MÜHASİBLİK
MÜHAZİRƏ
OBASTAN VİKİ
Mühasirə
Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edənlər (silahlı qüvvələr, əsgərlər və s.) tərəfindən üzük qaşı kimi əhatəyə alınır. Azərbaycan ədəbiyyatında çox vaxt "mühasirə" sözü "hərbi blokada" ifadəsinin sinonimi kimi işlədilir. Məsələn, A.Çakovskinin Leninqradın blokadasından bəhs etdiyi məşhur rus. "Блокада"" romanı azərbaycan dilinə "Mühasirə" adı ilə tərcümə olunmuşdur. Azərbaycan Sovet Ensiklopediyasında mühasirə haqqında yalnız bunlar yazılmışdır: "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) isə "mühasirə" sözü belə izah edilir: Hərbi blokada Kobani blokadası; Leninqradın mühasirəsi.
Mühasirə günü: 11 sentyabr 1683-cü il
Mühasirə günü: 11 sentyabr 1683-cü il (ing: The Day of the Siege: September Eleven 1683, pol: Bitwa pod Wiedniem, it: 11 settembre 1683) — polyak-italyan müştərək istehsalı olan tarixi-dram janrında çəkilmiş olan filmdir. Film 2012-ci ildə ingilis dilində çəkilmişdir. Filmin rejissoru Renço Martinellidir. Film 1683-cü il sentyabrın 11-də Yan Sobieskinin komandanlığı altında olan Müqəddəs Liqa ordusunun Osmanlı İmperiyasının Avstriyanın paytaxtı Vyananı və oradan da Avropanın digər ərazilərini işğal etməsi planlarını pozduğu Vyana döyüşünü və bu döyüş zamanı Avropada baş verən hadisələri göstərir. Eyni zamanda bu hadisələr zamanı Xristian Avropasında rahib Marko d'Avianonun oynadığı rola da diqqət yetirilir.
Eretriyanın mühasirəsi
Eretriyanın mühasirəsi (e.ə. 490-cı il) — Datis və II Artafernin Yunanıstana yürüşü zamanı yunan Eretriya şəhərinin İran qoşunları tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. İranlıların yunan ərazilərinə ilk zorla girmələrinin səbəbi yunanların İoniya üsyanında iştirak etmələri idi. Belə ki, eretriyalılar və afinalılar İran hökmranlığından qurtulmaq istəyən İoniya şəhərlərinə kömək üçün qüvvələr göndərmişdilər. Eretriyalılar və afinalılar Sardis şəhərini zəbt edib yandıra bildilər, lakin sonra ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar. İran hökmdarı I Dara eretriyalılar və afinalılardan intiqam almağa qərar verdi. Ioniya üsyanı Lada döyüşündən sonra tam yatırıldı və ondan sonra Dara Yunanıstanın fəthi üçün planlar qurmağa başladı. E.ə. 490-cı ildə Datis və II Artafernin komandanlığı altında hərbi dəniz qüvvəsini Egey dənizinə göndərdi. Daranın əmri Kiklad adalarının tabe edilməsi və sonra Afina və Eretriyaya qarşı cəza ekspedisiyaları həyata keçirməkdən ibarət idi.
Gəncənin mühasirəsi (1606)
Gəncənin mühasirəsi — 1606-cı ildə, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, Mehmed paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Şah Abbasın öndərliyi altındakı Səfəvi qüvvələri arasında baş vermiş döyüş. Mühasirə Səfəvi ordusunun müvəffəqiyyəti və Gəncə qalasının 18 il sonra yenidən Səfəvi idarəsinə keçməsi ilə nəticələnmişdir. == Zəmin == Səfəvilər şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Şah Abbas Osmanlı imperiyasının 1578–1590-cı illərdə gerçəkləşmiş Səfəvi–Osmanlı müharibəsi nəticəsində ələ keçirdikləri əraziləri geri almaq üçün 1603-cü ildə başlatdığı hücumda əhəmiyyətli uğurlar qazanmışdır. O, 1603-cü ildə Nəhavənd və Təbrizi, eləcə də İranın bütün qərbini zəbt edə bilmiş, 1604-cü ildə isə uzunmüddətli bir mühasirədən sonra İrəvan şəhərini dövlətinin ərazilərinə qata bilmişdi. Bir tərəfdən Avstriya ilə uzun bir müddətdir vuruşan, digər tərəfdən isə Cəlali üsyanları ilə məşğul olan Osmanlı imperiyası 1603-cü ildə taxta yeni sultanın oturmasının da təsiri ilə qərb sərhədlərində bu qəfil hadisələrə tez bir cavab verə bilmədi. 1604-cü ildə şərq-sərdar təyin edilən Cığalızadə Yusif Sənan Paşanın İrana yürüşü uğursuz olmuş, 1605-ci ildə yenə Sənan Paşanın öndərliyindəki Osmanlı ordusu Urmiya döyüşündə böyük bir məğlubiyyətə uğramışdı. Bu böyük məğlubiyyətdən sonra Osmanlı hərbi komandanlıq rütbələrindəki sarsıntılar və 1607-ci ilə qədər Suriya ilə Cənub-şərqi Anadoluya təsir göstərən Canpoladoğlu üsyanının çıxması ilə Cənubi Qafqazdakı son Osmanlı qoşunları da yardımsız qalmış, Şah Abbas isə 1606-cı ildə Azərbaycan və Gürcüstandakı köhnə torpaqlarını geri almaq üçün ordusu ilə bu bölgələrə soxulmuşdu. == Mühasirə == Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini mühasirə etməyə aprel ayı kimi əlverişli bir vaxtda başlamışdır. Gəncə şəhərində təxminən 5.000 nəfərlik Osmanlı qarnizonu köhnə Təbriz qubernatoru Mehmed Paşanın öndərliyi altında idi.
Gəncənin mühasirəsi (1734)
Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma. == Tarixi == Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar. Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı. Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.
Harputun mühasirəsi
Harputun mühasirəsi — Səfəvi imperiyasının əlində olan Bayburt şəhərinin Osmanlı ordusu tərəfindən mühasirəyə alınması nəzərdə tutulur. == Arxa plan == Hələ şahzadə olduğu dövrdən Səfəvilərin və onları dəstəkləyən Anadolu türk tayfalarının fəaliyyətlərini yaxından izləyən və mövcud təhlükəni görən Səlim 1512-ci ildə sultan taxtını ələ keçirdikdən sonra onlara qarşı aktiv mübarizəyə keçdi. Buna qədər Şah İsmayıl Anadoludakı özünə rəğbət bəsləyən müxtəlif türk-qızılbaş tayfalarını təşkilatlandırmış və onların vasitəsiylə Anadoluda özü üçün güclü dayaq yaratmışdı. Nəhayət 1514-ci ildə Sultan Səlim uzun hazırlıqlardan sonra Şah İsmayıl üzərinə hücuma keçdi. Elə həmin ildə baş vermiş Çaldıran döyüşündə qızılbaş ordusu böyük cəsarətlə döyüşsə də, sonda artilleriya silahlarının çatışmazlığı və Osmanlıda bu silahların çoxluğu nəticəsində məğlub oldu. Qızılbaş ordusunun məğlubiyyətindən sonra Anadoludakı Səfəvi mülkləri təhlükə altına düşdü, Osmanlı ordusu bir-bir bu qalaları və şəhərləri ələ keçirməyə başladı. Bunun ardınca Kəmax, Diyabəkir mühasirələrində və Ovacıq döyüşündə Səfəvi ordusu məğlub oldu. == Mühasirə == Şərqi Anadolunun fəthi üçün Diyarbəkir bəylərbəyi Bıyıklı Mehmed Paşaya Qaraman bəylərbəyi Hüsrəv Paşa komandanlığında bir ordu göndərildi. Bu yardım qüvvələri Mardin dolaylarında olan Mehmed paşaya qatılmadan öncə Harputu mühasirəyə aldı. 23 martda başlayan mühasirə üç gün davam edən döyüşdən sonra Osmanlı ordusunun qələbəsi ilə nəticələndi.
II Gəncə mühasirəsi (1734)
Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma. == Tarixi == Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar. Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı. Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.
I Gəncə mühasirəsi (1606)
Gəncənin mühasirəsi — 1606-cı ildə, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, Mehmed paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Şah Abbasın öndərliyi altındakı Səfəvi qüvvələri arasında baş vermiş döyüş. Mühasirə Səfəvi ordusunun müvəffəqiyyəti və Gəncə qalasının 18 il sonra yenidən Səfəvi idarəsinə keçməsi ilə nəticələnmişdir. == Zəmin == Səfəvilər şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Şah Abbas Osmanlı imperiyasının 1578–1590-cı illərdə gerçəkləşmiş Səfəvi–Osmanlı müharibəsi nəticəsində ələ keçirdikləri əraziləri geri almaq üçün 1603-cü ildə başlatdığı hücumda əhəmiyyətli uğurlar qazanmışdır. O, 1603-cü ildə Nəhavənd və Təbrizi, eləcə də İranın bütün qərbini zəbt edə bilmiş, 1604-cü ildə isə uzunmüddətli bir mühasirədən sonra İrəvan şəhərini dövlətinin ərazilərinə qata bilmişdi. Bir tərəfdən Avstriya ilə uzun bir müddətdir vuruşan, digər tərəfdən isə Cəlali üsyanları ilə məşğul olan Osmanlı imperiyası 1603-cü ildə taxta yeni sultanın oturmasının da təsiri ilə qərb sərhədlərində bu qəfil hadisələrə tez bir cavab verə bilmədi. 1604-cü ildə şərq-sərdar təyin edilən Cığalızadə Yusif Sənan Paşanın İrana yürüşü uğursuz olmuş, 1605-ci ildə yenə Sənan Paşanın öndərliyindəki Osmanlı ordusu Urmiya döyüşündə böyük bir məğlubiyyətə uğramışdı. Bu böyük məğlubiyyətdən sonra Osmanlı hərbi komandanlıq rütbələrindəki sarsıntılar və 1607-ci ilə qədər Suriya ilə Cənub-şərqi Anadoluya təsir göstərən Canpoladoğlu üsyanının çıxması ilə Cənubi Qafqazdakı son Osmanlı qoşunları da yardımsız qalmış, Şah Abbas isə 1606-cı ildə Azərbaycan və Gürcüstandakı köhnə torpaqlarını geri almaq üçün ordusu ilə bu bölgələrə soxulmuşdu. == Mühasirə == Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini mühasirə etməyə aprel ayı kimi əlverişli bir vaxtda başlamışdır. Gəncə şəhərində təxminən 5.000 nəfərlik Osmanlı qarnizonu köhnə Təbriz qubernatoru Mehmed Paşanın öndərliyi altında idi.
Kemahın mühasirəsi
Kəmaxın mühasirəsi — Osmanlı ordusunun Səfəvi dövlətinin əlində olan Kəmax qalasını mühasirəyə alması nəzərdə tutulur. == Arxa plan == Çox önəmli bir mövqeyi olan Kəmax qalası Anadolunun şimal qoluna nəzərat etmək üçün önəmli istehkam idi. Buna görə də, İldırım Bəyazid zamanında bu qala Osmanlı ordusu tərəfindən ələ keçirilmişdi. Teymurun Anadolunu fəth etməsindən sonra isə, bəzi türk bəylikləri bu qalaya hakim olmuşdur. XVI əsrin əvvəlində isə sürətlə böyüyən Səfəvi dövlətinin himayəsinə girən qala Osmanlının Səfəvilər üzərinə etdikləri səfərlərində əsas hədəflərdən biri halına gəldi. Bir çox hücum edilsə də, qalanın ələ keçirilməsi mümkün olmadı. Əksinə, buradan hərəkət edən Səfəvi ordusu davamlı olaraq yaxınlıqdakı Osmanlı mülklərinə yağma yürüşləri təşkil edirdilər. Bu yağma yürüşləri qalanın ələ keçirilməsini Osmanlı üçün daha da vacib hala gətirmişdi. Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gələn Osmanlı sultanı bu işi yaza qədər ertələmək qərarına gəldi. Yürüşə komandan kimi isə sevimlisi olan Bıyıklı Mehmed Paşanı təyin etdi.
Kobaninin mühasirəsi
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Konstantinopolun mühasirəsi (1391)
Konstantinopolun mühasirəsi (1391) – Osmanlı dövləti Konstantinopolu Bizans imperiyasından alana qədər bir neçə dəfə şəhəri mühasirəyə almış, lakin sonda uğursuz olmuşdurlar. Osmanlının 1391-ci il mühasirəsi Konstantinopolun ələ keçirilməsinə qədər baş vermiş bir neçə mühasirəsindən birincisidir. == Arxa plan == V İonnisin ölümünün ardından Bursada əsir olaraq saxlanılan oğlu Manuilin Konstantinopola gedərək II Manuil adı ilə taxta çıxması I Bəyazidin qəzəblənməsinə səbəb olmuşdu. Sultanın qəzəblənməsinin səbəbi Manuilin bunu edərkən ondan icazə almaması və bu işdə onun razılığının soruşulmaması idi. Buna cavab olaraq I Bəyazid ödənən vergilərin artırılmasını, paytaxtda türklər üçün məhəllə yaradılmasını, məscid tikilməsini və şəhərdəki türklərin məhkəmələrinə qazıların baxmasını tələb etmişdir. Manuilin bu tələbləri rədd etməsindən sonra Çandarlı Əli paşa komandanlığı altındakı Osmanlı ordusu şəhər qalasının divarları önünə gələrək mühasirəyə başlamışdır. == Mühasirə == Manuil mühasirənin yeddinci ayında ikən şəhərin iaşə problemlərinə görə, Osmanlı tələblərini qəbul etməyə məcbur etdi. Osmanlılar da manar ordusunun Osmanlı torpaqlarına girməsinə görə, mühasirəni davam etdirməkdən çəkindi. Mühasirənin qaldırılmasından sonra şəhərin müdafiə divarlarının xaricindəki ərazilər ələ keçirilmiş, şəhər xaricində qarnizon buraxılaraq, təcridə davam edilmiş və şəhərə giriş-çıxışlar nəzarət altına götürülmüşdür. Osmanlılar macarlar ilə olan problemlərini həll etdikdən sonra 1394-1396-cı illər arasında şəhəri yenidən mühasirədə saxladılar.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Kutun mühasirəsi

Leninqradın mühasirəsi
Leninqradın blokadası (8 sentyabr 1941-27 yanvar 1944) İkinci Dünya müharibəsində zamanı Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin alman-fin qoşunları tərəfindən 872 gün davam edən hərbi blokadası. == Tarixi == Leninqradı zəbt etmək almanların strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular. Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsilə saxlanılırdı. Hitler komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu. Blokada yalnız 1943 ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8–11 km enində "dəhliz" açıldı (şəhər buradan təchiz edilirdi).
Malakkanın mühasirəsi
Malakkanın mühasirəsi — 1568-ci ildə Açe sultanlığına Osmanlı donanmasının səfəri zamanı Portuqaliyanın Malakka qalasının türk qüvvələri tərəfindən mühasirəsi. == Tarixi == Portuqaliyalılar 1511-ci ildə Malakkanı tutduqdan sonra burda güclü qarnizon yerləşdirərək qala qurdular. Malakka şəhər-qalası Malakka boğazının girişində yerləşirdi O böyük strateji əhəmiyyətə malik olub Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Strateji əhəmiyyət baxımından əhəmiyyəti odur ki, burdakı yol Hind okeanı və Sakit okean arasında olan əsas dəniz yoludur. Şərqi Asiya istiqamətində və burdan Avropaya gedən ticarət yolları bu boğaz vastəsi ilə həyada keçirilirdi. Bu mühüm ticarət yolunun portəgizlər tərəfindən nəzarətə alınması, Açe Sultanlığını və Cənubi Şərqi Asiya ölkələri ilə Yaxın Şərq ölkələri ticarətçilərini çətin vəziyyətə saldı. Portuqaliyaylılar bütün Hind Okeanını nəzarətdə saxlamaq üçün ilk növbədə strateji yerləri əllərində saxlamağa cəhd edirdilər. Bu səbəbdən Malakka şəhəri davamlı olaraq qonşu dövlətlərin hücumuna məruz qalırdı. Xüsusən də 1537-ci ildə Açe sultanlığı qoşunları ilk olaraq Malakkanı mühasirəyə aldılar.
Malazgirdin mühasirəsi (1054)
Malazgirdin mühasirəsi — 1054-cü ildə Malazgird şəhərinin Basileios Apokapis komandanlığındakı Bizans qüvvələri tərəfindən Sultan Toğrul komandanlığındakı səlcuqlulara qarşı uğurlu müdafiəsidir. == Mühasirə == Səlcuqlu sultanı Toğrul Malazgird şəhərini 30 gün boyunca mühasirə mexanizmaları ilə mühasirəyə aldı. O dövrün tarixçiləri 30 gün boyunca mühasirəçilər tərəfindən yüngül "tısbağalardan" uğurlu müdafiənin səbəbi kimi qalanın müdafiəçilərini və mühasirə mexanizmalarını atılan alovlardan qoruyan hərəkətli sığınacaqları göstərmişdir. Basileios Apokapisin irəliləyən "tısbağalardan" qalaya atılanları yığıb, tədricən təkrar olaraq mühasirəyə alanlara qarşı istifadə etdiyi qaynaqlarda qeyd olunmuşdur. Şəhər 3 qat müdafiə divarı və su qaynaqlarının bolluğuna görə səlcuqluların hücumlarına tab gətirə bildi. 17 il sonra bir digər Səlcuqlu hökmdarı Alp Arslan komandanlığındakı türklər Roman Diogenə qarşı böyük zəfər əldə etdilər və şəhər 1071-də məşhur Bizans məğlubiyyətindən sonra Səlcuqluların əlinə keçdi.
Mardinin mühasirəsi
Mardinin mühasirəsi — 1616-1517-ci illər arasında Süleyman bəy Ustaclı komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu arasında baş tutmuş mühasirə döyüşüdür. Mardinin sonda Osmanlı hakimiyyətinə keçməsinə nəticələnmiş mühasirədə Osmanlı ordusu qələbə qazanmışdır. == Arxa plan == Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu 1516-cı ilin may ayında baş vermiş Qoçhisar döyüşündə Səfəvi ordusunu məğlub etdi. Bundan sonra da Mardindəki Səfəvi qarnizonu mühasirəyə alındı. Bu zaman Misir səfərinə çıxan Səlim Mardini mühasirəyə alan Osmanlı komandanı Bıyıklı Mehmed Paşanı da özünə qoşulması üçün çağırdı. Dəli Hüsrəv Paşanı mühasirəyə almış ordunun rəhbərliyinə buraxan Mehmed Paşa Səlimə qoşulmaq üçün yola düşdü və 3 avqustda ona qatıldı. 24 avqust 1516-cı ildə baş vermiş Mərcidabık döyüşündə sol qanad komandanı olan Bıyıklı Mehmed Paşa Osmanlı ordusunun Hələbi ələ keçirməsindən sonra Mardindəki mühasirəyə rəhbərlik etmək üçün sultanın ordusundan ayrıldı. == Döyüş == Səfəvi qarnizonu o qədər də çox olmayan Osmanlı ordusuna komandanlıq edən Hüsrəv Paşa tərəfindən iyun ayından etibarən mühasirədə idi. 1516-cı ilin sonunda və ya 1517-ci ilin əvvəlində Mardinə çatan Bıyıklı Mehmed Paşa özü ilə birlikdə xeyli sayda top gətirmişdi. Səfəvi qarnizonunun komandanı olan Süleyman bəy Ustaclının da sonu digər qardaşları kimi oldu.
Mariupolun mühasirəsi
Mariupolun mühasirəsi 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Şərqi Ukraynaya hücumun bir hissəsi olaraq Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatdır. Mariupol şəhəri Ukraynanın Donetsk vilayətində yerləşir və Rusiyanın dəstəklədiyi separatçı Donetsk Xalq Respublikası tərəfindən iddia olunur. Martın 2-də rus qoşunları şəhəri tamamilə mühasirəyə aldılar, bundan sonra tədricən şəhərə nəzarəti ələ keçirdilər. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı vəziyyəti "apokaliptik" adlandırdı və Ukrayna səlahiyyətliləri Rusiyanı şəhərdə böyük humanitar böhran yaratmaqda günahlandırdı, şəhər rəsmiləri təxminən 21.000 mülki şəxsin öldürüldüyünü bildirdi. == Arxa plan == Mariupol şəhəri Rusiya qüvvələrinin əsas strateji şəhəri və hədəfi hesab olunur. Mariupol Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin ən böyük şəhəridir. Mariupol əsas sənaye mərkəzidir, Azovstal Dəmir və Polad Zavodunun mərkəzidir və Azov dənizinin ən böyük şəhəridir. Azov dənizinin qərb sahilindəki limanına nəzarət Ukrayna iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir. Rusiya üçün o, Krıma quru marşrutu, eləcə də Rusiya dəniz nəqliyyatının keçməsinə icazə verəcəkdi. Şəhərin ələ keçirilməsi Rusiyaya Azov dənizi üzərində tam nəzarəti təmin edərdi.
Moğolların Qəndəhar mühasirələri
Moğolların Qəndəhar mühasirələri — Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı moğol qüvvələri 3 dəfə Qəndəharı mühasirəyə almışdır. 3 mühasirədə moğollar üçün uğursuzluqla nəticələnmiş və Səfəvi ordusu qalib gəlmişdir.Beləliklə, moğolların Qəndəharı ələ keçirmə istəkləri baş tutmamışdır. XVII əsrin ortalarında Səfəvi imperiyası ilə Moğol imperiyası arasında ərazi münaqişələri meydana çıxdı. Bu münaqişələrin meydana çıxdığı ərazilər müasir Əfqanıstan ərazilərini təşkil etməkdədir. Kabul və Qəndəhara nəzarət edən dövlətin bütün regiona nəzarət etdiyi hesab edilirdi. 1630-cu illərdə Qəndəhar şəhərini idarə edirdisə, moğollar da Kabil şəhərini idarə edirdilər. Münaqişəyə yol açan əsas dəyişiklik isə 1638-ci ildə baş verdi. Beləki, Səfəvlərin Qəndəhardakı hakimi Əli Mərdan xan öz dövlətinə xəyanət edərək moğollara sığındı və şəhərin idarəetməsini onlara verdi. Bundan sonra iki imperiya arasında münasibətlər pozuldu. This event provoked further tensions between the two empires.
Mühasirəyə alınan tərəflər (film, 1992)
Ölümcül mühasirələr (ing. Dead end of Besiegers) — 1992-ci ildə döyüş filmi janrında çəkilən Honkonq filmidir. Filmin digər adı "Polad at" kimi səslənir. Müxtəlif döyüş novləri üzrə müəllim öz ölkəsində Yaponiyada çətin həyat tərzi sürür. Ondan xoşları gəlməyən insanlar üzündən bu ölkəni tərk edir. Yaponiyanı tərk edəndən sonra Çinə gəlir. Burada Kunq Fu ilə məşğul olmağa başlayır. Lakin bəzi hadisələr səbəbindən yapon dəniz quldurlarının gəmilərinə düşür... Ölümcül mühasirələr — Internet Movie Database saytında.
Mədinənin mühasirəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Namurun mühasirəsi (1914)
Namurun mühasirəsi (fr. Siège de Namur; 20—25 avqust 1914-cü il) - Birinci Dünya müharibəsi əsnasında keçirilən hərbi əməliyyat nəticəsində, Alman ordusunun Belçikanın Valonya vilayətinin paytaxtı Namur şəhərinə hücumu. Namur "Namur qalası" kimi tanınan,müasir fortlar (qala – əsasən qoşunlar tərəfindən işğal edilmiş bir möhkəm bina) halqası ilə əhatə olunmuşdu. 4-cü Belçika diviziyası tərəfindən müdafiə olunurdu. Mühasirə 20 avqustda başladı,Alman ordusu Leje mühasirəsi əsnasında (4-16 avqust) qazandıqları təcrübədən istifadə etdi və hücumdan əvvəl mühasirədə olan ağır mühasirə artilleriyası və dörd Avstriya-Macarıstan ağır batareyaları ilə qalaları bombardman etdilər. Fransız ordusu Şarlerua döyüşündə məğlub oldu və buna görə də möhkəmlətmək üçün Namurda yalnız bir alayı qoya bildi. Qüvvələr yetərsiz olduğuna görə mühasirəyə alınan güclü və ağır artilleriya atəşə tutuldu. Qalanın son müdafiəçiləri avqustun 25-də,4-cü Belçika diviziyasının qalıqları,5-ci Fransa ordusu vasitəsilə cənubdan geri çəkildikdən sonra təslim olmaq məcburiyyətində qaldılar. Sonda geri çəkilmənin nəticəsi olaraq,mühasirə zamanı Antverpendəki Belçika səhra ordusuna qatıldılar. Belçikanın müharibə planları,digər güclərin qüvvələrini qovacağı fərziyyəyəsinə söykənirdi.
Plevna mühasirəsi
Plevnanın mühasirəsi – 1877-1878-ci illər Rus-Türk Müharibəsinin əsas döyüşlərindən biri, Rusiya və Rumıniya birləşmiş ordusunun Plevna şəhərində Nuri-Qazi Osman Paşanın komandanlığı altında möhkəmlənmiş Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı.Türk ordusunun inadlı müdafiəsi rus qoşununun irəliləməsini gecikdirdi və Osmanlı hökumətinin İstanbul və Ədirnənin müdafiəsinin möhkəmləndirilməsinə imkan verdi, lakin ali türk komandanlığının yarıtmaz qərarları səbəbindən Plevna qarnizonu təslim olmaq məcburiyyətində qaldı. Plevna Rusşuka (bir qolu ilə Sistovoya) Arabkonak (Orxan aşırımı) keçidi ilə Sofiyaya və Lovçaya gedən yolların kəsişməsində, Sevlievo, Qabrovo, Şipkinski keçidindən Qazanlaka və Troyana gedən iki aşırımın yerləşdiyi ərazidədir. Orada əvvəllər 1810-cu ildə rus qoşunları tərəfindən dağıdılmış və yenidən bərpa edilməyən bir qala var idi. Zimnitsa yaxınlığında Dunay çayını keçdikdən sonra Rus Dynay ordusu Tarnovoya doğru uğurlu bir hücum təşkil etdi. İyulun 4-də (16) general Baron N.P Kridenerin Qərb dəstəsi Nikopolu aldı və beləliklə Dunayın sağ sahilindəki körpü plasdarmını 60 kilometrə qədər genişləndirdi. Rus ali baş komandanı Nikopolun itirilməsi ilə cəbhənin qərb hissəsindəki türklərin artıq hərəkətə keçə bilməyəcəyinə və qərbi Bolqarıstanın müdafiəsi ilə məşğul olacaqlarını düşünürdü. Ancaq Vidindəki türk birləşmələrinin rəhbəri Müşir (Marşal) Osman Paşa Baş Komandan Əbdülkərim Kaş Paşaya hərbi əməliyyatların ilkin planını dəyişdirməyi - Dunay çayı boyunca olan müdafiə xəttinin cinahlarında və Vidin boyu qalalarda dördbucaq şəklində qüvvələrin cəmləşməsini təklif etdi. Osman Paşa Vidində lazımi sayda əsgər saxlamağı, qalanlarını Plevnaya təxliyə etməyi, Tarnovoda Şumladan gələn Əhməd-Eyub Paşanın korpusu ilə birləşməyi və Sistovo istiqamətində qətiyyətli bir hücum başlatmağı əlverişli hesab edirdi. Planın son hissəsi uğursuz olduğu təqdirdə, Osman Paşanın fikrincə Balkan keçidlərinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyan Lovçada möhkəmlənmək vacib idi. Rusların son uğurları və Balkan silsiləsindən keçib zəif qorunan Ədirnə və Sofiyaya hücum edəcəkləri qorxusu altında türk komandanlığı bəzi dəyişikliklərlə Osman Paşanın təklifini qəbul etdi.
Plevnanın mühasirəsi

Qars mühasirəsi
Qars Mühasirəsi - Krım müharibəsinin son böyük miqyaslı hərbi hərəkatıdır. 1855-ci ilin iyun ayında Sivastopoldakı qüvvələrin üzərindəki təzyiqi yüngülləşdirmək üçün İmperator II Aleksandr və General Muravyovun rəhbərliyindəki Rus qoşunları Anadoluya üz tutmağa qərar verdilər. 25,000 əsgərdən ibarət güclü bir korpusla Şərqi Anadolunun ən mühüm qalalarından Qarsa doğru ani bir hücuma keçdi. İlk təcavüz İngilis general Uilyam Fenvick Villiams komandanlığı altındakı Osmanlı qarnizonu tərəfindən geri oturduldu. Ruslar noyabr ayına qədər şəhəri mühasirədə saxladılar. Hücum xəbərinin duyulması ilə Osmanlı Komandanlarından olan Ömər Paşa Sivastapoldakı Osmanlı qoşunlarını geri çəkməklə Qarsdakı Rus qoşunlarının mühasirəni aradan qaldırmaq təklifini irəli sürdü. 6 sentyabrda Ömər Paşa 45,000 əsgəriylə birlikdə Suxumiyə çəkildi. Ancaq Muravyov bunun üzərinə Qarsa üçüncü dəfə hücum təşkil etdi və Osmanlı qüvvələri rusları geri oturdular. Osmanlılar 700-800 itki verərkən Rus ordusu 3000-6000 arası ölü, yaralı və əsir verdi.

Значение слова в других словарях