1. KEF (xoş əyləncə) Yay zamanı İsa bulağında kef üstündən qayıdanlardan qorunmaq çətin işdir (B.Bayramov); CÜNBÜŞ (kl.əd.) Bu sönüklük içində bir şuriş; Qarışıq bir gurultu, bir cünbiş (A.Şaiq); DAMAQ [Şahmar bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol! (S.S.Axundov); EYŞ Dövlətliləriz, məqsədimiz eyşü səfadır; Mehmanlarımız büsbütün ərbabi-qinadır (M.Ə.Sabir); EYŞ-İŞRƏT Əkbər ticarəti eldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi (Ə.Haqverdiyev); İŞRƏT Bir evdə işrət var, bir evdə qumar; Bir evdə göz yaşı, bir evdə qubar (M.Rahim); KEF-DAMAQ Hasara alınmış bu boş qəbirin; Ölüsü bəlkə do kef-damaqdadır (N.Kəsəmənli); NƏŞƏ Qəlbimizi yarpaq-yarpaq açan qızılgül kimi; Həyat dolsun, nəşə dolsun bu səmimi ocağa (S.Rüstəm); ZÖVQ Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdə iştirak edərik (H.Cavid); ZÖVQ-SƏFA Kərəm: Gəl sürək dünyanın zövqsəfasını (“Əsli Kərəm”).
2. KEF, ARZU, HƏVƏS, MEYİL
3. kef bax əhval