Qarpız (Fələstin simvolu)
Qarpız – fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvol. İsrailin Fələstin torpaqlarını işğalına qarşı mübarizəni simvolizə edir.
Qarpızın Fələstin simvolu kimi istifadə olunmasının tarixi 1967-ci ilə gedib çıxır. Altıgünlük müharibə zamanı İsrail Fələstin torpaqlarını işğal etmiş və Fələstin bayrağını nümayiş etdirməyi qadağan etmişdir. Qadağadan sonra fələstinlilər simvol kimi qarpızdan istifadə etməyə başlamışdırlar. Belə ki, qarpız diliminin rəngləri Fələstin bayrağının rəngləri ilə uyğundur: yaşıl, qırmızı, qara və ağ.
İsrail hökuməti sadəcə Fələstin bayrağını deyil, Fələstin bayrağının rənglərini əks etdirən sənət əsərlərinə də senzura tətbiq etmişdir. Məsələn, 1980-ci ildə fələstinli rəssam İssam Bədrlin Ramallahda baş tutmuş sərgisi bu səbəbdən dayandırılmışdır:
1993-cü ildə imzalanmış Oslo akkordlarından sonra Fələstin bayrağı haqqındakı qadağa götürülmüşdür. Həmin vaxt "The New York Times" nəşri "qarpız dilimi daşıyan fələstinli kişilərin həbs olunması" barədə iddia yayımlamışdır. 2021-ci ildə İsrail məhkəməsinin Şeyx-Cərrahda yaşayan fələstinli ailələrin köçürülməsi barəsində qərardan, eləcə də, 2023-cü ildə başlayan İsrail–HƏMAS müharibəsindən sonra qarpız simvolu daha da populyarlaşmışdır.