Qurultay

1) müəyyən təşkilatın, yaradıcı birliklərin, əhali qruplarının, müəyyən sahələrin nümayəndələrinin geniş yığıncağı; 2) hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı; 3) hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Məsələn, həmkarlar ittifaqları qurultayı, müəllimlər qurultayı, sənaye işçilərinin qurultayı.
Qrup
Laborant
OBASTAN VİKİ
Qurultay
Qurultay – 1)müəyyən təşkilatın, yaradıcı birliklərin, əhali qruplarının, müəyyən sahələrin nümayəndələrinin geniş yığıncağı; 2)hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı; 3)hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Məsələn, həmkarlar ittifaqları qurultayı, müəllimlər qurultayı, sənaye işçilərinin qurultayı. Qurultay — Qədim Türk dövlətlərində sayılıb-seçilən insanların iştirakı ilə mühüm məsələləri müzakirə və həll etmək üçün görüş. Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay nümayəndələri ilk, ərazi təşkilatlarında seçilir və qrup üzrə ali səlahiyyətə malik olurlar. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201v. s.
Qurultay (dəqiqləşdirmə)
Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay — yığıncaq, şura, məclis. Qədim dövrdə türk və moqol xalqlarında səlahiyətli xalq nümayəndələrinin - ağsaqqaların, feodalizm dövründə xanların, bəylərin yığıncağı. Böyük Qurultay — Macarıstanda aparılan Altay xalqların festivalı.
Böyük Qurultay
Böyük Qurultay (mac. Nagy-Kurultáj) — Macarıstanın Buqats şəhərində baş tutan Altay millətlərin illik festivalı.
Birinci Türkoloji Qurultay
Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular. Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır.
Dünya Azərbaycanlılarının III Qurultayı
Dünya Azərbaycanlılarının III Qurultayı — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5–6 tarixlərində Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının üçüncü Qurultayı. "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5–6-da Bakı şəhərində keçirilmişdir. Dünya azərbaycanlılarının II qurultayında 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir.
Dünya Azərbaycanlılarının II Qurultayı
Dünya Azərbaycanlılarının II Qurultayı — 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının ikinci Qurultayı. "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər — Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Prezident İlham Əliyev qurultaydakı çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da vurğulamışdır. İlham Əliyev qurultaydakı nitqində: Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.. Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı. İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı. Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib. İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi. 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının Qurultayı
Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir. Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikasının o zamankı Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün ö dövrkü, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Dünya Başqırdlar Qurultayı
Dünya Başqırdlar Qurultayı (başq. Бөтә донъя башҡорттары ҡоролтайы) — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir. İndiyə kimi 4 Qurultay keçirilmişdir. I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir.
II Monqol qurultayı
II Monqol qurultayı — Ögedey xanın 1241-ci ildəki ölümündən sonra keçirilmişdir. Bu qurultay monqolların qərbə hücumunu dayandırmışdı. 1246-cı ildə keçirilən bu qurultayda əsas namizədlər Cuçi xanın oğlu Batı xan, Ögedey xanın oğlu Güyük xan və Çingiz xanın qardaşı Temüge idi. Batı xanın taxtdan imtina etməsi ilə Güyük xan seçilmişdi. Bu qurultayda İohan Karpini, VI David, VII David, II Yaroslav, Ermənistan çarı I Hetumun qardaşı Smbat, IV Qılınc Arslan və bir çox səfir iştirak edirdi. İohan Karpininin dediklərinə görə 4000dən çox xarici qonaq vardı. Bu qurultay Batı xanın gücünü artırmışdı.
I Monqol qurultayı
I Monqol qurultayı — Çingiz xanın ölümündən sonra keçirilmiş qurultaydır. Qurultay 1229-cu ildə Kerulen sahilində keçirilmişdir. Qurultayda əsas namizədlər Tuluy və Ögedey idi. Yaşayan ən böyük qardaş Cığatay xanın Ögedeyi dəstəkləməsi qurultayın nəticəsini təyin etdi və Ögedey xan elan olundu.
Krım Tatar Milli Qurultayı
Krım Tatar Milli Qurultayı (krımtat. Qırımtatar Milliy Qurultayı, Къырымтатар Миллий Къурултайы) — Krım tatar xalqının nümayəndə orqanı və 1917-ci ildə Krım Xalq Respublikasının müstəqilliyini bəyan edərək onun parlamenti olan qurum. Rusiyada 1917-ci ilin martın 25-də baş vermiş Fevral inqilabından sonra Simferopol şəhərində Krımın şəhərləri və qəsəbələridən 1500 nümayəndədən ibarət olan Bütövkrım Müsəlman Qurultayı baş verib. Həmin ilin oktyabrın 1-2 arasında müsəlman icra komitəsinin başçısı Noman Çələbi Cihan komitənin keçirdiyi Krım tatar qurumların toplantısında Krım Tatar Milli Qurultayını təsis etməyə təklif edib. Təklif yekdilliklə qəbul olunub. Sovet dövründə törədilən deportasiyalara görə, 1950-ci və 60-cı illərdə Krım tatarların milli hərəkatı SSRİ boyu mərkəzsiz bir şəbəkə yaradıb, Özbəkistanda iclaslarını gizli şəkildə aparmağa məcbur idi. 1970-ci və 80-ci illərdə birgə məqsədləri, amma müxtəlif taktikaları olan qruplar formalaşıb. 80-ci illərin ortasında yeni təşkil üsulları üçün imkan yaradılıb. Sovet dövründəki fasilədən sonra Qurultay yenidən 1991-ci ilin iyunun 26-da toplaşmağa başladı. Qurultay Krım Tatar Milli Məclisinin 33 üzvünü seçib.
Lübeç qurultayı
Lübeç qurultayı — Dnepr çayı sahilində yerləşən Lübeç şəhərində 1097-ci ildə knyazlıqlar arasında udellər uğrunda baş verən feodal çəkişmələrinin aradan qaldırılması və Rus torpaqlarına dağıdıcı yürüşlər edən kumanlara qarşı mübarizədə daha sıx birləşmək məqsədilə çağrılmış rus knyazlarının qurultayı. Qurultayın çağrılmasının əsas səbəbi 1094-cü ildən Svyatopolk İzyaslaviçin və Vladimir Monomaxın əleyhinə çıxış edən Oleq Svyatoslav ilə sülh bağlamaq idi. XI əsrin axırları və XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Hələ atasının sağlığında Çerniqovda onun sağ əli hesab olunan Vladimir Monomax 1093-cü ildə ruslar üçün məğlubiyyətlə nəticələnmiş Stuqne döyüşündə iştirak etmiş, 1094-cü ildə isə Oleq Svyatoslaviç kumanların köməyi ilə Vladimiri Çerniqovdan qovmuşdur. Kiyev knyazı Svyatopolk İzyaslaviç Vladimir Monomaxın köməyinə gəlsə də, kumanlar rus torpaqlarının cənub sərhədlərinə hücum etmişlər. 1096-1097-ci illərdə Mstislav Vladimiroviç novqorodluların, Vyaçeslav Vladimiroviç isə kumanların köməyi ilə Oleq Svyatoslavla Murom, Ryazan, Suzdal və Rostov uğrunda mübarizə aparmış və Kolokşedə ona ağır zərbələr vurmuşlar. Mstislav Vladimiroviç bu döyüşdən sonra Oleqə sülh bağlamağı təklif etmişdir. 1097–ci ilin Lübeç qurultayında “hər kəs öz votçinasını qorusun” şüarı ilə dövlətin ayrı-ayrı müstəqil knyazlıqlara parçalanması rəsmiləşdirildi. Böyük Kiyev torpağında Rostov, Suzdal, Preyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minsk, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları yarandı. Греков Б. Д., Киевская Русь, М., 1953; Рыбаков Б. А., Первые века русской истории, М., 1964.
Muğan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu". Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.
Naxçıvan Müəllimlər Qurultayı
Naxçıvan Müəllimlər Qurultayı — “İrəvan quberniyası xalq məktəblərinin sahə qurultayı” adı ilə 1893-cü il noyabrın 22-24-də Naxçıvan şəhərində keçirilmişdir. Qurultayda “Məktəblərdə müəllimlər heç bir əlavə vəsait sərf etmədən hansı kənd təsərrüfatı məşğələlərini təşkil edə bilərlər?” mövzusunda müzakirə aparılmışdır. Müzakirələrdə mahalın tanınmış müəllimlərindən olan Cəlil Məmmədquluzadə, Kərim bəy İsmayılov (Nehrəm məktəbi), Nəsrulla Əmirov (Naxçıvan şəhər məktəbi), Əbdülqasım Sultanov (Şahtaxtı məktəbi), Məmməd bəy Qazıyev (Şərur məktəbi) çıxış etmişlər. Qurultayın bu məsələ ilə əlaqədar qəbul etdiyi qərarda məktəblərdə ipəkçiliyin təşkili və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Qurultayda Naxçıvan şəhər məktəbində müxtəlif fənlər üzrə keçirilmiş açıq dərslər də müzakirə olunur.
Qafqaz Müsəlmanları Qurultayı
Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır" Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və müdafiə edən ilk təşkilatlardan biri idi. Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər. Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə Məhəmməd Əmin Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz". Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi.
Qafqaz müsəlmanlarının qurultayı
Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır" Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və müdafiə edən ilk təşkilatlardan biri idi. Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər. Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə Məhəmməd Əmin Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz". Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi.
Qazaxda kəndli qurultayı
Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı. Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi.
Qurultaydan Qurultaya (1970)
Qurultaydan Qurultaya (1985)
Qurultaydan qurultaya (film, 1970)
Qurultaydan qurultaya (film, 1985)
RSDFP-nin II qurultayı
Rusiya Sosial Demokrat Fəhlə Partiyası II Qurultayı — 1903-cü il iyulun 17-də (30-da) və avqustun 10-da (23-də) baş tutan qurultay. Qurultayın birinci 13 iclası Brüsseldə keçirilmişdir. Sonra, polisin təqibi üzündən, qurultayın iclasları Londona köçürülmüşdü. Qurultayın ən mühüm məsələləri partiya Proqramı və Nizamnaməsinin təsdiq edilməsi və rəhbər partiya mərkəzlərinin seçilməsi idi. Partiya Nizamnaməsinin müzakirəsi zamanı partiyanı qurmağın təşkilat prinsipləri məsələsində şiddətli mübarizə baş vermişdi. V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 246-247.
RSDFP-nin İkinci qurultayı
Rusiya Sosial Demokrat Fəhlə Partiyası II Qurultayı — 1903-cü il iyulun 17-də (30-da) və avqustun 10-da (23-də) baş tutan qurultay. Qurultayın birinci 13 iclası Brüsseldə keçirilmişdir. Sonra, polisin təqibi üzündən, qurultayın iclasları Londona köçürülmüşdü. Qurultayın ən mühüm məsələləri partiya Proqramı və Nizamnaməsinin təsdiq edilməsi və rəhbər partiya mərkəzlərinin seçilməsi idi. Partiya Nizamnaməsinin müzakirəsi zamanı partiyanı qurmağın təşkilat prinsipləri məsələsində şiddətli mübarizə baş vermişdi. V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 246-247.
Rusiya Sosial Demokrat Fəhlə Partiyası II Qurultayı
Rusiya Sosial Demokrat Fəhlə Partiyası II Qurultayı — 1903-cü il iyulun 17-də (30-da) və avqustun 10-da (23-də) baş tutan qurultay. Qurultayın birinci 13 iclası Brüsseldə keçirilmişdir. Sonra, polisin təqibi üzündən, qurultayın iclasları Londona köçürülmüşdü. Qurultayın ən mühüm məsələləri partiya Proqramı və Nizamnaməsinin təsdiq edilməsi və rəhbər partiya mərkəzlərinin seçilməsi idi. Partiya Nizamnaməsinin müzakirəsi zamanı partiyanı qurmağın təşkilat prinsipləri məsələsində şiddətli mübarizə baş vermişdi. V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 246-247.
1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi. Film Azdövlətkinoda istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər. Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.

Digər lüğətlərdə