qazholder
qazıcı
OBASTAN VİKİ
Qazı
Qazı (ər. "qazi") — hökmdar tərəfindən (əvvəlcə: xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Orta çağ dövlətlərində məhkəmə sistemi qazı deliyən dini hakimlərin əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar. Baxdıqları məsələlərin ayrıntıları: 1. Məzhəb və ruhanilik 2. Evlənmə və boşanma 3. Küsmüş qohumları barışdırmaq 4.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. == Fiziki xassələri == Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. == Alınması == === Sənayedə: === Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O == Kimyəvi xassələri == CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 == Toksikliyi == Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. == Tətbiqi == Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Kömür qazı
== Giriş == Kömür qazı kömürün qızdırılması və ya pirolizi nəticəsində əldə edilən qaz qarışığıdır. Bu qaz tarixi olaraq şəhərlərin işıqlandırılması və istilik təmin etmək üçün istifadə edilirdi. Kömür qazı, hidrogen, metan, karbonmonoksid, karbondioksid və azot kimi müxtəlif qazlardan ibarətdir. Zəhərli olması səbəbindən təhlükəli bir maddədir və onun istifadəsi zamanla təbii qaz və elektrik enerjisi ilə əvəz olunmuşdur. == Tarixçə == === İstifadə tarixi === Kömür qazı ilk dəfə 18-ci əsrin sonlarında Böyük Britaniyada istehsal edilmişdir. William Murdoch, kömür qazını işıqlandırma məqsədi ilə istifadə edən ilk şəxslərdən biri olmuşdur. 19-cu əsrdə kömür qazı Avropada və Şimali Amerikada geniş yayılmışdır. === İstehsal prosesləri === Kömür qazı istehsalı kömürün havasız şəraitdə yüksək temperaturda qızdırılması ilə əldə edilir. Bu prosesdə kömür piroliz olunur və müxtəlif qazlar, qatran və kok kömürü əmələ gəlir. == Kimyəvi Tərkibi və Xüsusiyyətləri == Kömür qazı müxtəlif kimyəvi maddələrdən ibarətdir.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Düzd və qazı
Düzd və qazı (“Oğru və qazı”) — XVIII əsr Azərbaycan bədii nəsr nümunəsi. Yazılış tərzi, ruhu və məzmununa görə xalq lətifələrini xatırladan bu kiçik həcmli əsər ilk Azərbaycan hekayəsi sayılır. Hekayə şəriət sahəsində ad çıxarmış bir qazı ilə onu soymaq istəyən oğrunun mübahisəsi üzərində qurulmuşdur. Hekayədə həm qazı, həm də dini ayə və hədislərdən öz şəxsi mənafeyi üçün istifadə edən oğru tənqid olunur. Gecə öz bağına gedən qazı burada oğruyla rastlaşır. Gündüzlər qəddar və amansız olan qazı indi öz kölgəsindən belə qorxur, acizləşir. Oğru öz biliyi, ağlı və fərasəti ilə qazıya üstün gəlir, onu soyur. Əsərin sonunda qazı öz xoşu ilə qızını ona verir. Hekayənin dili, təsvir vasitələri, mükalimələri, bədii-psixoloji dialoqları canlı və təbii olub, xalq danışıq üslubuna yaxındır. Əvvəllər tərcümə əsəri olunan bu hekayənin müəllifliyi Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə istinad edilmişdir.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. == Həmçinin bax == Hava Təbii qaz Fumarollar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hindistan kiçik qazı
Hindistan kiçik qazı (lat. Nettapus coromandelianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik qaz cinsinə aid heyvan növü.
Kömür Qazı Zavodu
Kömür Qazı Zavodu və ya Qazxana kömür qazı qaz istehsalı üçün nəzərdə tutulmuş sənaye zavodu və anbar sahəsidir. Daş kömürünün yüksək temperaturda distillə edilməsi nəticəsində əldə edilən kömür qazı XIX əsrdə işıqlandırma məqsədilə istifadə edilmişdir. Yeni işıqlandırma texnologiyalarının inkişafı ilə bərabər kömür qazı zavodları da öz funksiyalarını itirmişdir. == Tarix == Kömürdən məişət yanacağı kimi istifadə olunmağa XVI əsrin sonlarından başlanmış və kömürün içindən yanan qaz çıxdığı və buna da kömürün yanması zamanı yaranan alovun səbəbi olduğu müşahidə edilmişdir. XVIII əsrin sonunda Belçikada yaşayan Minckelaers adlı bir əczaçı tərəfindən kömürün sobada yanarkən şiddətli bir parıltı verdiyi kəşf edilmişdir. Bundan sonra kömür qazının (hava qazının) işıqlandırma məqsədilə yandırılması ilə bağlı müxtəlif tədqiqatlara başlanılmışdır. İngiltərədəki Boulton and Watt firmasında mühəndis olaraq çalışan William Murdoch, bu qazın partlama və parıltı kimi xüsusiyyətləri olduğunu meydana çıxarmışdır. Merdok böyük bir anbarda yığdığı qazı yandırsa da heç bir partlayış olmadığını müşahidə etdikdən sonra qazın işıq əldə edərək şəhəri işıqlandıra biləcəyi fikrini irəli sürmüşdür. 1804-cü ildə Boulton və Watt firması qaz əldə etmək üçün istifadə edilən retortlar istehsal etməyə başladı. Müxtəlif xüsusi tikililərin və ərazilərin işıqlandırılması üçün kömür qazından istifadə olunurdu.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
Alyaska qazı
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Dağ qazı
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.
Qazı-Məhəmməd
Hacıqabul (əvvəlki adı Qazı-məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati mərkəzi. XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Qazı Məhəmməd
Qazı Məhəmməd (1900 ya da 1901 – 30 mart 1947) — kürd siyasi xadimi, kürd azadlıq hərəkatının lideri, Məhabad Cümhuriyyətinin ilk və yeganə prezidenti. Qazı Məhəmməd 1900 ya da 1901-ci ildə Məhabad şəhərində doğulub. Onun nəsli şəhərdə tanınmış olub. Məhəmmədin babası Feyzulla bəy 1918-ci ildə alman-türk ordularının qarşısını almaq üçün qurulmuş könüllülərə rəhbərlik edirdi. Belə bir vətənpərvər ruhlu ailə Məhəmmədin gələcək həyatına təsir etməyə bilməzdi. Qazı Məhəmməd çox yaxşı təhsil almış , islam dinini mükəmməl öyrənmiş, kürd və fars dilləri ilə yanaşı ərəb, türk , ingilis və rus dillərini bilmişdir. 1941-ci ildə sovet-ingilis ordusu Iranın şimalını işğal edəndə Məhabad bölgəsi iran ordusu müttəfiq ordusu arasında neytral zonaya çevrilmişdi. Bu zaman Qazi Məhəmməd Məhabadın dini rəhbəri və şəhər valisi idi. Bu nüfuzundan istifadə edən Məhəmməd faktiki olaraq bütün bölgəni idarə edirdi. İkinci Dünya Müharibəsi illərində mərkəzi hökumət artıq ölkənin şimalına hakim deyildi.
Əkin qazı
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
Afrika kiçik qazı
Afrika kiçik qazı (lat. Nettapus auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik qaz cinsinə aid heyvan növü.
Avstraliya kiçik qazı
Avstraliya kiçik qazı (lat. Nettapus pulchellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik qaz cinsinə aid heyvan növü.
Qazı Bulağı (Tarım)
Qazı Bulağı (az-əbcəd. قازێ بولاغێ‎, fars. قاضی بلاغی‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 477 nəfər yaşayır (149 ailə).
Qazı Məhəmməd küçəsi
Qazı Məhəmməd küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda küçə. Çox qısa və dar küçədir. Qazi Məhəmmədin şərəfinə adlandırılıb. (1795-1832) - Rusiya imperiyasına qarşı mübarizədə Qafqaz dağlılarının lideri. 1964-cü ildə arxeoloji qazıntılar əsnasında, küçə başında dini və memarlıq kompleksi açılmışdır. Ərazidə 52 qəbir tapılmışdır. Bu ərazidə bərpa işlərinin ardından ekspozisiyada "açıq hava muzeyi" açılmış, bütpərəstlik dövrünün abidələri, alban və islam dövrləri - bütlər, daş məzar daşları və digər bədii daş oymalar nümunələri təqdim olunmuşdur. Küçədə 3 və 6 saylı evlər yerli əhəmiyyətli memarlıq abidələri elan edilib. (1895) On dördüncü əsrdə inşa edilən Təkiyə binası (dərvişlərin evləri) dörddə bir məscidin rolunu oynadı. Yalnız bir otaq olan bina planda qeyri-adi və dəbdəbəli zirzəmilər sistemi ilə örtülü olan dua salonu daxili məkana xüsusi gözəllik verir.
Qazı İsa Savəci
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.
Qazı Əhməd Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Qazı Əhməd Məmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Qazı Əhməd bəy Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Qazı Əhməd bəy Məmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Qazı Əhməd bəy Məmmədov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Sultan Məhəmməd Qazı bəy
Qazi bəy, Sultan Məhəmməd Qazı bəy (XIV əsr, Bakı – 1501, Bakı) — Şirvanşahlar dövlətinin otuz səkkizinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn Fərrux Yasar çıxdı. O, Şah İsmayıl Xətainin Bakı şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində hakimiyyət sürmüşdü. XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə xəbər verirlər. İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər. O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. İsmayıl üçün bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi.
Faydalı Qazıntılar (1981)
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. == Kreyter sxemi == Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.
Faydalı qazıntılar (film, 1981)
Gövhər Qazıyeva
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gülarə Qazıyeva
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Heydər Qazıyev
Heydər Qazıyev Əhməd oğlu (28 may 1909, Şahtaxtı, Naxçıvan qəzası – 3 mart 1988, Bakı) — baytar həkimi. Baytarlıq elmləri namizədi (1949). Azərb. Respublikası əməkdar baytar həkimi (1955). == Həyatı == Zaqafqaziya Zoobaytarlıq İn-tunu (İrəvan) bitirmişdir (1932). Nax. MSSR Xalq Torpaq Komissarlığında, Azərb. SSR Xalq Torpaq Komissarlığının baş baytarlıq idarəsində məsul vəzifələrdə çalışmışdır (1932–60). 1961–66 illərdə Nax. MSSR Nazirlər Soveti sədrinin birinci müavini-kənd təsərrüfatı naziri olmuşdur.
Kosovoda faydalı qazıntılar
Kosovo faydalı qazıntılar baxımından zəngin bir ölkədir. 1980-ci illərə qədər Kosovoda ağır sənaye inkişaf etmişdi. Belə ki, çoxsaylı mədən ocaqlarına əlavə olaraq, xammal emalı zavodları da var idi. Slobadan Miloçeviçin hakimiyyəti dönəmində sənayeyə demək olar investisiya qoyulmamış, Kosovo müharibəsi isə təsərrüfat sahələrinə ağır zərbələr vurmuşdur. İndiyə qədər qeyri-müəyyən hüquqi vəziyyətə görə istehsalda nəzərəçarpacaq dərəcədə bərpa yoxdur. Bircə qonur kömür hasilatında yerli tələbatla əlaqədar olaraq artım vardır. Birləşmiş Millətlər Təşçkilatının hesabatına görə hasilat sahəsinin dirçəldilməsi 35 000 yeni iş yerinin açılmasına səbəb ola bilərdi. Malik olduğu xammalla Kosovo özünü hələ 1000 il belə təmin edə bilər (indiki tələbatla). Kosovoda əsasən qurğuşun, sink, nikel və qonur kömür kimi faydalı qazıntılar vardır. Bununla yanaşı ölkədən Gümüş, Qızıl, Kobalt, Alüminium, Kadmium, Dəmir, Maqnezit və Xrom da çıxarılır.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Kəlbəcər rayonunun faydalı qazıntıları
Kəlbəcər haqqında sxemlə məlumat: Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
Molla Abdulla Qazızadə
Molla Abdulla Molla Xəlil oğlu Qazızadə (1854-?) — İrəvan quberniya ruhani məclisinin rəisi, qazı. Abdulla Xəlil qazı oğlu 1854-cü ildə İrəvan şəhərində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Xəlil qazı Qazızadədən almışdı. Bir müddət mədrəsədə oxumuşdu. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Abdulla Qazızadə Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Abdulla Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. Molla Abdulla Qazızadə 1910-cu ildən ruhani məclisinin sərdi olmuşdu.
Molla Məhəmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq. Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.
Məhəmmədalı bəy Qazılı
Məhəmmədalı bəy Qazılı — Qarabağ bəyi Məhəmmədalı bəy Qazılı 1828-ci ildə Seyidli oymağında anadan olmuşdur. O, Seyidli oymağının Qazılılar nəslindəndir. Atasının adı Hüseyn bəydir. Hüseyn bəy zəmanəsinin hörmətli, müdrik bəylərindən sayılmış, 1842-ci ildə Seyidli oymağında vəfat etmişdir. Ailənin kiçik övladı olan Məhəmmədalı bəyin özündən yaşca böyük Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy adlı üç qardaşı olmuşdur. Məhəmmədalı bəyin adı Azərbaycanın, o cümlədən Qarabağın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış şəxsiyyətlər sırasındadır. O, xüsusi mədrəsə təhsili almış, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy adı ilə tanınmışdır. Məhəmmədalı bəy yaddaşlarda Qarabağın müdrik, savadlı, səxavətli, qoçaq, qeyrətli bəyi kimi xatırlanır. O, həyatı boyu ağıllı məsləhətləri, xeyirxah əməlləri ilə tanınmış, məhz bu üstün cəhətlərinə görə Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış Qarabağ bəylərindən idi. Məhəmmədalı bəyin Seyidli oymağında geniş torpaq sahəsi, təsərrüfatı olmuşdur.
Məmməd Qazıyev
Məmməd Yaqub oğlu Qazıyev (1921, Gəncə – təq. 2001) — həkim, tibb elmləri doktoru, RSFSR əməkdar həkimi, Azərbaycan SSR sosial təminat naziri (1974–1988). Məmməd Yaqub oğlu Qazıyev 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi burada bitirdikdən sonra Sovet Ordusunda xidmət etmiş, müharibə iştirakçısı olmuşdur. 1941-ci ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş, burada komsomol komitəsinin katibi seçilmişdir. 1946-cı ildən isə Moskva Dövlət Tibb İnstitutunun aspirantura pilləsində davam etdirmişdir. Tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Moskvada olduğu dövrlərdə Məmməd Qazıyev SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Daimi Nümayəndəliyinin işçisi olmuşdur. 1949-cu ildən Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında (ÜİHİMŞ) bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildən Azərbaycan SSR sosial təminat naziri olmuşdur.
Məmməd bəy Qazıyev
Məmməd bəy Lütfəli bəy Qazıyev (1867, İrəvan – 1909) — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri. 1882–1886-cı illərdə İrəvan müəllimlər seminariyasında oxumuşdur. Uluxanlı normal məktəbinə ikinci müəllim təyin olunmuşdur. Xəstəliyinə görə 1887-ci ildə vəzifəsindən azad edilmişdir. 1888-ci ildən Baş Noraşen ikisinifli məktəbinin müdiri kimi fəaliyyət göstərmişdir. Bu məktəbdə o, Cəlil Məmmədquluzadə ilə birlikdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onların birgə səyi, Baş Noraşen məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə tamaşa hazırlanıb göstərilmiş, əldə edilən 40 manat vəsait isə yoxsul şagirdlər üçün sərf edilmişdir. Bu nəcib işinə görə Qafqaz Təhsil Dairəsinin rəisi Qazıyevə yazılı təşəkkür vermişdir. Məmməd bəy 1896-cı ildən ömrünün sonunadək Uluxanlı məktəbində nəzarətçi kimi çalışmışdır.
Məmməd Əmin Qazıyev
Alim Qazıyev Məmməd Əmin Adil oğlu Qazıyev Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, ADU-nun professoru. Azərbaycan Tarix Muzeyinin keçmiş rəhbəri. Məmməd Əmin Adil oğlu Qazıyev 1914-cü il noyabrın 12-də İrəvan quberniyasının İrəvan şəhərində Qazıyevlar nəslinin iki qolunu özündə birləşdirmiş savadlı zadəgan ailəsində doğulmuşdur. 1930-cu ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı şəhər arxiv idarəsində arxiv müdiri vəzifəsində işləməyə başlamışdır. Anası, Tacı xanım Bağırbəyova ana tərəfdən əmək fəaliyyətini dəftərxana işçisi qismində başlayıb İrəvan Quberniya İdarəsinin vitse-qubernatoru mənsəbinə çataraq həqiqi dövlət müşaviri rütbəsini alan İsmayıl bəy Qazıyevin nəvəsi idi. Çoxillik qüsursuz dövlət xidmətinə görə o, IV dərəcəli Müqəddəs Vladimir, II və III dərəcəli Müqəddəs Stanislav ordenlərinə, 40 illik qüsursuz qulluğa görə Fərqlənmə Nişanına, III Aleksandrın şərəfinə kəsilmiş gümüş medala və İranın “Şire-Xurşid” ordeninə layiq görülmüşdür. M.Qazıyevin ata tərəfdən ulu babası bir neçə il İrəvan Şəhər Dumasının üzvü idi. Dövrünün savadlı adamı olan oğlu, M.Qazıyevin babası Hüseyn bəy də İrəvan Şəhər Dumasına üzv seçilmiş, burada notarius vəzifəsində çalışırdı. M.Qazıyevin atası İrəvan gimnaziyasını bitirərək təhsilini Moskva Universitetinin hüquq fakültəsində davam etdirmiş, sonra isə valideynin yolunu tutub notariat sahəsində fəaliyyət göstərmişdi. 1933-1934-cü illərdə M.N.Pokrovski adına Moskva Tarix-Arxiv İnstitutunda oxumuşdur.
Məmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq. Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.
Nəzakət Qazıyeva
Qazıyeva Nəzakət — aktrisa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejisorluğu" kafedrasının professoru. Nəzakət Qazıyeva 12 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub, 1960-cı ildə həmin İnstitutun "Kino və teatr aktyoru" ixtisası üzrə xalq artisti, professor Mehdi Məmmədovun kursunu bitirmişdir. 1957-ci ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışmışdır. 1962-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərir. 10 il kafedra müdiri olmuşdur 1984-cü ildə Sankt-Peterburq Teatr, Kino, və Musiqi sənəti İnstitutunda görkəmli rejissor G.Tovstonoqovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. 1987-ci ildə Moskva Teatr sənəti İnstitutunda təkmilləşmə kursunu keçmişdir. 46 il pedaqoji fəaliyyəti müddətində böyük yaradıcılıq, elmi və pedaqoji işlərlə məşğul olmuşdur. Dərs dediyi tələbələr hazırda rejissor, aktyor, pedaqoq-rejissor, xalq artistləri, elmlər namizədləri və doktoru, professor, dosent kimi fəaliyyət göstərirlər.N. Qazıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şurasının üzvü, Bədii Şuranın sədridir. N.Qazıyevanın pedaqoji fəaliyyəti ilə yanaşı elmi-tədqiqatı işləri, yəni 30-dan çox müxtəlif fakultələrdə tədris olunan rejissorluq və aktyor sənəti üzrə proqrqmlar, elmi-metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazələb çapdan şıxmışdır.

Digər lüğətlərdə