OĞLAN-QIZ

“Hermofrodit” deməkdir. Türkmənlərdə qıztəkə (dişi-erkək) işlədilir. Deməli, qız (dişi) və qısraq sözləri qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OĞLAN
OĞRAŞ
OBASTAN VİKİ
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. == Oğlan və kişilik == Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər təşkil edirlər. Müasir icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Qız, oğlan və şir (film, 1974)
== Məzmun == Filmdə Kinq adlı şirin insanlarla dostluğundan danışılır. Şir uşaq çarpayısında yatır, uşaqlarla birgə bir masa arxasında nahar edir, sonra onlar səyahətə çıxırlar, hətta "ov" oyununu oynayırlar. Xəstə şirə iynə vurulması filmin maraqlı epizodlarından biridir. Filmin finalında biz Kinqi rejissor Eldar Ryazanovun məşhur kinokomediyasında görürük. == Film haqqında == Filmdə Berberovlar ailəsi çəkilmişdir. Burada "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinofilmindən Kinq adlı şirlə bağlı fraqmentdən istifadə olunmuşdur.
Varlı qız, kasıb oğlan (teleserial, 2012)
Varlı qız, kasıb oğlan — türk komediya-romantik filmdir.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs. Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qızıl oğlan
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Türkanalı oğlan
Türkanalı oğlan, Türkana uşağı və ya Nariokotome uşağı KNM-WT 15000 etiketli Erkən Pleystosen dövründə, təxminən 1.8 milyon il əvvəl yaşayan 11-13 yaşlarında bir uşağın fosilləridir. Skelet 1984-cü ildə Keniyanın Nariokotome şəhərindəki Turkana gölü yaxınlığında Richard Leakeyin rəhbərlik etdiyi qrupun üzvü Kamoya Kimeu tərəfindən aşkar edilmişdir. == Yeniyetməlik və yetkinlik yaşı == Turkana uşağı Homo erectus və ya Homo ergaster növlərinə aiddir. Pelvisin forması onun bir oğlan uşağı olduğunu göstərir. Antropoloqlar Tim White və Richard Leakey, mövcud dişlərin çənədəki çıxış vəziyyəti və Epifizeyin kəllə ilə birləşməməsinə əsaslanaraq uşağın təxminən 12 yaşında olduğunu söyləyirlər. == Morfologiya == Skeletin boyu təxminən 1,60 m-dir, ancaq yetkin olsaydı, 68 kq çəkidə və 1,85 m boyunda ola bilərdi. Skelet 108 sümükdən ibarətdir. Kəllə beyin tutumu təxminən 880 sm³ təşkil edir, ancaq yetkin olsaydı təxminən 910 sm³ ola bilərdi ki, bu da kəllə beyin tutumu 1350 sm³ olan müasir insanların kəllə ölçüsü aralığında olduğunu göstərir.
Şahzadə (oğlan)
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Şahzadə oğlan
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Oğlan evi
== Məzmun == Film komediya janrındadır. Filmdə baş verən hadisələr 3 nəfər şəxsə aldadılaraq bir evin satılmasından bəhs edilir. Filmin qəhrəmanları onları aldadadaraq pullarını mənimsəyən şəxsi tapıb, onlardan pulu necə geri alacağına çarə axtarırlar. “Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər... == Film haqqında == Film öz illərinin aktual mövzusu olan, aldadılaraq bir neçə şəxsə evin satılmasından söhbət açır.
Gözəl oğlan
Gözəl oğlan (ing. Beautiful Boy) — Feliks Van Qruninqenin 2018-ci ildə ekranlara çıxan bioqrafik-dram filmi. == Süjet == "The New York Times" qəzetinin jurnalisti olan ata, narkomaniya ilə mübarizə aparan yeniyetmə oğluna yardım etməyə çalışır.
Chotky Oğlan
Oğlan mədəniyyəti
Oğlan mədəniyyəti (ing. Boy Culture) Amerika istehsalı olan bu film 2006-cı ildə nümayiş olunub. Film yazıçı Metyu Retenmundun eyni adlı əsəri əsasında hazırlanıb. Filmin premyerası 1 aprel 2006-cı ildə Böyük Britaniyada "London Lezbian və Qey Film Festifalında keçirilib, 26 apreldə isə Birləşmiş Ştatlarda "Tribeka Film Festifalında gösrərilib. Film Fransada 31 yanvar 2007-ci ildə, ABŞ-də 23 mart 2007-ci ildə və İspaniyada isə 8 iyun 2007-ci ildə nümayiş olunub. Filmin DVD buraxılışı isə 14 avqust 2007-ci ildə satışa çıxarılıb. == Məzmun == Film homoseksual oğlanlara müşahidəçilik edən çılğın bir gənc haqqındadır. Özüdə homoseksual olan bu oğlanın iki otaq yoldaşı və yaşlı bir müştərisi ilə olan intim münasıbətlərindən eləcədə, fərqli mədəniyyətlərdən və fərqli irqlərdən olan insanların yaşadığı problemlərdən bəhs edilir və bütün bunlarında hamısı məhz oğlanların ətrafında cərəyan edir. == Rollarda == == Film festivalları == Oğlan Mədəniyyəti filminin göstərilmiş olduğu festivallar. London Lezbian və Qey Film Festifalı — 1 aprel 2006 Tribeka Film Festivalı — 26 aprel 2006 Atlantika Film Festivalı — 15 sentyabr 2006 Verzaubert Queer Film Festivalı — 14 noyabr 2006 Paris Gay and Lesbian Film Festivalı — 19 noyabr 2006 Cleveland Beynəlxalq Film Festivalı — 16 mart 2007 Philly Film Festivalı — 6 aprel 2007 Mostra Internacional de Cinema Gay i Lèsbic de Barcelona — 7 iyun 2007 == Mükafatlar == == Film musiqisi == == Ev üçün buraxılış == Oğlan Mədəniyyəti filminin DVD diski 14 avqust 2007-ci ildə TLA Video tərəfindən satışa çıxarıldı.
Lolipop Qız
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda bir çox insanın maraqla axtardığı Lolayı hələ də heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələ də sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələ də kəşf edilməyi gözləyir.
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Qız-qov
Qız-qu
Qız (bürc)
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız (dəqiqləşdirmə)
Qız
Qız Qala
Qız Qala (Qoşaçay)
Qız Qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Qız monastırı
Qız monastırı - Şuşa şəhəri ərazisində yerləşən, XVIII-XIX əsrlərə aid tarixi monastır kompleksi. == Həmçinin bax == Yaşıl kilsə Alban Həvari kilsəsi Qazançı kilsəsi == İstinadlar == == Xarici keçidlər == "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 6 may 2022.

Значение слова в других словарях