Ali sinir fəaliyyəti
== Ali sinir fəaliyyəti tipi və davranışı ==
İ.P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Buraya mərkəzi sinir sisteminin gücü, oyanma ilə ləngiməninmüvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət)və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.Павлов, Иван Петрович
Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki,heyvanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur.
İ.P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür.Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətli tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir.Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin dəyişməsi ilə əlaqədar olaraq,çox vaxt tezliklə oyanmanın və ləngiməyə və əksinə, ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır. Tədqiqatlar göstərir ki, sinir sisteminin bu tipi iki cür ola bilər: 1)mütəhərrik (cəld) tiplər-bunlarda bir hadisədigərinə çox tez keçir, 2) durğun tiplər-bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir.
4 yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip; bunlarda oyanma və ləngimədən üstündür; 2) güclü və müvazinətli tip;bu tipdə sinir hadisələri çox mütəhərrik olur(diribaş tip) ; 3) güclü müvazinətli,lakin qeyri-mütəhərrik-durğun tip (sakit tip); 4)zəif tip, bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.