Bu sözdən qoduqlamaq feili də yaranıb və mənbələrdə “əsmək, titrəmək” mənasında açıqlanıb. Xalq arasında “qoduqluq” türməyə deyirlər. Eşşək balası olan qoduqla bunun heç bir əlaqəsi yoxdur. Mənbələrdə qoduqluq sözü “qəddarlıq” mənasında da izah edilib. Quyu (bu sözün qodu forması da olub) sözü ilə bağlıdır, “türmə” anlamında zirzəmi mənasında uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)