Magistral neft kəməri

nefti çıxarıldığı yerdən uzaq məsafədə yerləşən emal yerlərinə nəql etmək üçün kompleks qurğu. M.N.k. borular, neftvurma nasos stansiyası, rabitə vasitələri və köməkçi qurğulardan ibarətdir. Neftin boruda hərəkət sürəti 1 –1,5 m/san - dir. Kəmərdəki neft axını M.N.k.-nın bütün uzunluğu boyu quraşdırılmış qurğular vasitəsilə tənzim edilir. Onlar arasında məsafə relyefindən asılı olaraq müəyən olunur (20 km – dən çox olmamaq şərtilə) özlülüyü çox olan neftlər neftvurma stansiyalarında, yaxud aralıq məntəqələrdə qızdırılır.
Magistral qaz kəməri
Maili qazma