QUQQULUQU
QULAC
OBASTAN VİKİ
Qul
Qul (ing. Ghoul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda peyda olan adamyeyən varlıqlar kimi təsvir olunurlar. == Görünüşü == Qulların görünüşü mədəniyyətdən asılı olaraq dəyişir, ancaq o, adətən çirkin və rəzil bir məxluq kimi təsvir olunur. Bir çox hekayələrdə o, insana oxşayan, lakin çürümüş əti, uzun dırnaqları və parlayan gözləri olan bir varlıq kimi təsvir edilir. Qulların axşamlar ortaya çıxan gecə varlıqları olduğuna inanılır. Onların qəbiristanlıqlarda və ölümlə əlaqəli digər yerlərdə məskunlaşdıqları deyilir. Qullar çox vaxt ölülərin ətini yeyən heyvanlar kimi təsvir olunurlar. Bəzi əfsanələrdə onların təzə basdırılmış cəsədləri qazdıqları, bəzilərində isə insanlara gizlicə hücum edib yedikləri deyilir.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Hümmət

Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır. Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.
Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır. O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir. == Satışları == 2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb. Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi. Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.
Qul Nəsimi
Qul Nəsimi (XVI əsr – XVII əsr) — XVII əsrdə Osmanlı İmperiyasında yaşamış Ələvi-Bektaşi şairi. Yaxşı təhsil aldığı bilinən şairin Vəhdətül-vücud anlayışı var. Şair haqqında məlumat azdır. O, heca və əruz janrlarından istifadə edərək Şah İsmayıl, Pir Sultan Abdal və İmadəddin Nəsiminin üslubuna yaxın əsərlər yaratmışdır. Bəzən adına görə İmadəddin Nəsimi ilə qarışdırılır.
Alpər Qul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. == Həyatı == Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. == Karyerası == Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Birinci Qul müharibəsi
Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevn və kilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir. == Arxaplan == İkinci Pun müharibəsi zamanı Karfegenin Hispaniyadan qovulmasından sonra, Siciliyada torpaq sahibliyinə böyük dəyişikliklər baş vermişdi. İtaliya möhtəkirləri adaya axın etmiş, böyük torpaq sahələrini ucuz qiymətə almış və Karfagen siciliyalılar ına aid olan əmlak və mülkləri məcburi şəkildə almışdılar. Bu torpaq sahələri və mülklər sahibkarların edamından və sürgünündən sonra Roma hökumətinə verilmişdi.
Qul Əli (Göyçə)
Qul Əli, Qulalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qıpçaq türk tayfasından olan qul etnoniminin Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və «qul tayfasından olan Əliyə məxsus kənd» anlamını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur. == Əhalisi == Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir . Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır . 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur.
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, İstanbul) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. == Həyatı == Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Bilgə Qul Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
12 illik qul (film, 2013)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu...
Qul dul qadını (film, 1967)

Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif == Həyatı == Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
Hacı Quluların mülkü
Hacıquluların malikanəsi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. == Tarixi == Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu.
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş məscid. Məscid 1908-ci ildə tikilmişdir. 2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur. 2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır. 11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb. == İstinadlar == == Həmçinin bax == Sovetski == Xarici keçidlər == Sosial şöbə. ""Sovetski" milli mirasın ayrılmaz tərkib hissəsidir" ( (az.)). azadliq.info. 2014-04-08. 2017-02-16 tarixində arxivləşdirilib.
Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi

Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi

Hafis Quliyev
Hafiz Quliyev
Hafiz Məhərrəm oğlu Quliyev — Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru. == Həyatı == Hafiz Quliyev 10 may 1960-cı ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilmişdir. 1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunmuşdur. Bu gün teatrın repertuarında özünəməxsus yer tutan S.Ələsgərovun "Solğun çiçəklər", Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əsli və Kərəm", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", R.Mustafayevin "Vaqif", Firəngiz Əlizadənin "Intizar", C.Cahangirovun "Xanəndənin taleyi", N.Əliverdibəyovun "Cırtdan", M.Kajlayevin "Valida", Ş.Musaoğlu "Beş qapı" əsərləri H.Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur. H.Quliyev Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənətindən, Milli Konservatoriyada opera sinifindən dərs deyir, Dosentdir. Eyni zamanda Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında 2 dəfə 2003 və 2013-cü illərdə, Samsun Dövlət Opera və Balet tearında 2 dəfə 2009 və 2018ci illərdə, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında, Moskvada, Bolqarıstanda Kdjalı Dövlət Teatrında və Sofiya şəhərində, Ü.Hacıbəylinin "Leyli və Məcnun" Tacikistanın Düşənbə Akademik Dövlət Opera və Balet teatrında və b. teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoymuşdur. Çexiyada, Koreyada Beynəlxalq festivalda iştirak etmişdir, Beynəlxalq İpək yolu festivalı üçün 8 tamaşa hazırlamışdır. Bir çox Dövlət əhəmiyyətli tədbirlərin rejissoru olmuşdur.
Hidayət Qulamov
Hidayət Qulamov (8 may 1950, Kəndoba, Ağsu rayonu – 30 noyabr 2017) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il mayın 8-də Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Hökümə Quliyeva
Hökümə Fərman qızı Quliyeva — bioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğasızlar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. == Həyatı == 1950-ci il sentyabr ayının 3-də Bakı şəhərində hərbi həkimin ailəsində anadan olmuşdur. Ailəlidir, iki oğlu və üç nəvəsi vardır. === Təhsili === 1968-cu ildə Bakı şəhərində 31 saylı orta baza məktəbini bitirmişdir. 1969-1975-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almışdır. 1975-ci ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1979-cu ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1983-cü ildə "Pambıq sovkasıında (Heliothis armigera) amin turşuları və zülalların miqdarının yaş və mövsümi dəyişkənliyi" adlı namizədlik; 1999-cu ildə “Kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərinin (Noctuidae, Pieridae, Aphididae) ekoloji, fizioloji, biokimyəvi xarakteristikası və Azərbaycan şəraitində onlara qarşı mübarizə sistemində yuvenoidlərdən istifadə olunmasının elmi sxemlərinin hazırlanması” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir. === Elmi dərəcəsi və elmi adları === Baş elmi işçi elmi adı (1992) Professor ( 2007) === Tədqiqat sahəsi === Eksperimental entomologiya, Həşəratların ekoloji fiziologiyası və biokimyası, Bitki mühafizəsi. == Əmək fəaliyyəti == Respublika Klinik Xəstəxanası (1970); MEA Genetika və Seleksiya İnstitutu (1971); Virusologiya, Mikrobiologiya və Gigiyena ET İnstitutu (1972); MEA Zoologiya İnstitutu (1974); Bakı Dövlət Universiteti (2001).
Hüseyn Quliyev
Hüseyn Quliyev (diplomat) Hüseyn Quliyev (diplomat, 1939) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev (diplomat, 1946) — Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri.
Hüseyn Quliyev (diplomat)
Hüseyn Quliyev (diplomat, 1939) — general-mayor, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev (diplomat, 1946) — Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri.
Hüseyn Quliyev (diplomat, 1939)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Hüseyn Quliyev (diplomat, 1946)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri == Həyatı və təhsili == 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Evlidir, iki uşağı və üç nəvəsi var. == Fəaliyyəti == 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Hüseyn Quliyev (general-mayor)

Hüseyn Quliyev (səfir)

Hüseyn Quliyev (əsgər)
Hüseyn Quliyev (əsgər, 1991)
Hüseyn Quliyev (əsgər, 1999)
Hüseyn Quluyev
Həmid Quliyev
Həmid İmamqulu oğlu Quliyev (12/12/1928 - 04/26/2007) — Azərbaycan SSR əməkdar meşəşünası (1981), Oktyabr inqilabı ordeni sahibi (1971). == Həyatı == Həmid İmamqulu oğlu Quliyev 12 dekabr 1928-ci ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. Atasını erkən itirib: İmamqulu Quliyev 1943-cü ildə II Dünya Müharibəsində həlak olmusdur. Orta məktəbi bitirdikdən sonra Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmusdur. 1950-ci ildə texnikumda təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə Təsərrüfati fakültəsinə imtahansız qəbul edilir. 1955-ci ildə institutu bitirdikdən sonra Kürdəmir, Ağstafa və Tovuz rayonlarında meşə mühəndisliyindən tutmuş direktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən 1993-cü ildə təqaüdə çıxana qədər Tovuz meşə təsərrufatı direktoru vəzifəsində çalışmışdır. Savadlı bir mütəxəssis olaraq, işinin ilk günlərindən etibarən qabaqcıl elmi və texniki nailiyyətlərini tətbiq edir və rəhbərlik etdiyi idarəyə nümunəvi ad verilir. SSRİ Meşəçilik Nazirliyinin kollegiyasının qərarı ilə Tovuz meşə təsərrüfatının təcrübəsini bütün Sovet İttifaqı ərazisində genişləndirmək tövsiyə edilir. Görülmüş işlərə görə H.Quliyev Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Moskvada dissertasiyanı uğurla müdafiə edir.
Həmid Quliyev İmamqulu oğlu

Ibrahim Quliyev
İbrahim Quliyev (dövlət xadimi) — Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. İbrahim Quliyev (musiqiçi) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. İbrahim Quliyev (geoloq) — akademik.
Kamal Quliyev
Kamal Quliyev — Azərbaycan futbolçusu, məşqçi. Kamal Quliyev Sumqayıt futbol məktəbinin yetirməsidir.
Kamran Quliyev
Kamran Məmmədqulu oğlu Quliyev (9 sentyabr 1958, Zeynəddin, Naxçıvan rayonu) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyatı == 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub 1986-cı ildə institutu bitirib. K.Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb. Teatrda işlədiyi müddətdə H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynamışdır. Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş vermişdir. 1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Kamran Quliyev (aparıcı)
Kamran Quliyev (d. 3 oktyabr 1990, Tiflis, Gürcüstan SSR) — azərbaycanlı televiziya və radio aparıcısı, "Eurovision-2015"in ən gənc şərhçisi. == Həyatı == Kamran Nəriman oğlu Quliyev 3 oktyabr 1990-cı ildə Tbilisi şəhərində dünyaya göz açıb. Evlidir. == Təhsili == Bakı şəhər 246 saylı orta məktəbdə (1995-2006) təhsil alıb. Bakalavr təhsilini (2008-2012) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır. Ukraynanın ən böyük özəl təhsil müəssisələrindən biri hesab edilən Avropa Universitetində isə (2015-2016) magistr dərəcəsini qazanmışdır. == Fəaliyyəti == 2009-cu ildə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı kimi fəaliyyətə başlamışdır. 2017-2019-cu illərdə Bakı Biznes Universitetinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda (2017-ci ildən) AY Media Group MMC-nin rəhbəridir.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.

Digər lüğətlərdə