QURBAN

Allah rizası üçün müəyyən olunmuş günlərdə heyvanlardan bəzilərinin (qoyun, keçi, dana, dəvə olmaqla) kəsilməsi adətidir. Bu adətə müsəlman ənənəsində böyük əhəmiyyət verilir. Qurbanın kəsilməsi Allaha ibadət və ona hədsiz bağlılığın əlaməti sayılır. Quranda Allaha qurbanın kəsilməsi haqqında (108: 2, 6: 162, 22: 34) bir neçə ayədə vardır. Qurbanlıq olan dəvə, inək, ya da qoyun kimi iki dırnaqlı heyvanlar hər il Zülhiccə ayının 10-da keçirilən Qurban bayramında kəsilir. Qurban kəsmək istəyənlər həcc mərasimində Zülhiccənin 1-dən 10- a qədər ehtiyac olmadan dırnaqları və saçlarını kəsməməlidirlər. İslam alimlərinin çoxu qurbanın kəsilməsini savab, başqaları isə vacib əməl sayırlar. Hər bir kəs özü, ya da ailəsi üçün qurban kəsə bilər. Qurbanın kəsilməsini vəsiyyət etmiş, bunun üçün pul ayırmış ölən adamın yerinə də qurban kəsilə bilər. Bir nəfər bir qoyun, yeddi nəfər bir dəvəni və ya inəyi qurban kəsə bilərlər. Adətə görə qurbanı niyyət edən insan heyvanı özü kəssə daha yaxşıdır. Hər-hansı bir səbəblər üzündən bunu edə bilməsə, onda onun yerinə qurbanı başqa adam da kəsə bilər. Belə olarsa, qurbanı niyyət edənin özünün heyvanın kəsilməsində iştirak etməsi məsləhət görülür. Onun həmin gün qurban kəsilənə qədər heç nə yeməməli, ilk olaraq qurbanlıq ətini dadmalıdır. Qurbanlıq heyvanın əti üç yerə bölünür. Bir hissəsi kəsənin ailəsinə, ikincisi yoxsullara paylanılır, üçüncüsü isə hədiyyə kimi verilir. Qurbanlıq ətini əsasən müsəlmanlara verirlər. Qohum və ya qonşu olan qeyri-müsəlmanlara da verilə bilər. Qurbanlıq heyvanının ətini satışa çıxartmaq olmaz. Heyvan kəsilərkən onu sol yanına yıxmaq lazımdır. Heyvanın boğazı qarşısında qanının axıdılması üçün yarım metrə qədər çuxur qazılmalıdır. Heyvanın hər iki ön və bir arxa ayaqları birlikdə bağlanmalıdır. Yalnız arxa ayağı açıq qalmalıdır. Müsəlman qurban kəsdikdə ilk olaraq niyyət edərək Allahın adını çəkir, sonra iti bıçaqla heyvanın boğazındakı iki əsas qan damarlarını kəsilməlidir. Bu zaman heyvanı bərk saxlamaq lazımdır ki, onun qanı tam axsın. Bundan sonra onun başı üzülməlidir. Müsəlman adətinə görə başqa vaxtlarda da heyvanlar belə kəsilməlidir. Şəriət qaydası ilə kəsilməmiş heyvanın ətinin yeyilməsi müsəlmanlar üçün haram edilmişdir.
QURAN
QURBAN BAYRAMI
OBASTAN VİKİ
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Məlikballı Qurban
Məlikballı Qurban (1790, Məlikballı – 1865) — XIX əsr Azərbaycan şairi və aşığı. Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.
Neftçi Qurban
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
Qurban Abbasov
Qurban Abbasov (neftçi) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı. Qurban Abbasov (aktyor) — aktyor, Azərbaycan SSR əməkdar artisti.
Qurban Bayramov
Qurban Bayramov (filosof) (1935—1996) — fəlsəfə elmləri doktoru, professor. Qurban Bayramov (tənqidçi) (d.
Qurban Bayramı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurban Berdiyev
Qurban Bekiyeviç Berdiyev (türkm. Gurban Bekiýewiç Berdiýew; 25 avqust 1952-ci il, Aşqabad, Türkmənistan SSR, SSRİ) — sovet, Türkmənistan futbolçusu, müdafiəçi, yarımmüdafiəçi, Rusiya futbol məşqçisi. SSRİ idman ustası (1980) 2024-cü il 22 iyundan Tovuzun "Turan" klubunun baş məşqçisi təyin olunub. Профиль Курбана Бердыева на официальном сайте ФК «Ростов». Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine // fc-rostov.ru Профиль Курбана Бердыева на официальном сайте ФК «Рубин». Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine // rubin-kazan.ru Профиль Курбана Бердыева, главного тренера ФК «Ростов» (Ростов-на-Дону). Статистика по турнирам, результаты матчей. // soccer.ru Андрей Анфиногентов и Евгений Дзичковский из Казани. Курбан Бердыев: «Успеть бы только завершить…» (часть 1). // sport-express.ru (5 ноября 2008 года) Андрей Анфиногентов и Евгений Дзичковский из Казани.
Qurban Cəlilov
Cəlilov Qurban Nizaməddin oğlu — texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. Cəlilov Qurban Nizaməddin oğlu Azərbaycan Respublikasının Nuxa rayonunun Qışlaq kəndində anadan olmuşdur. 1950-ci ildə riyaziyyatçı ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1950-1953-cü illərdə Azərbaycan EA Fizika və riyaziyyat institutunun aspirantı olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Neft Ekspedisiyasında kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 1954-cü ildə "Neftdaşıma kontorunun yerdəyişməsi və quyunun sulaşması ilə əlaqəli bəzi məsələlərin hidrodinamik tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1958-1960-cı illərdə AzETNÇİ-da böyük elmi işçi işləyib. 1960-1961-ci illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri, 1974-1988-ci illərdə isə elmi işlər üzrə direktor müavini olmuşdur. 1963-cü ildə "Neftdaşıma (neftlilik) kontorunun yerdəyişməsi, quyuların sulaşması məsələləri və süzülmənin fəza məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Qurban Hacıyev
Qurban Əsəbəli oğlu Hacıyev (19 aprel 1997; Mahamalar, Balakən rayonu — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb. Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Qurban Hacıyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Mehdizadə
Qurban Aydın oğlu Mehdizadə (16 dekabr 1996; Göycəli, Ağstafa rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Qurban Mehdizadə 16 dekabr 1996-cı ildə Ağstafa rayonunun Göycəli kəndində Aydın Mehdizadənin ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Nişanlı idi. Qurban Mehdizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vuran Qurban Mehdizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissələrindən birində, "çavuş" rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Qurban Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Qurban Musayev
Qurban Musayev (Tam adı:Qurban İsabala oğlu Musayev; d.16 mart 1903; Bakı, Mərdəkan - ö.23 noyabr 1982, Bakı) — Şair, yazıçı, pedaqoq, dramaturq, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan əməkdar mədəniyyət işçisi (1953). 1903-cü il martın 16-da Bakının Mərdəkan qəsəbəsində dülgər ailəsində anadan olub. İbtidai təhsilini mollaxanada almış, 1915-19-cu illər Mərdəkanda aptekdə şagird işləmişdir. Atasının ölümündən sonra axşam məktəblərində təhsilini davam etdirəm dramaturq gündüzlər korrektor, müxbir, tərcüməçi və b. vəzifələrdə çalışmış, orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinə daxil olımuşdur. 1929-cu ildə Bakı şəhəri və rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmiş, 1932-ci ildə Yazıçılar Təşkilatı yenidən yarandıqdan sonra öz əsas yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi işçi və kino-dramaturgiyanı öyrənmək üzrə kino-məsləhətçi, ədəbi hissə müdiri işləmişdir. 1932-35-ci illərdə neftçilərin həyatından yazdığı "Qızıl bulaq", "Şərqin qalası" pyesləri tamaşaya qoyulmuş, "Ölüm dərəsi" kino-ssenarisi Bakı kinostudiyasında çəkilmişdir. 1935-ci ildə Moskva akademiya tipli ssenari fakültəsində natamam ali təhsil almışdır. 1982-ci il noyabrın 23-də Bakıda vəfat etmişdir.
Qurban Məlikballı
Məlikballı Qurban (1790, Məlikballı – 1865) — XIX əsr Azərbaycan şairi və aşığı. Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.
Qurban Məmmədov
Qurban Məmmədli (2 aprel 1959, Cəhri, Naxçıvan rayonu) — hüquqşunas, siyasətçi. [mənbə göstərin] Qurban Cəlal oğlu Məmmədov (indi Məmmədli) 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində (indi qəsəbə) anadan olub. Orta təhsilini 1966–1976-cı illərdə Ordubad rayonunda Füzuli adına orta internat məktəbində alıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982–1987-ci illərdə BDU-da hüquq üzrə təhsil almışdır. 1987-ci ildə təyinatla göndərildiyi Sabirabad hüquq məsləhətxanasında vəkil kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ilin iyun ayında yeni yaranmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsinin sədri seçilmişdir. [mənbə göstərin] 1995–1998-ci illər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. [mənbə göstərin] Bir müddət Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur. 5 fevral 1998-ci ildən 2003-cü ilədək 5 il müddətinə həbs edilmişdir.
Qurban Məsimli
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Qurban Namazov
Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi. Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir. 1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir. 1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir. 1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır. 1976-cı ildə valideynlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır. 1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir. 1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Qurban Namazəliyev
Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu – 20 noyabr 1991, Xocavənd rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi. Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir. 1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib. Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.
Qurban Pirimov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Gülablı – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Gülablı – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Qinyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Cəlal Qurbanov
Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021). Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.
Cəmil Qurbanzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cəmilə Qurbanova
Qurbanova Cəmilə Fazil qızı (16 sentyabr 1972, Bakı) — azərbaycanlı professor. Tibb elmləri doktoru. 2013-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktorudur. Qurbanova Cəmilə Fazil qızı 16 sentyabr 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ş. Ələsgərova adına 5 saylı doğum evində internatura keçmiş, 1996-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında klinik ordinaturada təhsil almışdır. 1998-ci ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının 2-ci Mamalıq və Ginekologiya kafedrasında əyani aspiranturaya daxil olmuşdur. 2000-ci ildə Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.N. Strijakovun rəhbərliyi ilə "Reproduktiv yaşda yumurtalıqların irinli iltihabi xəstəliklərinin diaqnostika və müalicəsində az invaziv cərrahiyyənin rolu" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi adı almışdır. O, elə həmin ildə də İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının Mamalıq və Ginekologiya kafedrasının müdiri akademik A.N. Strijakovun təqdimatı ilə elmi fəəliyyətini davam etdirmək üçün həmin kafedrada doktoranturaya qəbul olunmuşdur. Ailəlidir. Bir övladı var.
Davud Qurbanov
Davud Taryel oğlu Qurbanov (15 fevral 1996, Bakı – 3 oktyabr 2020, Tərtər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Davud Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib. Subay idi. Müxtəlif telekanallarda montajçı vəzifəsində çalışmışdı. Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Davud Qurbanov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Dirili Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Dirili Qurbani Məclisi
Dirili Qurbani Məclisi - Ədəbi-bədii ictimai təşkilat Dirili Qurbani Məclisi Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin ən dəyərli nümunələrini yaratmış Aşıq Qurbaninin adını daşıyır. Məclisin sədri Yusif Dirilidir. "Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri - 2", Bakı, Təfəkkür, 2011. 80 səh. (tərtib edənlər.
Dizac-i Qurban (Mərənd)
Dizac-i Qurban (fars. ديزج قربان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (262 ailə).
Elvin Qurbanlı
Elvin Mehman oğlu Qurbanlı (19 dekabr 1999; Aşağı Quşçu Tovuz rayonu — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Qurbanlı 1999-cu il dekabrın 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2005-2016-cı illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elvin Qurbanlı 2017-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qurbanlı oktyabrın 1-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.
Elvin Qurbanov
Elvin Qurbanov (tam adı: Elvin Elmar oğlu Qurbanov; 29 aprel 1999; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Qurbanov 1999-cu il aprelin 29-da Qusar şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elvin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Qurbanov oktyabrın 1-də şəhid olub. Qusar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elxan Qurbanov
Qurbanov Elxan Hacıbaba oğlu — azərbaycanlı dram və kino aktyoru. Elxan Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. Bir neçə film, serial və reklamlarda çəkilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi. 24 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının məşqi zamanı vəfat edib. Teatrın aktyoru, Azərbaycan Respublikasının Xalq Artisi Ağaxan Salmanlının fikirincə :"Elxan Qurbanov əsl aktyor kimi, qrimdə vəfat etdi". Bir anın həqiqəti (film, 2003) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim!
Elçin Qurbanov
Elçin Qurbanov (22 yanvar 2002, Xanlıqlar, Qazax rayonu – 4 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2008–2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elçin Qurbanov 2020-ci ilin yanvarın 27-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Elçin Qurbanov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşad Qurbanov
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014). Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir. Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır. Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur. Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir. Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir.
Emil Qurbanov
Emil Qurbanov (leytenant) — Vətən müharibəsi şəhidi. Emil Qurbanov (əsgər) — Vətən müharibəsi şəhidi.
Emil Qurbanov (leytenant)
Emil Vaqif oğlu Qurbanov (25 avqust 1980, Lənkəran – 29 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olmuşdur. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olmuşdur. 2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq bitirmişdir. 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamışdır. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlamış, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak etmişdir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlamışdır. 2001-ci il 27 oktyabrda ailə həyatı qurub.
Emil Qurbanov (əsgər)
Emil Rafael oğlu Qurbanov (10 dekabr 1999, Çəmənli, Ağdam rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. 2018-ci ildə Naxçıvan 050 saylı hərbi hissənin kəşfiyyat taborunun snayper ixtisası üzrə xidmət etmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətini bitirib ehtiyata buraxılmışdı. 2020-ci ilin avqust ayı 057 saylı hərbi hissədə XTQ bölməsində xidmətə başladı. 2020-ci il sentyabr ayının 27-si İkinci Qarabağ müharibəsinə könüllü olaraq ön xətdə (Suqovuşana) yollandı. Murovdağı, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, Mübariz postu daxil olmaqla 22 postumuzu azad etmşdir. 50-dən çox düşmənin canlı qüvvəsini snayperle məhv etmişdir. 10 oktyabr 2020-ci ildə saat 11:30 radələrində Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlmişdir.
Eyvaz Qurbanov
Eyvaz Qurbanov (14 fevral 1963, Bucaq, Vartaşen rayonu) — Oğuz Rayon İcra Hakimiyyətinin başçısı. Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Eyvaz Qurbanov (şair)
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Fariz Qurbanov
Fariz Məhəmməd oğlu Qurbanov (28 iyun 1998; Qızılhacılı, Goranboy, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fariz Qurbanov 28 iyun 1998 -ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Fariz orta məktəbi qurtardıqdan sonra, 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fariz Qurbanov Ağdərə Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı kəşfiyyatçı istehkamçı kimi hərbi xidmətini yerinə yetirib. 28 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərdi Qurbanov
Fəxrəddin Qurbanlı
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Aprel döyüşləri şəhidi, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərində anadan olub. Fəxrəddin Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurdu və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil oldu. Fəxrəddin Qurbanlı həmdə Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi. Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Fəxrəddin Qurbanov
Fəxrəddin İsa oğlu Qurbanov (3 sentyabr 1953 – 13 fevral 2023) — Azərbaycan diplomatı. Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışmışdır. Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır. Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi çalışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri işləyirdi. 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin İsa oğlu Qurbanovun qardaşıdır.
Hamlet Qurbanov
Hamlet Ağadadaş oğlu Qurbanov (13 oktyabr 1938, Bakı – 16 noyabr 1995, Bakı) — Azərbaycan-sovet kino və teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğludur. Aktrisa Gülşən Qurbanovanın və rejissor və kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır (ata bir, ana ayrı). 2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanmışdır.
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Həsənağa Qurbanov
Qurbanov Həsənağa Əli oğlu — Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Həsənağa Qurbanov 1955-ci il iyulun 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışmışdır. 25 may 1998-ci il tarixində müvafiq sərəncamla Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. 2001-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Həsənağa Qurbanov gənc yaşlarından musiqiyə böyük maraq göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdir. "Dan ulduzu" instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf etmişdir. Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikanın hüdudlarından kənarda tanınmasında və təbliğində onun böyük xidmətləri olmuşdur.

Digər lüğətlərdə