konsertsiz
konservaçan
OBASTAN VİKİ
Konserv
Konserv (lat. conservo - saxlanma) — xammalların yuma, ayırd etmə, soyma, doğrama, qaynatma və ya qızartma kimi ön əməliyyatlardan keçirildikdən sonra, lazımlı əlavələr (yağ, sous, şoraba v. b.) edilərək doldurulub bağlanıldığı hava sızdırmayan metal qutu və ya qablarda yüksək istiliklərə təbii/tabe tutulması və beləcə içində olması olabiləcək bütün mikroorqanizmlərdən təmizlənilməsi nəticəsi qida maddəsinin soyuq mühitdə qalması lazım olmadan pozulmadan illərcə söykən/dözməsini təmin edən əməliyyatlara və bu əməliyyatlar nəticəsi çıxan məhsullara konserv deyilir. == Konservin Tarixçəsi == İlk konserv şüşə qab içində 1804-cü ildə Nicolas Appert tərəfindən edilmişdir. Geniş ağızlı bir şüşə qab içinə konserv edəcəyi qidası qoyan Appert, qabın ağızını bir göbələk tibbə ilə zəif olaraq bağlamışdır. Hazırlanan qabdakı qidanın üzərində olan havanı götürmək üçün qabı 30. 60. dk. Qaynatmaqda olan su içində tutmuşdur. Daha sonra göbələk tıpayı möhkəmcə bağladıqdan sonra qabdakı konserv edilən maddənin uzun müddət söykən/dözdüyünü görmüşdür.
Ordubad Konserv Zavodu
Ordubad Konserv Zavodu — 1930-cu ildə istifadəyə verilmiş və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən yeyinti sənaye müəssisəsi. Ordubad Konserv Zavodu 1928-1930-cu illərdə tikilib istifadəyə verilmişdir. Sahəsi 3 hektara yaxındır. Zavodun ilkin gücü ildə 400 min şərti banka (1 şərti banka 400 qram konserv məhsulu deməkdir) olub. Zavod işə başlayanda, əsasən ət konservləri, müxtəlif mürəbbələr və halva məhsulları istehsal edib. Ət konservlərinə tələbat azaldığından həmin məhsulun istehsalı dayandırılıb. 1970-1980-ci illərdə zavodda 20 adda müxtəlif konserv məhsulları (qoz, qızılgül, qovun, ərik, gilənar, tut mürəbbələri, cem, şirələr, ərik və şaftalı kompotları və s.) buraxılıb, olardan 8-i keyfiyyət nişanı alıb. Məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapmışdı. Naxçıvan MR-ın blokada şəraitinə düşməsi ilə əlaqədar zavodda işin ahəngi tədricən azalmışdır.
Qafqaz Konserv Zavodu
Qafqaz Konserv Zavodu — Yeyinti Məhsulları İstehsalı Müəssisəsi. «Qafqaz Konserv Zavodu» MMC 12.09.2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlamışdır. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20-25 (13-15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir. Müəssisədə 350 nəfərdən artıq işçi çalışır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də sayının bir neçə dəfə artmasına şərait yaradacaq. Qafqaz Konserv Zavodunun məhsullari tənəkə, şüşə qablaşdırmalarda, aseptik torbalarda, karton və plastik qablaşdırmalarda istehsal olunur. Məhsul qrupları aşağıdakı kimidir: Ət Konservləri Hazır yeməklər Ətli sıyıqlar Tomat pastası Meyvə püreləri Kompotlar Mürəbbələr Cemlər Povidlolar Jelelər Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti «Qafqaz Konserv Zavodu» MMC-nin əsas fəaliyyət istiqamətidir.
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Milli Konservatoriyası — [Publik Hüquqi Şəxs [Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi]]nin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli "Azərbaycan Milli Konservatoriyası"nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. 10 avqust 2001-ci il tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olmuşdur. Bu sərəncama əsasən Konservatoriyanın rektoru Siyavuş Kərimi təyin edildi. Siyavuş Əşrəf oğlu Kərimi – Bəstəkar, Xalq Artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru. Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakı şəhərində anadan olub. 1961-69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib.1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib.‘Populyar musiqi və caz ifaçılığı’ kafedrasının professorudur,‘Şöhrət’ və “Şərəf” ordenlidir. FAKÜLTƏLƏR : — “İfaçılıq” — “Musiqi tarixi və nəzəriyyəsi” KAFEDRALAR : Muğam (xanəndə) Milli vokal Etnomusiqişünaslıq Fortepiano Humanitar fənnlər kafedrası Dirijorluq Musiqinin tarixi və nəzəriyyəsi Xalq çalğı alətləri İnstrumental muğam Populyar musiqi və caz ifaçılığı.
Kolumbiya Konservativ Partiyası
Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmcinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.
Konservantlar
== Qida konservantları == Qida əlavələrindən ən geniş istifadə olunanı konservantlar olub, qida məhsullarının mikroorqanizmlər tərəfindən xarab olmasının qarşısını alır. Bu bəhsdə yalnız kimyəvi yolla sintez olunmuş konservantlardan, onların təsnifatından və dünyada qəbul edilmiş kodlaşdırılmasından söz ediləcəkdir. Konservantlar bakteriyaların, zəhərli göbələklərin, mayaların və digər mikroorqanizmlərin inkişafını dayandırır və onların ərzaq məhsullarına təsirmi aradan qaldırırlar. Tətbiq olunan qida konservantları aşağıdakılardır; Sorbin turşusu — E200 Natrium sorbat — E201 Kalium sorbat — E202 Kalsium sorbat — E203 Benzoy turşusu — E210 Natrium benzoat — E211 Kalium benzoat — E212 Kalsium benzoat — E213 Para-oksibenzoy turşusunun metil efiri E214 Para-oksibenzoy turşusunun etil efiri — E215 Para-oksibenzoy turşusunun propil efiri — E216 Para-oksibenzoy turşusunun propil efirinin natrium duzu- E217 Kükürd dioksid — E220 Natrium sulfit — E221 Natrium hidrosulfit-E222 Kalium sulfit-E225 Kalsium sulfit-E226 Difenil- E230 orto-Fenilfenol- E231 Natrium orto-Fenilfenol- E232 Nizin-E234 Pimaritsin-E235 Qarışqa turşusu-E236 Natrium formiat-E237 Kalsium formiat-E238 Kalium nitrit-E249 Natrium nitrit -E250 Natrium nitrat -E251 Sirkə turşusu -E260 Kalium asetat -E261 Konservantların təsir effekti mühitin pH-dan çox asılıdır. Onların əksəriyyəti turş mühitdə daha effektiv təsirə malik olduğundan, məhsulları konservləşdirərkən yeyinti turşuları sirkə, alma, limon, süd və başqa turşular əlavə edilir. Konservantlarınistifadə olunan miqdarı normadan az olduqda, mikroorqanizmlər onlardan qida mühiti kimi istifadə edərək çoxalırlar və məhsulun tez xarab olmasına səbəb olur. Нər bir konservant müəyyən bakteriyalar və mikroblar üçün effektiv təsirə malikdir. Hələlik bütün qida maddələri üçün universal konservant müəyyən edilməmişdir. == Konservant seçməyin qaydaları == Konservant geniş təsir dairəsinə malik olmalıdır; Hər hansı qida sistemində fəaliyyət göstərən mikroorqanizm əleyhinə effektiv təsir göstərməlidir; Qida məhsulunun istifadə müddəti qurtarana qədər öz təsirini göstərməlidir; Toksiki maddələrin əmələ gəlməsinin qarşısını almalıdır; Qida məhsulunun xarakter müsbət xassələrinə mənfi təsir etməməlidir; Ucuz olmalı və texnoloji istifadəsi sadə olmalıdır; Koservant fizioloji təhlükə yaratmamalıdır; Konservant, ərzaq məhsullarının istifadəsi zamanı hər hansı orqanizm üçün "öyrəşmə" effekti yaratmamalıdır; Konservant qida maddələri ilə qarşılıqlı təsirdə olub, əlavə məhsullar əmələ gətirməməlidir; Ekoloji və toksiki problemlər yaratmamalıdır. == Konservantların fıziki-kimyəvi xassələri == Ən çox istifadə olunan konservantlardan bir neçəsinin fıziki-kimyəvi xassələri və təsir dairəsi haqqında bəzi məlumatlar: Kükürd (ıv-oksid) — SO2- suda yaxşı həll olan qazdır.
Konservasiya yağları
Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması. Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur.
Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi, Kulon qüvvəsi. Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s. Konservativ qüvvələr sonrakı xassələrə malikdir: Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.
Konservatizm
Mühafizəkarlıq (və ya konservatizm) — ənənəvi sosial institutları təbliğ etməyə və qorumağa çalışan estetik, mədəni, sosial və siyasi fəlsəfə. Mühafizəkarlığın mərkəzi müddəalarına görə, mədəniyyət və sivilizasiya status-kvo ilə dəyişə bilər. Qərb mədəniyyətində mühafizəkarlar mütəşəkkil din, parlament hökuməti və mülkiyyət hüquqları kimi bir sıra institutları qoruyub saxlamağa çalışırlar. Mühafizəkarlığın tərəfdarları çox vaxt proqressivizmə qarşı çıxır və ənənəvi dəyərlərə qayıdış axtarırlar. Termin siyasi kontekstdə ilk dəfə istifadə edilməsi 1818-ci ildə Fransua-René de Chateaubriand ilə Fransa İnqilabının siyasətlərini geri qaytarmağa çalışan Burbon bərpası dövründə yaranmışdır. Tarixən sağçı siyasətlə əlaqəli olan bu termin o vaxtdan bəri geniş baxışları təsvir etmək üçün istifadə olunur. Mühafizəkar kimi qəbul edilən vahid siyasət dəsti yoxdur, çünki mühafizəkarlığın mənası müəyyən bir yerdə və zamanda ənənəvi hesab ediləndən asılıdır. Mühafizəkar düşüncə özünü mövcud adət-ənənələrə və milli mədəniyyətlərə uyğunlaşdırdığı üçün xeyli müxtəlif olmuşdur. Məsələn, bəzi mühafizəkarlar dövlətin iqtisadiyyata daha çox müdaxiləsini müdafiə edir, digərləri isə daha sərbəst bazar iqtisadi sistemini müdafiə edir. Beləliklə, dünyanın müxtəlif yerlərindən olan mühafizəkarlar — hər biri öz adət-ənənələrini qoruyur — geniş spektrli məsələlərdə fikir ayrılığına düşə bilər.
Konservatoriya
Konservatoriya (lat. conservare — qorumaq, hifz etmək) — ali musiqi təhsil müəssisəsi. Musiqiçi, ifaçı və bəstəkar kadrları hazırlayır.
Konservləşdirmə
Konservləşdirmə — qida məhsullarının saxlanmasına dair bir üsul (konservdən hazırlama), məhsulların mikroorqanizmlərinin həyati fəaliyyəti üçün ərzaqların texniki emalından ibarətdir. Həmçinin qida məhsullarının yararlılıq müddətinin artırılması üçün digər bir üsuldur. == Tarixi == Sənaye miqyasında konservləşdirmə üsulu XIX əsrin əvvəllərinə aid kəşfdir. Əti saxlamaq üçün Nikolya Apperin 1809-cu ildə apardığı ilk təcrübələrdən biri belə olur: o, əti deşiyi olan metal qutuya qoyub qaynadır, bişəndən sonra deşiyi lehimləyir və əti qutu ilə birgə bir daha suda qaynadır. Beləliklə, ilk konserv məhsulu alınır. Bizim dövrdə də ev şəraitində ərzağın şüşə bankalarda konservləşdirilməsi o dövrün konservləşdirməsini xatırladır. Konservləşdirmənin sənaye miqyasında geniş tətbiqi cəmiyyətin yeyinti təsərrüfatında bir inqilabdır. Konservləşdirmə ərzaq ehtiyatı yaradılmasında insanlara böyük imkanlar verir. Yəni ərzaq ehtiyatı yarandıqca istehlakın tənzimlənməsi də mümkün olur, qida müxtəlifliyi artır və ərzağı uzaq yerlərə daha çox aparmaq olur və sairə. İlk konserv zavodu 1804-ci ildə Paris yaxınlığındakı əyalətlərin birində N.Apper tərəfindən açılır.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Lozanna Konservatoriyası
The Lozan Haute école de musique (HEMU, 2010-cu ildən qabaq İnkişaf etmiş Musiqi Araşdırmaları İnstitutu kimi tanınan, 1861-ci ildə Lozan Konservatoriyası olaraq qurulmuşdur) — İsveçrənin Fransız dilli qərb hissəsindəki Romandayda yerləşən bir İsveçrə musiqi məktəbidir. Qərbi İsveçrə Tətbiqi Elmlər Universitetinin qurucu bir təşkilatıdır.
Moskva Dövlət Konservatoriyası
Çaykovski adına Moskva Dövlət Konservatoriyası — Moskvanın ali musiqi təhsil müəssisəsi, Rusiyanın aparıcı universitetlərindən biri. 1866-cı ildə Nikolay Rubinşteyn və Prince Nikolay Petrovitch Troubetzkoy tərəfindən yaradılıb. Konservatoriya 1860-cı ildə yaradılmış Rusiya Musiqi Cəmiyyətinin Moskva şəbəsinin musiqi sinifləri əsasında təşkil edilib. Konservatoriyanın Böyük Zalı Kiçik zal raxmaninov zalı (1890-cı ildə tikilib) Konfrans zalı N. Myaskov adına zal Rubinşteyn adına muzeydə oval və sərgi zalları Московская консерватория 1866–1966. – М., 1966.
Naxçıvan Konservatoriyası
Naxçıvan Konservatoriyası - (1998, 27 fevral) musiqi sahəsində ali təhsil müəssisəsi. 1998-ci il 27 fevral Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin nəzdində yaradılmışdır . Fakütə daxili bölmə statusuna malikdir. Konservatoriyada fortepiano, xalq çalğı alətləri, simli alətlər, musiqişünaslıq, ifaçılıq və dirijorluq üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irsinin öyrənilməsinə xüsusi diqqət yetirilir. N. k.-nın ayrıca tədris korpusu, musiqi kabineti, konsert salonu var.
Paris Konservatoriyası
Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dram və rəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP). Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir. Paris Konservatoriyasının tarixi XIV Lüdovikin 1669-cu il iyunun 28-də qurduğu Kral musiqi məktəbinə (fr. École Royale de Chant) qədər gedib çıxır. 1785-ci ildə Fransua Josef Qossek konservatoriyanı yenidən qurdu. 1793-cü ildə konservatoriya Kral musiq məktəbi milli qvardiyanın musiqiçiləri üçün olan bir məktəblə birləşdirildi və İnsitut national de musique olaraq adlandırıldı. Böyük Fransa inqilabı ərəfəsində qurulmuş olan Milli konqres məktəbi 1795-ci ildə Musiqi Konservatoriyası (fr. Conservatoire national supérieur de musique) adlandırıldı və yeni konservatoriyanın ilk 350 şagirdi 1796-cı ilin noyabrında təhsillərinə başladı.
Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyası
Çaykovski adına Moskva Dövlət Konservatoriyası — Moskvanın ali musiqi təhsil müəssisəsi, Rusiyanın aparıcı universitetlərindən biri. 1866-cı ildə Nikolay Rubinşteyn və Prince Nikolay Petrovitch Troubetzkoy tərəfindən yaradılıb. Konservatoriya 1860-cı ildə yaradılmış Rusiya Musiqi Cəmiyyətinin Moskva şəbəsinin musiqi sinifləri əsasında təşkil edilib. Konservatoriyanın Böyük Zalı Kiçik zal raxmaninov zalı (1890-cı ildə tikilib) Konfrans zalı N. Myaskov adına zal Rubinşteyn adına muzeydə oval və sərgi zalları Московская консерватория 1866–1966. – М., 1966.
Qazax Milli Konservatoriyası
Kurmanqazı adına Qazax Milli Konservatoriyası (qaz. Құрманғазы атындағы Қазақ ұлттық консерваториясы) — Qazaxıstanın ali musiqi müəssisəsi. 24 iyul 1944-cü ildə Qazaxıstan SSR Xalq Komissarları Şurası oktyabrın 1-də Almaatı şəhərində Dövlət İncəsənət İnstitutunun təşkil olunması haqqında qərar qəbul etdi, hansı ki sonradan Almaatı Konservatoriyasına çevrildi, 1945-ci ildə universitetə ​​19-cu əsrin görkəmli qazax kyuşası Kurmanqazı Saqırbayulının adı verildi. 1938-ci ildə tikilən ilk binada konservatoriyadan əvvəl musiqi və xoreoqrafiya kompleksi yerləşirdi. 1960-cı illərin əvvəllərində yeni korpus və 120 yaşayış və 42 məşğələ otağları və oxu və idman zalları olan yataqxana tikildi. 1981-1982-ci tədris ilində konservatoriyada 1200-dən çox tələbə təhsil alırdı, 234 müəllim, o cümlədən 20-dən çox professor və elmlər doktoru, 50-yə yaxın dosent və elmlər namizədi, SSRİ-nin 5 xalq artisti, 7 Qazax SSR xalq artisti burada işləyirdilər. 2000-ci ilin noyabr ayında konservatoriyanın istifadəsinə əlavə dördmərtəbəli müasir bina verildi. Tədris prosesini 4 fakültə təmin edir: Vokal və dirijorluq fakültəsi İnstrumental İfaçılıq Fakültəsi Musiqiologiya və İdarəetmə Fakültəsi Xalq musiqisi fakültəsi Bundan başqa ümumuniversitet kafedraları fəaliyyət göstərirlər İnnovativ Musiqi və Pedaqoji Texnologiyalar kafedrası Sosial və Humanitar Fənlər kafedrası Eksperimental İncəsənət Studio Məktəbi Bədən tərbiyəsi və idman bölməsi Qazax və xarici dillər bölməsi 1944 — 1945 — İvan Kruqlıxin 1945 — 1951 — Axmet Jubanov 1951 — 1957 — İvan Kruqlıxin 1957 — 1967 — Quddus Xojamyarov 1967 — 1975 — Erkeqali Raxmadiyev 1975 — 1987 — Qaziza Jubanova 1987 — 1997 — Düsen Kaseyinov 1997 — 2018 — Janiya Əubəkirova 2018 — h/h. — Arman Judebayev Bina 1935-1937-ci illərdə tipik məktəbin dizaynına əsasən inşa edilmişdir. Tədris korpusunun 2 tədris korpusu və konsert salonu daxildir.
Çaykovski adına Moskva Dövlət Konservatoriyası
Çaykovski adına Moskva Dövlət Konservatoriyası — Moskvanın ali musiqi təhsil müəssisəsi, Rusiyanın aparıcı universitetlərindən biri. 1866-cı ildə Nikolay Rubinşteyn və Prince Nikolay Petrovitch Troubetzkoy tərəfindən yaradılıb. Konservatoriya 1860-cı ildə yaradılmış Rusiya Musiqi Cəmiyyətinin Moskva şəbəsinin musiqi sinifləri əsasında təşkil edilib. Konservatoriyanın Böyük Zalı Kiçik zal raxmaninov zalı (1890-cı ildə tikilib) Konfrans zalı N. Myaskov adına zal Rubinşteyn adına muzeydə oval və sərgi zalları Московская консерватория 1866–1966. – М., 1966.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
İstanbul Universiteti Dövlət Konservatoriyası
İstanbul Universiteti Dövlət Konservatoriyası — İstanbul Universitetinin tabeliyində olan ali təhsil müəssisəsi. 1914–1986-cı illərdə müxtəlif adlarla, fərqli qurumların nəzdnində fəaliyyət göstərən qurum 1986-cı ildə İstanbul Universitetinin tərkibinə keçərək İstanbul Universiteti Dövlət Konservatoriyası olaraq yenidən təşkil olunmuşdur. Hazırda konservatoriyada bəstələmə (kompozisiya), nəfəsli alətlər, simli alətlər, orkestr rəhbərliyi, zərb alətləri və fortepiano bölməsindən başqa teatr və balet bölmələri də vardır.
İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası
İTÜ Türk Musiqisi Dövlət Konservatoriyası Anadoluda açılan digər türk musiqisi konservatoriyalarından öncə açılmışdır. İTU- nun Maçka kampusunda yerləşir. Konservatoriyanı bitirən məşhur İTU məzunlarından bəziləri bunlardır: Volkan Konak, Funda Arar, Çelik Erişçi, Aşkın Nur Yengi, Melihat Gülses, Erkan Oğur, Erol Parlak, Pınar Dilşəkər və İsmail Hakkı Demircioğlu . Ata Dəmirer isə konservatoriyanı yarımçıq tərk edib.
Arxeoloji abidələrin konservasiyası və bərpası
Arxeoloji obyektlərin konservasiyası və bərpası — arxeoloji obyektin mühafizəsi və lazım gəldikdə bərpası üçün arxeoloqlar, konservatorlar (tarixi artefaktları qoruyan şəxslər) və ziyarətçilər arasında birgə səydir. Konservasiya üsulları və ya bərpa ehtiyacları barədə qərar verməzdən əvvəl estetik, tarixi, elmi, dini, simvolik, maarifləndirici, iqtisadi və ekoloji dəyərlərlə bağlı məsələlərin qiymətləndirilməsi lazımdır. Arxeoloji qazıntı prosesi mahiyyət etibarilə dağıdıcıdır, çünki qazıntılar sahənin təbiətini və kontekstini və onla əlaqəli məlumatları daimi olaraq dəyişdirir. Buna görə də, arxeoloqlar və konservatorlar riskə atdıqları ərazilərə qulluq etmək və qorumaq üçün məsuliyyət daşıyırlar. == Arxeoloji abidənin istifadə mərhələləri == Arxeoloji sahələr bir çox mərhələdən keçir. Abidənin yaradılması: Abidə qurulur və mədəniyyət daxilində hər hansı bir funksiyaya xidmət edir. İlkin pozulma: Abidə istifadədən çıxıb və ya tərk edilib. Külək və su kimi təbii qüvvələr sahəni dəyişdirə və qeyri-sabitliyə səbəb ola bilər. Heyvanlar və həşəratlar qorunan ərazidə məskunlaşa və üzvi maddələrlə qidalana və abidəni məhv edə bilərlər. İdentifikasiya: Sahə arxeoloqlar, yerli insanlar və yaxud digər qeyri-peşəkar insanlar tərəfindən müəyyən edilir.
Kiyev konservatoriyası
P. İ. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyası, qeyri-rəsmi — Kiyev konservatoriyası, ukr. Національна музична академія України імені П. І. Чайковського (Київська консерваторія) — Ukraynanın ən yüksək dövlət musiqi təhsili müəssisəsi, IV dərəcəli akkreditasiya, Ukraynanın və dünyanın musiqi universitetləri arasında aparıcı yer tutur. == Tarixi == Konservatoriya 1913-cü il noyabrın 3-də Rus Musiqi Cəmiyyətinin Kiyev bölməsinin musiqi məktəbinin bazasında yaradılmışdır. Məktəbin bazasında konservatoriya təşkil etmək üçün 1913-cü ilə qədər üç dəfə cəhd edilmiş, lakin yalnız sonuncu cəhd (sənədləri A. Vinoqradski və V. Puxalski hazırlamışlar) uğurlu olmuşdur. İlk direktor Vladimir Puxalski (Kiyev Musiqi Məktəbinin direktoru) idi, Sakse-Altenburqlu Yelena Georgiyevna (Rusiya İmperator Musiqi Cəmiyyətinin sədri, Əlahəzrət Şahzadə) bir il müddətinə Kiyev Konservatoriyasının direktoru olmasını xahiş etdi. 1914-cü ilin iyununda direktor seçkiləri keçirildi və V.V.Puxalski 16 səs aldı (mümkün 16 səsdən), lakin iştirak etməkdən imtina etdi və iştirak edənlərdən məktəbin 1894-cü il məzunu, indi konservatoriyanın professoru olan Reinhold Gliere-ni təsdiq etməyi xahiş etdi ( yalnız iki səs toplayan). 1924-cü ilə qədər konservatoriya yenidən təşkil edilməmişdir. 1925-ci ildə kiçik siniflər ayrıca təhsil müəssisəsinə — musiqi texnikumuna, yuxarı siniflər isə N. V. Lısenko adına Musiqi və Dram İnstitutunun tərkibinə daxil edildi. 1938-ci il aprelin 17-də 25 illik yubileyi ilə əlaqədar və Sovet Ukraynasında musiqi kadrlarının hazırlanması sahəsində müstəsna xidmətlərinə görə konservatoriya Lenin ordeni ilə təltif edilmişdir. 1940-cı ildə konservatoriya P. İ. Çaykovskinin adını daşıyır və o, P. İ. Çaykovski adına Kiyev Dövlət Konservatoriyası kimi tanınır.
Konservaçan olduğunu fərz et
Konservaçan olduğunu fərz et (ing. assume a can opener) – nəticələrini əsassız və ya həddən artıq sadələşdirilmiş fərziyyələrə əsaslandıran iqtisadçıları və digər nəzəriyyəçiləri ələ salmaq üçün istifadə olunan ifadə. == Tarixi == İfadənin ilk dəfə 1970-ci ildə Britaniya iqtisadçıları tərəfindən işlədildiyi güman olunur. İfadənin işləndiyi ilk kitab Kennet Bouldinq tərəfindən yazılmış "İqtisadiyyat elm kimi" (1970) kitabı olmuşdur: İfadə 1981-ci ildə nəşr olunmuş bir kitabdan sonra populyarlaşmış və iqtisadi mövzularda yazan bir çox şəxs tərəfindən istifadə olunmuşdur. == İstifadəsi == Zarafat və onun tətbiqi 1981-ci ildə Corc Qudman tərəfindən yazılmış "Kağız pul" kitabından sonra məşhurlaşmışdır. O, inflyasiyanın başa çatacağını fərz edən iqtisadçıları ələ salmaq üçün bu zarafatdan bəhs etmiş, "konservaçan olduğunu fərz et" ifadəsinin həmin iqtisadçıların deduktiv məntiqinə qarşı ittiham kimi təqdim etmişdir. ABŞ prezidenti Ronald Reyqan bu zarafatı 9 aprel 1987-ci ildə Perdyu Universitetinin tələbələrinə danışmışdır: "Bir gün bir iqtisadçı, bir kimyaçı və bir mühəndis kimsəsiz adaya düşürlər. Onların ancaq bir lobya konservi olsa da, konservaçan yox idi. Mühəndis palma ağacına çıxmağı, dəqiq məsafədən və dəqiq bucaqdan konservi ataraq onu açmağı təklif edir. Kimyaçı razılaşmır və konservi günəşin altında qoymağı təklif edir.

Digər lüğətlərdə