Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri.
Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
milli ədəbiyyat konsepsiyası;
ədəbiyyatda təhlil metodlari:
ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi;
ədəbiyyat kontekstkəri;
ədəbiyyatda mədəni dəyərlər;
UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL)
Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ)
UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002)
Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr)
Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi
Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005.
Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti
1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti
J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002);
Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003);
London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003)
Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.