MOLA

tənəffüs, fasilə, dinclik, əylənmə, dayanma, nəfəsini dərmə
əylənmə, dayanma, dinclik, fasilə, tənəffüs
MODERN
MOR
OBASTAN VİKİ
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televizya aktrisası. == Həyatı == 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Molalan
Molalan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Molalan (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Molalan (Lerik)
Molalan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimiyası == Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir. == Əhalisi == Əhalisi 1150 nəfərdir. === Tanınmış şəxslər === İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.
Molalan (Masallı)
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 431 nəfərdir. == Toponimiyası == Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Molamyayn
Molamyayn, əvvəllər Moulmeyn (birm. မော်လမြိုင်မြို့, MLCTS = mau la. mruing mrui) — Myanmada şəhər, Mon ştatının inzibati mərkəzi. Andaman dənizinin Moutama körfəzi sahilində balıqçılıq portu rolunu daşıyan şəhərdə iri dəmiryol stansiyası var. Burada taxta-şalban hazırlanır. Şəhərdə toxuculuq fabriki, çəltiktəmizləmə və gəmi təmiri müəssisələri var. Sənətkarlıq inkişaf etmişdir. Ölkənin ən böyük dördüncü şəhəridir.
Molass
Molass və ya molas (fr. molasse) — Fransa Alplarında nisbətən kövrək, incədənəli karbonatlı qumdaşları belə adlandırılmışdır. Klassik molaslar vətəni İsveçrədə stratiqrafik kəsilişin əsasında dəniz mənşəli oliqosen yaşlı mergel, qumdaşı və konqlomeratlar yatır (alt molaslar); onların üstündə şirinsu hövzəsində əmələ gəlmiş alt molaslar (boz rəngli mövsümi təbəqəli, bitki qalıqları olan nazik gilli qumdaşıları); daha sonra dəniz molaslar (molluskalı qumdaşıları) və üst şirinsu molaslar yatır. Son üç qat miosenə aid edilir. Alp dağlarına yaxınlaşdığca mergel və qumdaşları konqlomeratlarla əvəz olunur. Molaslar qalınlığı 2,5-3,0 km-ə çatır. Kəsilişin lap üst hissəsi qalın kontinental konqlomeratlardan təşkil olunmuşdur. Avstriyada molass qatlarının ümumi ardıcıllığı İsveçrədə olduğu kimidir. Lakin, alt vindabonun şlir adlanan alt hissəsi böyük qalınlıqlı mikalı mavi dərin su mergellərindən ibarətdir. Molaslar ək­sər hallarda dağönü, dağarası və kənar çökəklərdə əmələ gəlir.
Riçard-Molard dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır == Haqqında == Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.
Şəhindoxt Molaverdi
Şəhindoxt Molaverdi- İranlı akademik, feminist, Hüquqşünas, alim və Həsən Ruhani Kabinetində Qadın və Ailə işlər bölməsinin vitse-prezidenti.
маловырази́тельный насу́шиваться обозли́ть поклёвывать простоква́ша финики́янка аннекси́роваться вразла́д отта́лкивающий с ножом к го́рлу пристать трепа́лка замша Bering Strait come-by-chance eath harmonise harvest time Newport poetess proportioning suspenseful головоломный ипохондрик киноартист ухудшиться