Emil Rafael oğlu Qurbanov (10 dekabr 1999, Çəmənli, Ağdam rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.
Emil Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1999(1999-12-10) |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2020(2020-10-10) (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Emil Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib.
2018-ci ildə Naxçıvan 050 saylı hərbi hissənin kəşfiyyat taborunun snayper ixtisası üzrə xidmət etmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətini bitirib ehtiyata buraxılmışdı.
2020-ci ilin avqust ayı 057 saylı hərbi hissədə XTQ bölməsində xidmətə başladı. 2020-ci il sentyabr ayının 27-si İkinci Qarabağ müharibəsinə könüllü olaraq ön xətdə (Suqovuşana) yollandı. Murovdağı, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, Mübariz postu daxil olmaqla 22 postumuzu azad etmşdir. 50-dən çox düşmənin canlı qüvvəsini snayperle məhv etmişdir.
10 oktyabr 2020-ci ildə saat 11:30 radələrində Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlmişdir.
O ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.