Qul Əli, Qulalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.[2]
Qul Əli | |
---|---|
40°19′50″ şm. e. 45°11′02″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1654 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.975 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim qıpçaq türk tayfasından olan qul etnoniminin[4] Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və «qul tayfasından olan Əliyə məxsus kənd» anlamını ifadə edir.
Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur.
Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir [5].
Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır [6].
1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.