niderland

niderland
nidasız
niderlandca
OBASTAN VİKİ
Niderland
Niderland və ya Hollandiya (nid. Koninkrijk der Nederlanden), köhnə qaynaqlarda Fələməng — Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km). Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir. Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir. Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir. "Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır.
Niderland Karibi
Niderland Karibi — Karib dənizində Niderland Krallığına aid olan altı ada ölkələsi və bələdiyyəsi. Bunlar Niderland Krallığını təşkil edən Aruba, Kürasao, Sint-Marten dövlətləri və Karib Niderlandının özəl Boneyr, Sint-Estatius, Saba bələdiyyələridir. Niderland Karibindəki adalar üçün istifadə edilən rəsmi olmayan müxtəlif akronimlər mövcuddur. Bunlar: ABC adaları: Aruba, Boneyr və Kürasao; BES adaları: Boneyr, Sint-Estatius və Saba; SSS adaları: Saba, Sint-Estatius və Sint-Marten.
Niderland Krallığı
Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren dövlət və konstitusiyalı monarxiya. Aruba, Kürasao, Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar. Niderlandın torpaqlarının çoxu Avropadadır. Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr, Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir. Aruba, Kürasao və Sint-Marten də Karib dənizindədir.
Niderland Qvianası
Surinam (nider. Suriname) və ya rəsmi adı ilə Surinam Respublikası (nider. Republiek Suriname) — Cənubi Amerikada dövlət. Surinam Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Qayana, cənubda Braziliya, şərqdə Fransız Qvianası ilə həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Paramaribo, ümumi sahəsi 163,821 kvadrat kilometr, əhalisinin sayı 570 min nəfərdən çoxdur. Ölkənin keçmiş adı Niderland Qvianası olmuşdur. Cənubi Amerikanın şimal-şərqində yerləşən Surinamın ərazisi qərbdə Koranteyn çayı ilə Qayanadan, şərqdə isə Maroni çayı vasitəsilə Fransa Qvianasından ayrılır. Ölkənin cənubunda möhtəşəm Braziliya ilə sərhəd başlayır.
Niderland bayrağı
Niderland bayrağı — Niderlandın Dövlət bayrağı Hollandiya bayrağı 16-cı əsrin ikinci yarısında I. William tərəfindən hazırlanmışdır. Bayrağın adı prinsevlagdır. Bu "şahzadənin bayrağı" deməkdir. Dövrün lideri Orange Şahzadə William tərəfindən hazırlanan bayraq, əvvəlcə qırmızı əvəzinə narıncı rəngə sahib idi. Daha sonra, 17-ci əsrin ortalarında narıncı rəng qırmızıya çevrildi. Yuxarıdan aşağıya doğru üç üfüqi zolaq və bu zolaqların rəngləri sırasıyla qırmızı, ağ və mavi olur. Lüksemburq bayrağına bənzəyir. Uzun müddət istifadə olunan bayraqlardan biridir.
Niderland dili
Niderland dili (nid. de Nederlandse taal, het Nederlands ) — niderlandlıların və flamandların dili. Flamandların ləhcəsinə ədəbiyyatda Fələməng dili də deyilirdi. Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir.
Niderland incəsənəti
Niderland incəsənəti — orta əsrlərdə tarixi Niderland ərazisində inkişaf etmiş vahid rəssamlıq məktəbi. XVI əsr Niderland burjua inqilabı nəticəsində Niderland incəsənəti Hollandiya və Flamand rəssamlıq məktəblərinə ayrılmışdır. XV əsr Niderland intibahı boyakarlıq məktəbi (mehrab rəsmləri, portret və miniatürlər) Avropada ən məşhur rəssamlıq məktəbi olmuşdur. XV – XVI əsrlərdə şpaler sənəti, zərgərlik, tikmə, XVI əsrin sonundan isə krujeva hörmə sənəti inkişaf etmişdir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Niderland inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Niderland Antil adaları
Niderland Antil adaları (nid. Nederlandse Antillen) — keçmiş (10 oktyabr 2010-cu ilə qədər) coğrafi olaraq Karib dənizindəki Kiçik Antil adalarında iki ada qrupundan ibarət olan Niderland Krallığı daxilindəki muxtariyyət. Üç böyük adadan ibarət bir qrup Aruba, Kürasao və Bonayre, Venesuela sahillərinin yaxınlığında, Kiçik Antil adalarının cənub hissəsində yerləşir. Üç kiçik adadan ibarət bir qrup Sint-Marten, Sint-Estatius və Saba, adaların şimalında, əsas adalardan təxminən 1000 km məsafədə yerləşir. Sint-Estatiusun şərqdə Sent-Kits və Nevis əyaləti ilə dəniz sərhədləri var, Sint-Marten, Fransanın xarici icması ilə quru ilə — şimalda Sent-Martin, cənub-qərbdə dənizlə — İngilislərin Angilya xaricindəki ərazisi ilə, cənub-şərqdə sərhəddir. Dəniz yolu ilə – Fransanın xaricdəki icması ilə – Sen-Bartelmi. Aruba 1 yanvar 1986-cı ildə Niderland Antilərindən arasından ayrılaraq, Niderland Krallığı daxilində özünüidarə edən bir dövlət kimi yarandı. 10 oktyabr 2010-cu il tarixində, Niderland Antilləri konstitusiya islahatı nəticəsində, Kürasao və Sint-Marten Niderland Krallığı daxilində özünüidarə edən dövlətlər oldular, Boneyr, Sint-Estatius və Saba isə Niderland Krallığının xüsusi icmaları oldular. Niderland Antil adaları (Aruba istisna olmaqla) ümumi sahəsi 800 km², əhalisi 225 min nəfərdir. (2008).
Niderland Ost-Hindi
Niderland Ost-Hindi (nid. Nederlands-Indië) — Holland koloniyaçıları tərəfindən Malay arxipelaqında və Yeni Qvineya adansının qərbində təşkil etdikləri Ost-Hind şirkətinin yaratdığı asılı ərazi. 23 iyun 1596 ildə Bantan şəhərinə ilk hollan gəmisi yan alır. Sinradan hollanlar holland taçirləri bölgəfə kontorlar açırlar. Sonradan 1602-ci ildə bu kontorlar birləşdirilərək Ost-Hind şirkətini qururlar. Bundan sonra artıq bu şirkətin əlində böyük kapital cəmləşmişdi. 1602—1800: Honllandlar Portuqallar və İngilislərlə rəqabət şəraitində ərazini tədricən ələ keçirirlər. 1800—1942: yerli əhali ilə avropalılar arasında davam edən müharibələr. 1859: hollandlar Şərqi Timor istina olaraq Portuqal İndoneziyasını işğal edir. 1942—1945: İndoneziyanın yaponlar tərəfindən işğal olunması.
Niderland 2015 Avropa Oyunlarında
Niderland — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Niderland ümumilikdə 119 idmançı ilə təmsil olunub.
Niderland Avroviziya Mahnı Müsabiqəsində
Niderland Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 60 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə Avroviziyada yalnız dörd dəfə 1985, 1991, 1995 və 2002-ci illərdə iştirak etməmişdir. İndiyədək Niderland müsabiqədə beş dəfə qələbə qazanmışdır. Qazandığı beş qalibiyyət ilə Niderland Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Ölkəyə ilk Avroviziya qələbəsini 1957-ci ildə Kori Brokken ifa etdiyi "Net als toen" mahnısı ilə qazandırmışdır. Bir il sonra 1959-cu ildə Teddi Sxolten "Een Beetje" mahnısı ilə ölkəyə ikinci Avroviziya qələbəsini yaşatmışdır. 1969-cu ildə ölkə təmsilçisi Lenni Kür ifa etdiyi "De troubadour" mahnısı ilə Niderlanda müsabiqədə üçüncü qalibiyyət qazandırmışdır. Lakin həmin müsabiqədə Niderland təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniya və Böyük Britaniya təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir.
Niderland Ost-Hind Şirkəti
Niderland Ost-Hind Şirkəti, rəsmi olaraq Birləşmiş Ost-Hind Şirkəti (nid. Vereenigde Oostindische Compagnie; VOC), 17-ci əsrin əvvəllərində bir neçə rəqib holland ticarət şirkətinin (voorcompagnieën) hökumət tərəfindən yönəldilmiş və birləşməsi ilə qurulmuş erkən meqakorporasiya idi. Proto-sənayeləşmə dövründə Muğal Hindistanı ilə ticarət etmək üçün qurulmuş bir şirkət olaraq 20 mart 1602-ci ildə yaradıldı. Əsasən də ən inkişaf etmiş Benqal Subah olaraq bilinən bölgədən 50% -i toxuculuq və 80% ipək idxal edildi. Vikianbarda Niderland Ost-Hind Şirkəti ilə əlaqəli mediafayllar var. Oldest share – the oldest share in the world (VOC 1606) "A taste of adventure – The history of spices is the history of trade", The Economist, 17 December 1998.
Niderland Xarici İşlər Nazirliyi
Niderland Xarici İşlər Nazirliyi (nid. Ministerie van Buitenlandse Zaken) — Niderland Krallığının xarici əlaqələrindən, o cümlədən Avropada əməkdaşlıq və beynəlxalq inkişafından məsuldur. Bu məqsədlə nazirliyin daxilində aşağıdakı qanunlar yaradılmışdırː Beynəlxalq hüquq normalarını və insan hüquqlarına hörmətin gücləndirilməsi. Təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, effektiv humanitar yardım və səmərəli idarəetmə. Avropa əməkdaşlığını gücləndirmək. Dünyadakı zənginliyi artırmaq və yoxsulluqun azaldılması. İnsanlığın və sosial inkişafın gücləndirilməsinə kömək etmək. Ətraf mühitin qorunması və inkişaf etdirilməsi. Xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək. Niderlandın mədəni profilini təkmilləşdirmək və Niderland daxilində və xaricində müsbət bir görünüş yaratmaq.
Niderland atalar sözləri (tablo)
Niderland atalar sözləri (nid. Nederlandse Spreekwoorden) — Niderland rəssamı Böyük Piter Breygel tərəfindən 1559-cu ildə çəkilmiş rəsm əsəri.
Niderland aşağı sakson dili
Aşağı alman dili (aşağı alman ləhçəsi; Nedderdüütsch, Plattdütsch, Plattdüütsch, Plattdütsk, Plattdietsch, Plautdietsch; alm. Niederdeutsch, Plattdeutsch‎) — Danimarkada olduğu kimi Almaniyanın şimalında və Niderlandın şimal-şərqində yayılan ləhcələr toplusu olan dil. Hind-Avropa dillərinin Alman filialının Qərbi Alman qrupuna aiddir. Fonetik olaraq, ədəbi Alman dilindən çox fərqlidir, lakin Holland dilinə yaxındır (sonuncusu bəzən tərkibinə, Aşağı frank qrupu daxilində daxil edilir). Hal-hazırda ədəbi dil (geniş yayılmamışdır) Almaniya və Niderlandda ayrıca inkişaf edir. Arxeoloq Henrix Şlimanın ana dili idi.
Niderland mətbəxi
Niderland mətbəxi — Niderland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var. Ənənəvi Holland mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Niderlandın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Holland mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Holland mətbəxi dünyanın zəngin və dadlı mətbəxlərindən biridir. Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var. Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər.
Niderland şəhərləri
Hollandiya şəhərlərinin siyahısı.
Sust (Niderland)
Sust — Niderlandda şəhər. Əhalisi 45 milyon, ərazisi 46,45 km²-dir.
Azərbaycan–Niderland münasibətləri
Azərbaycan–Niderland münasibətləri — Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === Sovet dövrü === 1979-cu ildə Niderlandda Azərbaycan SSR timsalında SSRİ günləri keçirilmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 1-də qurulmuşdur. Niderland Krallığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. === Səfirliklər === Azərbaycanın Niderlandda: Haaqada Azərbaycan səfirliyi Niderlandın Azərbaycanda: Bakıda Niderland səfirliyi == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində "Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Kərim Kərimov olmuşdur. Bu işçi qrupu indiki adla 13 dekabr 2005-ci il tarixindən adlandırılmışdır. 4 mart 2016-cı il tarixindən Eldar Quliyev işçi qrupunun rəhbəridir.
Beatriks (Niderland kraliçası)
Kraliça Beatriks Vilgelmina Armqard (nid. Beatrix Wilhelmina Armgard, МФА: [ˈbeːjaˌtrɪks]; 31 yanvar 1938-ci il) — Niderland kraliçası (30 aprel 1980 -30 aprel 2013) (ana kraliçanın taxt-tacdan imtinasından sonra), Oran sülaləsindəndir, Kraliça Yuliananın və şahzadı Bernard tsur Lippe-Bisterfeldin qızı.
Niderland şəhərlərinin siyahısı
Hollandiya şəhərlərinin siyahısı.
Niderland–Türkiyə münasibətləri
Türkiyə–Niderland münasibətləri — Niderland və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Aralıq dənizi İttifaqının üzvləridir. Hollandiya Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir. 1569-cu ildə Osmanlı İmperatorluğunun təslim edilməsi şərtləri altında Osmanlılarla ticarət aparmış və 1611-ci ildə Kornelius Haqqı İstanbuldakı konsul vəzifəsinə göndərmişlər. Baş ştatlar Levant tacirləri ilə məsləhətləşmədən sonra bir konsul təyin edir. Konsullar üçün ödənişin yetərli olmaması konsul-ticarət əlaqəsinin potensial müvəffəqiyyətinə xələl gətirirdi. Tacirlər Venesiya üsulu əmək haqqının verilməsini xahiş etdirdilər, lakin Baş Ştatlar onların iradəsinə zidd olaraq başqa gəlir mənbələri tapmağa çalışdılar. Hollandiyadakı daxili qeyri-sabitliyə baxmayaraq, bu ölkə Osmanlı ilə yaxşı əlaqələr qururdu. 1804-cü ildə Sultan III Səlim (1789-1807) Amsterdamda ilk daimi nümayəndəsini təyin edir. 2013-cü ilin mart ayında Hollandiyaya dövlət səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk əsilli Yunus adlı uşağın lezbiyan valideynlərə verilməsini tənqid edir.
Ukraynanın Niderland səfirliyi
Ukraynanın Niderland səfirliyi (ukr. Посольство України в Королівстві Нідерланди) — Ukraynanın Niderlandın Haaqa şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il aprelin 1-də Ukrayna və Niderland dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın Niderland səfirliyi yaradıldı. Ukraynanın Niderlandda olan fövqəldə və səlahiyyətli səfiri Vsevolod Çensovdur. O, 2017-ci ildən bu vəzifədədir.
Qazaxıstan-Niderland münasibətləri
Qazaxıstan-Niderland münasibətləri — Qazaxıstan və Niderland arasında ikitərəfli diplomatik əlaqələr. Dövlətlər Birləşmiş Millətlər Təşkilatının üzvləridir. Hollandiyanın Astanada səfirliyi var. Qazaxıstanın Haaqada səfirliyi var. Ölkələr arasında münasibətlər rəsmi olaraq 1992-ci ildə qurulub. 2017-ci ilin sentyabrında iki ölkə diplomatik münasibətlərin 25 illiyini qeyd edir. Qazaxıstanın Niderlanddakı səfiri ölkələr arasında əlaqələrdən məmnunluğunu ifadə edərək, ölkələr arasında diplomatik münasibətlər qurulandan bəri siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişaf etdiyini və Qazaxıstanın Niderland Avropada əsas iqtisadi ticarət tərəfdaşı kimi gördüyünü qeyd edib. Dövlətlər arasında ticarət kənd təsərrüfatı, neft, kimya və maşınqayırma sənayesində qurulur. Hollandiya Qazaxıstana birbaşa xarici investisiyaların ən böyük mənbəyidir. 1991-2019-cu illərdə Hollandiyadan Qazaxıstana 90,4 milyard ABŞ dolları birbaşa xarici investisiya (BXİ) göndərilmişdir.
Karib Niderlandı
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Karib Niderlandında COVID-19 pandemiyası
Karib Niderlandında və ilk koronavirus xəstəsi 13 mart 2020-ci ildə təsdiqlənmişdir. == Gedişat == Koronavirusun çatdığı ilk bölgə Aruba oldu. Orada koronavirus 13 martda yayıldı.17 mart 2020 ikinci, üçüncü və dördüncü koronavirus hadisəsi elan edildi. Arubanın baş naziri Evelyn Wever-Croes, Arubada COVID-19 koronavirusunun dördüncü hadisəsini elan etdi. Koronavirus üçün müsbət test edən şəxs turistdir. 20 mart 2020 — Koronavirusun beşinci hadisəsi elan edildi. Xəstə tətildə olduğu New Yorkdan geri qayıdan hava limanının işçisidir. Bu, hava limanında işçiləri yoluxmadan qorumaq üçün tədbir görülməməsinə etiraz olaraq bir gün sonra ortaya çıxdı. 21 mart 2020 — Daha səkkizi gətirən daha üç iş elan edildi. Bu, Arubadan kənarda olan iki nəfərə (biri Nyu Yorkdan , biri Mayamidən) aiddir .
Karib Niderlandında koronavirus pandemiyası 2020
Karib Niderlandında və ilk koronavirus xəstəsi 13 mart 2020-ci ildə təsdiqlənmişdir. == Gedişat == Koronavirusun çatdığı ilk bölgə Aruba oldu. Orada koronavirus 13 martda yayıldı.17 mart 2020 ikinci, üçüncü və dördüncü koronavirus hadisəsi elan edildi. Arubanın baş naziri Evelyn Wever-Croes, Arubada COVID-19 koronavirusunun dördüncü hadisəsini elan etdi. Koronavirus üçün müsbət test edən şəxs turistdir. 20 mart 2020 — Koronavirusun beşinci hadisəsi elan edildi. Xəstə tətildə olduğu New Yorkdan geri qayıdan hava limanının işçisidir. Bu, hava limanında işçiləri yoluxmadan qorumaq üçün tədbir görülməməsinə etiraz olaraq bir gün sonra ortaya çıxdı. 21 mart 2020 — Daha səkkizi gətirən daha üç iş elan edildi. Bu, Arubadan kənarda olan iki nəfərə (biri Nyu Yorkdan , biri Mayamidən) aiddir .
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Niderlandı müsabiqədə iki müğənni təmsil etmişdir. Yetti Parl "De vogels van Holland" mahnısı ilə çıxış etmişdir. Kori Brokken isə "Voorgoed voorbij" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Niderland 2012 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək. Niderlandın TROS yayımçısı bu ölkənin 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək Avroviziya 2012 müsabiqəsi üçün seçim planını elan edib. Birinci elan edilmiş dəyişiklərdə TROS istedadlı bəstəkar və müğənnilərə öz musiqilərini təqdim etmək üçün qeyri-adi üsul təqdim edib. İki köməkçi tərəfindən dəstəklənən TROS direktoru növbəti üç ay ərzində TROS qərargahının həyətində duracaq böyük bir çemodanı göstərib. TROS tanınmış və tanınmamış müğənniləri, eləcə də bəstəkarları öz mahnılarını çemodana aid olan poçt qutusuna göndərməyə dəvət edib: “Bu il mahnılar ayrı-ayrı yollarla təqdim edilə biləcək. İnsanlar musiqi sözlərini, musiqini, ifaçının adını, tam audio istehsalını təqdim etməkdə azaddırlar”. Niderlandda Avroviziya 2012 müsabiqəsi ilə bağlı keçiriləcək milli seçimlərdə iştirak etmək üçün son müraciət günü sentyabrın 30-dur. Seçimlərdə iştirak edən müğənnilərdən 6-7 nəfəri seçilərək növbəti ilin yanvarında bu ölkədə baş tutacaq musiqi festivalında iştirak hüququ əldə edəcək və Niderlandın Avroviziya 2012 təmsilçisi məhz həmin festivalda, elə 6-7 musiqiçi arasından seçiləcək.
Niderland 2018 Qış Olimpiya Oyunlarında
Niderland 2018 Qış Olimpiya Oyunlarında 2 idman növündə 34 idmançı ilə təmsil olunacaqdır. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Niderland bu idman növünün 1 nominasiyasında iştirak hüququ əldə etsə də ondan imtina etmişdir. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Niderland 2 qadın skeletonçu ilə təmsil olunmaq hüququ əldə etmişdir. Ancaq bir müddət sonra onlardan birindən imtina etmişdir. Kişilər Bu isman növünün qaydalarına dəyişiklik edilmişdir. Belə ki, idmançı startdaca 16 dairə vurmalıdır. Bu yürüşün nəticəsi olaraq 4-cü yer tutan idmancı finmal mərhələsinə qatılır. Bundan sonra 1994-cü ildən bəri yalnız bir dəfə 500 metr məsafəni qət edəcəklər.
Niderland Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Niderland Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Niderland uşaq Avroviziyasında ilk qələbəsini 2009-cu ildə Ralf Makenbaxın ifa etdiyi "Click Clack" adlı mahnı ilə qazanıb. Ölkə Avroviziya uşaq mahnı müsabiqəsində hər il iştirak edib.
Niderland Ost-Hindin yapon işğalı
Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı 1942-ci ilin martından 1945-ci ilin sentyabrın sonuna qədər davam edən indiki İndoneziya olan Niderland Ost-Hindini işğal etdi. Bu dövr İndoneziya tarixində ən böyük böhranlardan biri idi. Niderland Ost-Hindi 1819-cu ildən Hollandiya koloniyası olmuşdur, lakin Hollandiyanın özü 1940-cı ildə Almaniya tərəfindən işğal edilmişdi və bu səbəbdən Yapon İmperator Ordusuna qarşı öz koloniyasını müdafiə etmək imkanları az idi və üç aydan az Borneoda ilk hücumlardan sonra Yapon donanması və ordusu holland və müttəfiq qüvvələrini ələ keçirdi. Başlanğıcda indoneziyalıların əksəriyyəti Hollandiya müstəmləkə ustalarından yaponları xilaskar kimi qarşıladı. İndoneziyalılar Yapon müharibəsi səyləri üçün daha çox çətinliyə düçar olması gözlənildiyini anladılar. 1944–1945-ci illərdə Müttəfiq birliklər əsasən İndoneziyanın Yava və Sumatra kimi ən sıx hissələrinə irəliləyə bilmirdilər. Beləliklə, İndoneziyanın əksər ərazisi hələ 1945-ci ilin avqustunda təslim olduğunda Yapon işğalı altında idi. Xüsusilə Yava və daha az dərəcədə Sumatrada yapon təhsilli bir çox gənc indoneziyalıları öyrədib, silahlandırıb və millətçi liderlərinə siyasi dəstək verdi. Beləliklə, Hollandiya müstəmləkə rejimi məhv edilməsi və İndoneziya millətçiliyinin asanlaşdırılması ilə yapon işğalı Sakit okean bölgəsində Yaponiyanın təslim olunduğu günlər ərzində İndoneziya müstəqilliyinin elan edilməsi üçün şərait yaratdı, lakin Hollandiyalılar Ost-Hindi (indiki İndoneziya) geri almağa çalışdılar və beş il davam edən diplomatik, hərbi və ictimai mübarizənin nəticəsi olaraq, Hollandiyada 1949-cu ilin dekabrında İndoneziya suverenliyini tanıdılar. İşğal İndoneziyada Hollandiya üçün ilk ciddi problem idi və Hollandiya müstəmləkə hakimiyyətini sona çatdırdı və sonunda, dəyişikliklər son dərəcə çox və qeyri-adi idi ki, sonrakı mərhələ İndoneziya Milli İnqilabı mümkün olmayan bir şəkildə yalnız üç il içərisində Hollandiyadan fərqli olaraq yaponlar indoneziyalıların kənd səviyyəsinə qədər siyasiləşdirilməsinə kömək etdi.
Niderland kişi milli voleybol komandası
Niderland kişi milli voleybol komandası - Niderlandı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.