NATƏVAN

Farsca “gücsüz” deməkdir, təvan hissəsi təvanestan (güclü olmaq) məs­dəri ilə qohumdur na inkar önlüyüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NATAN
NATROLİT
OBASTAN VİKİ
Natəvan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Natəvan (1982)
Film görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolentdə nəğməkar şairənin poetik yaradıcılığı ilə yanaşı nəinki Azərbaycanda, eləcə də bütün Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan və sıldırım qayalardan Şuşaya çəkdirdiyi Xan qızı bulağı öz əksini tapmışdır. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Məmməd Araz Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328; 377.
Natəvan (Gəncə)
Natəvan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati-ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Nətavan qəsəbəsi mərkəz olmaqla Nətavan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2012-ci il tarixli, 361-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nətavan qəsəbəsi Natəvan qəsəbəsi adlandırılmış və Nətavan qəsəbə inzibati ərazi dairəsi Natəvan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Natəvan qəsəbəsində təxminən 4 min nəfər əhali yaşayır.
Natəvan (dəqiqləşdirmə)
Xurşidbanu Natəvan — Azərbaycan şairəsi. Natəvan (opera) — bəstəkar Vasif Adıgözəlovun şairə Natəvana və Qarabağa həsr etdiyi opera. Natəvan (Gəncə) — Gəncə şəhərinin keçmiş Kəpəz rayonunda qəsəbə.
Natəvan (opera)
Natəvan — Bəstəkar Vasif Adıgözəlovun üçpərdəli operası. Libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim İbrahimov, şeir mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır.
Natəvan Babayeva
Natəvan Namik qızı Babayeva (12 oktyabr 1977, Bakı – 20 iyul 2023, Bakı) — telejurnalist, aparıcı. Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib. 20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Salyanın Parça Xələc kəndində dəfn olunub.
Natəvan Dəmirçioğlu
Natəvan Dəmirçioğlu (tam adı: Natəvan Dəmirçi qızı Mansurova — Atamoğlanova; 1 noyabr 1963, Qazax rayonu) — Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, "İlin qadın yazıçısı" (2010), Prezident təqaüdçüsü (1999 və 2000). Natəvan Dəmirçioğlu 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan D. Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cu il aprel ayında çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989–1991-ci illərdə kiçik redaktor, 1991–1994-cü illərdə redaktor, 1994–1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995–2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002–2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Natəvan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı. Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Natəvan Mirvətova
Natəvan Mürsəl qızı Mirvətova — general-mayor, filoloq. Bakı şəhərində doğulub. 16 mart 2005-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib. 30 mart 2009-cu ildə Azərbaycan ordusunda üçüncü ən yüksək hərbi rütbəsi olan general-mayor rütbəsinə gətirilir. Bu rütbə Azərbaycanda qadının gətirildiyi ən yüksək hərbi rütbədir. 2013-cü ilin martında isə Mirvətova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2018-ci il aprelin 23-də Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov general-mayor Natəvan Mirvətovanın rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edib. Qərara görə, Natəvan Mirvətovaya 5 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Natəvan Məmmədova
Natəvan Məmmədova (7 mart 1966, Bakı) — Azərbaycan aktrisası. Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi olub. Natəvan kinoda debütünü 17 yaşında edib. O, "Azərbaycanfilm"in çəkildiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb. Daha sonra isə kinesioloji terapiya üzrə təhsil alıb. Onun həyatında idmanla da bağlı maraqlı faktlar var. 90-cı illərin əvvələrində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb.
Natəvan Osmanlı
Natəvan Rahim qızı Osmanlı (Şabran) — AzTV-nin Həmkarlar İttifaqı Konfederasiyasının sədri; teleaparıcı, redaktor, jurnalist. Orta məktəb təhsilini Dəvəçi şəhərində almışdır. İlkin ali təhsilini Təfəkkür universitetinin Jurnalistika fakültəsində almış, sonra həmin universitetin magistr pilləsinin məzunu olmuşdur. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institunun aspirantura pilləsini bitirib. Elmi-tədqiqat fəaliyyəti üzərində işləyir. İkinci ali təsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirməklə almışdır. Ailəlidir.İki qız övladı var. Peşə fəaliyətinə hələ tələbələlik illərindən müxtəlif qəzetlərdə sosial-iqtisadi, mədəni mövzularda çıxış etməklə başlayan Natəvan Osmanlı, Lider TV-də "Əsgər Salamı", "Xeyli Xəbər", "Sabahın xeyir vətən" (2002-2006) proqlamlarında çalışıb, daha sonra fəliyyətini Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Səhər musiqi-informasiya" proqramları baş redaksiyasında "AzTV Səhər" proqramının uzun müddət (2006-2015) aparıcı kimi davam etdirib "1", "2". 2014-cü ildən paralel olaraq həmin proqramın baş redaktoru (2014-2017) vəzifəsində çalışıb. O, 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında mətbuat katibinin rəhbəri seçilib və 2011-ci ilə kimi uğurla davam etdirib.
Natəvan Qasımova
Natəvan Qasımova (8 iyul 1985, Naxçıvan) — Azərbaycanı təmsil edən voleybolçu. Natəvan Qasımova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. Natəvan Qasımova 8 iyul 1985-ci ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Natəvan Qasımova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Natəvan Qasımova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. Natəvan Qasımova bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu. Natəvan Qasımova üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı.
Natəvan Qeybani
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir. Aktrisanın bir oğlu və bir qızı var. Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib. Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş.
Natəvan Qeybullayeva

Natəvan Sultanova
Natəvan Sultanova (tam adı: Natəvan Rəsul qızı Sultanova; 30 iyun 1942, Bakı Azərbaycan SSR) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. Sultanova Natəvan Rəsul qızı 1942-ci ilin iyun ayının 30-da Bakı şəhərində anadan olub. Bakı şəhərinin 174 № li məktəbinin birinci sinfinə 1950-ci ildə daxil olub, 1960-cı ildə bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1965-ci ildə Universiteti bitirib.1965-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutuna qəbul olub, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin İnstitutda 1970-ci ildə aspiranturaya daxil olub və 1977-ci ildə "Синтез продуктов нуклеофильного замещения некоторых дигалогенэфиров и эфиров — монохлоргидрина глицерина и исследование их в качестве присадок к маслам и топливам и ингибиторов коррозии" mövzusunda dissertasiya müdafiə edərək "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixindən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır. Sultanova Natavan Rəsul qızı "Yanacaqlara aşqarlar" laboratoriyasında yanacaqlara aşqarların sintezinin elmi əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yanacaqlara aşqar kimi tədqiq edir. Sultanova N. R. yanacaqların korroziya xasələrinin öyrənilməsinin və mühafizəedici aşqarların təsirinin qiymətləndirilməsinin dəyişən kontakt üsulu ilə hərtərəfli öyrənmişdir. O, ekoloji təhlükəsiz yüksək istismar keyfiyyətlərinə malik yeni yanacaq növü olan biodizel yanacağının alınması sahəsində tədqiqatlar aparmış və müsbət nəticələr əldə etmişdir.
Natəvan İsmayılova
İsmayılova Natəvan Nazim qızı — azərbaycanlı vokalçı, aktrisa. Natəvan İsmayılova 2002-ci ildə Bakı Musiqi Akademiyasının magistraturasını bitirmişdir. Hələ Musiqi Akademiyasının tələbəsi ikən istedadlı və ümidverən bir vokalçı kimi teatrda fəaliyyətə başlayan Natəvan İsmayılova artıq opera səhnəsində Dilbər ("Sevil"), Gülçöhrə ("Arşın mal alan"), Gülzar("Şah İsmayıl"), Gülnar ("Vaqif"), Natəvan ("Natəvan") kimi aparıcı partiyaları böyük ustalıqla ifa edir. Natəvan İsmayılova həm də Azərbaycan Dövlət Kamera orkestri və Dövlət Xor kapellası ilə bir çox konsertlərdə maraqlı proqramla çıxış edir. Gənc vokal ustası Almaniya, Şimalı Kipr, Türkiyə, BƏƏ-də və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Natəvan Şeyxova
Natəvan Şüa qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015). Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur. Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb. Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır. Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır.
Natəvan (film, 1982)
Film görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolentdə nəğməkar şairənin poetik yaradıcılığı ilə yanaşı nəinki Azərbaycanda, eləcə də bütün Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan və sıldırım qayalardan Şuşaya çəkdirdiyi Xan qızı bulağı öz əksini tapmışdır. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Məmməd Araz Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328; 377.
Xurşidbanu Natəvan heykəli
Xurşidbanu Natəvanın heykəli (Bakı) — Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli. Xurşidbanu Natəvanın büstü (Şuşa) — Xurşidbanu Natəvanın Şuşadakı qəbirüstü abidəsi. Xurşidbanu Natəvanın heykəli (Belçika) — Xurşidbanın Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. Xurşidbanu Natəvanın heykəli (Fransa) — Xurşidbanu Natəvanın Fransanın Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuş heykəl.
Xurşidbanu Natəvan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Xurşudbanu Natəvan

Xurşid Banu Natəvan

Xurşidbanu bəyim Natəvan

Xurşidbanu Natəvan (film, 2012)
Natəvanın sarayı
Xan qızı Natəvanın evi — Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır. Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir. Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri ilə müqayisədə daha da genişləndirilmişdir. Xurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir. Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi).
Xan qızı Natəvanın evi

Xan qızı Natəvanın sarayı

Xurşidbanu Natəvanın heykəli (Bakı)
Xurşidbanu Natəvanın heykəli — Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli. Ömər Eldarovun yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu baxımdan heykəltaraş şairə "Xurşidbanu Natəvan" (1960) heykəlini yaradıb. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orginallığı və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Bu gün biz Bakının izdihamlı yerlərindən birində ucaldılan "Natəvan" abidəsinə diqqətlə baxanda tamam başqa bir aləmlə rastlaşırıq. Şairə Natəvanın obrazında incəlik, nəcibliklə bərabər Azərbaycanın mübariz qadınlarına xas olan ən ali duyğuları görmək, mənalı baxışında bir mütəfəkkirin işıqlı nəzərlərini hiss etmək mümkündür. Onun hər bir cizgisi paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər — hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır. Hiss edirsən ki, şairə fikir dəryasındadır.
Xurşidbanu Natəvanın heykəli (Belçika)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. 2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb.
Xurşidbanu Natəvanın heykəli (Fransa)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən heykəli. Heykəl Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuşdur, vandalizm hadisəsindən sonra Parisə gətirilmişdir. 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. 2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır. Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir. 2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir. Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür. Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.

Значение слова в других словарях