Məsud Əlioğlu
Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928, Mahmudlu, Qubadlı rayonu – 23 iyul 1973, Bakı) — Azərbaycan yazıçısı.
Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.
Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-ci ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.
O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır.
C.Məmmədquluzadənin dramaturgiyası – Azərnəşr, 1954
S.S. Axundov – Azərnəşr, 1956
Məfkurə dostları – Azərnəşr, 1961
Rəsul Rza – Azərnəşr, 1960
Ədəbiyyatda yeni insan – Azərnəşr, 1964
Məslək qardaşları – Azərnəşr, 1966
Tənqidçinin düşüncələri – Azərnəşr, 1968
Ədəbi fraqmentlər – Azərnəşr, 1974
H. Cavidin romantizmi - Azərnəşr, 1975
Amal və sənət – Yazıçı, 1980
Məhəbbət və qəhrəmanlıq – Yazıçı, 1979
Darıxan adamlar (iki cilddə) – "Elm və təhsil", 2009
Darıxan adamlar (seçilmiş əsərləri).