kartof
kasıb
OBASTAN VİKİ
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Karvan (1995)
== Məzmun == Kinolent üç novelladan ibarətdir: Birinci novellada qədim insan məskəni olan Qobustandan söhbət gedir. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 1990-cı il 20 yanvar və Xocalı faciələri barədə danışır. == Film haqqında == Film bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmişdir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Soltan Hacıbəyov Ssenari müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov, Əli Əliyev Quruluşçu operator: Vyaçeslav Jestkov Səs operatoru: Teymur Abdullayev Cizgi rəssamı: Arifə Hatəmi Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Rəssam assistenti: Məlahət Hümbətova, Arifə Hatəmi, Fərhad Rzayev Montaj edən: Nisə Hacıyeva Redaktor: Həsən Merac Filmin direktoru: Əliağa İbrahimov == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Karvan (dəqiqləşdirmə)
Karvan Karvan (simfonik lövhə) — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. Karvan — Yevlax şəhərinin futbol klubu. Karvan (film, 1995) — Qısametrajlı Cizgi Filmi.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Karvan (qrup)
Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu. == Tarixi == Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər. Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir.
Karvan FK
Karvan İK (Karvan İdman Klubu) — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur. == Tarixi == "Karvan" İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur. === İlklər === "Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında "ilk"ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir. == UEFA macərası == Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın "Lex" klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur.
Karvan İK

Karvansara (karvan)
Karvanasara — karvanların dayanacaq yeri. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi.
Karvan-saray (şərab)
Karvan (film, 1995)
== Məzmun == Kinolent üç novelladan ibarətdir: Birinci novellada qədim insan məskəni olan Qobustandan söhbət gedir. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 1990-cı il 20 yanvar və Xocalı faciələri barədə danışır. == Film haqqında == Film bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmişdir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Soltan Hacıbəyov Ssenari müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov, Əli Əliyev Quruluşçu operator: Vyaçeslav Jestkov Səs operatoru: Teymur Abdullayev Cizgi rəssamı: Arifə Hatəmi Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Rəssam assistenti: Məlahət Hümbətova, Arifə Hatəmi, Fərhad Rzayev Montaj edən: Nisə Hacıyeva Redaktor: Həsən Merac Filmin direktoru: Əliağa İbrahimov == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.
Karvan (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin sayca 3-cü albomu olan Karvan EP-sırf internet vasitəsilə yayımlanan ifaçının ilk EP albomudur. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirir. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görülüb.
Qafqaz Karvansaray
"Qafqaz Karvansaray" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi. "Qafqaz Karvansaray" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır.
Qaramanlılar karvansarası
Qaramanlılar karvansarası — Ərdəbildə mövcud olmuş qədim karvansara.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraçı karvansarası
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. == Tarix == Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qaraçı karvansarayı

Qarğabazar karvansarası
Qarğabazar karvansarası — Füzuli rayonundan 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz idi. Mənbələrdən məlum olur ki, bütün orta əsrlər boyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yollar üstündəki karvansaralardan bu məqsədlə müntəzəm surətdə istifadə olunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış, XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır.
Qəm Karvanı (1990)
== Məzmun == Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm karvanı (film, 1990)

Rüstəm Paşa karvansarası
Rüstəm Paşa karvansarası — Ədirnədə XVI əsrə aid karvansara. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşanın sifarişi ilə Memar Sinan tərəfindən şəhər mərkəzində inşa olunmuşdur. == Haqqında == Şəhər mərkəzində yerləşən karvansara 1560–1561 tarixlərində inşa edilmişdir. İnşaatında kərpic və kəsmə daşlardan istifadə edilmiş karvansaranın ön cəbhəsində isə 21 dükan və 2 qapı yerləşir. İkimərtəbəli olan karvansara 2 hissədən ibarətdir. Önündəki meydanı nisbətən böyük olan sol tərəfdəki hissə Memar Sinan tərəfindən inşa olunmuşdur. İki meydan arasındaki keçidlə bir-birinə bağlanan karvansaranın daxilində köşk formasında bir məscidi də olmuş ancaq bu məscid 1877–1878 Osmanlı-Rus müharibəsi əsnasında dağıdılmışdır.
Rüstəm Paşa karvansarayı

Səd əl-Səltənə karvansarası
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. == Tarixi == Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səd əl-Səltənə karvansarayı

Səfərov qardaşlarının karvansarası
Səfərov qardaşlarının karvansarası — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Xoca Mərcanlı məhəlləsində yerləşir. XIX əsrin Respublika əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra karvansaranın binası dağıdılmışdır. Hazırda xarabalıqları qalır. == Haqqında == Səfərov qardaşları karvansarası kimi taninan bu məşhur karvansara əslində Şuşanın adlı sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanlari — Əhəd, Səməd, Mürsəl və Manafin şərəfinə 19 əsrin sonlarinda inşa etdirmişdir. Səfərov qardaşlarının adini adını daşıyan bu karvansara zamaninda Şuşa şəhərinin ən böyük karvansarası olub. Bu karvansarayın inşasında Şuşanın məşhur memarı Kərbalayi Səfixan Sultanhüseyin oğlu Qarabağinin böyük rolu olub. Karvansarayın sağ və sol qanadları iki qatdan, mərkəzi hissəsi isə üç qatdan ibarət olub,1-ci qat dükanlardan, emalatxanalardan, 2-ci və 3-cü qatlar isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Karvansarayin öz həyəti, namaz otaqları, gələn qonaqlarin atlarinin xüsusi saxlamaq yeri və s.
Səfərov qardaşlarının karvansarayı

Səlim Karvansarası (Zəngəzur mahalı)
Səlim Karvansarası – Azərbaycan tarixi Zəngəzur mahalında, dəniz səviyyəsindən 2410 m hündürlükdə, Səlim keçidindədir. Asiya ilə Avropanı birləşdirən tarixi Böyük İpək Yolunun üstındə yerləşirdi. Yaxşı cilalanmış bazalt daşından inşa edilmişdir. Salonu 7 qoşa dirəklə orta (5.3 m) və yan (3.05–3.2 m) hissələrə – neflərə bölünmüşdür. Bina tikilərkən giriş qapısının (1.80 x 0.86 m) üzərindəki divara hörülmüş daşda (1.87 x 0.86 m) cızma üsulu ilə həkk olunmuş farsca kitabədə karvansaranı Elxani hökmdarı Əbu Səidin vaxtında Çuşkyab ibn Ləvənd ibn Şax Nur ibn … adlı şəxsin vəsaiti ilə hicra 729–1328-1329 ildə inşa edildiyi göstərilir. Tədqiqatlar nəticəsində sübut edilmişdir ki, S.k. Araz boyunca Böyük İpək Yolunun abadlaşdırılmasına çalışan Elxani hökmdarları vaxtında inşa edilmiş abidələrdən olub, Qarabağ memarlıq məktəbinə mənsubdur. == Mənbə == Nemətova M. S. Köprükənddə konfrans: "Elm və həyat" jurnalı, 1997, № 2; Немат М.С. Корпус эпиграфических памятников Азербайджана, т. 3. Арабо-персо-тюркоязычные надписи Нахичеванской Автономной Республики (XII–XX вв.), Баку, 2001, стр.
Səlim karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. == Ümumi məlumat == Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 == Erməni saxtakarlığı == Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Səlim karvansarayı

Səngəçal karvansarası
Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır. Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımcı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur.1439–1440-cı illərdə inşa edilən bina hal-hazırda baxımsız qalaraq, əsaslı bərpaya ehtiyacı var. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.
Uğurlu Xan karvansarası
Uğurlu Xan Karvansarası — Azərbaycanın Gəncə şəhərində XVII əsrə aid tikili. Karvansara Gəncə bəylərbəyi (yaxud Qarabağ bəylərbəyi) Murtuzqulu xanın qardaşı oğlu I Uğurlu xanın vəsaiti və Şeyx Bəhaəddinin layihəsi əsasında hazırlanıb. == Tarixi və memarlığı == Uğurlu Xan karvansarası Gəncə şəhərində yerləşən başqa bir karvansaranın, Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Bu karvansara 1663–1664-cü illərdə Qarabağ bəylərbəyi olmuş Murtuzaqulu xan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xanın vəsaiti ilə tikilmişdir. Karvansara memar Şeyx Bəhaəddin layihəsi əsasında tikilmişdir. Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusa oxşar yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir.
Uğurlu Xan karvansarayı

Uğurlu bəy karvansarası

Xan karvansarası
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. == Tarixi == Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır." Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Xan karvansarayı

Xanlıq Muxtar karvansarası
Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. == Tarixi == Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir. XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi. Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Xanlıq Muxtar karvansarayı

Digər lüğətlərdə