NİGAR

is. [ fars. ] Əsil mənası “rəsm”, “şəkil”, “surət” olub, şeirdə məcazi olaraq “gözəl”, “məhbubə” mənasında işlənir.
– Yox, – dedim! – Bir dayan! Hələ sözüm var; Gəl mənə bir danış, ey nazlı nigar! S.Vurğun.
Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq.

NİGAHBAN
NİGARAN
OBASTAN VİKİ
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Axundova (sənətşünas)
Nigar Bahadırqızı
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Cəfərova
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Nigar Həsənzadə
Nigar Həsənzadə (aktrisa) — Azərbaycan aktrisası. Nigar Həsənzadə (şair) — Azərbaycan şairi.
Nigar Həşimzadə
Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor. 1964-cü il iyul ayının 19-da anadan olmuşdur. Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır. Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur. Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980). Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri. Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu Elmi işçi, Vergi Araşdırma Mərkəzi İşçi, CESifo Tədqiqat Şəbəkəsi Baş Redaktor, Vergi Administrasiyası jurnalı 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda “Əi və Nino” kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Nigar Mahmudova
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Usubova
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərin] Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub. 1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Nigar Vəliyeva
Nigar Çingiz qızı Vəliyeva (14 fevral 1971, Bakı) — Azərbaycanlı alim, German dilləri və Dil nəzəriyyəsi ixtisasları üzrə ən gənc Filologiya elmləri doktoru (33 yaş), Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru (35 yaş), Avropa Linqvistik Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dil nəzəriyyəsi ixtisası üzrə Elmi Seminarın Sədri, Müdafiə şurasının üzvü, ADU-nun Təhsil 1 fakültəsinin Elmi-Metodik şurasının sədri. Nigar Vəliyeva 1971-ci il fevralın 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1987-ci illərdə Bakı şəhəri Səbail rayonu 189 saylı orta ümumtəhsil məktəbində oxuyub. 1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) "ingilis-alman dilləri" fakültəsinə daxil olub və 1992-ci ildə həmin instututu fərqlənmə diplomu ilə bitirib. 1992–1995-ci illərdə ADU-nun "Ümumi Dilçilik" kafedrasının əyani aspiranturasını bitirib və 16.10.1996-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" ixtisası üzrə namizədlik dissertasiya işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasına gənc mütəxəssis kimi qəbul olunub. 2000-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi, filologiya elmləri namizədi vəzifəsinə seçilib. 2001-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının dosent vəzifəsinə seçilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür (Üzvlük vəsiqəsi № 174728). 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" və "German Dilləri" ixtisasları üzrə doktorluq dissertasiya işini müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.
Nigar Xatun
Nigar Xatun (1450 – mart 1503, Antalya) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. Doğum tarixi dəqiq olmasa da, ilk övladı Ayşə Sultanın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Ayşə Sultanı, 1467-ci ildə Şahzadə Qorqudu, 1468-ci ildə isə Fatma Sultanı dünyaya gətirdi.1480-ci ildə oğlu Şahzadə Qorqud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il padşahın vəfatının ardından əri II Bəyazid dərhal İstanbula yola düşdü və bu əsnada oğlu Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı. Əri II Bəyazidin taxta çıxmasından bir müddət sonra Nigar Xatun, sultanın digər ailə üzvləriylə birlikdə Amasya sarayından İstanbula köçürüldü. Burada şahzadə anası olaraq nüfuz sahibi olan Nigar Xatun günlük 50 axca maaş alırdı. Çox keçmədən 1483-cü ilin dekabrında oğlu Şahzadə Qorqud Manisa sancaqbəyi təyin edildi və Nigar Xatun da oğluyla birlikdə Manisaya yollandı.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nigar İsmayılqızı
Nigar İsmayılqızı (tam adı: İsmayılova Nigar İsmayılqızı; 13 sentyabr 1984, Dəvəçi – 14 sentyabr 2018, Bakı) — jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü. İsmayılova Nigar İsmayılqızı 13 sentyabr 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib. 2018-ci ildə onda xərçəng xəstəliyi aşkar edilmişdir. 3 sentyabr 2018-ci ildə Hacəttəpə xəstəxanasına yerləşdirilmişdir. Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlamışdır.
Nigar Şıxlinskaya
Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (10 oktyabr 1871 və ya 21 mart 1878, Tiflis – 15 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ) — ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı. Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. 1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəldi. Bu günə qədər ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına — ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssislərini heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır.
Nigar Əliyeva
Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. 1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.
Nigar Ələkbərova
Nigar Ələkbərova (9 mart 1956, Bakı)— fəlsəfə elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri. Nigar İbrahim qızı Ələkbərova 9 mart 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır. Əmək fəaliyyətinə ilk dəfə Azərbaycan Dövlət İncəsənət İnstitutunda başlayan Nigar Ələkbərova, 1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda aparıcı elmi işçi olmuşdur. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinə (1-ci çağırış) deputat seçilmiş, Milli Məclisin Mədəniyyət məsələləri komissyiası sədrinin müavini olmuşdur. Gənc Filosoflar Beynəlxalq Assosiasiyası şurasının üzvüdür (1989). Hal-hazıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Nigar Ələkbərova 51 beynəlxalq konfransda çıxış etmişdir. O, Sonuncu dəfə Rusiya Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyası, Rusiyanın Təhsil Nazirliyyi tərəfindən Moskva şəhərinda keçirilən "Gənclər arasında ekstrimizm: mənbələri, qarşısını alınması və profilaktika" mövzusunda elmi-praktiki konfrasın iştirakçılarından biri olmuşdur. Nigar Ələkbərova 53 elmi məqalə, 24 publitistik məqalə, 6 fənn proqramı, o cümlədən 4 kitab müəllifidir.
Nigar Nəsirova
Nigar Nəsirova (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən atıcı. Nigar Nəsirova 1987-ci il sentyabrın 16-da anadan olub. 2001-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Ruqiyyə Bağırovadır. Neftçi İdman Klubunun üzvüdür. Nigar Nəsirova 2006-cı ildə Rusiyada baş tutan gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu. 2017-ci ilin martında Nigar Nəsirova Sloveniyanın Maribor şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticədə Nigar Nəsirova və Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc medalın sahibi oldu. Həmin ilin mayında isə Nigar Nəsirova IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirini bürünc medalla başa vurdu, Ruslan Lunyov ilə birgə isə 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin qalibi oldu. Nigar Nəsirova Azərbaycanı 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında təmsil edib.
Mir Həmzə Nigari
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi. Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur. Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən cəddi əmcədi Həzrət Əlinin mənəvi işarəsi ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır. Həmzə Nigari İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir.
Mirhəmzə Seyyid Nigari
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi. Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur. Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən cəddi əmcədi Həzrət Əlinin mənəvi işarəsi ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır. Həmzə Nigari İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir.
Miri Yusif & Nigar Camal (konsert)
22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Nigar Axundova (sənətşünas)
Nigar Vəli qızı Axundova (27 may 1953, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi (1995), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). 1953-cü il mayın 27-də anadan olub. Vəli Axundovun qızı, anası Sara Axundova Ağaoğlulardandır. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Qadınlar musiqidə. "Musiqi dünyası" jurnalı, №1, 1999; Ex orient a lux. /ing. dil./ "Caspian" jurnalı, B., 1999; Lüsernada keçirilən musiqi festivalı "Composer in residence" - Firəngiz Əlizadə. "Musiqi dünyası", №1, 2000; Azad Əliyevlə müsahibə /İfaçılıq rubrikasında/.
Nigar Helmi Abbasbəyli
Nigar Helmi Abbasbəyli (21 fevral 1975, Bakı şəhəri) — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru. Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecin, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var. Mirzə Nəsrulla Əmirovun nəticəsidir. Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub.
Nigar Həsənzadə (aktrisa)
Həsənzadə Nigar Tərlan qızı – Azərbaycan aktrisası. 1973-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına onbirillik orta ixtisas musiqi məktəbində "Fortepiano" sinfidə alıb. İlk müəllimi Elmira Mustafayeva olub. 1991 – 1996-cı illərdə Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun sinfində ifaçılıq sənətinə yiyələnib. Xoreoqrafiya məkətəbinə konsertmeyster-pianoçu kimi dəvət alıb. 1998-ci ildə peşəsində köklü dəyişiklik etmək qərarı ilə Bakı Kamera Teatrında aktrisa kimi özünü sınayır. Uilyam Şekspirin "Otello" tamaşasındakı uğuru onu bu peşədə təsadüfi adam olmadığını təsdiqləyir. Sonralar Nigar Həsənzadə müxtəlif teatr festivallarında özünü sınayır. Bakıda keçirilən "Üfüq – XXI" teatr festivalından sonra, 2003-cu ildə Almaniyanın Kil şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalına dəvət alır və həmin festivalda diploma layiq görülür.
Nigar Həsənzadə (şair)
Nigar Həsənzadə (5 aprel 1975, Bakı) — şair, rus dili və ədəbiyyatı filoloqu, ictimai xadim, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan ictimai fəal. Uzun illər Azərbaycan diasporunun Böyük Britaniyadakı öncüllərindən olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yaqub Həsənzadənin nəvəsidir. Nigar Həsənzadə 5 aprel 1975-ci ildə Bakıda anadan olub. M. F. Axundov adına Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Gənc yaşlarından özünü ədəbi fəaliyyətə həsr edib. 2000–2014-cü illərdə şairə Londonda (Böyük Britaniya) yaşayıb və işləyib. Nigar Həsənzadə Azərbaycan şairlərindəndir ki, İngiltərənin South Bank, Institute of Contemporary Art ICA, River Side studios, Poetry Café, Lauderdale house, St. James Chirch, Pushkin House kimi ən nüfuzlu poeziya meydanlarında 60-dan çox ədəbi gecələri keçirilib, onun şeirləri Böyük Britaniyanın Elein Feinştain, Riçard Makkeyn, Kristofer Arkell kimi aparıcı şairlərinin tərcümələrində mütəmadi olaraq ingilis mətbuatında (Index on Censorship, London Magazine, Modern Poetry in Translation, London Miscellany, London Poetry) işıq üzü görüb.
Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998)
Nigar Rəfibəylinin heykəli — heykəltaraşları Münəvvər Rzayeva ilə Fəxrəddin Əliyev olan və 1998-ci ildə Gəncə şəhərində qoyulmuş heykəl. Nigar Rəfibəylinin monumentində heykəlin əlləri ətraf mühitlə, tamaşaçı ilə psixoloji təmas yaradır. Heykəl Gəncədə Xan bağında yerləşir.

Значение слова в других словарях