PARABÜZƏN

Farscadır, bizdə uçağan, xanımböcəyi, uç-uç və s. işlədilir. Üzərində xalları olan və uçan böcək növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PARABİOSFER
PARALEL
OBASTAN VİKİ
Parabüzən
Parabüzən (lat. Coccinella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin parabüzənlər fəsiləsinə aid heyvan cinsi. Parabüzən qara 6 ayağa və başa sahibdir. Rəngi qırmızıdan sarımtıl rəngdə qədər müxtəlif rənglərdə ola bilir. Bəzi tropik ərazilərdə mavi, yaxud yaşıl rəngli parabüzənlərə də rast gəlmək olar. Növündən asılı olaraq çoxlu xallara sahibdir. Parabüzənlər yarpaq bitləri kimi bir çox zərərverici cücülər ilə qidalandığı üçün yararlı hesab olunurlar və əkinçilikdə zərərli cücülərə qarşı təbii bioloji silah kimi istifadə olunurlar. Bu üsul ekoloji cəhətdən təmiz və ucuzdur. Bununla belə, bəzi növləri otlarla qidalandığı üçün saylarının çoxalması əkinçiliyə zərər vura bilər.
Haşiyəli parabüzən
Haşiyəli parabüzən (lat. Coccinula sinuatomarginata Fabr.) — Mənənələrlə qidalanır. == Biologiyası == Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır. == Yayılması == Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.
Nöqtəli parabüzən
Nöqtəli parabüzən lat. Stethorus punctillum WS.-Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Sarımtıl başında iri mürəkkəb qara gözləri aydın nəzərə çarpır. Ağız hissəsi sarımtıldır. Buğumlu həssas bığcıqları aydın görünür. Forması uzunsovdur. Kiçikdirlər, 1-1,5 mm-dir, yabanı bitkilərdə və bütünlükdə aqrosenozlarda yayılıb. Əsasən aran zonada isti günlərdə daha çox və kütləvi olaraq müşahidə olunur. İldə iki nəsil verir.
Yeddinöqtəli parabüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir.
Parabüzən (film)
Parəbüzən (ing. Lady Bird) — Qreta Qerviqin rejissorluğu ilə 2017-ci ildə çəkilmiş film. Film onun rejissorluqda ilk işidir. Film 2002-ci ildə Kaliforniyanın Sakramento şəhərində yaşayan 17 yaşlı Kristinin həyatından bəhs edir. Saoirse Ronan — Christine "Lady Bird" McPherson Laurie Metcalf — Marion McPherson Tracy Letts — Larry McPherson Lucas Hedges as Daniel "Danny" O'Neill Timothée Chalamet — Kyle Scheible Beanie Feldstein — Julianne "Julie" Steffans Lois Smith — Sister Sarah Joan Stephen McKinley Henderson — Father Leviatch Odeya Raş — Jenna Walton Jordan Rodrigues — Miguel McPherson Marielle Scott — Shelly Yuhan Jake McDorman — Mr. Bruno John Karna — Greg Anrue Bayne Gibby — Casey Kelly Laura Marano — Diana Greenway Andy Buckley — Matt Kathryn Newton — Darlene Bell Parabüzən — Internet Movie Database saytında.
14-ləkəli parabüzən
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
7 nöqtəli parabüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar == Biologiyası == Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir.
Möcüzəli: Parabüzən və Qara Pişiyin Macəraları
Möcüzəli: Parabüzən və Qara Pişiyin macəraları cizgi serialının epizodlarının siyahısı
Epizodların siyahısı: "Möcüzəli: Parabüzən və Qara Pişiyin macəraları" cizgi serialı üçün
10 nöqtəli adalia parabüzəni
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parabüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
11-nöqtəli semiadalia parabüzəni
11-nöqtəli semiadalia parabüzəni (lat. Semiadalia undecimnotata Schneid.) — Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. == Biologiyası == Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. Zərərverici cücüləri: mənənələri, yastıcaları, tripsləri fitonomusları məhv edir, yüksək səsvermə qabiliyyətinə malikdir. == Çoxalması == Aprel ayının əvvəlindən tədricən qış sığınacağından qayıtmağa hazırlaşan semadeliya böcəyinin bir hissəsi elə həmin sığınacaqda cütləşməyə başlayır. Qış sığınacaqlarından toplanan fərdləri laboratoriya şəraitində yardıqda, onların cinsiyyət üzvlərinin ətrafında kifayət qədər ehtiyat maddə toplandığını müşahidə etmək olar. Məhz buna görədir ki, onlar hələ qış sığınacağında olarkən mayalanırlar. Sürfələri üçün qida olmadıqda yumurtaqoyma prosesi də başlamır.
13 nöqtəli hippodamia parabüzəni
13 nöqtəli hippodamia parabüzəni (lat. Hippodamia 13-punctata L.) — Qanadüstlüyü narıncı rəngdədir. == Biologiyası == Qanadüstlüyü narıncı rəngdədir. Bir ədəd qara nöqtə boyun hissədə, 5-6 ədəd isə qanadlarında harmonik və simmetrik düzülüb, başı sarı, böyüklüyü 5–7 mm-dir. Azərbaycanın bütün təbii zonaları üçün xarakterikdir. Lakin fərdlərin say dinamikasına görə Şirvan zonasında və Naxçıvan ərazisində nisbətən çoxluq təşkil edir. Ən çox rütubətli biosenozlara meyilli olurlar, taxıllar fəsiləsinə aid olan bitkilər üzərində qidalanır. İşıqsevər böcəkdir, gecələr tək-tək işığa doğru uçurlar. Havalar isindikcə yay aylarında bataqlıq qamış və qarğı üzəridə diapauza mərhələsi keçirmədən qidalanır və fasiləsiz olaraq çoxalırlar. Yumurtadan sürfə çıxımı çox olur (70-80%).
14-nöqtəli propuleya parabüzəni
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
22-Ləkəli tea parabüzəni
22-Ləkəli tea parabüzəni (lat. Thea 22-punctata L. ) — Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. == Biologiyası == Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. Göbələklərdən də imtina etmirlər. Azərbaycan şəraitində il ərzində iki bütöv nəsil verir. İlk yumurtaqoyma aprel ayının sonunda başlayır və may ayının ikinci yarısında başa çatır. İyununn sonunda yumurtaların, sürfələrin və böcəklərin say dinamikası daha yüksək olur. Bir qayda olaraq yumurtalarını aşağı yaruslara qoyurlar. Qışı qidalandıqları sahələrdə xəzəlin və çöplərin altında keçirilər. Nadir hallarda ağacların koğuşunda və qabıq altında qışlayırlar.
Bağ parabüzəni
Bağ parabüzəni (lat. Pullus subvillosus Goeze.) – formasına görə adi parabüzənlərdən fərqlənməyən parabüzən növü. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. == Biologiyası == Formasına görə adi parabüzənlərdən fərqlənmir. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. Qanadüstlüyünün başa yaxın hissədən başlayan enli haşiyə yarıdan sonra kəskin nazikləşir və sonra "nida" işarəsinə bənzər forma demək olar ki, qanadların üstü ilə simmetrik olaraq bədənin sonuna qədər uzanır, kiçikdirlər, 2 mm-dir. Hər topada 3–7 yumurta qoyurlar. Sürfələri çox acgözdür və cəlddir. Təbii düşmənləri çox olduqda gizlənirlər. Bunlarda qida çatışmayanda hannibalizmi müşahidə olunur.
Heyva parabüzəni
Heyva parabüzəni (lat. Epilachna chrysomelima Fabr.) — Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır == Biologiyası == Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır, böcəklər adətən may ayının ikinci yarısından başlayaraq oktyabr ayının sonuna qədər aktiv fəaliyyətdə olur. Uzunluğu 3-4 mm, üzərində sarı fonda 22-24 qara ləkələri var. İl ərzində iki nəsil verir. Kütləvi surətdə iyulun ortalarından sentyabr ayının sonuna qədər müşahidə olunur, sonra tədricən say dinamikası aşağı düşür. Yağıntıların başlaması ilə əlaqədar olaraq, tədricən qış sığınacaqlarına çəkilirlər. Qışlama dövrünü də qidalandıqları sahələrdə quru ot və xəzəllərin altında, bəzən də, bükülmüş xəzəllərin içərisində keçirirlər. Ümumiyyətlə, rütubətli sahələrə meyillidirlər.
Palıd parabüzəni
Palıd parabüzəni lat. Pullus auritus Thumb.-Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Oval formada olub, azca yastılaşmışdır. Qara rəngli olmaqla, nöqtəlidir, ağ tükcüklərlə örtülüb. Köndələn, enliləşmişdir, sarıdır, qabaq hissə sıx tüklərlə örtülüb və önə meyillidirlər. Bığcığı sarıdır və 10 buğumdan ibarət olub, toppuzvaridir. Qidalandıqları yerlərdə ağacların qabığı və xəzəllərin altında qışlayırlar. Qərbi Avropada və Şərqi Asiyada, Qafqazda yayılıb. Azərbaycanda azsaylıdır, yalnız parklarda – Abşeronda (Biləcəri parkında) və Naxçıvan ərazisində yabanı kollar üzərində müşahidə olunub.
Parabüzənlər
Parabüzənlər (lat. Coccinellidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Bu fəsiləyə aid qırmızı bərk qalxanvari qanadları üzərində 7 ədəd qara xalları olan yeddinöqtəli parəbüzən (Coccinella septempunctata) növü faydalıdır. Bədənin uzunluğu 4–7 mm, girdə və üstü qabarıq (sferik) formalıdır. Dünyanın hər yerində müxtəlif növləri yayılmışdır. Azərbaycanda 60-dan çox növü vardır. Böcəklər əsasən bitkilərdəki zərərverici həşəratlardan mənənə, yastıca və onların sürfələri ilə qidalanır. Kənd təsərrüfatı bitkilərinə zərərverənlərə qarşı bioloji mübarizə məqsədilə insanlara xeyir verən böcəkdir. Parəbüzənləri kimyəvi mübarizə üsullarından qorumaqla onların çoxalmasına səbəb yaradılmalıdır.
Yonca parabüzəni
Yonca parabüzəni (lat. Subcoccinella 24-punctata)-Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Əsasən yonca. Kartof, bostan-tərəvəz bitkilərinin yarpaqlarının və zoğlarının zərərvericisidir. Ən çox sayda may ayının sonunda görsənirlər. Forması yarımkürə şəklindədir, sarı-qırmızımtıl rəngdə olub, üzəri qısa, sərt tüklə örtülüb. Ağızda, bığcığında, buğumlar aydın görünür. Gözləri qara, fasetli və aydın görünəndir. Yuxarı köndələn çənəsində qərni dişciklər aydın görünür.
Çəmən parabüzəni
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ. Qara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. Zonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar.
İki nöqtəli adalia parabüzəni
İki nöqtəli adalia parabüzəni (lat. Adalia bipunctata L.)-Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. İki mürəkkəb gözləri aydın bilinir. Ağız hissə tünd sarıdır, dodaq uzanıb və parlaqdır, tüksüzdür. Ayaqları tünd qaradır, caynaqları enlililəşmiş və qərni dişciklərə malikdir ki, bu ağaclarda yayılan böcəklərin əsas əlamətləridir. Çünki, caynaqlar ağaclarda şaquli vəziyyətdə durmaq rolunu oynayır. Qanadüstlükləri əsasən sarıdır, lakin dəyişkəndir. Hər qanadüstlüyündə, tən ortada iki qara nöqtəsi var. Qidalandıqları ağaclarda alt yaruslarda olan yarpaqların alt tərəfinə, mənənə koloniyalarının arasına 300-ə yaxın yumurta qoyurlar.
Şam ağacı parabüzəni
Şam ağacı parabüzəni (lat. Harmonia quadripunctata Pont.)-Əsasən qoz və qovaq ağaclarında mənənələrlə qidalanırlar və qışlama mərhələlərində burada, ağacların günəşə tərəf olan qabığın altında keçirirlər. Əsasən qoz və qovaq ağaclarında mənənələrlə qidalanırlar və qışlama mərhələlərində burada, ağacların günəşə tərəf olan qabığın altında keçirirlər. Qanadüstlüyünün rəngi tünd sarıdır, hər qanadında 8 ədəd müxtəlif böyüklükdə qara nöqtələri var, lakin bəzi populyasiyalarında nöqtələr birləşərək onların sayı 4-ə qədər azalır. Böyüklüyü 5–6 mm-dir. Avropanın, Asiyanın, Qafqazın meşəlik və meyvə bağlarında bir çox hallarda qovaq və şam ağaclarında rast gəlinir. Azərbaycanın Gəncə-Qazax, Şəki-Zaqatala zonalarında və Naxçıvan ərazisində daha çox yayılıb. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları.

Digər lüğətlərdə