Hüseyn Həsən oğlu Quliyev (4 mart 1999; Gəncə, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Hüseyn Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 mart 1999(1999-03-04) |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2022 2020 2020 2020 |
Hüseyn Quliyev 1999-cu il martın 4-də Gəncə şəhərində anadan olub.[1] 2005-2016-cı illərdə M. Mehdizadə adına İngilis dili Təmayüllü 4 saylı Liseydə təhsil alıb. 2016-2020-ci illərdə isə Bakı Dövlət Universitetində (BDU) tarix üzrə ali təhsil alıb. Subay idi.
Hüseyn Quliyev 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Hüseyn Quliyev sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]