QİTƏ

QİTƏ I is. [ ər. ] coğr. Yer kürəsinin okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Amerika qitəsi.

QİTƏ II is. [ ər. ] ədəb. Azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeir.

QİSMƏT
QOÇ
OBASTAN VİKİ
Qitə
Qitə — Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. == haqqinda məlumat == Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir. Qitə sərhədi, okean tərəfə qurunun sualtı davamını hüdudlayan qitə yamacının ətəyindən keçir.
Amasiya (qitə)
Amasiya — 20 milyon il sonra reallaşması gözlənilən superqitə. Avrasiya ilə Amerika birləşərək Berinq Boğazını bağlayaraq Amasiya yaranacaq. Avrasiya ilə Amerika birləşərək super qitə olacaq. 200 milyon il sonra iki qitə bir-birindən ayrılaraq; Amerika şərqdə Avropaya toqquşaraq və Asiya da Qərbə doğru irəliləyərək bu super qitə parçalanıb Pangea Ultima adlı qitə yaradacaq. Alimlər hesab edir ki, hazırkı tektonik hərəkətlər davam edəcəyi halda, Amerika və Asiya qitələri birləşəcək və “Amasiya” (Amerika və Asiya sözlərinin birləşməsi) adı ilə yeni bir super qitə yaranacaq. “Amasiya” super qitəsinin yaranacağı barədə iddialar yeni deyil. ABŞ-nin Yale Universitetinin alimləri 2012-ci ildə bunun milyonlarla il sonra baş verə biləcəyini bildirirlər. == Etimologiyası == Amasiya, Amerika və Asiya sözlərin birləşməsi ilə yaranıb.
Amerika (qitə)
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Avstraliya (qitə)
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib.
Kolumbiya (qitə)
Kolumbiya (Nuna və ya Hadsonlend) — Eramızdan 2,5–1,6 milyard əvvəl paleoproterozoy erasında mövcud olmuş ilk hipotik qitələrdən biridir. Təxminən eramızdan 1,6–1,2 milyard il əvvəl müxtəlif superqitələrə parçalanmışdır.
Mu (qitə)
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). == "Mu" termini == "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. == Mənbələrdə == Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Nena (qitə)
Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır. "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa‎) və "Northern America" (azərb. Şimali Amerika‎) ifadələrinin baş hərflərindən götürülmüşdü.
Qitə (şeir)
Qitə (ərəb. قطعة‎ parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Qitə fəlsəfəsi
Qitə fəlsəfəsi — müasir Avropa fəlsəfəsinin iki əsas "ənənəsi"ndən birini bildirmək üçün istifadə olunan termin. Belə adlandırmadan bu ənənəni ingilis-amerikan fəlsəfəsindən və ya analitik fəlsəfədən fərqləndirmək üçün istifadə edirlər. Belə ki, fərq ilk dəfə üzə çıxarılanda (XX əsrin ortalarında) qitə fəlsəfəsi bütün Avropada dominat fəlsəfə idi, analitik fəlsəfə isə ingilisdilli dünyada əsas ənənə sayılırdı. == Fəlsəfi cərəyanlar == Qitə fəlsəfəsinin aşağıdakı cərəyanları var: Həyat fəlsəfəsi; Fenomenologiya; Ekzistensializm; Hermenevtika; Strukturalizm; Poststrukturalizm və postmodernizm; Dekonstruktivizm; Fransa feminizmi; Frankfurt məktəbi fəlsəfəsi; Psixoanaliz; Fridrix Nitsşenin əsərləri; marksizmin əksər qanadları (qeyd etmək lazımdır ki, özünə analitik ənənənin xüsusiyyətlərini daşıyan analitik marksizm də var).
Ur (qitə)
Ur — Eramızdan 3 milyard əvvəl Yer kürəsində mövcud olmuş ilk hipotik qitələrdən biridir. Eramızdan 1 milyard il əvvəl Ur qitəsi Nuna (və ya Kolumbiya qitəsi) və Atlantika qitələri ilə birləşərək Rodiniya superqitəsini yaratmışdır. Ur qitəsi Pangeyanın Lavraziya və Qondvana qitələrinə parçalanmasına qədər yeganə qitə kimi formalaşmışdı. Fərziyyələrə görə Ur qitəsinin tərkibinə indiki Afrika, Avstraliya və Hindistan kimi ərazilər daxil idi.
Qitə (dəqiqləşdirmə)
Qitə
Qitə Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil. Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır. == Tarixi == Çində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır.
Amerika qitəsi
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Asiya qitəsi
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Məskunlaşdığı qitələrə görə ölkələr
== Afrika ==
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. == Tarixi == 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Qitələrarası ballistik raketlər
Qitələrarası ballistik mərmi (QABR) (İngilis: intercontinental ballistic missile (ICBM)) minimum 5500 km və daha çox mənzili olan, nüvə başlıq daşıması məqsədiylə hazırlanmış ballistik raketlərdir. Ayrıca kimyəvi və bioloji silah təsirləri ilə də təchiz oluna bilər. Tək bir mərmi birdən çox hədəf üçün birdən çox döyüş başlığı daşıya bilər. Erkən model QABR'lər hədəfi tam vurmaq mövzusunda qabiliyyətləri məhdud idi buna görə ümumiyyətlə şəhər kimi böyük hədəflər üçün istifadə olunurdular. Daha sonra hədəfi isabət qabiliyyəti artdıqda hərbi hədəflərə qarşı istifadə edilməyə başlandı. İkinci və üçüncü nəsil dizaynlar isabət mövzusunda xeyli irəlilədiyi üçün ən kiçik hədəflərə belə müvəffəqiyyətli nöqtə atışı edə bildi. == Tarix == === İkinci Dünya Savaşı === İnkişaf etdirilən istifadəyə əlverişli ilk KABE, faşist Almanyasında Projekt Amerika adı ilə Wernher von Braun və qrupunun boynuna götürdüyü A9 / 10 raketidir. New York və digər Amerika şəhərlərini bombalamaq üçün nəzərdə tutulmuşdur. A9 / 10 mərmiləri ilk başlarda radio idarəsi ilə hədəfləməkdi. Lakin Elster Əməliyyatında ki müvəffəqiyyətsizlikdən sonra dəyişdirildi.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960–2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Qitələrarası ölkələrin siyahısı
İki qitədə yerləşən ölkələrin siyahısı — iki qitənin sərhədində yerləşən ölkələr
İlk qitələrarası avtoralli
Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verildi. Fransanın "Le Matin" qəzetinin təşkil etdiyi ralli 10 iyun 1907-ci ildə Pekindən start götürür. İştirakçılar 16000 kilometr yol qət edərək Parisə yetişməli idilər. Yarışmanın qalibi Prins Ssipion Borqes "İtala" markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır. Corc Kormie isə "De Dion Bouton" markalı avtomobillə 64 günə gəlib çatır. Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur. İndi də qalib avtomobilləri nəzərdə keçirək. İtala şirkəti 1903-cü ildə Torino şəhərində qurulub.
Qitələr
Qitə — Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. == haqqinda məlumat == Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir. Qitə sərhədi, okean tərəfə qurunun sualtı davamını hüdudlayan qitə yamacının ətəyindən keçir.
Avropa qitəsi
Avropa (XX əsrin əvvəllərində Yevropa) — tamamilə Şimal yarımkürəsində və əsasən Şərq yarımkürəsində yerləşən bir qitədir. Avrasiyanın qərb hissəsini əhatə edir və şimalda Şimal Buzlu okean , qərbdə Atlantik okean , cənubdan Aralıq dənizi və şərqdə Asiya ilə həmsərhəddir. Avropa, ümumiyyətlə, Ural və Qafqaz dağlarının, Ural çayının, Xəzərin və Qara dənizlərin və Türk Boğazlarının su yollarının Asan bölgədən ayrıldığı hesab olunur. Bu sərhədin çox hissəsi quruda olsa da, böyük fiziki ölçüsü və tarixi və ənənəsinin ağırlığına görə ümumiyyətlə Avropaya tam bir qitə statusu verilir. Avropa təqribən 10.180.000 kvadrat kilometr və ya Yer səthinin 2%-ni əhatə edir və bu, altıncı ən böyük qitədir. Siyasi baxımdan, Avropa qitənin 39% -ni əhatə edən və əhalisinin 15% -ni təşkil edən ən böyük və ən çox məskunlaşdığı əlli suveren dövlətə bölünür. 2018-ci ildə Avropanın ümumi əhalisi təxminən 741 milyon idi. Avropa iqlimi Asiya və Şimali Amerikadakı iqlimin şiddətli olduğu enliklərdə belə qitənin çox hissəsində qışı və yayı isti keçən Atlantik cərəyanlarından təsirlənir. Dənizdən başqa mövsümi fərqlər sahilə yaxın olduğundan daha çox nəzərə çarpır. Avropa, xüsusən də qədim Yunanıstan və qədim Roma Qərb sivilizasiyasının doğma yurdu idi.
Avstraliya qitəsi
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib.
Azərbaycanın Avropa qitəsindəki ərazisi
Azərbaycanın Avropa qitəsindəki ərazisi — Azərbaycan ərazisinin kiçik bir hissəsini (başlıca olaraq, Quba-Xaçmaz iqtisadi rayonu) əhatə edir. Ərazi üçün ən kiçik rəqəm 6960 kvadrat kilometrdir (Azərbaycan ərazisinin təqribən 8 faizi). == Ərazisi == Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonunun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanıdır. Avropanın sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir, Şüvəlanın ərazisinin də bir hissəsi Avropadadır. Avropanın sərhədinin bitdiyi yer təxminən Abşeron rayonunun Zirə qəsəbəsindədir. Zirənin yarısı Asiya, yarısı isə Avropadadır. Bakı tam olaraq Avropada deyil. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropa sərhədləri içindədir. Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya daxildir. == Siyasi nəticələri == Azərbaycanın xarici siyasətində vacib məsələlərdən biri Avropa və Avropa-Atlantik quruluşuna inteqrasiyadır.
Qitələrarası kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. == Tarixi == 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.

Digər lüğətlərdə