Şərq peripatetizmi
Şərq peripatetizmi — İslam mədəni bölgəsində "məşşailik" adı ilə məşhurdur.
Antik Yunan Roma fəlsəfəsinin islam dünyasına tərcümə edilərək yayılmasından sonra Şərq dünyasında doğan fəlsəfə məktəbinin adıdır. Şərqin ən böyük dahi filosofları məhz bu fəlsəfə məktəbinə məxsusdur. Onlardan Fərabi, İbn Sina, İbn Rüşd, İbn Misqəveyh Fəxrəddin Razi və s.-lərinin adlarını şəkmək mümkündür. Bəhmənyar adı ilə tanınan Azərbaycanlı məşhur filosof Əbülhəsən Mərzuban Bəhmənyar Azərbaycani İbn Sinanın şagirdi olmuş və Şərq peripatetizmini davam və inkişaf etdirmişdir.
Cərəyan antik dünyanın filosofu, böyük zəka sahibi, elmlərin ilk təsnifatının müəllifi yunanlı Aristotelin Afrikada təşkil etdiyi fəlsəfi məktəbin adından götürülmüşdür. Bu termin Aristotelin təlim — tədris metodikası ilə bilavasitə bağlı olub, fərqli bir tədris üsulunu özündə əks etdirir. Belə ki, Aristotel öz tələbələrinə dərs keçərkən piyada gəzintiyə geniş yer verərmiş. Piyada gəzinti zamanı tələbələrinə dərs keçən filosofun tədris üsulu yunan dilində "peripatetikos" adlanırdı. Sonradan filosofun tələbələri və onun fəlsəfi irsini davam etdirən filosoflar bu nəzəri sistemi mənimsəyib daha da inkişaf etdirərək peripatetizm fəlsəfi məktəbini formalaşdırmış oldular.