ormanlıq
ornamental
OBASTAN VİKİ
Ornament
Ornament (Naxış, Nəqqaşlıq) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış. Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır. Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə"mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu", onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Azərbaycan memarlığında ornamentlər
Azərbaycan memarlığında ornamentlər — Azərbaycan memarlıq abidələrində ornament sənətinin geniş yayılması və onların səthlərinin xalçaya oxşaması bu iki sənəti estetik və funksional cəhətdən bir-birinə yaxınlaşdırdı. Memarlıq elementləri xalçalar, xalça ornament- ləri isə memarlıqda öz əksini tapırdı.İki sənət arasında əlaqələrin yaranması incəsənətin bir növünün digəri üçün materiala çevrilməsinə səbəb olurdu. Memarlıq abidələri üzərində bəzək xarakterli bir çox ornament motivi vardır ki, bunlar da uzaq keçmişdə rəmzi (simvolik) məna kəsb etmiş,xalqın həyatında xüsusi rol oynamış, dır. Memarlıq abidələrimiz üzərində rast gəlinən həndəsi ornamentlər quru, statik üsulda, özü də əksər hallarda o biri bəzək növləri ilə az əlaqədə işlənsə də, orijinallığı və bədii obrazlığı ilə həmişə incəsənətimizin və o cümlədən də dekorativ sənə- tin ayrılmaz tərkib hissəsi olmuşdur. İslamiyyətdən öncə sadə həndəsi çox işlənirdisə, islamiyyət dövrü memarlıq abidələrinin bədii tər- tibatında mürəkkəb həndəsi ornamentlər geniş yayılmışdır. Bunların bir neçə nümunəsi Naxçı -van MR-in ərazisində bu günümüzə qədər qal -maqdadır.Yusif Küseyir oğlu türbəsi (1162), Möminə Xatun türbəsi (1186), Gülüstan türbəsi (XIIIəsr) buna misaldır. Azərbaycan memarlıq abidələri üzərində həndəsi ornamentlərlə yanaşı nəbati ornamentlər də geniş yayılmışdır.Bitki ornamentlərinin memarlıq abidələrində tətbiq olunması və inkişafı Atropatenlərin, Arar-Albanların, qədim türkdilli xalqların kökündə iştirak edən qəbilə birləşmələrinin mifik dünya görünüşü ilə bağlıdır. == İslimi == Bitki ornamentlərindən ən çox işlənəni Qədim Avropa və rus ədəbiyyatında "islimi", "arabeska" kimi tanınmışdır."İslimi" memarlıq abidələrimizdən - məscidlərin günbəzlərində,minarələrin səthlərində,giriş baştağlarında, mehrablarda,abidələrin daxili və xarici səthlərində, yaşayış evlərinin eyvanlarında,çox işlənən naxış növüdür. == Su elementi == Orta Asiyada,Yaxın Şərqdə,eləcə də Azərbaycanda suyu həyatın ən lazımlı şərtlərindən qəbul edir,axar suyu düz və ya dalğalı xətlərlə göstərirdilər. Bu naxış zolağı "S" şəkilli elementlərdən yığılmış və elmi ədəbiyyatda "miandra" adlandırılır.
Azərbaycanda simvol və ornamentlər
Azərbaycanda simvol və ornamentlər — Azərbaycanda tarix boyu mövcud olmuş və müxtəlif sahələrə aid rəmzləri əks etdirən qeyri-maddi mədəni irs nümunələri. Hər bir xalqın mədəniyyəti müxtəlif elementlərdən, o cümlədən əsasını gerçəklikdən alan rəmz və işarələrdən ibarətdir. Digər xalqlarda olduğu kimi, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində rəmzlərə rast gəlmək mümkündür. Rəmz dedikdə, hansısa fikir və ideyanın obrazlı şəkildə, rəmzlərlə əksi nəzərdə tutulur. Ətraf aləmin simvollarla dərki ibtidai təfəkkürün əsas xüsusiyyətlərindən biri hesab olunur. İbtidai mifləri, arxaik dinləri, arxaik incəsənət formalarını onlarsız təsəvvür etmək mümkün deyil. İbtidai cəmiyyətdə insanlar onları əhatə edən ətraf aləm haqqında təsəvvürlərini məhz rəmzlər vasitəsilə ifadə etmiş, bu vasitə ilə mifoloji təsəvvürlərini, dünya, kainat haqqında görüşlərini nəsildən-nəsilə ötürmüşlər. == Tarixi == Azərbaycanda simvol və ornamentlər kimi təqdim edilən rəmzlərin çoxunun tarixi daha qədimlərə gedib çıxır. Hətta onların bir çoxu arxeoloji materiallarda belə öz əksini tapmışdı. Arxasında duran təsəvvürün unudulması nəticəsində həmin rəmzlər sonralar arxaik mənalarını itirmiş, bədii personajlara, bəzək elementlərinə çevrilmişdi.
Nəbati ornamentlər
Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlar. Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır. Bu nəbati bəzək motivi təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu.

Digər lüğətlərdə