NƏSR

Quran surələrindən birinin adı («kömək», «qələbə» deməkdir).
NƏSARA
NƏSRANİ
OBASTAN VİKİ
I Nəsr (Samani)
I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar. == Həyatı == I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi. == I Nəsr və Rudəki == Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…" Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi.
III Nəsr xan Qaraxani
Nəsr bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1129. ildə atası II Məhəmməd xan Qaraxaninin iflic olmasından sonra hakimiyyətə gəlmişdir.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Nəsr Surəsi
110-cu surə
Əl Nəsr
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
Seyid Hüseyn Nəsr
Seyid Hüseyn Nəsr (fars. سید حسین نصر‎; 7 aprel 1933, Tehran) — İran filosofu, Corc Vaşinqton Universitetinin İslam araşdırmaları və tədqiqatları institutunun direktoru. Seyid Hüseyn Nəsr 1933-cü ildə İranın Tehran şəhərində dünyaya gəlmişdir. Əsli Kaşan şəhərindəndir. Onun ana babası Şeyx Fəzlullah Nuridir. Seyid Hüseyn Nəsr o zamankı mədrəsə dərslərinin kənarında Fransız dilinidə mükəmməl öyrənmişdir. Cavanlıq Yaşlarında Amerikaya təhsil üçün getmişdir. Massaçusets Texnologiya İnstitutunda Fizika ixtisasında bakalavr almışdır. Harvard Universitetində Fəlsəfə və elm tarixi ixtisasında Magistr və Doktorantura medafiə etmişdir. Sonradan İrana qayıtmış və Tehran Universitretinin müəllimi və Ədəbiyyat institutunun müdiri olmuşdur.
Şəmsmülk Nəsr xan
Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1068. ildə atası İbrahim Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Şəmsmülkün Türkistan səfəri zamanında Alp Arslanın oğlu Ayaz xan Buxara və Səmərqəndu talan etdi. Bu hadisələrdən xəbər tutan Şəmsmülk geri qayıdır və Ayazın ordusuna qalib gəlir, çoxlu əsir alır. Arvadı Ayşə Bibi xatunu ayağındakı ayaqqabı ilə vura vura öldürür və deyir: "Sən mənim arvadım deyilmişsən, mənim sarayımda mənə qarşı olan bir casusmuşsan’’. Qızının öldürüldüyünü eşidən Alp Arslan 465. il Məhərrəm ayının (1072 Sentyabr) sonlarında iki yüz minlik ordu ilə Mavəraünnəhr səfərinə çıxdı. Şəmsmülk arvadının öz əcəli öldüyünü bu danışılanların yalan olduğunu Alp Arslan bildirdi. Şəmsmülk Nəsr xan hakimiyyəti ilərində Ömər Xəyyam Səmərqendə gəlmişdir.
Əbu Nəsr Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-iran (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Farabi müasir Xorasanın Fəryab bölgəsində doğulmuş və ömrü boyu bir kəlmə də olsun türkcə danışmayan böyük iranlı alimdir. Amma türklər tarixi saxtalaşdırmaqla Fərabinin türk olduğunu sübut etmək istəyirlər. Türk tayfalarından heç vaxt alim, filosof, mütəfəkkir doğulmayıb. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində fars qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir.
Sabit ibn Nəsr
Sabit ibn Nəsr ibn Malik Xuzai (ərəb. ثابت بن نصر الخزاعي‎) (VIII əsr – 810-cu illər) — Abbasi sərkərdəsi və 808–813-cü illərdə Bizans imperiyası ilə Kilikiya sərhəd zonasının (suğur Şamiyyə) valisi. Sabit xorasanəsilli idi. O, ilk Abbasi ardıcılı və hərbi sərkərdəsi Məlik ibn Heysəm Xuzainin nəvəsi idi. Sabit Harun Rəşidin hakimiyyətinin son ilində (808/9) Suriya suğurunun (əsasən Kilikiyanı əhatə edir, paytaxtı Tarsusdur) valisi təyin edilmişdir. O, 808-ci ildə Padiandda bizanslılarla əsir mübadiləsi təşkil etmişdir. Cobb, Paul M. White Banners: Contention in 'Abbāsid Syria, 750–880. SUNY Press. 2001. ISBN 0-7914-4880-0.
Əl-Nəsr FK
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
Nəsr bin Əli xan
Nəsr bin Əli xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 993. ildə əmisi Harun Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövləti Abbasi xəlifəsi tərəfindən İslam dövləti kimi tanındı.
İbrahim ibn Nəsr Tabqac xan
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib. == Ailəsi == == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Həcər Nəsrullayeva
Həcər Məmməd qızı Nəsrullayeva (1924–2005) — Azərbaycan oftalmologiyasının inkişafında tanınmış alim, tibb elmləri doktoru, professor, institutun elmi işlər üzrə direktor müavini (1995–2005) == Həyatı == Həcər Nəsrullayeva 1946-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, Azərbaycan ET oftalmologiya institutunda 1958-ci ildən işləmişdir. Həmin "Hipertoniya xəstəliyi və hamilə qadınlarda hipertoniya simptomu ilə keçən toksikoz zamanı gözün elastotonometrik müayinələri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Gözün arxa hissəsinin patologiyası zamanı görmə itiliyinin funksional vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Prof. H. M. Nəsrullayeva 1971-ci ildən özünün cəhdi ilə yaradılan gözün sinir-damar patologiyası şöbəsinə rəhbərlik etmişdir. Geniş elmi erudisiyanın, zəngin klinik təcrübənin sahibi olaraq, prof. H. M. Nəsrullayeva bir çox illər ərzində biokimyəvi, biofiziki, morfohistokimyəvi və başqa müayinələrdən istifadə edərək, göz dibinin sinir-damar aparatının müxtəlif mənşəli patologiyası, şəkərli diabetlə əlaqədar əmələ gələn kataraktanın patogenezi problemlərinə həsr olunmuş tədqiqatlarla məşğul olmuşdur. O, 250-yə yaxın elmi əsər, o cümlədən 3 monoqrafiya, 7 metodik tövsiyələr, 3 müəlliflik şəhadətnamə, 32 səmərələşdirici təklif yaratmışdır. 1993-cü ildə H. M. Nəsrullayevaya professor elmi adı verilmişdir. Respublikada oftalmoloq kadrlarının hazırlanması işinə böyük məsuliyyətlə yanaşaraq, prof. H. M. Nəsrullayeva oftalmologiya sahəsində bir sıra yüksəkixtisaslı elmi və təcrübi mütəxəssislər hazırlamışdır.
Həsən Nəsrullah
Həsən Nəsrullah (31 avqust 1960, Burc Hamod, Livan – 27 sentyabr 2024[…], Haret-Xreyk[d], Livan) — livanlı siyasətçi və din xadimi, Şiə-islamçı hərbi qrup və siyasi partiya olan Hizbullahın ən uzunmüddətli (32 il) baş katibi (1992–2024). Seyid Həsən Nəsrullah 1960-cı ildə Livanın paytaxtı Beyrut şəhərinin yaxınlığında anadan olub. Gənc yaşlarında şiə dini təhsilinə başlayıb və 1982-ci ildə İsrailin Livanı işğal etməsi zamanı Hizbullahın yaradılmasında iştirak edib. 1992-ci ildə təşkilatın əvvəlki lideri Seyid Abbas Musəvinin İsrail tərəfindən öldürülməsindən sonra Hizbullahın baş katibi seçildi. Nəsrullah İslam təhsilini Livanda və İraqda alıb və erkən yaşlarında siyasi fəaliyyətə başlayıb. O, Livanın cənubundakı İsrail işğalına qarşı mübarizədə təşkilatı gücləndirdi və 2000-ci ildə İsrailin bu bölgədən geri çəkilməsində mühüm rol oynadı. Onun rəhbərliyi ilə Hizbullah 2006-cı ildə İsrailə qarşı müharibədə böyük bir hərbi güc kimi özünü göstərdi. Bu müharibə Nəsrullahın Livanda və Yaxın Şərqdə nüfuzunu artırdı. Nəsrullahın rəhbərliyi altında Hizbullah həm hərbi, həm də siyasi cəhətdən güclü bir təşkilata çevrildi. Livan parlamentində təmsil olunmaqla yanaşı, sosial xidmətlər və yardım proqramları ilə Livan cəmiyyətinin müxtəlif təbəqələrinə xidmət göstərdi.
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.
Mirzə Nəsrulla bəy Didə
Mirzə Nəsrullah bəy Didə (1797, Şamaxı – 1870, Şamaxı) — şair. Şeirlərini "Didə" təxəllüsü ilə yazan Mirzə Nəsrullah bəy Qurbanbəyov XlX əsrdə yaşamış istedadlı şairlərdən biridir. Onun doğum tarixi məlum deyil. İlk təhsilini Şamaxıda almış, sonra Təbrizə gedərək, mədrəsədə oxumuşdur. Şamaxıya qayıtdıqdan sonra şəhərdə mirzəlik etmiş, ömrünün sonlarında isə məktəbdarlıqla məşğul olmuşdur. Didə 1870-ci ildə Şamaxıda vəfat etmişdir. Didənin şeirləri tam halda əldə yoxdur. Onun əsərlərindən bəzi nümunələri Salman Mümtaz 1928-ci ildə Azərnəşrdə çap etdirdiyi "Mirzə Nəsrulla bəy Didə" kitabında vermiş, 2004-cü ildə şairin həmin nümunələr əsasında hazırlanmış "Bahariyyə" adlı şeirlər toplusu Bakıda çapdan çıxmışdır.
Mirzə Nəsrulla xan
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Nəsrulla xan Müşirüddövlə
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Nəsrulla Əmirov
Mirzə Nəsrulla Əmirov (d.1873, Naxçıvan – ö.1937 Naxçıvan) — Müsəlman Milli Komitəsinin sədri, Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı. Mirzə Nəsrulla 1873-cü ildə Naxçıvanda anadan olmuşdur. 1886-cı ildə peşəsi mülkədar və yerli həkim olan Mirzə Nəsrulla Əmirov 1917-ci ildə ticarətlə məşğul olmuşdur. 1919-cu ildə Mirzə Nəsrulla Müsavat hakimiyyəti dövründə təşkil olunmuş Milli Məclisin sədri (Naxçıvan Milli Komitəsinin sədri) seçilmişdir. Oğulları: Cabbar Əmirov Cəlil Əmirov Kazım Əmirov Kərim Əmirov Qızları: Tovuz Əmirova Tərlan Əmirova Nusrət Əmirova Xurşud Əmirova Ürfət Əmrova Nigar Helmi Abbasbəyli (nəticəsi) Ilham Mustafayev (nəticəsi) Mirzə Nəsrulla Əmirov 1937-ci ildə repressiya qurbanlarından biri olmuşdur. Cəlil Əmirov Cabbar Əmirov Nigar Helmi Abbasbəyli Görkəmli şəxsiyyətin layiqli davamçısı Maarif fədaisi,... Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar". Bakı, ― Azərnəşr‖, 2011 – 296 s.
Mirzə Nəsrulla Ərdəbili
Mirzə Nəsrulla Ərdəbili (Ərdəbil – 1854, İraq) — XIX əsr Azərbaycan şairi. Mirzə Nəsrulla Ərdəbil şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şəhərlərinin dini işləri ilə məşğul olmuşdu. Sədrülməmalik ləqəbini daşıyırdı. Mirzə Nəsrulla şair idi. Nüsrət təxəllüsü ilə xoştəb şeir yazırdı. Tanınmış bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili – bilikdə və rəvan nitqdə öz əsrinin yeganəsi idi. O, zəmaməsinin bir çox alimləri və arifləri ilə dost olmuşdur. Mirzə Nəsrulla İsfahanda bilik əldə etmiş və Həsənəlişahın müridi olmuşdur.
Mirzə Nəsrullah bəy Didə
Mirzə Nəsrullah bəy Didə (1797, Şamaxı – 1870, Şamaxı) — şair. Şeirlərini "Didə" təxəllüsü ilə yazan Mirzə Nəsrullah bəy Qurbanbəyov XlX əsrdə yaşamış istedadlı şairlərdən biridir. Onun doğum tarixi məlum deyil. İlk təhsilini Şamaxıda almış, sonra Təbrizə gedərək, mədrəsədə oxumuşdur. Şamaxıya qayıtdıqdan sonra şəhərdə mirzəlik etmiş, ömrünün sonlarında isə məktəbdarlıqla məşğul olmuşdur. Didə 1870-ci ildə Şamaxıda vəfat etmişdir. Didənin şeirləri tam halda əldə yoxdur. Onun əsərlərindən bəzi nümunələri Salman Mümtaz 1928-ci ildə Azərnəşrdə çap etdirdiyi "Mirzə Nəsrulla bəy Didə" kitabında vermiş, 2004-cü ildə şairin həmin nümunələr əsasında hazırlanmış "Bahariyyə" adlı şeirlər toplusu Bakıda çapdan çıxmışdır.
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.
Molla Nəsrəddin
Molla Nəsrəddin (az-əbcəd. ملانصرالدین‎) və ya Xoca Nəsrəddin (osman. الدین خواجه; 1208 – 1284, Akşehir, Konya ili) — Rum sultanlığı dövründə Xorto və Ağşəhər yaxınlıqlarında yaşamış əfsanəvi şəxs. Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Xoca Nəsrəddinin həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğuna dair bəzi mənbələr mövcuddur. Bu mənbələrdən əldə edilən məlumatlara əsasən 1208-ci ildə Xorto kəndində anadan olmuş Xoca Nəsrəddin burada əsas təhsilini aldıqdan sonra Sivrihisar mədrəsəsində biliklər mənimsəmiş, atasının ölümündən sonra öz kəndinə geri dönərək, burada kənd şeyxülislamı vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra Xoca Nəsrəddin dövrün sufist düşüncə mərkəzlərindən olan Ağşəhərə gəlmiş, Mahmud-i Heyraninin dərvişi olaraq Mövləvilik, Yəsəvilik və ya Rifailik təriqətlərinə mənsub olmuşdur. Ağşəhərdə mülki vəzifələri üzərinə götürən və eyni zamanda Ağşəhər yaxınlıqlarındakı ərazilərdə də qısa müddətli yaşadığı düşünülən Xoca Nəsrəddinin 1284-cü ildə Ağşəhərdə vəfat etmiş, hal-hazırdakı Nəsrəddin Xoca türbəsində dəfn edilmişdir. Deyilənlər, hekayələr ətrafında inkişaf edən əfsanəvi şəxsiyyət Xoca Nəsrəddinin ölümü ilə eyni əsr ərzində ortaya çıxmış Nəsrəddin Xoca adının həsr edildiyi abidələr əsrlərlə onlarla ifadə edilən rəqəmlərdən minlərə qədər yüksəlmişdir. Əsasən hazırcavab bir şəxs olaraq əks etdirildiyi hekayələrlə yanaşı eləcə də Nəsrəddin Xocanının mənasız sözlər söyləyən ağıldan kəm biri olaraq təqdim edildiyi özündə fərqli şəxsiyyət xüsusiyyətlərini saxlayan hekayələrdə mövcuddur. 1208-ci ildə qədim Xorto kəndində anadan olmuşdur.
Molla Nəsrəddin (ensiklopediya)
Molla Nəsrəddin (jurnal)
"Molla Nəsrəddin" jurnalı (az-əbcəd. ملا نصرالدین‎) — Azərbaycan türkcəsində satirik-yumoristik jurnal. Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb. 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənmiş, bu barədə xəbərlər yaymışdılar. "İrşad", "Həyat", "Tərcüman", "Vozrojdeniye", "Kaspi", "Baku", "Novoye obozreniye", "Kavkazskoye utro", "Na povorote" qəzetləri "Molla Nəsrəddin"i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.
Molla Nəsrəddin Xoca (film)
Cizgi filmi məşhur Molla Nəsrəddinin başına gələn komik əhvalatlardan bəhs edir.
Molla Nəsrəddin jurnalı
"Molla Nəsrəddin" jurnalı (az-əbcəd. ملا نصرالدین‎) — Azərbaycan türkcəsində satirik-yumoristik jurnal. Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb. 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənmiş, bu barədə xəbərlər yaymışdılar. "İrşad", "Həyat", "Tərcüman", "Vozrojdeniye", "Kaspi", "Baku", "Novoye obozreniye", "Kavkazskoye utro", "Na povorote" qəzetləri "Molla Nəsrəddin"i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.
Murtuza Mirzə Əfşar (Nəsrullah Mirzə)
Murtuza Mirzə Əfşar — Nadir şahın oğlu və Karnal qələbəsindəki roluna görə adı dəyişdirilərək Nəsrullah Mirzə adlandırılan Əfşar şahzadəsi. O, Səadət xanın qüvvələrini məğlub edərək onu əsir alan Əfşar ordusunun mərkəzinə komandanlıq edərək Karnal döyüşündə istedadlı bir sərkərdə olduğunu sübut etdi. O, həmçinin 1743-46-cı illər İran-Osmanlı müharibəsi zamanı müstəqil olaraq komandanlıq etdi və burada Nadir şah tərəfindən Osmanlının nəzarətində olan Mosul vilayətinə soxulmaq və iki Osmanlı ordusundan biri ilə döyüşmək tapşırığı aldı, atası Nadir şah isə şimalda Qarsda digər orduya qarşı yürüdü. O, Mosul döyüşündə Mosul ətrafındakı türk və kürd qüvvələrinə həlledici zərbə vurdu.
Məzrayə-i Nəsrabad (Urmiya)
Məzrayə-i Nəsrabad (fars. مزرعه ناصراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (41 ailə).
Namiq Nəsrullayev
Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı – 17 yanvar 2023, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur. 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Ailəlidir, 2 övladı var. 1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir. 1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir. 1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır. 15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir. 1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.
Nazim Nəsrullayev
Nazim Nəsrullayev (Tam adı: Nazim Mürsəl oğlu Nəsrullayev; d.14 aprel, 1959; Azərbaycan, Quba) — Fizika elmləri doktoru, dosent. Nazim Mürsəl oğlu Nəsrullayev 1959-cu il 14 aprel tarixində Azərbaycanın Quba rayonunda anadan olmuşdur. 2019-cu ildə vəfat etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1980-ci ildə Universiteti bitirib və A.F.İoffe adına Fiziki-Texniki İnstitutunun (Rusiya) aspiranturasına daxil olmuşdur. 1988-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Evlidir. İki övladı var. 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsini bitirmiş, 1988-ci ildə müdafiəyə etmişdir. Namizədlik dissertasiyasının adı: “İridium səthində alınmış grafit monotəbəqəsi üzərində birgə adsorbsiya olunmuş CsCl molekulları ilə metal atomları arasında olan qarşılıqlı təsirin öyrənilməsi” 2006-ci ildə müdafiəyə etmiş doktorluq dissertasiyası: “Valent doymuş səthli bərk cisimlər üzərində adsorbsion və katalitik proseslər” A.F.İoffe adına Fizika Texnika İnstitutu, BDU-nun Ümumi fizika kafedrasında çalışmış, 1990-cu ildə ümumi fizika kursu (mexanika, molekulyar fizika, elektromaqnetizm, optika, atom fizikası); fizikanın tədris üsulları; bərk cisim elektronikası dərslərini tədris etmişdir. 25 məqalənin, 1 monoqrafiyanın, 1 kitabın, 3 patentin müəllifidir.
Nəsrəddin Naxçıvani
Nəsrəddin Naxçıvani (v. 1288) — Qutluğşah ibn Səncər ibn Abdulla əs-Sahibi ən-Naxçıvani (V-1288) — alim, filosof, müşrif, dövlət xadimi. Görkəmli alimlər ailəsinin nümayəndəsidir. Məşhur ərəb alimi və biblioqrafı ibn ibn əl- Fuvatinin məlumatına görə Nəsrəddin Naxçıvani 1277-ci ildə Vasit mahalında sədr müavini təyin olunub. 1286-ci ildə İraqa müşrif ( vilayət müfəttişi ) təyi olunub. Burada itaətsizlik göstərərək 1288-ci ildə vəzifəsindən kənarlaşdırılmışdır. 1288-ci ildə İraq müşrifi Sədədövlət Məsud əl-Yəhudi əl-Məşiri tərəfindən öldürülmüşdür. Salman əl Farsi ziyarətgahında məqbərədə dəfn olunub. Fəlsəfəyə dair qiymətli əsəri miras qalmışdır. Mənbələrin verdiyi məlumata görə Nəsrəddin Naxçıvani Vasit mahalında Cəfər çayı sahilindəki əl-Məmun şəhərçiyində mədrəsə və Mədaində ribat (qonaq evi,karvansara) tikdirmişdir.
Nəsrəddin Qarayev
Nəsrəddin Qarayev - şərqşünas alim, filologiya elmləri namizədi. Nəsrəddin Qarayev 1926-cı ildə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşdur. Nəsrəddin Qarayev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə işləmişdir. Nəsrəddin Qarayev 1960-1966 illərdə Respublika Əlyazmalar Fondunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), 1966-1972 illərdə Nizami adına Ədəbiyyat İnstitutunda (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu)işləmişdir. O, 1972-ci ildən ömrünün sonuna kimi yenidən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışmışdır. Nəsrəddin Qarayev 1971-ci ildə "XIX əsr Azərbaycan ədəbi məclisləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Nəsrəddin Qarayev 1982-ci ildə vəfat etmişdir. Nəsrəddin Qarayevin elmi fəaliyyətinin əsas hissəsi XIX əsr ədəbi məclislərinin və onların fəal üzvlərinin tədqiqinə həsr olunmuşdur. XIX əsrdə Azərbaycanda təşkil olunmuş ədəbi məclislərinin fəaliyyətini ilk dəfə sistemli şəkildə Nəsrəddin Qarayev tədqiq etmişdir. O, ilk dəfə Mirzə Həsən Qarabağinin yaradıcılığını kitab halında 1973-cü ildə nəşr etdirmişdir.
Nəsrəddin Tusi
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus, Nizari İsmaili Dövləti – 26 iyun 1274, Kazımiyyə[d], Bağdad, Elxanilər dövləti) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.

Digər lüğətlərdə