ORUC

günəşin doğuşundan batmasına qədər yeməkdən, içməkdən və cinsi yaxınlıqdan uzaq duraraq Allaha edilən ibadətdir. Ramazan ayında oruc tutmaq İslam dininin əsas şərtlərindən biridir. Quranın 2-ci surəsinin 183-cü ayəsində orucun vacib olduğu qeyd edilmişdir. İslam alimlərinə görə Ramazan ayında orucun tutulması Məhəmməd peyğəmbərin Mədinəyə hicrət etməsindən sonra hicrətin 2-ci ilində baş verən Bədr döyüşündən öncə vacib qılınmışdır. Ona qədər Məhəmməd peyğəmbərlə onun davamçıları Məhərrəm ayında oruc tutmuşdurlar. Başqa bir xəbərə görə isə İslamın ilk dövrlərində hər ayda iki gün oruc tutulmuşdur. Müsəlmanlar oruc tutarkən Allahın onlara mərhəmətli olmasını, eləcə də günahlarının bağışlanmasını diləyirlər. Ramazan ayında müsəlmanlara başqa aylara nisbətən daha çox ibadətlər və xeyirli işlər görmək tövsiyə edilir. Onlar inanır ki, Allah oruc tutanın günahlarını bağışlayıb cənnətə yaxınlaşdırır. Yetkinlik yaşına çatmış sağlam düşüncəli müsəlmanlar oruc tutmalıdırlar. Səfərdə olanlar, uşaqlar, xəstələr oruc tutmaya bilərlər. Heyz və ya nifas halında olan qadınlar oruc tutmamalıdırlar. Onlar buraxılan günlərin yerinə orucu Ramazan ayı bitdikdən sonra qəza etməlidirlər. Orucu tutmağa imsak vaxtından başlamaq lazımdır. Orucu tutarkən isə buna niyyət edilməlidir. Gün ərzində yemək, içmək, siqaret çəkmək, cinsi yaxınlığa girmək olmaz. Özünü bilərəkdən qusdurmaq da orucu pozar. Ancaq, müsəlman bunları bilmədən, unudaraq edərsə, onda oruc pozulmaz. Ağız suyu udula bilər. Əgər insan bilərəkdən orucunu pozarsa, günah əməl işləmiş olur. Belə olarsa o, tutmadığı günlərin yerinə başqa vaxt daha da çox qəza orucunu tutmalı, üstəlik kəffarə də verməlidir. Oruca başlamazdan öncə tezdən yuxudan durub səhər yeməyi yeyilməlidir. Ona “obaşdanlıq” və ya sühur deyilir. Günəş batan kimi də oruc iftarla açılmalıdır. İftar gecikdirilməməli, vaxtında açılmalıdır. Oruc tutan kəs dində haram və məkruh işlərin görülməsindən çəkinməlidir. Bilərəkdən kiməsə pislik etmək, yalan danışmaq və s. əməllər olmaz. İslamda vacib və nafilə orucları vardır. Vacib oruc Ramazan ayında tutulandır (Quran, 2: 185). Ramazan ərzində müsəlmanlar Qədr gecəsinin axtarışında olur, müxtəlif dualar edir, təravih namazlarını qılırlar. Ramazan ayının sonunda isə yoxsullara fitrə zəkatı verilir. Əgər müsəlman üzrlü səbəblərdən Ramazan ayındakı orucun hamısını və ya bir necə gününü tuta bilməsə, onda həmin günlərin qəzasını başqa aylar ərzində tutmalıdırlar (Quran, 2: 185). Nafilə orucları isə sayca çoxdur. Onlardan bəziləri Şəvval ayının altı günündə, Zülhiccə ayının ilk on günündə, Şəban ayının isə bəzi günlərində tutulan oruclardır.
NÜSUB
ORUCLUQ BAYRAMI
OBASTAN VİKİ
Məmməd Oruc
Məmməd Oruc (Orucov Məmməd Kazım oğlu; 8 mart 1947, Vedi) — yazıcı-publisist, tərcüməçi, SSRİ Jurnalistlər İttifaqının (1970), SSRİ Yazıçılar İttifaqının (1983) üzvü. Məmməd Oruc 1947-ci il mart ayının 8-də Vedibasar mahalının (Ermənistan SSR) Böyük Vedi kəndində doğulub. 1951-ci ildə bu kəndin böyük bir qismini, o cümlədən M. Orucun ailəsini mövcud hakimiyyətin qərarı ilə Beyləqan rayonunun Şahsevən kəndinə (Azərbaycan SSR) köçürüblər. 1965-ci ildə Şahsevən kənd orta məktəbini bitirən M. Oruc S.M.Kirov adına ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuş və 1969-cu ildə bu təhsil ocağını bitirərək "Azərbaycan gəncləri" qəzetində əmək faəliyyətinə başlamış və qısa bir müddətdən sonra Ədəbiyyat və İncəsənət şöbəsinə müdir təyin edilmişdir. 1971–72-ci illərdə hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan Dövlət televiziya və Radio verlişləri komitəsində əmək fəaliyyətini davam etdirmiş, redaktor, böyük redaktor və şöbə müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan Yazıçıları İttifaqının "Azərbaycan" jurnalına ədəbi işçi kimi işə qəbul olunan M. Oruc bu günə kimi həmin dərginin əməkdaşıdır, publisistika şöbəsinin müdiridir. Azərbaycan Dövlət Televiziya və Radio şirkəti ilə əməkdaşlığını fasilələrlə də olsa, indi də davam etdirir. 1970-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1983-cü ildən isə SSRİ Yazıçılar İttifaqının üzvüdür. Ailəlidir: Üç övladı var, bir oğlan, iki qız.
Oruc
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Aşıq Oruc
Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi. == Həyatı == Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. 1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur. 1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub. 1939-cu ildən müstəqil aşıqlığa başlayıb. Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Oruc (Culfa)
Oruc (fars. اروج‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (32 ailə).
Oruc Cabbarov
Oruc Cəfərov
Oruc Həsənli
Oruc Qafar oğlu Həsənli (15 avqust 1950, Əlikli, Noraşen rayonu – 19 iyun 2018, Bakı) — pedaqoji elmlər doktoru (2006), professor, Əməkdar elm xadimi (2014), AMEA-nın müxbir üzvü (2017), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü. Oruc Həsənli 15 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olub. O, 1957-ci ildə Ələkli kənd 8 illik məktəbə daxil olub, 1966-1967-ci illərdə isə həmin rayonun İbadulla kənd orta məktəbində orta təhsilini basa vurub. Ali təhsilini 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb. Oruc Həsənli əmək fəaliyyətinə 1972-1979-cu illərdə Şərur rayonunun Xanlıqlar kənd məktəbində müəllim kimi başlayıb. 1973-1974-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Xanlıqlar kənd orta məktəbində müəllim kimi isləyib. 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olub. Oruc Həsənli 1993-2008-ci illərdə "Naxçıvan" Universitetinin tədris və elmi işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Oruc Musayev
Oruc Musayev (Türksevər) (1929, Şəmkir rayonu) – Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev (Türksevər) 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olub. 1948-ci ildə orta təhsilimi başa vurmuş, 1949-cu ildə isə Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunun İngilis Dili Fakültəsinə daxil olmuş, 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdiyi il həmin institutda aspiranturaya daxil olmuş və 1961-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin universiteti bitirərək ikinci ali təhsil almışdır. Əmək fəaliyyətinə 1956-cı ildə başlamış və 50 ildən artıq İngilis Dilinin Qrammatikası kafedrasında əvvəlcə sıravi müəllim, sonra baş müəllim, daha sonra dosent, 1985-ci ildən isə həmin kafedrada professor vəzifəsində çalışaraq gənc nəsilin təlim-tərbiyyəsi ilə məşğul olmuşdur. 20 ildən artıq adı çəkilən kafedraya başçılıq etmiş, 7 il isə çalışdığı ali məktəbdə elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 1998-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 50 ildən artıqdır ki, prof. O.Musayev ingilis dilini tədris edir, ingilis və Azərbaycan dillərinin qrammatik quruluşunu və leksik tərkibini kontrastiv şəkildə tədqiq etməklə məşğuldur. Bu müddət ərzində o, bir sıra məqalə, monoqrafiya yazmış, orta və ali məktəblər üçün ingilis dili üzrə seriya dərsliklər və dərs vəsaiti tərtib etmişdir.
Oruc Məmmədli
Oruc Məmmədli (tam adı: Məmmədli Oruc Mehbalı oğlu; 10 fevral 1965, Şıxmahmud, Naxçıvan rayonu — Azərbaycanlı idman xadimi, Azərbaycan Respublikası “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim. Məmmədli Oruc Mehbalı oğlu 10 fevral 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Şıxmahmud kəndində anadan olub. 1972-82-ci illərdə Babək rayon Şıxmahmud kənd məktəbində orta təhsil almışam. 1982-ci ildə Bakı şəhərində Bakı Bədən Tərbiyəsi Texnikomuna daxil olub. 1983-85-ci illərdə Ukraynada keçmiş Sovet Ordusunda hərbi xidmətdə olub. 1990-95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qiyabi təhsil almışdır. 6 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti”proqramı üzrə ixtisasartırma kursu keçib. Ailəlidir. 2 övladı,4 nəvəsi var. 1986-cı ildə təyinat üzrə Naxçıvan MR Babək rayon Payız kənd orta məktəbinə ixtisasım üzrə müəllim təyin edilib.
Oruc Məmmədov
Oruc Paşa oğlu Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Oruc Paşa oğlu Məmmədov 1946 cı il avqustun 7-də Qərbi Azərbaycanda Vedi rayonun Şirazlı kəndində anadan olmuşdur. 1953–1964 cü illərdə Ağdaş rayon Qalqəti kənd orta məktəbində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstutunun mexanika fakultəsinə qəbul olunmuş və1970 ci ildə bitirmişdir.Ailəlidir üç övladı var. 1970-ci ildə Sabunçu Maşımqayırma Zavodunda nəzarətçi usta, 1972-ci ildə mexaniki yığma sexində rəis müavini,1974-cü ildə sex rəisi, 1975 ci ildə texniki şöbədə böyük mühəndis-texnoloq,1976-cı ildə 1 saylı mexanika yığma sexinin rəisi,1978–1983 cü ilə kimi istehsalat üzrə direktor müavini vəzifəsində işləmişdir. 1983-cü ildən isə Sabunçu Maşınqayırma Zavodunun direktorudur. Zavoda rəhbərlik etdiyi müddətdə onun genişlənməsi,ən müasir texnologiya əsasında istehsalın təşkilinə, yüksək dünya standartlarına uyğun neft-mədən avandanlıqlarına məhz Azərbaycanda buraxılmasına nail olmuşdur. Hazırda zavodun istehsal etdiyi 8 adda əsas avadanlıq milli sertifikat almış,ümumilikdə istehsal sahələri və layihələşdirmə üzrə dünya standartına İSO-9001 sertifikatınan layiq görülmüş,Amerika Neft İnstitunun sertifaktını almaq üçün hazırlıq işləri təşkil edilmişdir.Sabunçu rayonu ərazisinin abadlaşdırılması üçün yollara asfalt döşənməsi,uşaq bağçalrında,kitabxanalarda,məktəblərdə və digər dövlət müəssisə vı idarələrində təmir işlərinin aparılması və onlara bilavasitə köməklik göstərilməsi onun gündəlik qayğısıdır. 1990-cı ildə 29 saylı seçki dairəsindən ali qanunverici orqana üzv seçilmişdir. 1995-ci ildə Milli- Sənaye –İqtisadiyyat Komissiyasının üzvü olmuşdur.
Oruc Nəcəfli
Oruc Rövşən oğlu Nəcəfli (6 oktyabr 1989; Yevlax rayonu, Azərbaycan SSR — 17 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Oruc Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda "İnformatika və hesablama texnikası" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Oruc Nəcəfli 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Oruc Orucov
Orucov Oruc Əli oğlu (12 sentyabr 1878, Alpout, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 2 mart 1954, Bərdə, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — mətbuat xadimi, naşir, publisist. Qardaşları Abuzər və Qənbərlə birlikdə o dövrdə Azərbaycanın ən böyük mətbəəsi olan Orucov Qardaşları Mətbəə Nəşriyyatını qurub. "Nicat" Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü, Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinin mühərrirlər heyətinin üzvü olub. Aprel işğalından sonra təqiblərə məruz qalıb. 1930-cu illərdə sürgün olunub. Oruc Orucov 1878-ci il sentyabrın 12-də Bərdənin Alpout kəndində anadan olub. İlk təhsilini kənd mollaxanasında almış, daha sonra isə Yelizavetpol Mixail sənət məktəbini bitirib. 1896-cı ildə Bakıya köçərək, ticarətlə məşğul olmağa başlayıb. 1905-ci ildə qardaşları Qənbər və Abuzərlə birlikdə "Orucov qardaşları" nəşriyyatını yaradaraq naşirlik fəaliyyətinə başlamışdır. Nəşriyyatın müasir avadanlıqla təchiz olunmuş mətbəəsi, kitab və yazı ləvazimatı satılan mağazası olub.
Oruc Qasımov
Oruc Afiq oğlu Qasımov (26 oktyabr 1996, Qazax rayonu – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Oruc Qasımov 1996-cı il oktyabrın 26-da Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 2003–2014-cü illərdə İ. Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Oruc Qasımov 2014–2016-cı illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Qasımov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Oruc Qurbanov
Qurbanov Oruc İzzət oğlu (24 iyul 1949, Bakı – 23 dekabr 2022) — Azərbaycan teatr rejissor, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru (2017–2022). Oruc Qurbanov 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Atası Qurbanov İzzət Nüsrət oğlu 1954-cü ildə "Paris kommunası" zavodunda iş vaxtı faciəvi surətdə həlak olub. İzzətoğlu orta təhsilini 8 saylı internat məktəbində alıb. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" ixtisası üzrə təhsil alıb, 1979–80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Qırx ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub.
Oruc Soltanov
Oruc Fərhad oğlu Soltanov (1 yanvar 1999; Kürdəmir rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Oruc Soltanov 1999-cu il yanvarın 1-də Kürdəmir rayonunun Sovla kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Soltanov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Səda
Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir. Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir.
Oruc Vəliyev
Oruc Ramiz oğlu Vəliyev (13 iyul 1994, Gəncə – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Oruc Vəliyev 1994-cü il iyulun 13-də Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Vəliyev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı. Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Ailəlidir. Üç övladı var.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (5 noyabr 1938, Dövlətyarlı, Qaryagin rayonu – 23 fevral 2015, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Zahid Oruc
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Oruc (dəqiqləşdirmə)
Oruc — dinlərdə dinin tələblərinə görə inanların müəyyən vaxt ərzində qidalanmaqdan imtina etmələri, ac-susuz qalmaları. Oruc həmçinin bu mənalara gələ bilər: Oruc (Culfa) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Oruc kəndi (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Oruc Məhəmmədkəndi (Puldəşt)
Oruc Məhəmmədkəndi (fars. اروج محمدكندي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (119 ailə).
Oruc bəy Bayat
Oruc bəy Sultanəli bəy oğlu Bayat (1560, Səfəvilər – 1604, İspaniya) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, diplomat. 1599–1602-ci illərdə ispan kralı sarayında Səfəvi səfiri olmuşdur. Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578–1587) və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olub. Xudabəndənin hakimiyyəti illərində az qala bütün Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir. 1585-ci ildəki belə döyüşlərdən birində atası Sultanəli bəy Bayat həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə Mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak edir. Səfəvi taxtına I Şah Abbasın (1587–1629) əyləşməsindən sonra Oruc bəy onun bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.
Oruc kəndi (Çaldıran)
Oruc kəndi (fars. اروج كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 296 nəfər yaşayır (60 ailə).
On doqquz günlük oruc
On doqquz günlük oruc (ing. Nineteen-Day Fast)- Bəhai dinin ardıcılları tərəfindən hər il 2 mart və 21 mart tarixləri aralığında gerçəkləşdirilən orucluq dövrü. Bəhai orucu, Bəhai təqviminin sonuncu ayına işarə edir və orucluq bitməklə təqvmin ili də, bitmiş olur. Dinin müqəddəs sayılan yazılarında qeyd olunub ki, oruc tutan şəxs günəş çıxandan günəş batanadәk on doqquz gün әrzindә özünü hәr cür yemәkdәn vә içmәkdәn saxlamalıdır. Orucluq mart ayında gecә ilә gündüzün bәrabәrlәşdiyi eyni bir vaxtda – yәni Şimal yarımkürəsindә bahar vә Cənub yarımkürəsindә isә qış olduğu zaman qurtarır. Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddәtli isti günlәrinә vә ya qışın sәrt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründә yer kürәsinin insan yaşayan bütün mәntәqәlәrinin hәr yerindә günün çıxması vә batması vaxtı tәxminәn sәhәr saat 6-dan axşam saat 6-ya qәdәrdir.
Elman Orucov
Elman İzzət oğlu Orucov (24 avqust 1959) - Azərbaycan Silahlı Qüvvələrinin General Mayoru, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 1980-ci ildə Sverdlovsk ali hərbi-siyasi tank və artilleriya məktəbini və 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun hər ikisini qırmızı diplomla bitirib. 1992-ci ildən Azərbaycan Milli Orudusunda müxtəlif hərbi-siyasi və komandir vəzifələrində xidmət edib. Xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "За боевые заслуги", "Hərbi xidmətdə fərqlənməyə görə", o cümlədən, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və digər dövlət mükafatları ilə təltif olunub. Qarabağ müharibəsində fəal iştirak edib və yaralanıb. Ailəlidir, 5 övladı var.
Elmir Orucov
Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Orucov
Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991; Qazax rayonu, Azərbaycan- 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. Elvin Orucov 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Elvin Orucov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elşən Orucov
Elşən Eldar oğlu Orucov (14 yanvar 1985, Bakı) — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır. Aktyorun "Fəlidən Doğru Xəbər" adlanan verilişi, günümüzə qədər Xəzər TV kanalında yayımlanır. Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır. "Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. O, bu obrazın öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib. 2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olundu. 2018-ci ildə "Tayson" filminə dəvət aldı və həmin filmdə ciddi obrazı canlandırdı. 2019-cu ildə "Fəlidən doğru xəbər (veriliş)" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başladı, sonradan "Fəlidən doğru xəbər (veriliş)"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başladı.
Elşən Orucov (aktyor)
Elşən Orucov (mayor)
Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991–2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001–2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008–2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.
Elşən Orucov (əsgər)
Elşən Ehtiram oğlu Orucov (6 avqust 1991, Musaköy, Qazax rayonu – 5 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub. Elşən Orucov 1997-2008-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. Elşən Orucov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
Faiq Orucəliyev
Faiq Hacı Murad oğlu Orucəliyev (1934, Bakı – 1997, Bakı) — texnika elmləri doktoru (1981), professor, AMEA-nın müxbir üzvü (1989). Faiq Orucəliyev 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Neft yataqlarının istismarı ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib. Faiq Orucəliyev 1963-cü ilə qədər "26 Bakı komissarı adına" Neft Qazçıxarma İdarəsində neft hasilatı üzrə operator, Elmi Tədqiqat İstehsalat İşləri Sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963–1997-ci illərdə Azərbaycan EA-nın Dərin Neft Qaz Yataqları Problemi İnstitutunda mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub. Faiq Orucəliyev 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə edib. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Faiq Orucəliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi. Alim 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir.
Hidayət Orucov
Hidayət Xuduş oğlu Orucov (5 sentyabr 1944, Maralzəmi, Meğri rayonu) — Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984). Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Ermənistan SSR Meğri rayonunun Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir. 1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləmişdir.
Həmzəağa Orucov
Orucov Həmzəağa Davudoğlu (1 fevral 1949, Şamaxı) — fizika-riyaziyyat elmləri doktoru, professor. Həmzəağa Orucov 1949-cu il fevralın 1-də Şamaxıda anadan olub. 1966-cı ildə orta məktəbi bitirib.1967–1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasında təhsil almıb.1972–1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun aspirantı çalışmışdır. 1975–1978-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.1976-cı ildə "Yüksək tərtib operator diferensial ifadələrin öz-özünə qoşma genişlənmələrinin tədqiqi" sahəsi üzrə Fizika-riyaziyyat elmləri namizədi olmuşdur.1986–1995 Bakı Dövlət Universitetində dosent işləyib.1995-ci ildə "Diferensial operator tənliklər üçün sərhəd məsələləri" sahəsi üzrə Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.1995-ci ildən Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır. Həmzəağa Orucovun əsas tədqiqat sahəsi diferensial tənliklər sahəsi ilə əlaqədardır. 60-dan çox elmi məqalənin və 4 dərs vəsaitinin müəllifidir. Yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əməyi var. 31 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Seçilmiş əsərlər 1. Poliharmonik Tənlik üçün Yarımoxda Dırixle Məsələsinin Təqribi həlli.
Kinyaz Orucov
Kinyaz Zirəddin oğlu Orucov (10 may 2000; Gəncə, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mikayıl Orucov
Mirzəcan Orucov
Mirzəcan Araz oğlu Orucov (14 sentyabr 2001; Şamaxı, Azərbaycan — 7 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mirzəcan Orucov 2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub. Subay idi. Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Mübariz Orucov
Mübariz Orucov (tam adı Orucov Mübariz Mənsur oğlu; 27 aprel 1974, Sumqayıt) — Azərbaycanlı sabiq futbolçu. müdafiəçi mövqeyində çıxış etmişdir. Mübariz Orucov 27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. Mübariz Orucov dövrünün ən istedadlı müdafiəçilərindən biri olmuşdur. O, peşəkar futbola 1991-ci ildə Sumqayıt "Xəzər"ində başlamışdır. 1997-ci ildə Masallının "Viləş" klubuna keçib; bu komanda ilə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan Mübariz, 1999–2001-ci illər ərzində "Şəmkir"lə ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001–2006-cı illər ərzində "Qarabağ"ın şərəfini qorumuş və Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatının bürünc medalını da qazanıb. Onun futbolçu kimi sonuncu komandası isə Premyer Liqanın 2006/2008 mövsümündə oynadığı "Karvan" olub. Mübariz Orucov Azərbaycan çempionatlarında ən çox forma geyinən 8-ci futbolçudur.
Mühid Orucov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Mühüd Orucov
Mühüd Qurban oğlu Orucov (d. 13 iyul 1984; Qazax, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər,Talış,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitan).Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb. 2006–2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib.
Müşfiq Orucov
Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Aprel döyüşləri şəhidi. Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb. Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Müşfiq Orucov (Leytenant)
Müşviq Arif oğlu Orucov
Müşviq Orucov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Məlik Orucov
Məlik Həsən oğlu Orucov - tarix elmləri doktoru, professor Məlik Orucov 1905-ci ildə anadan olmuşdur. O, 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmış, 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir Məlik Orucov 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. Məlik Orucov 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Məlik Orucov 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. Məlik Orucov 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.
Məmməd Orucov
Məmməd Orucov (dövlət xadimi)
Məmməd Orucov (dövlət xadimi)
Məmməd Behbud oğlu Orucov (20 dekabr 1907, Sərdarlı, Qaryagin qəzası – 18 sentyabr 1961, Bakı) — Azərbaycan Kommunist Partiyası Quba Rayon, Ağdam Rayon və Jdanov Rayon komitələrinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı Orucov Məmməd Behbud oğlu 20 dekabr 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. 1935-ci ildə APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək Jdanov (indiki Beyləqan) RPK-nın birinci katibi seçilmişdi. 1947-ci ildə Jdanov rayonunda pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1948-ci il fevralın 7-8-də Ağdam rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov Ağdam rayonunun birinci katibi seçilir. Ağdamdan sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı. 1951-ci ilin noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M.Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir. 1943-1961-ci illərdə Azərbaycan KP Jdanov, Ağdam, Quba RK-nın birinci katibi, Azərbaycan KP MK k.t.
Məmməd Orucov (qoboyçalan)
Məmməd Məmməd oğlu Orucov (rus. Оруджев Мамед Мамедович; 20 may 1920, Bakı – 9 iyul 1994, Moskva) — SSRİ, Rusiya və Azərbaycan qoboyçalanı və musiqi pedaqoqu, professor (1981). Rusiya Federasiyasının əməkdar incəsənət xadimi (1993), RSFSR əməkdar artisti (1976) Azərbaycan SSR əməkdar artisti (1958). Məmməd Orucov 20 may 1920-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Musiqi təhsilini Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun rəhbərliyi altında tar ifaçısı kimi başlayıb. Daha sonra xüsusi fortepiano sinfinə "xüsusi istedadlı uşaqlar qrupu"na keçirilib. 1938–1940-cı illərdə Bakı konservatoriyasında V. A. Knyazkovun sinfində qoboy ifaçılığı üzrə təhsil alıb. Təhsil aldığı müddətdə ilk adlı təqaüdçülər arasında olub. 1940-cı ilin oktyabrında sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1946-cı ilin iyul ayında hərbi xidmətini başa vurub.

Digər lüğətlərdə