Konstatasiya
Konstruksiya
OBASTAN VİKİ
Konstitusiya
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Konstitusiya abidəsi
Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə. Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb. Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.
Konstitusiya aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı — Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir.
Konstitusiya hüququ
Konstitusiya hüququ — elminin predmeti konstitusiya qanunvericiliyi, obyekti isə konstitusiya hüquq münasibətləri olmaqla şəxsiyyətin, dövlətin və cəmiyyətin qarşılıqlı əlaqələrini tənzimləyir. Konstitusiya hüquqi dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), təşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir. Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır. Konstitusiya (dövlət) hüququ hüquqşünaslıqda üç aspektdə nəzərdən keçirilir: konkret dövlətlərin hüquq sahəsi kimi, elm kimi və ali təhsil sistemində tədris fənni kimi. Bəzən bu terminlər sinonim sözlər kimi qəbul olunsa da, nəzəriyyədə bu ifadələrə münasibət birmənalı deyil. Məsələn, almaniyalı konstitusionalist Konrad Hessenin fikrincə, konstitusiya dövlət quruluşunun müəyyən edilməsi ilə məhdudlaşmayıb, qeyri-dövlət həyat quruluşunun əsaslarını (nikah, mülkiyyət və s.) da əhatə etdiyi üçün "Konstitusiya hüququ" "Dövlət hüququ"ndan daha geniş məfhumdur. Digər tərəfdən konstitusiya hüququ dövlət hüququ ilə müqayisədə məhduddur, yəni "dövlət hüququ", məsələn, inzibati hüquq və prosessual hüququ da əhatə edir. Başqa sözlə, konstitusiya normalarının hüdudlarından kənara çıxan, dövlət idarəçiliyinin, inzibati və maliyyə hüququnun bir çox məsələlərinin daxil olduğu dövlət hüququnun obyekt dairəsi daha genişdir. "Konstitusiya hüququ" və "Dövlət hüququ" terminlərindən hansının işlədilməsi doğrudur? Bu terminlərdən hansının doğru olması məsələsinə konkret cavab vermək olmur.
Mazutlu Konstitusiya
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Ermənistan Konstitusiya Məhkəməsi
Ermənistan Konstitusiya Məhkəməsi (erm. Հայաստանի Հանրապետության սահմանադրական դատարան) — Ermənistanda konstitusiyaya nəzarət üçün ən yüksək hüquqi qurum. 1995-ci ildə yaradılmışdır. İcraedici, qanunverici və digər məhkəmə orqanlarından asılı olmayan bir məhkəmə orqanıdır. Qanunların və digər qanunvericilik aktlarının konstitusiyaya uyğunluğuna nəzarətdən məsuldur. Ermənistan Konstitusiya Məhkəməsinin qanunu həm Ermənistan Konstitusiyasında, həm də Ermənistan qanunveriliciyində müəyyən edilmişdir. 1988-ci ilin dekabrında Sovet İttifaqı Konstitusiyasına edilən dəyişiklik əsasında Konstitusiyaya Nəzarət Komitəsi yaradılmışdır. SSRİ qanunvericiliyi ittifaqın hər bir respublikasında bir Konstitusiyaya Nəzarət Komitəsi yaratmağı nəzərdə tuturdu, lakin bu baş tutmamışdır. Konstitusiya Məhkəməsi haqqında qanun 20 noyabr 1995-ci ildə Ermənistan Milli Məclisi tərəfindən qəbul edilmiş və 6 dekabr 1995-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən imzalanmışdır. 5 və 6 fevral 1996-cı ildə Konstitusiya Məhkəməsinin üzvləri təyin olunmuşdur.
Konstitusiya Günü (Azərbaycan)
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu Konstitusiyası qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Konstitusiya Günü (Qazaxıstan)
Qazaxıstan Respublikasının Konstitusiya Günü (qaz. Қазақстан Республикасының Конституциясы күні) — 1995-ci ildə ümumxalq referendumunda qəbul edildiyi tarix olan 30 avqustda qeyd olundu. Konstitusiya günündə Respublikanın bütün bölgələrində və şəhərlərində ənənəyə uyğun olaraq həvəskar sənətkarların kütləvi bayram şənlikləri və konsertləri keçirilir. Qazaxıstan Respublikasının Konstitusiyası 30 avqust 1995-ci il tarixli ümumxalq referendumunda qəbul edildi (1998 və 2007-ci illərdəki əlavə və dəyişikliklərlə). Konstitusiya, ölkənin əsas qanunu olaraq, Qazaxıstan xalqının iradəsini, ölkəsini "demokratik, dünyəvi, hüquqi və sosial dövlət olaraq qurma arzusunu əks etdirir. həyat, hüquq və azadlıqlar "(N. Nazarbayev). Qazaxıstan Respublikası Konstitusiyanın birinci maddəsi ilə özünü ən yüksək dəyərləri bir insan, onun həyatı, hüquqları və azadlıqları olan demokratik, dünyəvi, hüquqi və sosial bir dövlət kimi təsdiqləyir. Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevə görə, Qazaxıstan Konstitusiyası azadlığın təməlidir. Beləliklə, Konstitusiya Qazaxıstandakı insanlara ən vacib olanı seçmək hüququ verdi. 18 may 2007-ci il tarixində parlamentin otaqlarının birgə iclasında Əsas Qanuna edilmiş dəyişikliklərə əsasən, idarəetmə formasına görə Qazaxıstan prezident-parlament idarəetmə formasına malik unitar dövlətdir.
Konstitusiya Günü (Yaponiya)
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Konstitusiya Partiyası (ABŞ)
ABŞ Konstitusiya Partiyası – 1991-ci ildə Hovard Fillips tərəfindən yaradılan siyasi partiyadır. Bu siyasi partiya 1999-cu ilə qədər ABŞ Vergi Ödəyicilərinin Partiyası adlanıb. Hal-hazırda partiyaya Cim Klaymer başçılıq edir. Bu partiya siyasi baxışlarına görə sağ qüvvələrə daxildir və əsas ideoloji xüsusiyyətləri paleokonservatizm – ABŞ dövlətini yaradanların konservant yəni mühafizəkar idealarına, Konstitusiya qaydalarına və İncil-də olan dini prinsiplərə sadiq qalmaqdır. İqtisadi məsələlərdə bu partiyanın fikirləri respublikaçılar və libertian partiyasının fikirləri ilə səsləşir. Mühafizəkar və dini tipli partiya olaraq Konstitusiya Partiyası bəzi insan hüquqlarına qarşı çıxaraq onların məhdudlaşdırılmasını və ya tamamilə qüvvədən çıxarılmasının tərəfdarıdır. Dini baxımdan olaraq partiya evtanaziya və aborta qarşıdır. Sözügedən hüquqların ya tamamilə ləğv edilməsi ya da ki, məhdudlaşdırılması üçün partiya ABŞ ictimaiyyətində təbliğat aparır. Bundan başqa partiya eyni cinsdən olan insanların nigahına qarşı çıxır. Miqrasiya məsələsində isə partiya leqal üsulların tərəfdarıdır və leqal olmayan üsullara qarşı sərt qərarların verilməsini istəyir.
Koreya Konstitusiya Məhkəməsi
Koreya Konstitusiya Məhkəməsi, Cənubi Koreyanın müstəqil və ixtisaslaşmış məhkəməsidir, əsas vəzifəsi Koreya Respublikası Konstitusiyasına uyğun olaraq konstitusiyanı nəzərdən keçirtməkdir. Hökumət qurumları arasındakı səlahiyyət mübahisələrinə hökm vermək, ittihamlar ilə bağlı son qərarlar vermək və siyasi partiyaların ləğvi ilə bağlı qərar vermək kimi inzibati hüquq funksiyalarına da malikdir. Konstitusiya, Qanunverici, İcra və Məhkəmə sistemlərindən başqa ayrı bir fəsildə Konstitusiya Məhkəməsinin müstəqil statusunu və səlahiyyətini təmin edir. Hakimiyyət bölgüsünə görə, Məhkəmə Milli Məclis, Prezident və Ali Məhkəmə ilə birlikdə Konstitusiya ilə verilmiş səlahiyyətini həyata keçirir və onu xalqın digər ali qurumları ilə bərabər edir. Ümumiyyətlə Cənubi Koreyadakı Konstitusiya Məhkəməsinin ilk növbədə Avstriya və Almaniyadakı konstitusiya məhkəmələrinə istinad etdiyi güman edilir. Konstitusiya Məhkəməsi, nizamnaməyə konstitusiya baxışı, konstitusiya şikayətləri, hökumət qurumları arasındakı səlahiyyət mübahisələri, yüksəkvəzifəli dövlət məmurlarının impiçmenti və siyasi partiyaların ləğvi ilə bağlı səlahiyyətlərə malikdir. Yuxarıda göstərilən məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin qərarı bütün dövlət qurumlarını və yerli özünüidarə orqanlarını bağlayır və şikayət edilə bilməz. Məhkəmə qanuni prosedurlarla Konstitusiyanı qoruyur. Məhkəmə, nizamnamələrin konstitusiyaya uyğunluğu, impiçment, siyasi partiyanın ləğvi, səlahiyyət mübahisələri və konstitusiya şikayətləri zamanı, Konstitusiya mübahisələrini həll etmək və onun pozulmasının qarşısını almaq üçün Konstitusiyanı şərh edir və tətbiq edir. Məhkəmə insanların əsas hüquqlarını təmin edir.
Macarıstan Konstitusiya Məhkəməsi
Macarıstan Respublikası Konstitusiya Məhkəməsi (mac. Magyarország Alkotmánybírósága) — Macarıstan Parlamentinin aktlarına məhkəmə nəzarətini həyata keçirən, Macarıstanın xüsusi məhkəməsi. Budapeştdə yerləşir. 2012-ci ilədək Esterqomda fəaliyyət göstərib. 1 sentyabr 2011-ci ildən Konstitusiya Məhkəməsi 15 hakimdən ibarətdir (əvvəllər 11 hakimdən ibarət olub). Məhkəmənin üzvləri daha sonra gizli səsvermə ilə öz üzvləri sırasından Məhkəmənin sədrini seçirlər. Sədr tərəfindən təyin edilən bir və ya iki sədr müavini hər hansı səbəbdən sədr olmadıqda onu əvəz edirlər. Konstitusiya məhkəməsi qanunların konstitusiyaya uyğunluğuna dair qərarlar qəbul edir; bu qərarlardan şikayət edilə bilməz. Konstitusiya Məhkəməsi konstitusiyanın qorunması ilə bağlı fəaliyyət göstərən başlıca orqandır. Onun vəzifəsi qanunların konstitusiyaya uyğunluğunu nəzərdən keçirmək, konstitusional qaydanı və konstitusiya ilə zəmanət verilmiş əsas hüquq və azadlıqları qorumaqdır.
1867 Konstitusiya Aktı
1867 Konstitusiya Aktı və ya İngilis Şimali Amerika Qanunu, 1 iyul 1867-ci ildə imzalanmış və Kanadaya Britaniya İmperiyasından müstəqil bir idarəetmə sistemi qazandırmağa imkan verən qanundur. Bu qanunun qəbul edilməsi ilə Britaniya Krallığı Şimali Amerikadakı dörd ştatdan formalaşmış federasiyası formasındakı koloniyalarına yerli özünüidarəetmə hüququ verdi. Bu ştatlardan "Kanada" ikiyə bölünərək Kvebek və Ontario əyalətlərini meydana gətirdi, digər iki ştat isə Nyu-Bransuik və Yeni Şotlandiya idi. Kanada Konfederasiyası termini bu birləşməyə aiddir və tez-tez meydana gələn federasiya üçün də istifadə olunur. Hələ də 1 iyul Kanadada Kanada Günü kimi qeyd olunur.
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı. Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.
Başqırdıstan Konstitusiya Məhkəməsi
Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi (başq. Башҡортостан Республикаһының Конституция Суды) — "Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi" haqqında 1996-cı il tarixli Qanununun 15-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yaradılan konstitusiya məhkəməsi. Məhkəmə sədr və Başqırdıstan Respublikasının başçısı tərəfindən irəli sürülən və Qurultay tərəfindən təsdiqlənmiş səkkiz köməkçi hakimdən ibarətdir.
Belarus Konstitusiya Məhkəməsi
Belarus Konstitusiya Məhkəməsi (belar. Канстытуцыйны Суд Рэспублікі Беларусь) — Belarusun konstitusiyanın şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqanı. 1994-cü ildə qurulmuşdur. Məhkəmənin funksiyası konstitusiya ilə əlaqədar məsələlərdə ədaləti təmin etməkdir. Məhkəmə, həmçinin, milli qanunvericiliyin konstitusiya ilə ziddiyyəti məsələlərini həll edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hər biri ali hüquq təhsilli 12 hakimdən ibarətdir. Altı hakim Prezident, digər altı hakim isə Respublika Şurası tərəfindən təyin edilir. Təyinat üsulundan asılı olmayaraq, hakimlər 11 il müddətinə səlahiyyətlərini icra edirlər. == Xarici keçidlər == kc.gov.by/en/main.aspx — Belarus Konstitusiya Məhkəməsinin rəsmi saytı BMT-nin İnsan hüquqları Komitəsi Pastuxov Belarusa qarşı işində 1997-ci ildə Konstitusiya Məhkəməsinin hakimlərindən birinin buraxılması haqqında məsələyə baxır.
Qazaxıstan Konstitusiya Şurası
Qazaxıstan Konstitusiya Şurası — Qazaxıstanda konstitusiya nəzarətinin kollektiv orqanı. Qazaxıstan Respublikası Konstitusiya Şurası 7 üzvdən ibarətdir. Konstitusiya Şurasının sədri və iki üzvü Prezident tərəfindən, müvafiq olaraq iki üzvünü Senat və Məclisi 6 il müddətinə təyin edirlər. Konstitusiya Şurasının ömür üzvləri haqlı olaraq Respublikanın keçmiş prezidentləridir. Hazırkı sədr Kayrat Mamiyevdir. Şura 1995-ci il Konstitusiyasında nəzərdə tutulmuşdur və Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsini əvəz etmişdir. Respublika Prezidentinin etirazları Konstitusiya Şurası üzvlərinin ümumi sayının üçdə ikisinin səsi ilə həll edilən bir bütün olaraq və ya bir hissəsi olaraq Konstitusiya Şurasının qərarına təqdim edilə bilər (maddə 73 Konstitusiya). 2017-ci il Konstitusiyasına edilən dəyişikliklərlə Prezidentin etiraz hüququ ləğv edildi. Prezident, Senat sədri, Məclisi sədri, parlamentin ümumi sayının ən azı beşdə biri, Baş nazir (Konstitusiyanın 72-ci maddəsi), məhkəmə (Konstitusiyanın 78-ci maddəsi — yalnız Konstitusiyada və vətəndaşda normativ hüquqi aktla təsbit edilmiş insan hüquq və azadlıqlarının pozulması halında). Konstitusiya Şurası Konstitusiyanın 72-ci maddəsi ilə səlahiyyətlidir: respublika prezidenti, parlament deputatları seçkilərinin və respublika referendumu keçirilməsinin düzgünlüyünü yoxlamaq; parlament tərəfindən qəbul edilən qanunların Prezident tərəfindən imzalanmadan əvvəl Konstitusiyaya uyğunluğunu yoxlamaq; Parlament və Palataları tərəfindən qəbul edilmiş qərarların Konstitusiyaya uyğunluğunu yoxlamaq; təsdiqlənməmişdən əvvəl Konstitusiyanın beynəlxalq müqavilələrə uyğunluğunu yoxlamaq; Konstitusiya normalarına rəsmi təfsir vermək; prezidentin vəzifəsindən azad edilməsi və ya vəzifəsindən azad edilməsi proseduruna riayət edilməsi barədə (Şuraya xüsusi müraciət edilmədən - Konstitusiyanın 47-ci maddəsi); Konstitusiyaya düzəlişlər qəbul edərkən rəy vermək.
Türkiyənin konstitusiya tarixi
Türkiyənin konstitusiya tarixi — 1876-cı ildə Osmanlı İmperiyasının ilk əsas qanununun qəbulu ilə başlayan Türkiyə hüquq tarixindəki dövr. Türkiyə Cümhuriyyətinin müasir konstitusiyası 1921-ci ildə təsdiqləndi, sonra 1924, 1961, 1982-ci illərdə və ən sonuncu dəfə 2010-cu ildə dəyişiliklər əlavə olunmuşdur. 2000-ci illərdə Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün siyasi meyarlara uyğun gəlməsinə imkan verən başqa bir konstitusiya dəyişilikliyi ilə bağlı məsələ yenidən qaldırıldı. Nəticədə, 2010-cu ildə konstitusiya referendumu keçirildi və yeni düzəlişlər təsdiqləndi. 2005-ci ildən bəri Ədalət və İnkişaf Partiyası Türkiyənin parlament idarəetmə formasından prezident respublikasına keçməsi üçün kampaniya aparırdı. 16 aprel 2017-ci il tarixində Konstitusiya referendumu keçirildi və seçicilərin çoxusu prezident respublikasının qurulması, baş nazir vəzifəsinin ləğvi, parlament üzvləri sayının artırılması və Hakimlər və Prokurorlar Şurasında islahatların başlamasına səs verdi. 1808: II Mahmudun dövründə Ələmdar Mustafa Paşa tərəfindən hazırlanan Sened-i İttifak, 29 sentyabrda Rumeli və Anadolu liderləri ilə Osmanlı dövləti arasında imzalanmışdır ki, mərkəzi hakimiyyət əyalətlərə hakim olsun. 1839: Mustafa Rəşid paşa tərəfindən noyabrın 3-də Əbdülməcid dövründə hazırlanmış Tanzimat fərmanı qəbul edildi. 1856: 1856-cı il tarixli Osmanlı İslahat fərmanı, Tanzimat fərmanını tamamladı və gücləndirdi. 1876: Osmanlı Konstitusiyası qəbul edildi və imperiyanın Birinci Məşrutiyyət dövrünü (1876–78) başlatdı.
Yaponiyanın Konstitusiya Günü
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Özbəkistanın Konstitusiya Məhkəməsi
Özbəkistan Respublikası Konstitusiya Məhkəməsi sədri və müavini də daxil olmaqla yeddi hakimdən ibarətdir. 2014-cü ildən bəri sədr (2017-ci ildə yenidən seçildi) — Mirbabayev Bəxtiyar Şamsutdinoviç, əvvəllər sədr B. A. Eşonov idi. Hakimlər (35 yaşdan kiçik və 70 yaşdan yuxarı) Senat tərəfindən Ali Məhkəmə Şurasının tövsiyə etdiyi şəxslər arasından ən çox iki müddətə 5 il müddətinə seçilir. İlk "Özbəkistan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Qanun 6 may 1993-cü ildə qəbul edildi, həmin il 7 may tarixində Ali Şura "Konstitusiya Məhkəməsinin funksiyalarının müvəqqəti olaraq tapşırılması haqqında" qərar qəbul etdi. Özbəkistan Respublikası Konstitusiya Nəzarət Komitəsinin tərkibi. 1995-ci ildə Konstitusiya Məhkəməsi haqqında ikinci bir qanun qəbul edildi və hakimlər həmin ilin dekabrında seçildi. Mövcud Konstitusiya Məhkəməsi haqqında qanun 2017-ci ildə qəbul edilmişdir. Tapşırıqlarına təklif olunan qanunların Özbəkistan Konstitusiyasına və Qaraqalpaqstan Respublikası qanunlarının Özbəkistan Respublikasının qanunlarına zidd olub-olmaması məsələsinə baxılması daxildir. Konstitusiyanın 95-ci maddəsinə görə, Özbəkistan Prezidentinin Ali Məclisin ləğvi barədə qərarını təsdiqləmək səlahiyyəti də ona həvalə edilmişdir. Məhkəmə qərarları qətidir və apellyasiya şikayətinə tabe deyil.
İran Konstitusiya İnqilabı
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Konstitusiya kitabçası böhranı
Misir Ali Konstitusiya Məhkəməsi
Misir Ali Konstitusiya Məhkəməsi, (arb: المحكمة الدستورية العليا / rom: Əl-Məhkəməh əl-Dustüriyah əl-‘Ulyā — ing: Supreme Constitutional Court of Egypt) Misirin müstəqil məhkəmə orqanıdır. 1979-cu ildə qurulub. Paytaxt Qahirənin Maadi bölgəsində yerləşir. Məhkəmə Misirdə yüksək məhkəmə hakimiyyətinə malikdir və yalnız qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq qanun və qaydaların və hüquqi mətnlərin təfsirini həyata keçirən konstitusiyaya məhkəmə nəzarəti orqanıdır. Həmçinin digər məhkəmələr və inzibati məhkəmələr arasındakı səlahiyyət mübahisələrini həll etmək səlahiyyətinə malikdir. Əbdülvahab Əbdül Rəzik 30 iyun 2016 tarixindən bəri konstitusiya məhkəməsinin sədridir.
Qazaxıstanda Konstitusiya Referendumu (2022)
2022-ci il iyunun 5-də Qazaxıstanda Konstitusiyaya 56 dəyişikliyin təsdiq edilib-edilməməsi ilə bağlı referendum keçirilib. Bu, müstəqil Qazaxıstanda keçirilən üçüncü referendum idi və sonuncu referendum 1995-ci ildə keçirilmişdi. Səsvermə yerli dildə Respublika referendumu adlandırıldı və 1995-ci ildə ilk dəfə olan ratifikasiyadan sonra qəbul edilmiş qanunun tərifinə uyğun olaraq ilk dəfə Respublikaçı referendum (qaz. Республикалық референдум, romanlaşdırılmış: Respublikalyq referendum; rus. Республиканский референдум, romanlaşdırılmış: Respublikanskiy referendum) adlandırıldı. Yeni təklif olunan düzəlişlər ilk dəfə prezident Qasım-Comərd Tokayev tərəfindən 2022-ci ilin martında, iqtisadi şəraitin pisləşməsi və sürətli siyasi islahatlara çağırışların artması nəticəsində həmin ilin yanvar ayında baş tutan zorakı vətəndaş iğtişaşlarına cavabdan sonra ilk dəfə xalqa müraciəti zamanı açıqlanıb. Tokayev açıqlamalarından sonra parlamentlə birlikdə konstitusiya dəyişiklikləri ilə bağlı təkliflərin formalaşdırılması üzrə işçi qrupu yaradıb və 2022-ci ilin aprelində konstitusiyaya dəyişikliklər layihəsi əvvəlcə Tokayev tərəfindən Konstitusiya Şurasına təsdiq olunmaq üçün təqdim edilməklə ictimaiyyətə təqdim edilib. Dəyişikliklərin hazırlanması zamanı deputatlar və qazax rəsmiləri tərəfindən rus dilinin qazax dili ilə birlikdə ortaq rəsmi dil kimi istifadəsinin istisna edilməsi və ən əsası, müxalifətlə üzləşən keçmiş prezident Nursultan Nazarbayevin imtiyazları ilə bağlı bir sıra mübahisəli təklif edilən dəyişikliklər edilib, əvvəlcə ona “müstəqil Qazaxıstanın qurucusu” kimi yeni fəxri adın verilməsi təklifi irəli sürülüb lakin bu ictimai reaksiyadan sonra ləğv edilib. Aprelin 29-da Qazaxıstan Xalq Assambleyasının sessiyasında prezident Tokayev konstitusiyaya edilən dəyişiklik və əlavələrin təsdiqi üçün respublika referendumunun keçirilməsi ideyasını qaldırıb. Mayın əvvəlində parlament konstitusiyaya dəyişikliklər və əlavələr paketi layihəsini qəbul edib, daha sonra Tokayev tərəfindən imzalanıb və prezident fərmanı ilə referendumun keçirilmə tarixini təyin edib.
Ermənistan konstitusiyası
Ermənistanın Konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş olan ümummilli erməni referendumu nəticəsində qəbul edilmişdir. Bu konstitusiya Ermənistanı demokratik, suveren, sosial və konstitusiyalı bir dövlət kimi qurmuşdu. İrəvan ölkənin paytaxtı olaraq təyin olunmuşdur. Hakimiyyət nümayəndələrinin seçilməsi hüququ birbaşa səsvermə yolu ilə həyata keçirilmə yolu ilə vətəndaşlara verilmişdir. Konstitusiya statusunun dəyişdirilməsi və ya sərhədlərin dəyişdirilməsi ilə bağlı qərarlar yenə də, referendum yolu ilə səsvermə əsasında Ermənistan vətəndaşlarının ixtiyarına verilmişdir. 1995-ci il konstitusiyasında 117 maddə vardır. 27 noyabr 2005-ci ildə ümummilli konstitusiya referendumu keçirilmişdir və düzəlişlər edilmiş yeni bir konstitusiya qəbul edilmişdir. 6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər edilmiş və beləliklə də, dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilmişdir. 2005-ci il noyabr Konstitusiyasına görə Respublika Prezidenti Milli Məclisdəki yerlərin bölgüsü və parlament fraksiyaları ilə məsləhətləşmələr əsasında Baş Naziri təyin edir. Ermənistan Prezidenti, Baş nazirin tövsiyəsi ilə Hökumət üzvlərini təyin edir (və ya vəzifəsindən azad edir).
Fransa Konstitusiyası
Fransa Konstitusiyası — Fransa Respublikası' nın əsas qanunu. Ölkədə ilk dəfə 3 sentyabr 1791-ci il Fransa inqilabı zamanı konstitusiya qəbul edildi. Yakobin diktaturası altında birinci ilin konstitusiyası qəbul edildi, ancaq qüvvəyə minmədi. Direktoriyanın rejimi III ilin konstitusiyası ilə qurulmuşdur. Napoleon hakimiyyətə gəldikdən sonra VIII Konstitusiya qəbul edildi. Ömürlük konsulluq rejimi X illik Konstitusiya, Birinci imperiya - XII il Konstitusiyası ilə quruldu. Bərpa edildikdən sonra 1814-cü il Nizamnaməsi qəbul edildi. Yüz gün ərzində Napoleon alternativ bir nizamnaməni təsdiqlədi. İyul monarxiyası 1830-cu il Nizamnaməsinə əsasən quruldu. 1848-ci il inqilabı nəticəsində İkinci Cümhuriyyət Konstitusiyası qəbul edildi, qısa müddətdə 1852-ci il Konstitusiyası ilə əvəz edildi.
Fransa Konstitusiyası (1946)
Fransa Konstitusiyası 1946-cı il (fr. Constitution du 27 octobre 1946) — 1946-ci ildən 1958-ci ilə qədər fəaliyyət göstərən Fransa konstitusiyası. 1946-cı ilin oktyabrında təsis qurultayının təklifi ilə referendumda qəbul edildi. Sədri ibarət Nazirlər Kabinetinin - parlament respublikası gücləndirici, dövlət hakimiyyəti ali orqanları proporsional sistem üzrə seçilir Milli Məclisin və seçki kollec və Milli Məclis tərəfindən seçilmiş Respublikasının Şurası oldu dövlət başçısı Respublikasının Milli Məclisi, icra orqanının şurası seçilmiş prezidenti qaldı Nazirlər və Nazirlər Şurasının Prezidenti tərəfindən təyin və Milli Məclisə cavabdeh idi. Konstitusiya nəzarəti orqanı yaradıldı - Konstitusiya Komitəsi və məhkəmələrdə kadr siyasətini idarə edən orqan - Magistratura Ali Şurası, Prezidentin məhkəmə iclaslarının funksiyaları və Nazirlər Kabinetinin üzvləri Senatdan yeni orqana keçdi - Milli Məclis tərəfindən təyin olunmuş Yüksək Ədliyyə Palatası Milli Məclisin özü yekun qərar qəbul etdi. Konstitusiya islahatı 1953-cü ildə həyata keçirilmişdir - güzəştli hərəkət bitərəf olmaqla sadə səs çoxluğu ilə tətbiq olunmağa başladı Nazirlər Şurasının sədri, Milli Məclisi həll etmək üçün əlavə səlahiyyətlər əldə edib, hökumət həvalə səlahiyyətləri daxilində məhdud qanunvericilik fəaliyyəti hüququ qazanıb Respublika Şurası, qanunvericilik təşəbbüsü hüququndan verilib (sadə səs çoxluğu ilə, müzakirə olmadan) prezidenti seçilməsi üçün sadələşdirilmiş proseduru təqdim koalisiya hökuməti haqqında hökm ləğv edildi, majoritar seçki sistemi ilə əvəz olundu. 1953-cü il Konstitusiya Qanununun Nazirlər Kabinetinin təklifi ilə xalq tərəfindən qəbul olunduqdan sonra, 1946-cı il Konstitusiyasının bütün mətni ləğv edildi, əsas insan hüquq və azadlıqlarını və Fransanın dövlət sisteminin iqtisadi və siyasi prinsiplərini təsbit edirdi.
Fransa Konstitusiyası 1946-cı il
Fransa Konstitusiyası 1946-cı il (fr. Constitution du 27 octobre 1946) — 1946-ci ildən 1958-ci ilə qədər fəaliyyət göstərən Fransa konstitusiyası. 1946-cı ilin oktyabrında təsis qurultayının təklifi ilə referendumda qəbul edildi. Sədri ibarət Nazirlər Kabinetinin - parlament respublikası gücləndirici, dövlət hakimiyyəti ali orqanları proporsional sistem üzrə seçilir Milli Məclisin və seçki kollec və Milli Məclis tərəfindən seçilmiş Respublikasının Şurası oldu dövlət başçısı Respublikasının Milli Məclisi, icra orqanının şurası seçilmiş prezidenti qaldı Nazirlər və Nazirlər Şurasının Prezidenti tərəfindən təyin və Milli Məclisə cavabdeh idi. Konstitusiya nəzarəti orqanı yaradıldı - Konstitusiya Komitəsi və məhkəmələrdə kadr siyasətini idarə edən orqan - Magistratura Ali Şurası, Prezidentin məhkəmə iclaslarının funksiyaları və Nazirlər Kabinetinin üzvləri Senatdan yeni orqana keçdi - Milli Məclis tərəfindən təyin olunmuş Yüksək Ədliyyə Palatası Milli Məclisin özü yekun qərar qəbul etdi. Konstitusiya islahatı 1953-cü ildə həyata keçirilmişdir - güzəştli hərəkət bitərəf olmaqla sadə səs çoxluğu ilə tətbiq olunmağa başladı Nazirlər Şurasının sədri, Milli Məclisi həll etmək üçün əlavə səlahiyyətlər əldə edib, hökumət həvalə səlahiyyətləri daxilində məhdud qanunvericilik fəaliyyəti hüququ qazanıb Respublika Şurası, qanunvericilik təşəbbüsü hüququndan verilib (sadə səs çoxluğu ilə, müzakirə olmadan) prezidenti seçilməsi üçün sadələşdirilmiş proseduru təqdim koalisiya hökuməti haqqında hökm ləğv edildi, majoritar seçki sistemi ilə əvəz olundu. 1953-cü il Konstitusiya Qanununun Nazirlər Kabinetinin təklifi ilə xalq tərəfindən qəbul olunduqdan sonra, 1946-cı il Konstitusiyasının bütün mətni ləğv edildi, əsas insan hüquq və azadlıqlarını və Fransanın dövlət sisteminin iqtisadi və siyasi prinsiplərini təsbit edirdi.
Gürcüstan Konstitusiyası
Gürcüstan Konstitusiyası ( gürc. საქართველოს კონსტიტუცია, sakartvelos k'onstitutsiya) — Gürcüstanın ali qanunudur. 24 avqust 1995-ci ildə Gürcüstan Parlamenti tərəfindən təsdiq edilmiş və 17 oktyabr 1995-ci ildə qüvvəyə minmişdir. Konstitusiya Sovet İttifaqının dağılmasından sonra müvəqqəti əsas qanun kimi işləyən 1992-ci il Noyabr Dövlət Hakimiyyəti haqqında Fərmanı əvəz etdi. Yeni müstəqil Gürcüstanın ilk demokratik seçilmiş prezidenti Zviad Qamsaxurdiya'nın rəhbərliyi ilə Sovet İttifaqının 1977-ci il konstitusiyasına əsaslanan 1978-ci il Gürcüstan Sovet Sosialist Respublikasının konstitusiyasına əsasən fəaliyyət davam etdi. Kommunistdən sonrakı ilk parlament bu sənədə geniş dəyişiklik etdi. 1992-ci ilin fevralında Gürcüstan Milli Konqresi (1990-cı ildə seçilmiş alternativ parlament) 21 fevral 1921-ci il tarixli Gürcüstan konstitusiyasını Gürcüstanın effektiv konstitusiyası olaraq təyin etdi. Həmin bəyannamə Jaba Ioseliani və Tengiz Kitovaninin imzaları, o dövrdə İdarəetmə Hərbi Şurasının üç üzvündən ikisi tərəfindən imzalanaraq qanuni olaraq qəbul edildi. 1993-cü ilin fevralında Eduard Şevardnadze 1921-ci il konstitusiyasına geniş yenidən baxılmağa çağırdı. Bu sənədin böyük hissələrini tamamilə qəbuledilməz kimi xarakterizə edən Şevardnadze, 1993-cü ilin dekabrına qədər yeni bir versiya hazırlamaq üçün konstitusiya komissiyası yaratmağı təklif etdi.
Konstitusiyalı Demokratiya Partiyası
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür. Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi. Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi. Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.
Konstitusiyalı Monarxiya
Konstitusiyalı monarxiya — monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşu. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur. Monarxiya iki növə ayrılır: nümayəndəli (və ya dualist) və parlamentli. Dualist monarxiyaya misal olaraq İordaniya, Mərakeş, Küveyti göstərmək olar. (Küveyti bəzən mütləq monarxiyaya aid edirlər). Monarxiya hakimiyyətin sülalə daxilində irsilik əsasında bir şəxsdən digər şəxsə keçdiyi idarəetmə formasıdır. Monarxlar qeyri-məhdud hakimiyyətə, konstitusiya ilə məhdudlaşmış səlahiyyətələr yaxud da sırf formal funksiyalar malik ola bilərlər. Monarx səlahiyyətlərinin qanunla məhdudlaşdırılmadığı 5 belə ölkə var: BƏƏ Bruney Oman Səudiyyə Ərəbistanı Esvatini. Monarxın hakimiyyətinin konstitusiya və qanunlarla məhdudlaşdırılmış idarəetmə formasıdır. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.
Livan konstitusiyası
Livan konstitusiyası (ərəb. دستور لبنان‎) — Livan Respublikasının əsas qanunudur. 1926-cı il mayın 23-də Fransanın mandatında qəbul edilmişdir. Sonradan konstitusiya bir neçə dəfə düzəldildi — 1917-ci il 17 oktyabr, 1927-cü il 8 noyabr, 1929-cu il 9 noyabr, 1943-cü il 7 dekabr, 1943-cü il 21 yanvar, 1947-ci il 22 may, 1948-ci il 24 aprel, 1976-cı il 21 sentyabr. Beləliklə, 7 dekabr 1943-cü ildə Livanın milli bayrağının təsviri konstitusiyaya daxil edilmişdir: «Livanın bayrağı üç üfüqi zolaqdan ibarətdir: iki qırmızı zolağın arasında bir ağ zolaq. Ağ zolaqın eni qırmızı zolaqların hər birinin enindən iki dəfə qalındır. Ağ zolağın mərkəzində bu zolağın üçdə birini tutan yaşıl bir sidr ağacı var və üstü və altı müvafiq qırmızı zolaqlara toxunur». Konstitusiyanın hazırkı versiyası 21 sentyabr 1990-cı il tarixli konstitusiya qanunu ilə təsdiqlənmişdir. Xristianlar və müsəlmanlar arasında bərabərliyi təmin etmək məqsədilə konstitusiyanın 24-cü maddəsi konfessionalizm əsasında ofislərin müvəqqəti tədbir kimi təqdim edilməsini tələb edir, lakin necə ayrılacağını müəyyənləşdirmir. Buna baxmayaraq, yerlərin yarısı xristianlara, yarısı isə müsəlmanlara veriləcəkdir.
Macarıstan Konstitusiyası
Macarıstan Konstitusiyası (mac. Magyarország Alaptörvénye, əvvəl — mac. A Magyar Köztársaság alkotmánya) — Macarıstanın əsas qanunu, 18 aprel 2011-ci ildə ölkənin Parlamenti tərəfindən qəbul edildi. Ölkə prezidenti tərəfindən 25 aprel 2011-ci ildə imzalanmış və 1 yanvar 2012-ci ildə qüvvəyə minmişdir. 2012-ci ilə qədər Macarıstanın əsas qanunu 1989-cu ildən radikal dəyişikliklər edildiyi 1949-cu ildəki konstitusiyadır. 2010-cu il parlament seçkilərində, Fides Mühafizəkar Siyahısı - Xristian Demokratik Xalq Partiyası mandatların üçdə birini — Konstitusiya əksəriyyətini qazanıb. Hökumətin forması respublika olaraq qalırsa da, ölkənin adı "Macarıstan Respublikasından" sadəcə "Macarıstan"a dəyişir. Xüsusilə, dəyişiklik bir ölkənin mövcud sərhədlərinə diqqət etmədən qəbul edilməsinə ehtiyac olduğunu göstərir: xarici Macarlar hüquqlardakı bərabər hüquqlar sayılırlar. Yeni Macarıstan konstitusiyası Macarıstan xalqının "Allah və xristianlıq" ilə birləşdiyini bildirir. Dövlətə həyatın qorunması vəzifəsi verilir və həyatın anlayış anından başlayır.
Mazut Konstitusiyası
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Meyci Konstitusiyası
Yapon İmperiya konstitusiyası (lat. 大日本帝國憲法) — tarixdə Meydzi konstutsiyası kimi tanınır - Yaponiyada 1889-1947-ci illərdə qüvvədə olmuş əsas qanun. 1871-1873-cü illərdə Yaponiyada həyata keçirilmiş burjua islahatları imperator hakimiyyətini möhkəmləndirmişdi. O, Avropasayağı təşkil edilmiş orduya arxalanaraq, öz imtiyazlarını qoruyub saxlamağa çalışan hərbi silkin - samurayların çıxışlarını yatırmışdı. Aqrar islahatdan razı qalmayan, qəzəblənmiş kəndlilərin üsyanı darmadağın edilmiş və şəhərlərdə istismarın güclənməsinə qarşı çıxan əhaliyə şiddətli cəza verilmişdi. Burjuaziyanın siyasi hüquqlarının genişləndirilməsini və sənayenin inkişafını sürətləndirmək üçün tədbirlər görülməsini tələb edən burjua-liberal partiyalar da təqiblərə məruz qalırdılar. Ölkədə genişlənən "Xalq hüquqları uğrunda" kütləvi hərəkatı zəiflətməyə çalışan hökumət "İctimai asayişi mühafizə" haqqında qanun qəbul etdi; həmin qanun polisə hökumət əleyhinə çevrilmiş çıxışları amansızlıqla boğmaq imkanı verdi. Hökumət eyni zamanda müxtəlif titullar və vəzifələr paylamaqla müxalifət liderlərini ələ alırdı. Ölkədəki narazılığı aradan qaldırmaq və demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyanın mətni 1889-cu il 11 fevralda dərc edildi.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1925)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1925-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1925) — 23 aprel 1925-ci ildə Moldova MSSR I Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. 10 may 1925-ci ildə Ukrayna SSR IX Ümumi Sovetlər Qurultayında Moldova MSSR Konstitusiyasını qəti şəkildə gücləndirildi. Moldova MSSR-nin Konstitusiyası ilk növbədə propaqanda xarakteri daşıyırdı. Partiya və respublika liderləri Bessarabiya ilə yenidən birləşmək və ya hətta Sovet Rumıniyası yaratmaq məqsədini ardıcıl olaraq bəyan etmişdi. Moldova MSSR-nə Ukrayna SSR-dən ayrılmaq hüququ verilmişdir. Bu, 1919-cu ildə Ukrayna SSR Konstitusiyasına edilən dəyişikliklərlə təsdiqlənmiş (4-cü maddə) və 1929-cu ildə Ukrayna SSR Konstitusiyasında təsbit edilmişdir. Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938) А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1938-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1938) — 6 yanvar 1938-ci ildə Moldova MSSR VII Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. Moldova MSSR-in yeni konstitusiyası 11 fəsil və 114 maddədən ibarət idi. Bu, 1925-ci il Konstitusiyasından 4 fəsil daha uzun idi. Yeni fəsillər sosial nizamdan, vətəndaşların hüquq və vəzifələrindən, seçki sistemindən, konstitusiyaya dəyişikliklər edilmə prosedurundan bəhs edirdi. А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев. 1961 Государственно-правовые акты. Кишинев.

Digər lüğətlərdə