Farscadır. Onu hazırlamaq üçün mayadan (quzunun və ya buzovun qursağı, bal, buğda, yumurta qarışdırılır, içində qaynamış su olan küpəyə salınır və bir həftə ocağın yanında saxlanılır) istifadə olunur. İlıdılmış südə maya qatırlar, 2 saatdan sonra dələmə alınır. Dələməni torbaya qoyub, daş altında süzməklə pendir alırlar. Qədimdə türk dillərində pendirə qurud, şora isə ağrımşıq deyiblər. Sonra pendir üstünlük təşkil edib və qurud sözü mənasını dəyişməyə məcbur olub. Şor və ruslardakı сыр eyni sözdən törəyib, hər ikisi “duz” anlamı ilə bağlıdır, fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)