OJE
OKŞAMAK
OBASTAN VİKİ
OK!
OK! — Britaniyada nəşr olunan həftəlik maqazin jurnalı. == Azərbaycan versiyasi == Azərbaycanda "OK! Azerbaycan" adinda jurnalin yerli versiyasi nəşr edilmişdir. Azərbaycan versiyasin baş redaktoru Zəhra Bədəlbəyli olmuşdur.
Eksperiment OK
Eksperiment OK — 1960-1970-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın ilk peşəkar rok qrupu. == Qrupun tarixi == 1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrand, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, "Eksperiment OK" qrupu yaranır. Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrand (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (orqan), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur. Qrup bu tərkiblə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrand, Harri İşxanov Oqtay Kazımovun başçılığı ilə Tibb Universitetinin tərkibində fəaliyyət göstərir. Az sonra Azər Mehdiyev (orqan) də onlara qoşulur və qrup bu tərkiblə tanınıb sevilir. Qrupun vokalisti Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb: "Oqtay Kazımov yeni bəstələdiyi mahnıları əvvəlcə bizim qrupda sınaqdan keçirirdi. Biz də o mahnılara əlavələr edərək daha müasir səsləndirirdik.
OK Computer
OK Computer — İngiltərə rok qrupu Radiohead-in 16 iyun 1997-ci ildə işıq üzü görən üçüncü studiya albomu. Radiohead-in növbəti albomlarının da istehsalında iştirak edən Naygel Qodrix tərəfindən prodüserliyi edilən albom EMI-nin törəmə şirkətləri Parlophone və Capitol Records tərəfindən yayımlanıb. "Lucky" (1995) istisna olmaqla, albomun digər mahnıları 1996 və 1997-ci illərdə Oksfordşir və Batda yazılıb. Əvvəlki albomları "The Bends"-in gitara əsaslı, introspektiv üslubundan uzaqlaşaraq mücərrəd mövzulara və çox qatlı səslərə yönələn qrup bu albomla sonrakı eksperimental əsərləri üçün də əsas yaratdı. Albomun marketinqinin çətin olduğunu düşünən EMİ-nin aşağı satış gözləntilərinə baxmayaraq, OK Computer "UK Albums Chart"-da zirvəyə çatdı və "Billboard 200" siyahısında 21-ci sıradan daxil oldu. Albomda olan " Paranoid Android ", "Karma Police", "Lucky", "No Surprises" və "Airbag" mahnıları daha sonra sinql olaraq yayımlandı. Radiohead’nin beynəlxalq səviyyədə tanınmasına töhfə verən albomun dünyada ən az 7.8 milyon nüsxəsi satılıb. 22 iyun 2017-ci ildə albomun iyirminci ildönümü üçün albomun içərisində əlavə mahnıların da yer aldığı OK Computer OKNOTOK 1997 2017 adlı yenilənmiş versiyası çıxdı. OK Computer dinləyicilər, tənqidçilər və musiqiçilər tərəfindən bütün dövrlərin ən yaxşı albomlarından biri hesab olunur. Albom 1998 Qremmi Mükafatında "İlin Albomu"na namizəd oldu və Ən Yaxşı Alternativ Musiqi Albomu Mükafatını qazandı .
Ok.ru
Odnoklassniki — rusdilli internetin ən populyar sosial şəbəkələrindən biri. Odnoklassniki sözünün Azərbaycan dilində mənası "sinif yoldaşları"dır. Bu sayt Albert Popkov tərəfindən 4 mart 2006-cı ildə Rusiyada yaradılıb. Saytda 45 milyondan artıq istifadəçi qeydiyyatdan keçib, 10 milyona qədər ziyarətçiyə sahibdir. Alex statistikalarına görə bu sayt dünyanın ən çox ziyarət edilən 67-ci, Rusiyanın isə 7-ci saytıdır. Bu saytda Azərbaycan, rus, ukrayna, özbək, qazax, erməni, rumın, türk, ingilis, gürcü, tacik, qırğız dilləri olmaqla ümumilikdə 12 dil var.
Ok buzlağı
Okyyokyudl (isl. Okjökull) və ya Ok buzlağı – İslandiyada yerləşmiş buzlaq. 2014-cü ildə tamamilə əridiyi elan olunmuşdur. == Yerləşməsi == Buzlaq İslandiyanın qərbində, Reykyavikin şimal-şərqində, Ok qalxan vulkanı üzərində yerləşirdi. == Əriməsi == Ok buzlağı 2014-cü ildə buzlaqşünas Oddur Siqudsson tərəfindən "ölü" elan olunmuşdur. 2018-ci ildə Rays Universitetinin antropoloqları Simen Hov və Dominik Boyer buzlağın əriməsi haqqında "Ok deyil" adlı sənədli film çəkmişdirlər. Onlar burada buzlağın əriməsi haqqında xatirə lövhəsi quraşdırmağı təklif etmişdirlər. Lövhə 18 avqust 2019-cu ildə quraşdırılmış, üzərində həm islandca, həm də ingiliscə yazı yazılmışdır: Lövhənin sonunda quraşdırıldığı aydakı qlobal karbon dioksid miqdarı (415 ppm) yazılmışdır. Mərasimdə İslandiya baş naziri Katrin Yakobsdouttir, İslandiyanın ətraf mühit naziri Qudmundur İnqi Qudbrandsson və keçmiş İrlandiya prezidenti Meri Robinson iştirak etmişdirlər. Mərasimdən öncə NASA Earth Observatory buzlağın 1986–2019-cu illər arasındakı fotolarını paylaşmışdır.
Kim Kum-Ok
Kim Kum-Ok (9 dekabr 1988) — Koreya Xalq Demokratik Respublikasını təmsil edən marafonçu. Kim Kum-Ok Koreya Xalq Demokratik Respublikasını 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmdə 2007-ci ildə Universiada Oyunlarında qızıl, 2010-cu ildə Asiya Oyunlarında isə bürünc medal qazanıb. == Karyerası == Kim Kum-Ok birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 30 dəqiqə 1 saniyəyə qət edərək 82 marafonçu sırasında 12-ci yeri tutdu. Kim Kum-Ok özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Kim Kum-Ok məsafəni 2 saat 33 dəqiqə 30 saniyəyə qət edərək 49-cu yeri tutdu. Kim Kum-Ok növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 24 saniyəyə qət edərək 49-cu yeri tutdu.
Li Kyon Ok
Li Kyon Ok (kor. 리 경옥; 3 yanvar 1980, Pxenyan) — Yüngül çəki dərəcəsində Şimali Koreyanı beynəlxalq yarışlarda təmsil edən qadın cüdoçu. 2000-ci illərin birinci yarısında Koreya Xalq Demokratik Respublikası yığmasında iştirak edirdi. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya Çempionatının gümüş medalının sahibi, Busanda keçirilən Asiya Oyunlarının bürünc mükafatçısı, cüdo üzrə Asiya çempionu, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Li Kyon Ok 3 yanvar 1980-ci ildə Pxenyanda anadan olmuşdur. Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Koreya Xalq Demokratik Respublikasının əsas milli yığma tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya Çempionatında iştirak etdi. Burada Ok ölkəsinə qızıl medal qazandırdı. Yüngül çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion oldu. Finalda Cənubi Koreyanın nümayəndəsi Kan Sin Xe üzərində qələbə qazandı.
"Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalı
"Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalı — 1920-ci ildə təsis edilmiş ilk sovet medalı. Təxminən 3400 ədəd təsis olunmuşdur.
"Oktyabr inqilabı" ordeni
"Oktyabr inqilabı" ordeni — SSRİ-nin ali dövlət mükafatlarından biri, SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 oktyabr 1967-ci il Fərmanı ilə 1917-ci il Oktyabr İnqilabının 50 illik yubileyi münasibətilə təsis edilib.
"Oktyabr İnqilabı" kanalı
"Oktyabr İnqilabı" kanalı (OİK) — Dağıstan Respublikasının, eləcə də Maxçqala, Kaspiysk və İzberbaş şəhərlərini su ilə təmin edən kanal. Kanal əsasən Dağıstanın quraq və az sulu rayonları olan Terek-Sulak və Primorski düzənliyini su ilə təmin etmək məqsədilə çəkilib. == Tikilmə tarixi == === İlk tikinti cəhtləri === Primorski və Terek-Sulak düzənliyində rütubət çatışmazlığı üzündən tez-tez quraqlıq qeydə alınırdı. Sulak çayı ilə Mahaçkala arasında qalan geniş məhsuldar torpaqlar ancaq otlaq sahəsi kimi istifadə olunurdu. Su çatışmamzlığı Mahaçqala şəhərinin inkişafına, eləcə də sənayenin inkişafına mənfi təsir göstərirdi. Şəhəri su ilə ancaq Tarki-Taudan çəkilən su xətti təmin edirdi. Bundan başqa Şurinka və Sulak çaylarından su gətirilirdi. Kanalın tikintisinə ilk cəht XIX əsrin ikinci yarında olmuşdur. 1 may 1875-ci ildə mühəndis Nevinskinin rəhbərliyi ilə Sulak çayında Mahaçqalaya (Petrovski-Port) kanal çəkilişinə start verildi. 1876-cı ildə kanalın 46 verstlik hissə çəkildi.
10 oktyabr
10 oktyabr — Qriqorian təqvimində ilin 283-cü günü. (uzun ildə 284-cü) Bu tarixdə ilin sonuna 82 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 680 — Kərbəla döyüşünü I Yezidin rəhbərliyi altında Əməvilər qazanıb. === 1601–1900 === === 1901–cari === 1964 — XVIII Yay Olimpiya Oyunları Tokioda keçirilib. 1967 — Xarici Kosmos Müqaviləsi qüvvəyə minib. 1970 — Fici müstəqil olub. 2010 — Niderland Antil adaları ölkə kimi mövcudluğunu dayandırıb. === Azərbaycana aid hadisələr === 1994 — Azərbaycan və Küveyt arasında diplomatik əlaqələr qurulmuşdur. 1995 — Azərbaycan və Niger arasında diplomatik əlaqələr qurulmuşdur.
11 oktyabr
11 oktyabr — Qriqorian təqvimində ilin 284-cü günü. (uzun ildə 285-ci) Bu tarixdə ilin sonuna 81 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1899 — İkinci Bur müharibəsi Cənubi Afrikada Britaniyanın idarə etdiyi Keyp Koloniyası ilə burun idarə etdiyi Transvaal və Azad Oranj Dövləti arasında baş verib. === 1901–cari === === Azərbaycana aid hadisələr === 1992 — Qarabağ müharibəsi: Azərbaycana məxsus döyüş helikopterinin Səfiyan yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub. 1998 — Azərbaycanda Prezident seçkiləri keçirilib.
12 oktyabr
12 oktyabr — Qriqorian təqvimində ilin 285-ci günü. (uzun ildə 286-cı) Bu tarixdə ilin sonuna 80 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 539 — II Kirin ordusu Babili ələ keçirərək Babil imperiyasına son qoymuşdur. 1492 — Xristofor Kolumbun ilk ekspedisiyası Karib dənizinin sahilində San Salvador adasına düşür. === 1601–1900 === === 1901–cari === 1968 — XIX Yay Olimpiya Oyunları Mexikoda keçirilib. 2004 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1813 — Qacar dövləti və Rusiya imperiyası arasında Gülüstan müqaviləsi imzalanmışdır. 1997 — Space Televiziyası (Space TV) təsis edilib. == Doğumlar == === 1600-cü ildən əvvəl === 1350 — Dmitri Donskoy, Böyük Moskva knyazlığının knyazı 1537 — VI Eduard, İngiltərə və İrlandiya kralı === 1601–1900 === 1767 — Sergey Tuçkov, Rusiya general-leytenantı 1875 — Alister Krouli, İngiltərə okkultisti 1894 — Kyuiçi Tokuda, Yaponiya deputatı === 1901–cari === 1906 — Aleksandr Puzanov, Sovet dövlət xadimi 1919 — Doris Miller, ABŞ aşpazı 1928 — Türkan Akyol, Türkiyə dövlət xadimi 1929 — Rolan Bıkov, Rusiya aktyoru 1935 — Luçano Pavarotti, İtaliya opera müğənnisi 1938 — Larri Skot, ABŞ bodibilderi 1962 — Luka Karboni, İtaliya müğənnisi 1963 — Satoşi Kon, Yaponiya kinorejissoru və animatoru 1968 — Hyu Cekman, Avstraliya aktyoru 1974 — Ebru Gündeş, Türkiyə müğənnisi 1980 — Qrasiete Santana, Braziliya yüngül atleti 1981 — Engin Akyürek, Türkiyə aktyoru 1985 — Əli Ələkbərov, Azərbaycan əsgəri 1986 — Li Venlian, Çin həkimi 1992 Qara Qarayev, Azərbaycan futbolçusu Coş Hatçerson, ABŞ aktyoru 1994 — Ceyhun Adgözəlov, Azərbaycan əsgəri == Ölümlər == === 1600-cü ildən əvvəl === E.ə.
13 oktyabr
13 oktyabr — Qriqorian təqvimində ilin 286-cı günü. (uzun ildə 287-ci) Bu tarixdə ilin sonuna 79 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1399 — IV Henrinin Vestminster abbatlığında tacqoyma mərasimi keçirilib. === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 1921 — Türkiyə və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası arasında Qars müqaviləsi imzalanmışdır.
14 oktyabr
14 oktyabr — Qriqorian təqvimində ilin 287-ci günü. (uzun ildə 288-ci) Bu tarixdə ilin sonuna 78 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1066 — Hastinqs döyüşü ilə Norman istilası başlayır. 1586 — Şotlandiya kraliçası Mariya Stüart İngiltərə kraliçası I Elizabetə qarşı sui qəsddə ittiham olunur. === 1601–1900 === 1774 — Amerika inqilabı: Birinci Kontinental Konqres Britaniya Parlamentinin dözülməz qanunlarını pisləyir və Britaniyadan güzəşt tələb edir. 1808 — Dubrovnik Respublikası Fransa tərəfindən ilhaq edilir. 1884 — Corc İstmen yeni foto filmi üçün ABŞ hökumətindən patent alır. === 1901–cari === 1917 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1947 — Çak Yeqer səs sürətini keçən ilk insan olub.
15 oktyabr
15 oktyabr — Qriqorian təqvimində ilin 288-ci günü. (uzun ildə 289-cu) Bu tarixdə ilin sonuna 77 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2003 — Çin ilk dəfə insanla fəzaya Şenzou 5 kosmik gəmisini kosmosa göndərib. === Azərbaycana aid hadisələr === 2003 — Azərbaycanda Prezident seçkiləri keçirilib. 2008 — Azərbaycanda Prezident seçkiləri keçirilib. 2010 — Azərbaycanda Parlament seçkiləri keçirilib. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini Ermənistanın işğalından azad etmişdir. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
16 oktyabr
16 oktyabr — Qriqorian təqvimində ilin 289-cu günü. (uzun ildə 290-cı) Bu tarixdə ilin sonuna 76 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1919 — Adolf Hitler Almaniya Fəhlə Partiyasının iclasında ilk çıxışını edib. 1923 — The Walt Disney Company təsis olunub. 1978 — Roma papası II İohann Pavel 1523-cü ildən bəri italyan olmayan ilk pontifik olub. === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini Ermənistanın işğalından azad etmişdir.
17 oktyabr
17 oktyabr — Qriqorian təqvimində ilin 290-cı günü. (uzun ildə 291-ci) Bu tarixdə ilin sonuna 75 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1814 — London pivə selində 18 nəfər ölmüşdür. === 1901–cari === 1989 — ABŞ-nin Kaliforniya ştatında Loma Priyeta zəlzələsi baş vermişdir. === Azərbaycana aid hadisələr === 1916 — "Babayi-Əmir" jurnalı ilk dəfə nəşr olunub. 2019 — Azərbaycan və Namibiya arasında diplomatik əlaqələr qurulmuşdur. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini Ermənistanın işğalından azad etmişdir.
18 oktyabr
18 oktyabr — Qriqorian təqvimində ilin 291-ci günü. (uzun ildə 292-ci) Bu tarixdə ilin sonuna 74 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1867 — ABŞ Alyaskanı Rusiyadan 7.2 milyon dollara aldıqdan sonra ona sahiblik edir. === 1901–cari === === Azərbaycana aid hadisələr === 1989 Azərbaycan Dövlət Yuğ Teatrı Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən təsis edilib. Nasosnu aviabazasından Ukraynaya aparan İl-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğramışdır. 2012 — Bakıda Azərbaycan Voleybol Mərkəzinin açılış mərasimi olub. 2020 İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünü Ermənistanın işğalından azad etmişdir. İkinci Qarabağ müharibəsi: Moskvada Azərbaycan və Ermənistan arasında ikinci humanitar atəşkəs razılaşması imzalanmışdır.
1917-ci il Oktyabr inqilabı
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab. İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
19 oktyabr
19 oktyabr — Qriqorian təqvimində ilin 292-ci günü. (uzun ildə 293-cü) Bu tarixdə ilin sonuna 73 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini Ermənistanın işğalından azad etmişdir.
1 oktyabr
1 oktyabr — Qriqorian təqvimində ilin 274-cü günü. (uzun ildə 275-ci) Bu tarixdə ilin sonuna 91 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1946 — Nasist liderlərinə Nürnberq prosesində hökm oxunub. 1949 — Çin Xalq Respublikası təsis olunub. 1961 — Şərqi və Qərbi Kamerun birləşərək Kamerun Federal Respublikasını yaradır. === Azərbaycana aid hadisələr === 1996 — Azərbaycan və Qabon arasında diplomatik əlaqələr qurulmuşdur. 2018 — Bakıda Qara Qarayevin Ev Muzeyi açılıb.
2010 FİFA Dünya Kuboku (seçmə mərhələ, Okeaniya)
== I mərhələ ==
2014-cü il oktyabr ayında vəfat edənlər
=== 30 oktyabr === Cənnət Əliyev — 60 yaşında vəfat edib İlya Rutberq — 82 yaşında vəfat edib === 26 oktyabr === Cəmil Əlibəyov — 86 yaşında vəfat edib Senzo Meyiva — 27 yaşında öldürülüb === 25 oktyabr === Reyhanə Cabbari — 26 yaşında öldürülüb. === 23 oktyabr === Çopur Ələsgər — 84 yaşında vəfat edib. === 21 oktyabr === Murad Aşurlu — 42 yaşında vəfat edib. === 20 oktyabr === Rüstəm Rüstəmzadə (folklorşünas) — 84 yaşında vəfat edib. Kristof de Marjeri — 63 yaşında vəfat edib. Oqtay Sadıqzadə — 93 yaşında vəfat edib. === 17 oktyabr === Elburus Muradov — 75 yaşında vəfat edib. === 16 oktyabr === Con Spenser-Çörçill (XI Malboro hersoqu) — 88 yaşında vəfat edib. === 16 oktyabr === Cem Qəriboğlu — vəfat edib. === 6 oktyabr === İslam Ələsgər — 89 yaşında vəfat edib.
2015-ci il oktyabr ayında vəfat edənlər
=== 24 oktyabr === Gülnar Salmanova — 59 yaşında vəfat edib. === 10 oktyabr === Nuriyyə Əhmədova — 64 yaşında vəfat edib. === 5 oktyabr === Nadir Seyidov — 83 yaşında vəfat edib. Tomris İncer — 67 yaşında vəfat edib.
2016-cı il oktyabr ayında vəfat edənlər
=== 29 oktyabr === Pentti Siimes — 87 yaşında vəfat edib. === 27 oktyabr === Brayn Hill — 75 yaşında vəfat edib. Nelson Pinedo — 88 yaşında vəfat edib. === 26 oktyabr === Ray Bequm — 89 yaşında vəfat edib. === 25 oktyabr === Kreşo Omerzel — 59 yaşında vəfat edib. Margit Bara — 88 yaşında vəfat edib. Karlos Alberto Torres — 72 yaşında vəfat edib. === 24 oktyabr === Yohan Stolan — 77 yaşında vəfat edib. === 22 oktyabr === Antoon Postma — 87 yaşında vəfat edib. === 21 oktyabr === Konstantin Fratila — 74 yaşında vəfat edib.
20 oktyabr
20 oktyabr — Qriqorian təqvimində ilin 293-cü günü. (uzun ildə 294-cü) Bu tarixdə ilin sonuna 72 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1973 — Sidney Opera Teatrı 14 illik tikintidən sonra II Yelizaveta tərəfindən açılıb. === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Zəngilan şəhərini və Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərini Ermənistanın işğalından azad etmişdir.
21 oktyabr
21 oktyabr — Qriqorian təqvimində ilin 294-cü günü. (uzun ildə 295-ci) Bu tarixdə ilin sonuna 71 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1805 — Böyük Britaniya və Fransa, İspaniya hərbi dəniz donanmaları arasında Atlantik okeanı sahillərindəki Trafalqar burnunda, Kadis şəhəri yaxınlığında baş vermiş Trafalqar döyüşü baş verdi. === 1901–cari === 1959 — Nyu-Yorkda Solomon Quqqenhaym muzeyi cəmiyyətə açılıb. 1960 — Cənubi Koreya milli futbol komandası Asiya Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1997 — "Futbol+" qəzeti ilk dəfə nəşr olunub.. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Mincivan qəsəbəsi və Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini Ermənistanın işğalından azad etmişdir.
22 oktyabr
22 oktyabr — Qriqorian təqvimində ilin 295-ci günü. (uzun ildə 296-cı) Bu tarixdə ilin sonuna 70 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1746 — Prinston Universiteti təsis edilib. 1797 — Parisdə Andre-Jak Qarneren 1000 metr yüksəklikdən qeydə alınmış ilk paraşütlə tullanmanı edib. === 1901–cari === 1922 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. === Azərbaycanda hadisələr === 1996 — Azərbaycan və Cibuti arasında diplomatik əlaqələr qurulmuşdur. 2002 — ci ilin oktyabrın 22-sində "Merkuri-2" bərəsinin qəzaya uğraması 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini Ermənistanın işğalından azad etmişdir.
23 oktyabr
23 oktyabr — Qriqorian təqvimində ilin 296-cı günü. (uzun ildə 297-ci) Bu tarixdə ilin sonuna 69 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2001 — Apple iPod-u buraxıb. 2002 — İkinci Çeçen müharibəsi: Çeçen separatçı terrorçuları Moskvada Mədəniyyət Evi teatrını ələ keçirərək, 700-ə yaxın teatr tamaşaçısını girov götürüblər. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Braziliya arasında diplomatik əlaqələr qurulmuşdur. 2012 — Azərbaycan və Cənubi Sudan arasında diplomatik əlaqələr qurulmuşdur. 2013 — "Xəzər Lənkəran" Azərbaycan Superkubokunu qazanıb. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Dolanar, Bünyadlı Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Ermənistanın işğalından azad etmişdir. == Doğumlar == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1905 — Feliks Blox, ABŞ və İsveçrə fiziki 1929 — Ədalət Ağaoğlu, Türkiyə yazıçısı 1940 — Pele, Braziliya futbolçusu 1944 — Lyudmila Duxovnaya, Azərbaycan aktrisası 1953 — Səxavət Məmmədov, Azərbaycan xanəndəsi 1954 — Enq Li, Tayvan kinorejissoru 1976 — Rayan Reynolds, ABŞ və Kanada aktyoru 1977 — Aleksandr İaşvili, Gürcüstan futbolçusu 1978 — Aqşin Fateh, Azərbaycan meyxanaçısı 1983 — Sübhan Cəbrayılov, Azərbaycan baş giziri, Vətən Müharibəsi Qəhrəmanı 1984 — İzabel Qoulart, Braziliya modeli 1991 Emil Forsberq, İsveç futbolçusu Nicat Şükürlü, Azərbaycan çavuşu 1992 — Alvaro Morata, İspaniya futbolçusu 1996 — Rəşid Baxşəliyev, Azərbaycan əsgəri == Ölümlər == === 1600-cü ildən əvvəl === E.ə.
24 oktyabr
24 oktyabr — Qriqorian təqvimində ilin 297-ci günü. (uzun ildə 298-ci) Bu tarixdə ilin sonuna 68 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1926 — Harri Hudininin son çıxışı Detroytdəki Qarrik Teatrında baş verib. 1945 — Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi qüvvəyə minib. === Azərbaycana aid hadisələr === 1813 — Qacar dövləti və Rusiya imperiyası arasında Gülüstan müqaviləsi imzalanmışdır. 1992 — ABŞ-də erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul edir, Azərbaycana ABŞ dövlət yardımına qadağa qoyulur. 1993 — Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Horadizi işğal edirlər. 2002 — Bakıda Hüseyn Cavidin Ev Muzeyi açılıb. 2008 — Azərbaycan və Zimbabve arasında diplomatik əlaqələr qurulmuşdur.
25 oktyabr
25 oktyabr — Qriqorian təqvimində ilin 298-ci günü. (uzun ildə 299-cu) Bu tarixdə ilin sonuna 67 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1854 — Krım müharibəsi zamanı Balaklava döyüşü baş verib. === 1901–cari === 1983 — ABŞ və onun Karib dənizindəki müttəfiqləri Qrenadanın baş naziri Moris Bişop və onun bir neçə tərəfdarının dövlət çevrilişi nəticəsində edam edilməsindən altı gün sonra Qrenadanı işğal ediblər. 2001 — Microsoft Windows XP-ni buraxır. Bu Microsoftun ən uğurlu əməliyyat sistemlərindən birinə çevrilir. === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini və Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini Ermənistanın işğalından azad etmişdir.

Digər lüğətlərdə