poetik-linqvistik
poetikləşdirmə
OBASTAN VİKİ
Poetika
Poetika — ədəbiyyat daxilində, xüsusilə, poeziyada quruluş, forma və diskurs nəzəriyyəsidir. == Tarixi == Poetika termini qədim yunan dilində "ποιητικός poietikos" sözündən götürülmüşdür və "poeziyaya aid" deməkdir. Qərb dünyasında poetikanın inkişafı və təkamülündə poetik kompozisiya ilə bağlı üç bədii cərəyan var idi: formalist obyektivist AristotelçiAristotelin “Poetika” əsəri ədəbiyyat nəzəriyyəsinə diqqət yetirən ilk risalədir. Əsər uzun müddət Qərb dünyasına itdi. O, Orta əsrlərdə və erkən İntibah dövründə yalnız Averroes (İbn Rüşd) tərəfindən yazılmış və 1256-cı ildə Hermannus Alemannus tərəfindən tərcümə edilmiş ərəb şərhinin latın dilinə tərcüməsi vasitəsilə mümkün olmuşdur. 1278-ci ildə William of Moerbeke tərəfindən edilən dəqiq yunan-latın tərcüməsi faktiki olaraq nəzərə alınmadı. Ərəbcə tərcümə orijinal "Poetika"dan lüğətdə geniş şəkildə ayrıldı və orta əsrlər boyu davam edən Aristotel düşüncəsinin yanlış şərhinə səbəb oldu. Müasir poetika İntibah İtaliyasında inkişaf etmişdir. Qədim ədəbi mətnləri xristianlığın işığında şərh etmək, Dante, Petrarka, Bokaççionun povestlərini dəyərləndirmək və qiymətləndirmək zərurəti ədəbiyyat nəzəriyyəsi ilə bağlı mürəkkəb diskursların inkişafına kömək etdi. İlk növbədə Covanni Bokaççionun “Genealogia Deorum Gentilium” (1360) əsəri sayəsində savadlı elita metaforik və obrazlı troplar haqqında zəngin anlayış əldə etdi.
Poetika (Aristotel)
Poetika (yunan dilində: Περὶ ποιητικῆς) incəsənət haqqında olan baxışlarını bütövlükdə təqdim edən Aristotelin poeziya sənəti haqqında nəzəriyyələrini özündə cəmləşdirən və tarixdəki incəsənət fenomenini tədqiq edən ilk əsər olması ilə bərabər, həm də estetika tarixi baxımından da, çox mühüm bir əsərdir. Estetika anlayışı çərçivəsində; İncəsənətlərin müqayisəsini və faciənin üstünlüyünü vurğuladığı poetika əsərində Aristotel realizmlə yanaşı yaradıcı təxəyyülü də ön plana çıxarmışdır.Aristotel öz ümumi fəlsəfəsində mövcud olanlardan kənarda olan ideyanın mövcudluğunu qəbul etmədiyi kimi, Platonun incəsənət sahəsində irəli sürdüyü transsendent gözəllik “ideyasını” da qəbul etməmişdir. Aristotetə görə gözəllik anlayışı mövcud olduğuna görə gözəl gördüyümüz əşyalar ilə incəsənət əsərləri öz varlıqlarını əldə etmirlər, əksinə, sənət əsərləri mövcud olduğuna görə biz gözəllik anlayışından danışa bilirik.Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir. Aristotel Poetikasına “Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleyta ilə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir” deyərək başlayır.Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur: Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar. Harmoniya və ritm instinkti də insanın ekzistensial (anadangəlmə) xüsusiyyətlərindən biridir. Həyatın hər yerində mövcud olan harmoniya və ritm insan yaradıcılığında və yaradıcılığında olduğuna görə də onun yaratdığı hekayələrində də özünə yer tapır.Aristotelin Poetikadakı fikirləri Bertolt Brextin epik teatr hərəkatı tərəfindən tənqid edilmişdir.
Poetika.izm (jurnal)
Poetika.izm — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. == Jurnalın nəşri == Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 2014-cü ildən nəşr olunur. Jurnal 26 noyabr 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. == Haqqında == "Poetika.izm" jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır. Jurnal müəlliflər qarşısında müasir dünya standartlarına uyğun tələblərlə çıxış edir, çap olunacaq məqalə və tədqiqlərin elmi-nəzəri əhəmiyyətinə, yeniliyinə, aktuallığına xüsusi diqqət yetirir. Jurnalda elmi diskussiyaya, sağlam polemikaya, dialoqa xüsusi diqqət yetirilir, çap olunan məqalələr ədəbiyyat nəzəriyyəsi elminin dərindən, sistemli şəkildə, yüksək nəzəri səviyyədə inkişaf etdirilməsinə təkan verir, müstəqillik dövrü yeni tipli, akademik səviyyədə Azərbaycan ədəbiyyat nəzəriyyəsinin formalaşması prosesində yaxından iştirak edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi "Poetika.İzm" jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır. == Əhəmiyyəti == Jurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir,ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini , ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyəgəəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmaları özündə birləşdirən jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir. == Redaksiya qrupu == Jurnalın redaksiya heyətinə Türkiyə, İtaliya, Latviya,Yaponiyavə və digər ölkələrin alimləri daxildir. === Baş redaktor === İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü === Baş redaktorun müavini === Tahirə Məmməd – professor === Məsul katib === Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru === Redaksiya şurası === Teymur Kərimli – AMEA-nın həqiqi üzvü Bədirxan Əhmədov – professor Rəhilə Qeybullayeva – professor Məmməd Əliyev – professor Şirindil Alışanov – professor Vaqif Yusifli – filologiya elmləri doktoru, dosent Rahid Xəlilov – filologiya elmləri doktoru Salidə Şərifova – filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva – filologiya elmləri doktoru, dosent Elnarə Akimova – filologiya elmləri doktoru, dosent === Məsul redaktor === Ülkər Hüseynova === Beynəlxalq redaksiya heyəti === Ramazan Korkmaz – professor (Türkiyə) Stefani Sini – professor (İtaliya) Maija Burima – professor(Latviya) Takayuki Yakota Murakami – filologiya üzrə fəlsəfə doktoru, dosent (Yaponiya) Mikolay Sokolovski – professor (Polşa) Yadiqa Petrusinska – professor (Polşa) Fatima Festik – professor (Bosniya) == Həmçinin bax == https://literature.az/?lang=aze&page=175 https://science.gov.az/az/news/open/23429 == Mənbə == İsa Həbibbəyli.

Digər lüğətlərdə

вы́гнуть изуве́рски клони́ть оркестра́нт патриарха́льный психиатри́ческий пудрома́нтель альтера́ция какое там! разрисо́вщик стара́тельный чистога́н Argentine athermanous kitchen-tested protandry superflare warrant апокриф взбучка полнейший разлезться сиденье шпаргалка эндокринный