KORREKTURA
KORSET
OBASTAN VİKİ
Korroziya
Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. == Dağılma mexanizminə görə korroziyanın növləri == Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. == Avadanlıqların korroziyadan mühafizəsi == Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür.
Biokimyəvi korroziya
Biokimyəvi korroziya – mikroorqanizmlərin metala təsiri ilə əlaqədar olan prosesdir. Bu proses iki səbəbdən baş verə bilər. Birinci metal özü mikroorqanizmlər üçün qida mənbəyi ola bilər. İkinci mikroorqanizmlərin həyat və fəaliyyəti zamanı əmələ gələn birləşmələrin təsirilə korroziya prosesi baş verə bilər. Mühitdən və şəraitdən asılı olaraq korroziya prosesinin özü də müxtəlif formalarda müşahidə olunur; bərabərqiymətli korroziya – metalın bütün səthi boyu eyni səviyyədə gedən korroziyaya deyilir. pittinq korroziyası – lokal tipli aşınmalara aid olub, adətən metalın bir sahəsində başqa sahələrə nisbətən daha dərin korroziya prosesi baş verir. Bu prosesə əsasən metal səthi ilə mayenin sürətlə axını olan yerlərdə rast gəlmək olar. kristallararası korroziya – metal dənəciklərinin səthləri boyu lokal korroziya aşınmalarıdır. Dənəciklərarası maddə anod kimi fəaliyyət göstərərək katod olan dənəciklərin özlərinin böyük səthi ilə kontaktda olur. Nəticədə sürətlə gedən korroziya prosesi metalın dərinliyinə işləyərək böyük problemlər yaradır.
Korroziya inhibitoru
Korroziya inhibitoru — maye və ya qaza əlavə edildikdə, maye ilə təmasda olan bir materialın, tipik olaraq bir metalın və ya bir ərintinin korroziya nisbətini azaldır. [1] Korroziya inhibitorunun effektivliyi mayenin tərkibinə, suyun miqdarına və axın rejiminə bağlıdır. Korroziya inhibitorları sənayedə geniş yayılmışdır və ayrıca reseptsiz satılan məhsullarda, tipik olaraq sürtkü və bəzən yağ ilə birlikdə sprey şəklindədir. Borulardan qurğuşun və ya mis yuyulmasının qarşısını almaq üçün suya əlavə edilə bilər. Korroziyaya mane olmaq üçün yayılmış bir mexanizm, aşındırıcı maddənin metala girişini əngəlləyən bir örtük yaradılmasıdır. Xrom örtük kimi qalıcı üsullar ümumiyyətlə inhibitor sayılmır, lakin korroziya inhibitorları metal və ya digər materialı əhatə edən mayelərin qatqısıdır. == Növləri == Aşındırıcı inhibitorun təbiəti ən çox metal əşyalar olan, qorunan materialdan və zərərsizləşdiriləcək aşındırıcı maddədən asılıdır. Aşındırıcı maddələr ümumiyyətlə oksigen, hidrogen sulfid və karbon dioksiddir. Oksigen ümumiyyətlə aminlər və hidrazinlər kimi reduktiv inhibitorlarla çıxarılır: O2 + N2 H4 → 2 H2 O + N2 Bu nümunədə hidrazin, adi bir aşındırıcı maddə olan oksigeni ümumiyyətlə zərərsiz olan suya çevirir. Oksigen korroziyasının əlaqəli inhibitorları heksamin, fenilendiamin və dimetiletanolamin və bunların törəmələridir.
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar - yanacağın yanma məhsulları ilə kontaktda olan və temperaturu şeh nöqtəsindən (yanma məhsullarında rütubətin kondensasiyaya başladığı temperatur) aşağı olan səthlərdə baş verən korroziyanın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == Kondensləşmiş su turş yanma məhsullarını - kükürd və azot oksidlərini özündə həll edir və nəticədə kondensat sulfit, sulfat, nitrit və nitrat turşularının durulaşdırılmış məhluluna çevrilir. Sulfat turşusu bu qarışıqda mühüm rol oynayır, belə ki onun yanma məhsullarında olması şeh nöqtəsinə təsir edir. Yanacaqda kükürd və, deməli, yanma məhsullarında da sulfat turşusu yoxdursa, şeh nöqtəsi yanma məhsullarında olan 12% təmiz suyun kondensləşməyə başladığı temperatura (38°С) uyğun gəlir. Yanacaqda kükürdün qatılığı artdıqca şeh nöqtəsi artır. Kükürdün miqdarı 0,2 % olduqda şeh nöqtəsi 60°С, 1% olduqda təxminən 120°С-dir. Bundan başqa şeh nöqtəsi artıq hava əmsalından (α) da asılıdır və o artdıqca azalır. α≤ 1 olduğu halda S03 baca qazlarında praktiki olaraq yoxdur. α ≈ 1 olduqda S03-ün qatılığı 0.0002% olur və korroziya müşahidə olunmur. Ən təhlükəli zona 1.15-1.30 (bu halda artıq oksigenin qatılığı 3-6% təşkil edir).
Korroziyanın növləri
Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. == Dağılma mexanizminə görə korroziyanın növləri == Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. == Avadanlıqların korroziyadan mühafizəsi == Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür.
Metalların korroziyası

Digər lüğətlərdə