1976-cı ildə Almaniyada qoyulmuşdu. Məqalələrin əsas mövzuları coğrafiya, tarix, mədəniyyət, etnoqrafiya, biologiya, psixologiya, astronomiya, səyahət, bioqrafiya və digərləridir. Əsas janr — reportajlardır. GEO jurnalının buraxılışı 1976-cı ildə Almaniyada, Hamburqda yerləşən «Gruner + Jahr» adlı nəşriyyat evində başlamışdı. 1979-cu ildə jurnal həmçinin Fransada, 1986-cı ildə isə İspaniyada da çap edilmişdi.
GMR (jurnal)
"GMR" — ABŞ və Kanada aylıq videooyun jurnalı. "Ziff Davis" tərəfindən nəşr olunurdu. "GMR" 2003-cü ilin fevralında fəaliyyətə başlamış, ilk vaxtlarda yalnız Electronics Boutique (EB) videooyun mağazalar şəbəkəsində satılmışdır. Jurnalın fəaliyyəti düz iki il davam etmişdir. Jurnal "Electronics Boutique" tərəfindən maliyyələşdirildiyi üçün "Gamestop" şirkəti "EB Games" ilə birləşdirildiksən sonra jurnalın dövriyyəsi dayandırılmışdır. Buna səbəb "Gamestop"un öz jurnalı olan "Game Informer" idi. "GMR" 2003-cü ilin avqust nömrəsinin çıxarılmasından sonra nüfuzuna xələl dəymişdir. Bu, zamanlar çox gözlənilən "Xbox" döyüş oyunu "Ninja Gaiden" üçün eksklüziv ilk resenziya kimi təqdim edilmişdir. Oyun nömrənin üz qabığında nümayiş etdirilmişdi və ona əla rəy verilmişdi, lakin çox keçməmiş, oyunun istehsalçısı onun buraxılışını 2004-cü ilin əvvəlinə qədər təxirə salmışdır. Beləliklə, "GMR" tərəfindən yayımlanmış resenziya oyunun istehsalda olan versiyasına əsaslandığı üçün etibarsız sayılmışdır.
Geostrategiya (jurnal)
Geostrategiya — Azərbaycanda nəşr olunan aylıq ictimai-siyasi, elmi-publisistik jurnal. Geostrategiya jurnalının təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi, baş redaktoru isə tarix elmləri doktoru, professor Əli Həsənovdur. Jurnal Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkənin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırır. Nəşrin hər nömrəsində Azərbaycanın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, karbohidrogen ehtiyatlarının təhlilinə yer verilir. Jurnalda neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayrılır. Jurnal, əsasən, Azərbaycan dilində fəaliyyət göstərsə də, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində də yazılar dərc edilir. Geostrategiya jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdəndir.
Glamour (jurnal)
Glamour — aylıq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1939-cu ildə ABŞ-də təsis edilmişdi. Jurnal əvvəlcə «Glamour of Hollywood» — Hollivud qlamuru. ABŞ-də jurnalın oxuyucuların sayı 2,4 mln. nəfərdir. Birləşmiş Krallıq, ABŞ, Fransa, İtaliya, Almaniya, İspaniya, Rusiya, Yunanıstan, Niderland, Polşa, Macarıstan və Rumıniyada çap edilir. Jurnalın auditoriyası - 19-43 yaşlı qadınlar. Britaniyalı «Glamour» hər il «National Glamour Week» adlı festival keçirir. Cib formatlı Glamour jurnalı 1998-ci ildə İtaliyada icad edilib. Alice Thompson (1939–1941) Elizabeth Penrose (1941–1953) Nina Kyle (1953–1954) Kathleen Aston Casey (1954–1967) Ruth Whitney (1967–1998) Bonnie Fuller (1998–2001) Cynthia Leive (2001–indiyə gədər) Glamour jurnalının üz qabığında Kira Naytli, Qvinet Peltrou, Milla Yovoviç, Skarlet Yohansson, Keyt Bekinseyl, Cennifer Lopez, Naomi Uotts,Kayli Minouq, Eva Lonqoria, Fergie, Keyt Hadson, Sara Cessika Parker, Cessika Simpson, Qven Stefani,Kirsten Danst, Penelopa Kruz, Odri Totu, Natali Portman, Keyt Blanşett, Rene Zellveger,Nikol Kidman, Şarliz Teron, Lindsi Lohan, Mena Suvari, Keyt Uinslet, Liv Tayler, Drü Berrimor, Tatyana Sorokko, Kristina Agilera, Sienna Miller, Ancelina Coli və Enn Hetey, rusiyalı ulduzlar - (Alsu, Tina Kandelaki, Çulpan Xamatova, Alina Kabayeva, Mariya Şarapova, Yelena Dementyeva, Nataliya Vodyanova, Yelena Korikova, İngeborqa Dapkunayte, Anastasiya Zavorotnyuk, Kseniya Sobçak və Oksana Akinşina).
Göyqurşağı (jurnal)
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Göyərçin (jurnal)
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur.
Hesabat (jurnal)
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
JJ (jurnal)
JJ (ジェイ・ジェイ, Cey Cey) – Kobunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. 1975-ci ildə "Josei Jishin" jurnalının əlavə buraxılışı kimi yaradılmışdır. Yaponiyada kollec tələbələri üçün nəzərdə tutulmuş ilk jurnaldır. Jurnalın oxucuları 17-26 yaşlarında olan qızlardır. "JJ" oxucularına mühafizəkar geyimlər tövsiyə edir. Bir çox fotomodel jurnalla əməkdaşlıq edir, lakin çoxu jurnalın ekslüsiv modeli deyillər. Model Ryoko Tanami tez-tez jurnalın 24-28 yaşlı qadınlar üçün nəzərdə tutulmuş "Classy" versiyasında görünür. Nisbətən daha yaşlı yeniyetmə qızlar üçün "JJ Bis" adlı versiyası da yaradılmışdır.
Kadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Kimlik (jurnal)
Kimlik – müstəqil aylıq elmi-kütləvi jurnal. Baş redaktoru: Sirus Azadi Elmi məsləhətçi Məsul katib: Fotoqraf: Tiraj: 1000 nüsxə Redaktordan: Dərginin adını "Kimlik" seçməyimiz heç də təsadüfi deyil. Uzun əsrlər axtarışında olduğumuz əsas mövzu milli kimliyimiz olmuşdur. Tarixin gedişi sırasında Türk düşmənləri tərəfindən bizim millətə qarşı aparılan assimilyasiya siyasəti və bu yolda tariximizin, dilimizin ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, yer adlarımızın və milli kimliyimizin təhrif olunmasında bütün güclərini işə salmışlar. Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir. "Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır.
Kirpi (jurnal)
"Kirpi" (jurnal) — Azərbaycanda nəşr olunan satirik karikatura jurnalı. "Kirpi" satirik jurnalı 1952-ci ildən çıxır. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tutması "Kirpi"nin əsas iş prinsipi olub. Jurnal uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparmışdır. Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz Borçalı və Polad Qasımov ardıcıllıqla "Kirpi" jurnalına redaktorluq etmişlər. Cəsarətli yazıları ilə oxucuların rəğbətini qazanmış S.Vurğun, S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq etmişlər. Jurnalın əsas rəssamları: baş rəssam Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu, Vəfa Allahyarova. 1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir.
Elm Tarixi (jurnal)
Elm Tarixi "History of Science" (jurnal) — Azərbaycan Respublikasında nəşr edilən beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalı. Müxtəlif elm və sahələrin tarixi, inkişafı, təsviri və elmi ixtira və kəşfləri haqqında elmi məqalələr qəbul və nəşr edir. History of Science jurnalı 19/09/2018-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4196 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "elmlərin tarixi, təsnifi və təsviri" haqqında fənlərarası elmi jurnaldır. Jurnal həmçinin №12300 şəhadətnamə və 17/C-11838-21 nömrəsi ilə AR ƏMA-də qeydiyyatdan keçmişdir.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Elm uşaq jurnalı
Elm uşaq jurnalı - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı Yanvar 1998-ci ildən etibarən çıxarmağa başladığı və uşaqlara görə olan aylıq bir jurnaldır. Məqsədi uşaqlara elmi sevdirməkdir. 1999 ilə 2000 illərində müəyyən mövzularda fotoşəkil çəkər vermişdir. 2001-ci ildə Təbiət Kartları vermiş, 2002-ci ildən itələyibərənsə bunun yerini hər mövzuda kartlar götürmüşdür. Jurnal hal-hazırda 64 səhifədir. Ayrıca jurnalın köhnə ədədləri (1999-2005) cildlənərək TÜBİTAK Məşhur Elm Kitabları Satış Bürosunda satılmaqdadır. Bu jurnalın çıxmağa başlamasından 2 il əvvəl, 1996 və 1997 illərində Elm və Texniki jurnalıyla birlikdə əlavə olaraq 16 səhifəlik "Elm və Texniki Uşaq" verilirdi. Elm Uşaq TÜBİTAKin yeni logo 102. sayı(İyun 2006)ndan etibarən istifadə etməyə başlamışdır. 20 may 2008 tarixində Medyatava.com adlı saytın etdiyi araşdırmaya görə 83.730 tirajla Türkiyənin ən çox satılan jurnalı olmuşdur.
Elm və həyat (jurnal)
Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. "Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb. Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Elm və texnika jurnalı
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Elm və texniki jurnalı
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Elman Babayev (jurnalist)
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Məmmədov (jurnalist)
Elman Telman oğlu Məmmədov (15 may 1950, Düdəngə, Noraşen rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Şərurun səsi qəzetinin baş redaktoru. Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini Düdəngə kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur. Ailəli olub (həyat yoldaşı 2013-cü ildə vəfat edib), 2 oğlu (1-i 2016-cı ildə vəfat edib), 2 qızı, 10 nəvəsi, 2 nəticəsi var. 1966-cı ilin sentyabr - 1967–ci ilin fevral ayına qədər Rayon pambıqtəmizləmə zavodunda fəhlə; 1967–ci ilin fevral – 1967–ci ilin oktyabrına qədər Düdəngə kəndində Dimitrov adına kolxozun üzvü; 1968-ci ilin oktyabr – 1970-ci ilin mart ayına qədər "İşıqlı yol" qəzetində mürəttib; 1970-ci ilin mart – 1971-ci ilin dekabr tarixinə kimi "İşıqlı yol" qəzetinin mətbəəsində çapçı; 1971-ci ilin dekabr – 1974-cü ilin may ayına qədər "İşıqlı yol" qəzetində çapçı və briqadir; 1974-cü ilin may – 1975-ci ilin avqustuna qədər "İşıqlı yol" qəzetində ədəbi işçi; 1975-ci ilin avqust – 1992-ci ilin sentyabr ayına qədər "İşıqlı yol" qəzetinin şöbə müdiri; 1992-ci ilin sentyabr ayından hal-hazırkı vaxta qədər "Şərurun səsi" qəzetinin baş redaktoru. 4 may 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş; 21 iyul 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuş; 21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adı verilmişdir.
Elmi jurnalistika
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.
Elxan Əliyev (jurnalist)
Əliyev Elxan Hacıağa oğlu — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Elxan Hacıağa oğlu Əliyev 24 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə musiqi məktəbini, 1950-ci ildə isə orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla göndərildiyi Şahbuz rayon gəzeti redaksiyasında məsul katib kimi işə başlamışdır. 1957-ci ildə o, "Şərq qapısı" qəzetində işləməyə göndərilir və 1965-ci ilədək redaksiyada məktublar, mədəni-məişət və kənd təsərrüfatı şöbələrinin müdiri kimi fəaliyyət göstərir. Bu arada o, SSRİ Jurnalistlər İttifaqının üzvü olur. 1965-ci ildən 1972-ci ilədək Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktor vəzifəsində, 1972-1974-cü illərdə isə Azərbaycan KP Naxçıvan şəhər Komitəsi şöbə müdiri vəzifəsində çalışır. Jurnalistika sahəsində zəngin təcrübəyə malik olduğu, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1974-cü ilin mart ayında Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin olunur. Elə həmin il o, Ulya Noraşen seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir. 1989-1992-ci illərdə o, jurnalist fəaliyyətinə qayıdaraq Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı" qəzetinin baş redaktor müavini vəzifəsində işləmişdir.
Etibar Məmmədov (jurnalist)
Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; 27 noyabr 1975, Kirovabad) — Azərbaycan jurnalisti, teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru. Etibar Məmmədov 1975-ci il noyabrın 27-də Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhəri 4 nömrəli orta məktəbdə orta təhsil alıb. 1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun politologiya fakültəsində bakalavr pilləsində, 1997–1999-cu illərdə isə həmin institutun "Magistratura" şöbəsinin "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisasında təhsil alıb. Bakalavr və magistr pillələrində təhsilini əla diplomla başa vurub. Ailəlidir, iki övladı var. 1998–2002-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində "ANC ÇM" radiosunda "İsti-isti" ictimai-siyasi verilişinin və Xəbərlərin aparıcısı, 2000-ci ildən isə ANS TV-də "Xəbərçi" proqramı və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı və aparıcı redaktor olub. 2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Telekanalın Xəbərlər Xidmətinin əsas qurucularından biridir. "Son Xəbər" informasiya buraxılışının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub.
Foto-jurnalistika
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar. Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır. Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.
Füyuzat jurnalı
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
Fəlsəfə məsələləri (jurnal)
Fəlsəfə məsələləri (rus. «Вопросы философии») — elmi-nəzəri və fəlsəfi jurnal. 1947-ci ilin iyul ayından Moskvada nəşr olunur.
Fəlsəfə və sosial-siyasi elmlər (jurnal)

Digər lüğətlərdə