kip

1) sif. compact, -e ; hermétique, consistant, -e ; dense ; serré, -e ; 2) zərf. étroitement, fortement ; qapını ~ örtmək fermer la porte hermétiquement ; ~ sıxmaq serrer fortement

kioskçu
kipləşdirmək
OBASTAN VİKİ
Eliud Kipçoqe
Eliud Kipçoqe (5 noyabr 1984, Kapsisiva[d]) — Keniyalı atlet, Marafon üzrə olimpiya çempionu. == Həyatı == Eliud Kipçoqe 12 oktyabr 2019-cu ildə marafon qaçışı tarixində rekord nəticəyə imza atıb. O, dünya tarixində marafon məsafəsini iki saatdan az müddətdə (1 saat 59 dəqiqə 40 saniyə) qət edən ilk şəxs kimi tarixə düşüb.
Ermənistan–Kipr münasibətləri
Ermənistan—Kipr münasibətləri — Kipr və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr həmişə yaxın olmuşdur. Kipr Erməni Soyqırımının tanınması, iqtisadi sabitlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanı dəstəkləyir. Ermənistan 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra birləşmiş Kiprin tərəfdarıdır və Kipr münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bu gün Ermənistan və Kipr arasındakı münasibətlər ticarət, hərbi, kəşfiyyat xidmətləri, xarici siyasət və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir. == Çağdaş münasibətlər == === Ermənistan müstəqillik qazandıqdan sonra === ==== Dağlıq Qarabağ müharibəsi ==== Dağlıq Qarabağ Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə vilayətin Ermənistana birləşdirilməsinə səs verməsindən az sonra Ermənistan və qonşu Azərbaycan arasında millətlərarası qarşıdurmalar başlayır. Ermənistanda 1980-ci illərin sonlarında Qarabağı Ermənistanla birləşdirmək tələbi Sovet İttifaqı dağıldıqca tədricən Dağlıq Qarabağdakı etnik qruplar arasında şiddətli qarşıdurmaya çevrildi. 2011-ci ilin yanvarında Kipr və Ermənistan arasında verilmiş ortaq bəyannamədə, Kipr Respublikasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələrin prezidentlərinin təklif etdiyi elementlər əsasında danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Ermənistanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün konstruktiv səylərini dəstəklədiyini ifadə etdiyi qeyd edildi. == İddia olunan erməni soyqırımının tanınması == Kiprin Xarici iİşlər naziri Spiros Kuprianou 25 yanvar 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında soyqırım məsələsini ilk dəfə qaldırır. Kipr eyni zamanda 24 aprel 1975-ci ildə Erməni Soyqırımını rəsmən tanıyan ilk Avropa ölkəsi (və Uruqvaydan sonra dünyada) olur. Daha sonra 24 aprel Kiprdə Erməni Soyqırımının Milli Anma Günü elan edilir.
Evans Kiplaqat
Evans Kiplaqat (5 mart 1988, Keniya) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, marafon turnirində 2:15:32 saat nəticə göstərdi və olimpiadanı 155 atlet arasında 28-ci pillədə başa vurdu.
Helah Kiprop
Helah Kiprop (d. 7 aprel 1985) — Keniyanı təmsil edən marafonçu. Helah Kiprop Keniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2015-ci il Dünya Çempionatında gümüş medal qazanıb. == Karyerası == Helah Kiprop birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da məsafəni sona qədər qət edə bilmədi.
Henrix Kipert
İohan Samuil Henrik Kipert (31 iyul 1818, Berlin – 21 aprel 1899, Berlin) — alman coğrafiyaçısı və kartoqrafıdır. Rusiya və Avstriya elmlər akademiyasının üzvüdür. == Tərcümeyi-halı == Henrik Kipert ticarətçi ailəsində anadan olub. Uşaqlığından səyahət etməyə marağı var idi. Ailə dostları tarixçi Leopold fon Rank onun bu marağına dəstəkləmiş və səyyah etməyə kömək etmişdir. O həmçinin tarixə marağı var idi. 1836-cı ildə Berlin universitetinə daxil olur, filogiyanı və coğrafiyanı öyrənir. Bu illərdə o dostu Karl Ritterin köməkliyi ilə öz tarixini xəritəsini çəkir. 1839-cu ildə Ritter Kiçik Asiyanın topoqrafik xəritəsini tərtib edir. 1841-ci ildə Konstantinopula, Yunanıstana səyahət edir.
Kiperort yarımadası
Kipeport (rus. Киперорт) — Fin körfəzinin şimal sahilində yerləşən yarımada. İnzibati cəhətdən Kalininqrad vilayətinin Vıborq rayonu ərazisinə daxildir. Üstəlik Karel bərzəxinin qərb hissəsini təşkil edir. Hazırda yarımadanın bir hissəsi yasaqlıq elan edilmişdir. == Coğrafiya == Şimal-şimal-qərb istiqamətdə uzanır. 18 km məsafədə uzanır. Şimal-şərqdən Klyuçevskays buxtası və cənub-qərbdən Berkezund boğazı ilə əhatələnir. Yarımadanın son ucunda Bolşoe gölü yerləşir. Uzunluğu 1,2 km, eni 200 metr təşkil edir.
Kipiantubani
Kipiantubani (gürc. ყიფიანთუბანი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 243 nəfər idi. 2014-cü ildə 216 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Kipircik
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Kiplanqat Sanq
Kiplanqat Sanq (14 aprel 1981) — Keniyalı cüdoçu. Kiplanqat Sanq Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kiplanqat Sanq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Macarıstannın nümayəndəsi Kriztian Tot ilə üz-üzə gəldi. Həmin görüşdə Kiplanqat Sanq rəqibinə 0:100 hesabı ilə uduzdu.
Kipləşdirici
Kipləşdirici maşınqayırmada hərəkətli hissələr arasında maye material nəqlinin qarşısını almaq üçün tətbiq olunan elementdir. Tipik hal kimi hidravlik maşınlarda kolbaların, ştanqaların, daxili yanma mühərriklərinin porşenlərdəki üzüklərin hərəkətini buna misal göstərmək olar. == Növləri == Kipləşdirmə hərəkətli və hərəkətsiz olaraq iki hssəyə bölünür. Hərəkətli kipləşdirmədə kipləşdirici element permanent olaraq kipləşdirici səthlər arasında ya toxunan, ya da toxunmayan oturdulurlar. Hərəkətli kipləşmələrdə yüksək sürət, kiplilik və aşağı sürtünmə təmin olunmalıdır. Bu tələblərin eyni zamanda əldə edilməsi çətindir. İdeal kipləşdirmə yalnız quru halda mümkündür. Bu isə işləyən maşın hissələrində mümkün deyil. Yeyilmənin qarşısını almaq üçün tətbiq edilən yağlama materialı kipləşdirici hissələrin arasına girərək irəli-geri hərəkət etdirilir və beləliklə maye bir hissədən digərinə keçir. Birləşmədə baş verən prosesə həm də kipləşdirmə təzyiqi, mayenin özlülüyü və hərəkət sürəti təsir edir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Kippistia
Kippistia (lat. Kippistia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kippistia suaedifolia F.Muell. Sinonim Minuria suaedifolia (F.Muell.) F.Muell. ex Benth.
Kippistia suaedifolia
Kippistia (lat. Kippistia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kippistia suaedifolia F.Muell. Sinonim Minuria suaedifolia (F.Muell.) F.Muell. ex Benth.
Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Kipr (ada)
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kipr (dəqiqləşdirmə)
Kipr (ada) — Aralıq dənizinin şərqində ada. Kipr Respublikası (və ya Cənubi Kipr) — de-fakto Kipr adasının cənubunu idarə edən, de-yure ada üzərində tam suveren hüquqlara malik olan dövlət. Şimali Kipr Türk Respublikası — Kipr adasının şimalında tanınmamış dövlət.
Kipr 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kipr — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kipr Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Kipr 2015 Avropa Oyunlarında
Kipr — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Kipr ümumilikdə 22 idmançı ilə təmsil olunub.
Kipr 2018 Qış Olimpiya Oyunlarında
Kipr 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi olmaqla 1 idman növündə 1 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Kipr «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır.
Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur. Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur. Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Kipr Gənc TV
Kipr Gənc TV — Şimali Kipr Türk Respublikasının televiziya kanalı, 1 may 1997-ci ildə fəaliyyətə başlayıb. Telekanal Ertan Birinciyə məxsusdur. Hər saat xəbər buraxılışı veriri. Türkiyədə Türksat 3A və Teledünya ilə izlənilə bilinir.
Kipr Hərəkatı
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Kipr Kilsəsi
Kipr Kilsəsi (yun. Ἐκκλησίας τῆς Κύπρου, türk. Kıbrıs Kilisesi) — Kiprdə yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Nikosiya şəhərindədir. II Xrizostom kilsənin indiki baş yepiskopdur.
Laos kipi
'Lao kipi (laos ກີບ; kodu: LAK; simvolu: ₭ or ₭N) 1952-ci ildən Laos respublikasının pul vahidi. Tarixi olaraq vir kip 100 att (ອັດ)-a bölünür. == Tarixi == === Azad Laos kipi (1946) === 1945-1946-cı illərdə Fransız qüvvələri regionu zəbt etmədən əvvəl Azad Laos hökuməti Vyentyanda 10, 20 və 50 att və 10 kip kağız pul buraxdı. === Krallıq kipi (1952) === Kip 1952-ci ildə Fransız Çinhindi piastrını əvəz etdi. Kip (həmçinin fransız dilində piastr adlanıdr) 100 att (Lao: ອັດ) və ya sentə bölünür. ==== Sikkələr ==== Üzərində laos və fransız dillərində yazı olan 10, 20 və 50 att sikkələr buraxıldı. Hamısı alüminiumdan hazırlanmışdı və Çin pulları kimi ortasında dəlik vardı. Yalnız 1952-ci ildə buraxılmışdı. ==== Əsginaslar ==== 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Laos filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı. Eyni zamanda, İnstitutun digər iki filialı da Kambocada riel və Cənubi Vyetnamda donq ilə oxşar razılaşmalara malik idi.

Digər lüğətlərdə