MÜNAQİŞƏSİZ
MÜNASİBƏT
OBASTAN VİKİ
Münasib Mehdiyev
== Siyahı ==
Münasib Məmmədov
Məmmədov Münasib Elman oğlu (15 yanvar 1996; Yuxarı Seyfəli, Şəmkir rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Münasib Məmmədov 15 yanvar 1996-cı ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Şəmkir rayon Abbaslı kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailəli idi, bir övladı var idi. == Hərbi xidməti == Münasib Məmmədov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət zamanı 2016-cı ildə Aprel döyüşlərində də iştirak edərək fərqlənmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Münasib Məmmədov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Münasib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Münasib Yusifov
Münasib Mübariz oğlu Yusifov (14 may 2000; Yuxarı Öysüzlü, Tovuz rayonu — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Münasib Yusifov 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Münasib Yusifov 2018-ci ildə müddətli həqiqi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmətə hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. == Təltif olunanlar == 9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir. == Təsviri == Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir. Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870–1970" tarixi. Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir. Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur. Medalın kənarları bortla haşiyələnmişdir.
ABŞ–Azərbaycan münasibətləri
Azərbaycan–ABŞ münasibətləri— Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi 1992-ci ilin martında, ABŞ-nin Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Krasnovodskaya küçəsi 8 ünvanında ABŞ-nin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Randolf rəhbərlik etmişdir. Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-nin Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-də bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. == Yüksək səviyyəli qarşılıqlı səfərlər == === Dövlət başçıları === 1997-ci il 29 iyul −1 avqust — Prezident H. Əliyevin rəsmi səfəri 2003-cü il 23–27 fevral — Prezident H. Əliyevin işgüzar səfəri 2006-cı il 25–28 aprel — Prezident İ. Əliyevin rəsmi səfəri === Hökumət başçıları === 1997-ci il 19–23 may — Baş Nazir A. Rasi-zadənin rəsmi səfəri 2003-cü il 25 avqust — Baş Nazir İ. Əliyevin rəsmi səfəri 2008-ci il 3–4 sentyabr — Vitse-Prezident D. Çeyninin rəsmi səfəri === Nazirlər === 1995-ci il aprel — Energetika Naziri H. R. O’Lirinin səfəri 1999-cu il 18 avqust — Energetika Naziri B. Riçardsonun səfəri 2001-ci il 15 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2002-ci il 17 sentyabr — Energetika Naziri S. Abrahamın səfəri 2003-cü il 3 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2004-cü il 20–26 mart — Müdafiə Naziri S. Əbiyevin səfəri 2004-cü il 19–24 iyul — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2004-cü il 12 avqust — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2004-cü il 1–6 dekabr — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri 2004-cü il 5–9 dekabr — Milli Təhlükəsizlik naziri E. Mahmudovun işgüzar səfəri 2005-ci il 12 aprel — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2005-ci il 1–3 avqust — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2005-ci il 29 noyabr — Maliyyə Naziri Ə. Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri 2006-cı il 6–7 aprel — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2007-ci il 20–23 mart — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2007-ci il 25 fevral-4 mart — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri 2008-ci il 11–14 noyabr — Energetika Naziri S. Bodmanın səfəri 2008-ci il 16–18 noyabr — Maliyyə Naziri S. Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri 2009-cu il 5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2010-cu il 6 iyun — Müdafiə Naziri R. Qeytsın səfəri 2010-cu il 4 iyul — Dövlət Katibi H. Klintonun rəsmi səfəri 2011-ci il 18–27 may — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun işgüzar səfəri 2011-ci il 31may-3 iyun — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 19–28 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 19–25 oktyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 9–23 yanvar — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 2–5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 18–22 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 6 iyun 2012 — H. Klintonun resmi səfəri 2012-ci il 18–22 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri İlham Əliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Səməd Seyidov işçi qrupunun rəhbəridir. İşçi qrupa Milli Məclisin 10 üzvü daxildir. ABŞ Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" (24 mart 2004-cü ildən) fəaliyyət göstərir.
ABŞ–Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
ABŞ–Gürcüstan münasibətləri
Gürcüstan–ABŞ münasibətləri — Gürcüstan Respublikası və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 2004–2008-ci illərdə Gürcüstan NATO-ya üzv olmaq istəyir, lakin güclü rus meyilli müxalifəti qarşısında müvəffəq ola bilmir. 2012-ci ilin fevralında ABŞ və Gürcüstanın Azad Ticarət Sazişi üzərində işə başlayacağı bildirir. Bu reallaşacağı təqdirdə Gürcüstan ABŞ-la bu cür müqaviləyə imza atan yeganə Avropa ölkəsi halına gələcək. Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına hazırda giriş üçün viza tələb edilmir. Vətəndaşlar ölkənin giriş nöqtələrində 90 günlük turizm vizası alaraq daxil ola bilirlər. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, gürcülərin 51 %-i ABŞ rəhbərliyini dəstyəkləyir, 15% isə dəstəkləmir. == Tarix == 1991-ci ildə Gürcüstan SSRİ dağıldıqdan sonra müstəqillik qazanır. 1992-ci ildən isə Amerika Birləşmiş Ştatları bu ölkə arasında diplomatik əlaqələr qurulur.
ABŞ–Qazaxıstan münasibətləri
Qazaxıstan-ABŞ əlaqələri — Qazaxıstan və ABŞ arasında iki tərəfli münasibətlər. İki tərəfli əlaqələrin əsası 1991 ildə qoyulmuşdur. == Tarix == 25 dekabr 1991-ci ildə ABŞ Qazaxıstanı müstəqilliyini tanıyan üçüncü ölkədir (Türkiyə və RF). Birləşmiş Ştatlar Qazaxıstanda ilk səfirlik açan ölkə olmuşdur. İlk səfirlik 1992-ci ilin yanvarında Alma-Atada fəaliyyətə başlamışdır. Sonradan səfirlik Astanaya köçürülmüşdür. Müstəqliyin hazır ki, illərində iki ölkə arasında konstruktiv iki tərəfli əlaqələr qurulmuşdur. == Hərbi əlaqələr == 2003-cü ildən Qazaxıstanda «Çöl qartalı» Amerikan-Qazax hərbi təlimləri keçirilir. «Çöl qartalı-2015» təlimində ABŞ, Böyük Britaniya, Qırğızıstan, Tacikistan, həmcinin ilk dəfə olaraq Əfqanıstan, Nepal və Türkiyə belə iştirak etmişdir. 2003-cü ildə Qazaxıstan İraqa 27 hərbi mühəndis göndərmişdir.
ABŞ–Qırğızıstan münasibətləri
ABŞ–Qırğızıstan münasibətləri — ABŞ ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == 1991-ci ildə diplomatik münasibətlər quruldu, o vaxtdan bəri güclü tərəfdaşlıqlar inkişaf etdi. Amerika Birləşmiş Ştatları Qırğızıstanı qanunun aliliyinə və insan hüquqlarına hörmətə əsaslanan demokratik bir cəmiyyətin inkişaf etdirilməsində dəstəkləyir. Qırğızıstanda 2011-ci il prezident seçkiləri postsovet Orta Asiyada ilk dəfə prezident hakimiyyətinin dinc şəkildə ötürülməsi baş tutur. ABŞ hökuməti Qırğızıstana humanitar və müdafiə təyinatlı hərbi yardım, iqtisadi və siyasi islahatları dəstəkləmək üçün digər yardımlar göstərir. Üstəlik Qırğızıstan Respublikasının beynəlxalq təşkilatlardan kömək istəklərini də dəstəkləmişdir. Məsələn: ABŞ 1998-ci ilin dekabrında Qırğızıstan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dəstək olmuşdur. 11 sentyabr hadisəsindən sonra ABŞ dünyanın bu hissəsinə olan marağını artırdı. ABŞ 11 sentyabr hadisəsindən sonra 2001-ci ilin dekabrında Manasdakı hərbi bazanı kirayələdi. Həm Rusiya, həm də Çin buna bərk naratlığını bildirdi.
ABŞ–Suriya münasibətləri
ABŞ—Suriya münasibətləri — ABŞ və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. 1944-cü ildə ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, Suriyadakı Vətəndaş müharibəsi dövründə edilən bir sorğu nəticəsində suriyalıların 29% -i ABŞ liderliyini təsdiqləyir, 40% -i rədd edir və 31% -i qeyri-müəyyən münasibət bildirir. == Tarix == 1967-ci ildə Suriya Ərəb-İsrail müharibəsindən sonra ABŞ ilə diplomatik əlaqələrini kəsir. Münasibətlər 1974-cü ildə bərpa edilir. 1979-cu ildə Suriya Amerikanın terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edilir, eyni ildə ona qarşı iqtisadi sanksiyalar tətbiq edir. 1990-2001-ci illərdə ABŞ və Suriya bəzi regional mövzularda əməkdaşlıq edir, lakin 2003-cü ildə münasibətlər yenidən pisləşir. ABŞ hökumətini narahat edən Suriya məsələləri: Suriya hökumətinin İraqa gedərkən Suriyadan tranzit bazası kimi istifadə edən xarici döyüşçülərlə döyüşməkdən imtina etməsi; Suriyalıların Səddam Hüseynin keçmiş rejiminin tərəfdaşlarını ölkədən deportasiya etməkdən imtina etməsi; Suriyanın Livanın işlərinə müdaxiləsi; fələstinli xadimlərə dəstək; insan haqları ilə əlaqəli vəziyyət; kütləvi qırğın silahlarına sahib olmaq istəyi. 2009-cu ilin əvvəlində ABŞ Suriyadakı siyasətini ölkədəki və bölgədəki dəyişikliklər fonunda yenidən nəzərdən keçirməyə başlayır və bu da iki ölkənin yenidən regional məsələlərin həllində işbirliyinə başlamasına səbəb olur. 2011-ci ilin mart ayında Dəra şəhərində bir qrup suriyalı tələbə evlərin divarlarında siyasi yazılar yazdıqlarına görə həbs olunurlar.
ABŞ–Türkiyə münasibətləri
Türkiyə–ABŞ münasibətləri — ABŞ və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 1831-ci ildə Amerika Birləşmiş Ştatları Osmanlı İmperiyası ilə diplomatik əlaqələr qurur. Birinci Dünya müharibəsi bitdikdən sonra, ABŞ 1927-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr qurur. 12 iyul 1947-ci ildə ABŞ-nin Truman Doktrini çərçivəsində Türkiyəyə yardım göstərmə siyasətinin məntiqi davamı olan, Sovet İttifaqının təhdidlərinə qarşı durmağa kömək etmək üçün hazırlanmış İqtisadi və Texniki Əməkdaşlıq Sazişi imzalanır. Sovetlərin genişlənməməsini ehtiva edən ortaq maraq, ABŞ və Türkiyə arasında yaxın qırx il ərzində möhkəm münasibətlərin təməlini qoyur. Türkiyə Soyuq müharibədə ABŞ-nin tərəfini tutur: 1950-ci ildə Koreya müharibəsində iştirak etmək üçün hərbi hissələrini göndərir (1950-1953), 1952-ci ildə NATO-ya qatıldı, 1955-ci ildə Mərkəzi Müqavilə Təşkilatının təşkilatçılarından biri olur və eyni zamanda 1957-ci ildə Eyzenhauer doktrinasının əsaslarını təsdiqləyir. 1950-1960-cı illərdə Türkiyə Sovet İttifaqı siyasətini dəstəkləyən Misir, İraq və Suriyanın təsirini zəyiflətmək üçün Yaxın Şərqdəki digər Amerika müttəfiqləri ilə (İran, İsrail və İordaniya) çalışır. Ancaq zaman zaman ABŞ və Türkiyə arasında münaqişə vəziyyətləri və anlaşılmazlıqlar meydana gəlir. 1974-cü ildə münasibətlərinin ən çətin dövrü Şimali Kiprə Türkiyə qoşun çıxartdıqdan sonra başlayır. Türkiyənin Kiprdəki qarşıdurmaya müdaxiləsinə cavab olaraq, ABŞ bu ölkəyə silah tədarükünü dayandırır.
ABŞ–Türkmənistan münasibətləri
ABŞ–Türkmənistan münasibətləri — Türkmənistan və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və BMT-nın tam hüququlu üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Diplomatik nümayəndəliklər == === Türkmənistan === Vaşinqtonda iqamətgahı olan Türkmənistanın ABŞ-dakı səfirliyi 1994-cü ildə açılmışdır. 2001-ci ilin martından Səfirliyə Türkmənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Mered Orazov rəhbərlik edir. ==== Səfirlər ==== Xəlil Uğur (1994—2001) Mered Orazov (2001—h.h.) === ABŞ === Aşqabadda yerləşən ABŞ-nin Türkmənistandakı səfirliyi 17 mart 1992-ci ildə açılmışdır. Allan Philip Mastard hazırda ABŞ-nin Türkmənistandakı səfiridir. 2015-ci ilin oktyabr ayından etibarən yeni ABŞ səfirliyi üçün bir bina kompleksi inşa edilir. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi də Aşqabadda yerləşir. ==== Səfirlər ==== Cozef Xyulinqs (1992—1995) Maykl Kotter (1995—1998) Stiven Mann (1998—2001) Lora kennedi (2001—2003) Treysi Ceykobson (2003—2007) Riçard Xoqland (2007—2010) müvəqqəti icra edici Robert Potterson (2011—2014) Filipp Mastard (2014—h. h.) == Tarix == 1-7 fevral 1994-cü ildə Prezident Saparmurat Niyazov, tibbi müayinədən keçdiyi Hyuston şəhərinə qeyri-rəsmi bir ziyarət edir.
ABŞ–Yaponiya münasibətləri
ABŞ–Yaponiya — ABŞ ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiyanın ən böyük strateji müttəfiqi Amerika Birləşmiş Ştatlarıdır. Yarım əsrdən çoxdur ki, yapon hökumətinin hər bir başçısı belə bir formulanı daim təsdiq edir: “ABŞ ilə münasibətlər yapon xarici siyasətinin təməl daşıdır”. Birləşmiş Ştatlar XX əsrin ikinci yarısından etibarən “Gündoğan ölkənin” əsas müttəfiqi rolunda çıxış edir. Yaponiyanı bu ölkə ilə bağlayan, hər şeydən əvvəl, iki ölkənin qarşılıqlı iqtisadiyyatını yaradan, son dərəcə sıx, çoxtərəfli, genişmiqyaslı iqtisadi və ticarət münasibətləridir. ABŞ və Yaponiyanın qarşılıqlı ticarət əlaqələri həcminə görə dünyada ABŞ-Kanada “cütlüyü”ndən sonra ən iri, mühüm bir “cütlüyü” təmsil edir. Hələ keçən əsrin əllinci illərinin əvvəllərində qanuniləşdirilmiş hərbi-siyasi ittifaq Yaponiyanın milli təhlükəsizliyini təmin edərək, bu ölkəni Asiya-Sakit okean regionunda ABŞ-nin hərbi-siyasi iştirakının əsasında özünün vacib, qlobal müttəfiqinə çevirmişdir. Nyu-Yorkdakı Binqamton Universitetinin tədqiqatçısı Covani Erikin fikrincə, Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi ölkənin ABŞ ilə əvvəlki siyasi və iqtisadi münasibətlərindəki vassal münasibətlərini aradan qaldırmışdır. == Soyuq Müharibədən sonra münasibətlər == SSRİ-nin dağılması və “soyuq müharibə”nin sona çatması Yaponiyanın və Yapon-Amerika əməkdaşlığının gələcək taleyi haqqında sual doğururdu. ABŞ-dən fərqli olaraq Yaponiya bu tarixi hadisəyə əhəmiyyətli dərəcədə təmkinlə yanaşdı.
ABŞ–Özbəkistan münasibətləri
ABŞ–Özbəkistan münasibətləri — ABŞ ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. 2002-ci il qlobal bir rəy sorğusuna görə, özbəklərin 85 %-i ABŞ-yə müsbət yanaşır, yalnız 10% -i ABŞ-yə mənfi münasibət bəsləyir. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, özbəklər in 40% -i ABŞ rəhbərliyini təsdiqləyir, 22% -i dəstəkləmir və 39% -i isə qeyri-müəyyən münasibət bildirir. == Tarixi == İkitərəfli münasibətlər 19 fevral 1992-ci ildə qurulmuşdur. 1992-ci ildən bəri ABŞ ilə Özbəkistan Sərhəd və Regional Təhlükəsizlik Proqramı, iqtisadi əlaqələr, siyasi və vətəndaş cəmiyyəti məsələləri, habelə Özbəkistan əhalisi üçün ingilis dili təhsili kimi sahələrdə əməkdaşlıq edir. Özbəkistan Orta Asiya bölgəsində sabitlik, firavanlıq və təhlükəsizliyin təmin edilməsində ABŞ-nin vacib bir tərəfdaşıdır və ABŞ bu məqsədləri irəli sürmək üçün Özbəkistana təhlükəsizlik yardımı göstərir. Regional təhdidlərə aşağıdakılar daxildir: narkotik ticarəti, insan alveri, terrorizm və ekstremizm. Özbəkistan NATO-nun Əfqanıstandakı sülhməramlı qüvvələri üçün, ilk növbədə istifadə üçün elektrik və dəmir yolu infrastrukturunun təmin edilməsi yolu ilə əsas tərəfdaşdır. 11 sentyabr 2001-ci il terror hücumlarından və ABŞ-nin himayəsində "qlobal antiterror koalisiyası" yaradıldıqdan sonra Özbəkistan ABŞ-ni antiterror kampaniyasında dəstəklədi və öz ərazisindən istifadə etməsinə icazə verir. Bundan sonra ABŞ və NATO, üsrtəlik Özbəkistanla Qərb arasındakı münasibətlər istiləşir.
ABŞ—Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Acarıstan–Naxçıvan münasibətləri
Acarıstan–Naxçıvan münasibətləri — Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Gürcüstan münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Naxçıvan Muxtar Respublikası ilə Gürcüstan Respublikası və onun Acarıstan Muxtar Respublikası arasında tarixən müxtəlif əlaqələr, xüsusən də ticarət, təhsil və mədəniyyət əlaqələri mövcud olmuşdur. XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış "Pələng dərisi geymiş pəhləvan" əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərilmişdir. === Naxçıvan xanlığı dövrü === Acarıstanla Naxçıvan arasında mövcud olmuş siyasi-mədəni əlaqələr XVIII əsrin ortalarında daha da inkişaf etməyə başlamışdır. Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığının yaradıcısı olan Heydərqulu xan Kəngərli Gürcüstanın Kartli-Kaxetiya çarlığı ilə hərbi münasibətlər qurmuşdur. === Çar Rusiyası dövründə === Tarixçi alim, tədqiqatçı Musa Quliyev qeyd edir ki, 1916-cı ilə aid sənədlərdə naxçıvanlı yazıçı Əli Səbri Qasımovun Batumidə müsəlman-qaçqın cəmiyyətinin üzvü kimi çox fəal iştirakı öz əksini tapmışdır. Hətta yazıçı öz xatirələrində yazır ki, "Batumidən Trabzona qədər ərazidə yaratdığımız xeyriyyə cəmiyyətinin fondundan müsəlman qaçqınlarına müxtəlif yardımlar göstərirdik." Naxçıvanlı digər bir şair – Ələkbər Qərib də bu cəmiyyətdə təmsil olunmuşdur. Araşdırmalardan məlum olur ki, həmin illərdə naxçıvanlı polkovnik İbrahim bəy Qədimov Ərdəhan və Batumidə hərbi fəaliyyət göstərmiş, zorakılığa məruz qalan dinc müsəlmanların mənafeyini qorumuşdur. Eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində naxçıvanlı milyonçu Mirzə Heydər Nəsirbəy­ovun Batumi ilə yaxından ticarət əlaqələri olmuşdur.
Albaniya-Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Albaniya–Azərbaycan münasibətləri
Albaniya–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin sentyabr ayının 23-də qurulmuşdur. Azərbaycanin Albaniyada səfirliyi Yunanıstanda, Afina şəhərdə yerıəşir. Albaniyanin Azərbaycanda səfirliyi Türkiyədə, Ankara şəhərində yerıəşir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Nairə Şahtaxtinskaya olmuşdur. 4 mart 2016-cı il tarixindən Mirkazım Kazımov işçi qrupunun rəhbəridir.
Albaniya–Türkiyə münasibətləri
Türkiyə—Albaniya münasibətləri — Albaniya Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr 1920-ci illərdə rəsmi olaraq quruldu. Albaniya ilə Türkiyə arasındakı münasibətlər mədəni və tarixi amillərə görə ənənəvi olaraq dostluq edir. Albaniyanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu vardır. Türkiyənin Tiranada səfirliyi mövcuddur. == Haqqında == Əhalisi əsasən müsəlman olan hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bunlar eyni zamanda NATO və Aralıq dənizi Birliyinin tam üzvləridir. Türkiyə də AB üçün namizəd ölkə statusuna sahibdir, Albaniya potensial namizəddir. Türkiyədə Albaniya ilə mədəni əlaqələrini itirməyən təxminən 1,3 milyon Alban mənşəli vətəndaş var. Kosovoda güclü Türk azlığı da var. == Əlaqələr == Osmanlı İmperiyası dövründə İslamı qəbul edən bir çox alban, türk sultanlarına xidmət etdi.
Albaniya–Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Almaniya-Sovet İttifaqı münasibətləri (1918-1941)
Alman-Sovet İttifaqı münasibətləri — Birinci Dünya Müharibəsindən sonrakı dövrlərə təsadüf edir. 3 mart 1918-ci ildə imzalanmış Brest-Litovsk müqaviləsi Rusiya ilə Almaniya arasındakı düşmənçilik əməliyyatlarına son qoydu. Bir neçə ay sonra Almaniyanın Moskvadakı səfiri Vilhelm von Mirbax Rusiya Solist Sosialist-İnqilabçıları tərəfindən Rusiya ilə Almaniya arasında yeni bir müharibə təşviq etmək məqsədi ilə güllələndi. Alman İnqilabını fəal dəstəklədikləri üçün Adolf Coff nəzdindəki bütün Sovet səfirliyi 6 noyabr 1918-ci ildə Almaniyadan deportasiya edildi. Karl Radek də 1919-cu ildə Almaniya imperiyasında kommunistlərin təxribatçı fəaliyyətini qeyri-qanuni olaraq dəstəkləyirdi. Hər iki dövlət Birinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulmuş sistemi devirməyə çalışırdılar. Versal sülh müqaviləsinin kollektiv məsuliyyət müddəalarına söykənən ağır kompensasiyalar altında işləyən Almaniya, qarışıqlıq içində olan məğlub bir xalq idi. Bu və Rusiya vətəndaş müharibəsi həm Almaniyanı, həm də Sovetləri beynəlxalq səviyyəyə çıxardı və aralıqda meydana gələn yaxınlaşma təbii bir yaxınlaşma oldu. Eyni zamanda, münasibətlərin dinamikası həm etibarın olmaması, həm də müvafiq hökumətlərin tərəfdaşının diplomatik təcriddən çıxması və Fransanın Üçüncü Respublikasına (o zaman ən böyük sahibi olduğu düşünülən) tərəf dönməsi qorxusu ilə formalaşdı. Avropada hərbi gücü olan İkinci Polşa Respublikası müttəfiqi.
Almaniya–Azərbaycan münasibətləri
Azərbaycan–Almaniya münasibətləri — Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb. == Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlaqələr == 1918-1920-ci illərdə Azərbaycanla Almaniya müəyyən münasibətlərdə olmuşdur. == İkitərəfli siyasi münasibətlər == Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub.
Almaniya–Ermənistan münasibətləri
Almaniya—Ermənistan münasibətləri — Almaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarixi == Almaniya—Ermənistan münasibətləri hələ də geniş şəkildə şərti olaraq sabit və möhkəm olaraq xarakterizə olunur. Hər iki ölkə 1918-ci ildə Ermənistan Demokratik Respublikası elan edildikdən sonra birlikdə çalışmış və 1991-ci ildə Ermənistanın SSRİ-dən müstəqilliyini elanından sonra işbirliklərini genişləndirmişlər. Hər iki dövlətin liderləri ikitərəfli münasibətlərini müzakirə edərək və son bir neçə ildə nəzərəçarpacaq dərəcədə yaxşılaşdıqları qənaətinə gəlmişlər. 2005-ci ildə Almaniyanın Federal Kansleri Gerhard Şröder Qondarma Erməni Soyqırımının tanınması üçün addımlar atdı. Almaniya, Türkiyəni bu hadisələrə görə "tarixi məsuliyyətini" qəbul etməyə çağırdı, ancaq "soyqırım" ifadəsini istifadə etməkdən imtina etdi. Soyuq müharibə dövründə Almaniya Federativ Respublikası, NATO üzvü Türkiyə ilə həmrəylik üzündən Qondarma Erməni Soyqırımı mövzusuna məhəl qoymadı. Ancaq Ermənistanla Almaniya arasındakı münasibətlər müsbət olaraq qalırdı. Halbuki nisbətən az sayda erməni Almaniyada yaşayırdı. 2015-ci ilin mart ayında Almaniyanın Xarici İşlər Nazirliyi Ermənistanla müsbət siyasi, iqtisadi və mədəni əlaqələrin qurulduğunu bildirdi.
Almaniya–Gürcüstan münasibətləri
Gürcüstan–Almaniya münasibətləri — Gürcüstan Respublikası və Almaniya arasındakı mövcud ikitərəfli münasibətlər. Birinci Dünya müharibəsindən sonra Gürcüstan Demokratik Respublikasının müstəqilliyini elan edir. 1918-ci ildə yeni qurulan dövləti Almaniya Gürcüstanı tanıyan ilk ölkələrdən biri olur. 1922-ci ildə Gürcüstanın Sovet İttifaqına zorla birləşdirilməsi səbəbindən ikitərəfli münasibətlər kəsilir. Lakin SSRİ-nin dağılmasından sonra 13 aprel 1992-ci ildə bu münasibətlər yenidən bərpa edilir. Gürcüstanın Berlində, Almaniyanın Tiflisdə səfirliyi var. == Tarix == Gürcüstan ilk dəfə 1918-ci ildə müstəqillik qazandıqda, ölkədəki geopolitik vəziyyət çətin idi. Mübahisəsiz suverenliyini qorumaq və həm Rusiyanı, həm də Türkiyəni Gürcüstandan uzaq tutmaq məqsədi ilə Gürcüstan Almaniyanın protektoratlığına girmək məcburiyyətində qalır. Almaniya General Kress von Kressensteyn Friedrixin rəhbərliyi altında Gürcüstana qoşun kontingenti göndərir. Almanların iştirakı qısa müddətə təsirli olur.
Almaniya–Qazaxıstan münasibətləri
Almaniya–Qazaxıstan münasibətləri — Almaniya ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr 11 fevral 1992-ci ildə qurulmuşdur. == Tarixi == Qazaxıstan və Almaniya arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulub. 22 sentyabr 1992-ci ildə Qazaxıstan Respublikası ilə Almaniya Federativ Respublikası arasında alman əsilli Qazaxıstan Respublikası vətəndaşlarına dəstək olmaq üçün əməkdaşlıq haqqında Saziş imzalanmışdır. 1992-ci ilin dekabrında Almatıda Almaniyanın səfirliyi açılır. 1993-cü ilin sentyabrında Qazaxıstan Respublikası Bonnda səfirliyini açır. 1999-cu ildə isə səfirlik Berlinə köçürülür. 3 sentyabr 2008-ci il tarixində Qazaxıstan Respublikası ilə Almaniya Federativ Respublikası arasında 7 may 2009-cu ildə Berlində imzalanması ilə nəticələnən Gələcək Üçün Tərəfdaşlıq haqqında Birgə Bəyanat qəbul edilir. 2018-ci ilin avqust ayından etibarən Tilo Klinner Almaniyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiridir. 9 iyun 2019-cu ildən etibarən Qazaxıstan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfir Dauren Karipov olur. == Dövlər səfərləri == Diplomatik əlaqələrin mövcud olduğu dövrdə Qazaxıstan Respublikasının başçısı Nursultan Nazarbayev Almaniyaya 7 dəfə (1992, 1997, 2001, 2004, 2007, 2009, 2012) yüksək səviyyəli səfərlər etmişdir.
Almaniya–Rusiya münasibətləri
Almaniya–Rusiya münasibətləri — Almaniya Federativ Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Rusiya-Almaniya münasibətlərinin çoxəsrlik bir tarixi var. İlk ticarət və sülalə əlaqələri Qədim Rusiya dövləti ilə Müqəddəs Roma İmperiyası arasında mövcud olmuşdur. I Pyotrun dövründə alman alimləri, sənətkarları və hərbi qulluqçuları böyük həvəslə Rusiyaya dəvət edilir və onlara mühüm imtiyazlar verilirdi. Romanovların imperator ailəsi kiçik alman knyazlıqları ilə sülalə nikahlarına girir və III Pyotrdan Romanovlar sülaləsi şəcərə qaydalarına görə Holşteyn-Qottorp-Romanovlar adlanırdı. Böyük Yekaterina kimi tanınan alman şahzadəsi Anhalt-Zerbst Sofiya Frederika 34 il Rusiyanı imperatriça kimi idarə etmişdi. Onun təşəbbüsü ilə çoxlu sayda alman sakinləri Rusiyaya dəvət edilmiş, sonralar onlar rus almanları adlandırılmış və onlar az məskunlaşmış torpaqlarda məskunlaşmışdılar. 1871-ci ildə Prussiyanın aparıcı rolu ilə elan edilmiş vahid alman dövləti olan Almaniya İmperiyası Avstriya-Macarıstanla birlikdə Rusiyanın Avropada təsirinin genişlənməsinə qarşı çıxdı. Almaniya kansleri Otto fon Bismark 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin nəticələrinin Rusiya üçün əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı Berlin Konqresinin təşkilatçısı idi. XX əsrin əvvəllərində Avropanın iki hərbi-siyasi bloku - Üçlər ittifaqı (Almaniya, Avstriya-Macarıstan və İtaliya) və Antanta (Rusiya, Fransa və Böyük Britaniya) arasında ziddiyyətlər kulminasiya nöqtəsinə çatdı və Birinci Dünya Müharibəsi başlandı.

Значение слова в других словарях