LƏLƏ

i. governor; a person who brought up children (boys) of the rich families; undertutor (and attendant)

LƏL-CƏVAHİRAT
LƏLƏ-GİRYAN
OBASTAN VİKİ
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Hüseyn xan Lələ
Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü. == Həyatı == Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı. Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.
Lələ Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Lələ Qara Mustafa Paşa
Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır. == İlk illəri == Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi. Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi.
Lələ Mustafa Paşanın Qafqaza yürüşü
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi. == Səfər == 1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sonu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. == Həyatı == El şairi Aşıq Lələ XVII yüzilin sonu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yolu haqqında məlumat olduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir. XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Osmanlılar Qarabağı aldıqdan sonra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vergi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir elinin Yağləvənd oymağının Gecəgözlü oymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını olduğu kimi yazımızda veririk. Uzunəli Tanrıqulu oğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, onun Uzunəli adlı qardaşı olub.
Sokulluzadə Lələ Mehmed Paşa
Sokulluzadə Lələ Mehmed Paşa (XVI əsr – 21 iyun 1606, Konstantinopol) — I Əhməd dönəmində 26 iyun 1604–21 iyun 1606 tarixlərində ümumilikdə 1 il 10 ay 26 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Rumeli bəylərbəyi ikən almanlara təslim etdiyi Esterqon qalasını 10 il sonra sədarət dönəmində geri aldığı üçün "Esterqon fatehi" olaraq anılır. Bosniya yaxınlığındakı Yaytse şəhərində dünyaya gəlmişdir. Məşhur Osmanlı sədrəzəmi Sokullu Mehmed Paşanın uzaq qohumudur. Kiçik yaşlarında Topqapı Sarayına gətirildi və Əndəruna daxil oldu. Sultan I Əhmədin şahzadəlik dönəmində lələsi olmuş, bu səbəbdən lələ ünvanı almışdır. 24 fevral 1591 tarixində yeniçəri ağası seçilmiş, bu vəzifədə ikən 1594-cü ildə Avstriya səfərinə çıxdı. 1594-cü ilin avqust ayında Qaraman bəylərbəyi, 26 sentyabr 1594 tarixində isə Anadolu bəylərbəyi təyin edildi. Bir müddət sonra Rumeli bəylərbəyi seçildi. Bu vəzifədə ikən Esterqon qalası Avstriya ordusu tərəfindən mühasirəyə alındı.
Təkəli Lələ Mehmed Paşa
Təkəli Lələ Mehmed Paşa (ö. 29 noyabr 1595) — III Mehmed dönəmində 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Osmanlı mənbələrində "Nişançı" ləqəbi ilə anılır. Əslən türkdür. Şahzadə Muradın Manisa sancaqbəyliyi dövründə divan çavuşu olmuş, şahzadənin taxta çıxışının ardından Manisaya gələn oğlu Şahzadə Mehmedə lələ olmuşdur. Bu səbəblə lələ ünvanı almışdır. III Mehmed taxta çıxdıqdan sonra onunla birlikdə paytaxta gəlmiş, çox keçmədən də sədrəzəmliyə yüksəlmişdir. Ancaq yalnız bir dəfə divan məclisinə qatılmış, şirpəncəsi (qarayara) adlanan xəstəliyə tutularaq sədarətinin 10-cu günü vəfat etmişdir. Vəfa məscidi məzarlığına dəfn olunmuşdur. Təkəli Lələ Mehmed Paşanın qaynanası olan Həlimə xatun isə Şahzadə Mehmedin süd anası olmuş, qarşılığında III Mehmed onun adına Manisada külliyə inşa etdirmişdir.
Dəniz lələkləri
Dəniz lələkləri (lat. Pennatulacea) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi.
Lələağacı
Lələağacı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Rəvayətlər == Deyilənə görə Lələ adlı şəxs yüksəklikdən əl ağacını atarmış, hara düşsə, oranı özünə qonalqa seçərmiş. Bir dəfə sazlı-söhbətli Şirvan ellərini gəzəndə atdığı ağac bu bölgəyə düşüb. Bir müddət sonra ora bir el dayağı olub və Lələağacı adlanıb.
Lələdulan
Lələdulan — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 226 nəfərdir. == Toponimiyası == Tədqiqatçıların bir qismi oykonimi lələ (tərbiyəçi, dayə; yaşlı kişilərə hörmət mənasında müraciət forması) və dulan/dolan (monqol tayfalarından birinin adı) komponentlərinin birləşməsi hesab edərək, yaşayış məntəqəsinin Elxanilər dövründə (XIII-XIV əsrlər) Talış zonasına köçürülmüş monqol tayfalarının məskunlaşması nəticəsində yarandığını söyləyirlər. Bəzi tədqiqatçılar isə oykonimi Ləhdilon sözünün təhrif forması hesab edir və onu Lələ (ş.a.), di (kənd) və ion (yer) sözlərinin birləşməsi olaraq “Lələyə məxsus kənd yeri” kimi izah edirlər. Qeyd edək ki, lalə sözü talış dilində “ata” mənasında da işlənir.
Lələhiran
Lələhiran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 115 nəfərdir. == Toponimiyası == Lələhiran oykonimi “Lələnin zəmiləri” kimi izah olunur.
Lələk (bitki)
Lələk (lat. Gleditsia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Lələkli (Qoşaçay)
Lələkli (fars. للكلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,397 nəfər yaşayır (318 ailə).
Lələkli fitçalan ördək
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Lələkli stafula
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) == Təbii yayılması == Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Lələkquyruq uçansincab
Lələkquyruq uçansincab (lat. Acrobatidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Lələkvariyarpaq pilokarpus
Lələkvariyarpaq pilokarpus (lat. Pilocarpus pennatifolius) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin pilokarpus cinsinə aid bitki növü. Vətəni Paraqvaydır. Paraqvay, Braziliyanın cənubunda və Argentinanın şimal-şərqində bitir. == Ədəbiyyat == F. G. Kohl: Die Officinellen Pflanzen der Pharmacopoea Germanica. Barth, 1895, S. 92 f, Taf. 59, online auf biodiversitylibrary.org. K. Kubitzki: The Families and Genera of Vascular Plants. Vol. X: Flowering Plants Eudicots.
Lələkyeyənlər
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Lələkşəkilli itiüzümü
Lələkşəkilli itüzümü (lat. Lycium cestroides) == Təbii yayılması == Vətəni Cənubi Amеrikadır. Subtrоpik zоnalar daxil оlmaqla dünyanın hər yеrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–2 m, bəzən 5 m olan, çоxillik, yarpağını tökən tikanlı kоldur. Yarpaqların uzunluğu 10–90 mm, eni 4,5-4,7 mm-dir. Kasacığın uzunluğu 1-2,5 mm, boruvari, bəzən zəngvari, borucuğun uzunluğu 2-3,5 mm-dir. Çiçəklər tək-tək yеrləşir, bəzən diamеtri 6–25 mm оlan çiçək qrupuna yığılır. Çiçək tacı qırmızı, ağ və ya yaşılımtıl-ağ оlub, əsasından birləşmiş 5 ləçəkdən ibarətdir. Meyvəsi şarşəkilli, qırmızı, narıncı, tünd bənövşəyi, uzunluğu 5–9 mm, eni 4–8 mm olan çоx tоxumlu giləmеyvədir. Tоxum və pöhrələrlə çоxaldılır.
Lələkənd
Lələkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Ehtimal ki, XVIIəsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə məxsus kənd olmuşdur. == Toponimi == Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəbdir. Türk dillərində lələ- "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur.
Lələkəpeştə
Lələkəpeştə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Lələli (Marneuli)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).

Digər lüğətlərdə