PAMFLET

İbtidai insanlar ağac qabığından üzərində yazı yazmaq üçün istifadə edirdilər. Bu qabıq parçaları elə də böyük deyildi, amma onları ard-arda yapışdıranda istənilən ölçüdə uzun zolaq əmələ gəlirdi. Hər bir parçanın üzərində yazdıqdan sonra onu bürmələmək olardı. Belə bir bürməni (cildi) kitab da adlandırırdılar. Bu cür bürmələnmiş kitabı açıb sonradan yenidən  dolamaq çox yorucu idi.

Xristianlığın ilk çağlarında kimsə kitab səhifələrinin vərəqlənməsinin asan yolunu tapdı. Səhifələri ard-arda yapışdırmaq əvəzinə, onları üst-üstə yığıb bu halda bir-birinə yapışdırmağa və ya tikməyə başladılar.

Təxminən XII əsrdə olduqca kiçik bir şeir balaca kitab şəklində işıq üzü gördü. Onun adı “Pamfilus”, yəni “hamı tərəfindən sevilən” idi. Pamfilus poemanın qəhrəmanı olan qadının adı idi.

Bu kitab kiçikhəcmliliyi, oxunaqlılığı və məzmununa görə, həqiqətən, əldən-ələ gəzən və çox satılan bir bestsellerə çevrildi.

Kitab elə şöhrət qazandı ki, o vaxtdan üz qabığı, adətən, kağızdan olan və cəmi bir neçə səhifədən ibarət istənilən kiçik kitabçanı pamfilius adlandırmağa başladılar. Fransızlar kitabın kiçikliyinə eyham vuraraq bu sözə “et” kiçiltmə şəkilçisini əlavə etdilər və beləliklə, “pamflet” (həcv) sözü yaranmış oldu. (Ayzek Azimov. Sözlərin tarixi)

 

PAMAZI
PAMPA
OBASTAN VİKİ
Pamflet
Pamflet (ing. pamphlet) — həcmcə böyük olmayan, konkret, əsasən, sosial-siyasi ifşa xarakterli publisistik əsər. Pamflet termini qədim yunan-latın sözü olub "pan" və ya "pam" sözündən olub, "vsyo" yəni "phleqo" - "yandırıram", "alovlandırıram" sözündən götürülmüşdür. Pamfletdə yaramaz ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyanın, qrupun, müəssisənin cinayətkar fəaliyyəti və s. kəskin satira atəşinə tutulur. Pamfletə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi renessans dövründə formalaşmışdır (Rotterdamlı Erazm, U. fon Hutten, Fransua Rable və başqaları). Karl Marks, Vladimir İliç Lenin siyasi pamfletin klassik nümunələrini yaratmışlar. Maksim Qorkinin, Vladimir Mayakovskinin, İlya Erenburqun faşizm və imperalizmi ifşa edən pamfletləri məşhurdur. Satirik publisistikanın bu janrı ən az öyrənilmiş olsa da, bu sahədə ilk tədqiqatlar 1920-1930 illərdə meydana çıxmışdır. Pamflet hadisələri satirik təsvir üsulları və obrazlı təsvir vasitələrinin köməyi ilə əks etdirilir.

Значение слова в других словарях