qəmbər

ру галька en pebbles de Kieselsteine fr cailloux es guijarros it ciottoli
qələvi torpaq metal
qəmbərli akkumulyator
OBASTAN VİKİ
Qəmbər
Qəmbər — ad. Qəmbər Hüseynli — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Qəmbər Namazov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Qəmbər Sadıqov — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru Qəmbər Məhərrəmov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Qəmbər Zülalov — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Qəmbər Quluyev Təxəllüs İsa Qəmbər — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Rövşən Qəmbər — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).
Qəmbər Bəybalayev
Bəybalayev Qəmbər Bəylər oğlu (1 mart 1957, Quba) — "Azərpoçt"un sabiq baş direktoru; texnika elmləri namizədi, dosent; Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i Qəmbər Bəybalayev 1 mart 1957-ci ildə Azərbaycanın Quba rayonunun Əlik kəndində anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakultəsinə daxil olmuşdur. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988–1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27 aprel 1998-ci ildən 23 aprel 2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir. 2001-ci ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır. 13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü təyin edilmişdir. Azərbaycan Texniki Universitetinin dosentidir. "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi işlədiyi dövrdə, 1991–1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir.
Qəmbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Qəmbər Namazov
Qəmbər Kazım oğlu Namazov (25 avqust 1932, Güllübulaq, Amasiya rayonu – 6 dekabr 2013) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Professor Qəmbər Kazım oğlu Namazov 25 avqust 1932-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda Güllübulaq kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Güllübulaq kənd orta məktəbinigümüş medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika –riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. O, 1957-ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Q. K. Namazov birinci elmi işini hələ tələbə olarkən yazmış və 1957-ci ildə Tbilisi şəhərində keçirilən tələbə və aspirantların Umumittifaq konfransında məruzə ilə çıxış etmişdir. Həmin iş SSSR Ali Orta ixtisas Təhsili Nazirliyinin "Tərifnamə"-si ilə mükafatlandırılmış və 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının "Məruzələrində" çap edilmişdir. Universitetdə təhsilini başa vurduqdan sonra, 1957-ci ildə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda işə göndərilmiş və elə həmin il orada aspiranturaya qəbul olduqdan sonra, institut rəhbərliyi onu çox perspektivli bir gənc kimi aspiranturada təhsilini davam etdirmək üçün S. V. Lomonosov adına Moskva Dövlət Universitetinə ezam etmiş, orada "Diferensial tənliklər" kafedrasında akademik O. A. Oleynikin rəhbərliyi altında namizədlik dissertasiyasını yazmışdır. Q. K. Namazov 1960-cı ildən 1962-ci ilədək Az. SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi, 1962-ci ildən 1966-cı ilə qədər isə həmin institutda böyük elmi işçi vəzifəsində çalışmışdır. Q. K. Namazov 1966-cı ildə müsabiqədən keçərək ADU-nun "Diferensial və tənliklər" kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
Qəmbər Quluyev
Qəmbər Ağaverdi oğlu Quluyev (10.7.1950) — texnika elmləri doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 146 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 47 Respublikada çıxmış elmi əsərlərinin sayı: 89 Konfrans məruzələri və tezislər sayı: 49 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10 Idman yarışlarının idarə edilməsi üçün idarəetmə və məlumat sistemləri işlənib hazırlanmışdır. Kompressor aqreqatının vibrasiya vəziyyətinin diaqnostikası və proqnozlaşdırılması üçün robast informasiya sistemi işlənmişdir. 2007- ci ildə istismara verilmişdir. Neftqazçıxarma müəssisələri üçün yeni nəsil ölçü, nəzarət, diaqnostika sistemləri işlənib hazırlanmışdır. Regionda baş verən anomal seysmik proseslərin monitorinqini həyata keçirmək üçün RNM ASP stansiyalar şəbəkəsi yaradılmışdır. T.A.Aliev, A.M.Abbasov, G.G.Mamedova, G.A.Guluevç F.H.Pashayev. "Technologies for Noise Monitoring of Abnormal Seismic Processes." // "Seismic Instruments", 2013, Vol.49, №1, p.64-80. Гулуев Г.А. "Применение нейронной сети для идентификации вибрационного состояния компрессорного агрегата." // "Азербайджанское нефтяное хозяйство", 2013, №1, с.40-45 T.A.Aliev, A.M.Abbasov, G.A.Guluyev, F.H.Pashayev, U.E.Sattarova. "System of robust noise monitoring of anomalous seiemic processes." // "Soil Dynamics and Earthquake Engineereing", 2013, №53, p.11-25.
Qəmbər Sadıqov
Qəmbər Nəzir oğlu Sadıqov (1901-1937) — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini.Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru. Sadıxova Qeysi Nəsir qızı ilə ailə qurmuşdu. O, 1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu – 1932-ci il, qızı Sima Qəmbər qızı – 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıqov Qəmbər Nəzir oğlu (1901) Marksizm – Leninizm İnstitutunun direktoru olmuşdur. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əksinqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Sadıqova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıqova Qeysi Nəsir qızına bəraət verilmişdir.
Qəmbər Zülalov
Qəmbər Əbdül oğlu Zülalov (1895, Şuşa – 1976, Bakı) — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Onlar bir neçə il Türkmənistanın Aşqabad şəhərində əmisinin yanında yaşamışlar. Müğənniliyə 1917-ci ildə Şuşada başlamışdır. Şirin və məlahətli, yumşaq və orta tembrli səsi vardı. Bir müddət Şuşada xanəndəlik və müğənnilik etdikdən, müəyyən həvəskar tamaşalarında opera və operetta rolları oynadıqdan sonra 1919-cu ildə Bakıya gəlmişdir. 1926–1975-ci illərdə qısa fasilələrlə Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında Məcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 80 yaşında fəxri təqaüdə çıxmışdır.
Rövşən Qəmbər
Rövşən Qəmbər (3 iyun 1951, Qaryagin) — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995). Rövşən Qəmbər 3 iyun 1951-ci ildə Karyagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. 1968-ci ildə Bakıdakı 62 nömrəli məktəbi əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun kimya texnologiya fakültəsinə daxil olmuşdur. 1970–1974-cü illərdə Almaniyanın Drezden Universitetində kimya fakültəsində ali təhsil almışdır. 1975-ci ilin mayında SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında 3 illik təhsil almaqdan imtina edəndən sonra məcbur olub 1 il Sovet Ordusu sıralarında Ukraynada Ternopol şəhərində hərbi xidmət etmişdir. 1984-cü ildə dissertasiya müdafiə edib. 1986–1988-ci illərdə sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat sahəsində ikinci ali təhsil alıb. Ayaz Mütəllibovun hakimiyyəti zamanında — 1990-cı ildə Azərbaycan parlamentinə seçkilərdə Qarabağdakı 305 nömrəli seçki dairəsindən namizəd olaraq təxminən 75% səs alsa da, nəticələrin saxtalaşdırılmasına görə parlamentə buraxılmayıb[mənbə göstərin]. Rövşən Qəmbər Xocalı soyqırımından təsirlənən ziyalılarla birlikdə 1992-ci ilin mart-avqust aylarında qurulmuş Azərbaycan Ana Torpaq Partiyasının (AATP) sədri olub.
İsa Qəmbər
İsa Yunis oğlu Qəmbər (24 fevral 1957, Bakı) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Milli Strateji Düşüncə Mərkəzinin sədri; Yeni Müsavat qəzetinin təsisçisi (7 noyabr 1987 – 8 noyabr 2009); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü (1989–1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991); Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 – 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 – 16 iyun 1992); Müsavat Partiyasının 5-ci (noyabr 1992 – 28 sentyabr 2014) və 7-ci sədri (2024-cü ildən); Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003–2005); Azadlıq blokunun həmtəsisçisi (2005–2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013–2014). İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Əslən Füzulinin Kürdlər kəndindəndir. Uşaqlıq və gənclik illərində idmanla — futbol, stolüstü tennis və bir müddət basketbolla məşğul olub. Sonrakı illərdə tədricən aktiv idman həyatından uzaqlaşıb. İsa Qəmbər 1964–1974-cü illərdə Bakı şəhəri 62 saylı orta məktəbində təhsil almışdır. 1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. İsa Qəmbər Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri tədqiq etmiş və "1978–1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmışdır. 1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.
Qəmbər Məhərrəmov
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Arzu-Qəmbər dastanı
Arzu-Qəmbər dastanı— İraq-Türkman və Azərbaycan folklorunda ən məşhur dastan "Arzu-Qəmbər" dastanı xalq məişətini, onun inam və etiqadını, mərasimlərini, adət-ənənələrini parlaq şəkildə əks etdirir. Bu hekayə türkmənlərin İslam dinini qəbul etmələrindən sonra yazılmışdır. “Arzu ilə Qamber” bir türkmən dastanıdır. XVI-XVII yüzilliklər Ağqoyunlu və ya Qaraqoyunlu Türkmən dövlətləri zamanında İraqda tamamlanmışdır . Kimin tərəfindən yazıldığı bilinməyən bu hekayə Osmanlı imperiyasının son dövrlərində Anadolu rəvayəti olaraq daş basması, daha sonra da mətbəə hərfləri ilə basılmışdır. Original mətninə hələlik rast gəlinməyib . Dastan Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan İraq(1964), İran(1967) və Türkiyədə(1971), Bakıda təkrar-təkrar çap olunub ,, . Dastanın Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qarayazı və s. variantları olsa da, işıq üzü görməmişlər . "Arzu-Qəmbər" xalq nağılları ilə bağlı olan dastanlardandır.
Qəmbər Məhərrəmov (şəhid)
Qəmbər Hüseynli (film, 2007)
Aida Qəmbər
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-ci illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aşıq Qəmbər
Aşıq Qəmbər — Şair Qasım bəy Zakirin müasiri və yaxın dostu olan aşıq. Aşıq Əsədin xalq şeiri üslubunda yazdığı bir sıra lirik və satirik əsərləri vardır.
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elton Qəmbərli
Elton Baba oğlu Qənbərli (1 fevral 1997; Şərur rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Elton Qənbərli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elton Qənbərli oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşən Qəmbərov
Elşən Qəmbərov (30 oktyabr 1970, Bakı) - Azərbaycan milli yığmasının sabiq üzvü, sabiq futbolçu, uşaq futbolu məşqçisi.
Rafiq Qəmbərov
Rafiq (Rəfail) Əli oğlu Qəmbərov (31 dekabr 1947, Qroznı) — Azərbaycan kinooperatoru və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (1998–2007), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), SSRİ Dövlət Mükafatı laureatı (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2018-ci ildən). Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966–1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L. B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir. 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir. 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bakı haqqında 10 dəqiqə (film, 1970) Gecə söhbəti (film, 1971) Hörmətli alim yoldaşlar (film, 1971) "Müstəntiq və məntiq" (film, 1971) Vətəndaş sərnişinlər... (film, 1971) Nəriman Nərimanov (film, 1972) Sözsüz mahnı (film, 1972) Təki dam olsun... (film, 1972) Gilas ağacı (film, 1972) Bizim küçənin oğlanları (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İçəri şəhər (film, 1978) Azərbaycanın palçıq vulkanları (film, 1979) Çovqan oyunu (film, 1979) İstintaq (film, 1979) Qəribə adam (film, 1979) Lahıc (film, 1979) "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980) Bağlı qapı (film, 1981) Cəmşid Naxçıvanski (film, 1982) Fövqəladə hadisə (film, 1982) İstirahət gecəsi (film, 1982) Rəngli yuxu (film, 1982) Zərbə (film, 1983) Gethagetdə (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Park (film, 1983) Xəbərdarlıq (film, 1985) Atası yandı (film, 1986) Burulğan (film, 1986) Ölsəm...
Ramiz Qəmbərov
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü. Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur.
Salman Qəmbərov
Salman Hüseyn oğlu Qəmbərov (d. 18 aprel 1959, Bakı) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001). 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Yunis Qəmbərov
Qəmbərov Yunis Heydər oğlu (1926-1991) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1968), professor (1971), AMEA-nın müxbir üzvü (1980). Yunis Qəmbərov 5 mart 1926-cı il Füzuli rayonunun Kürdlər kəndində kəndli ailəsində anadan olub. 1933-1943-cü illərdə orta məktəbdə təhsil alıb. 1944-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub. 1949-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1950-1952-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturasında oxuyub. 1956-1958-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunda aspirantura təhsilini başa vurub. Yunis Qəmbərov 1952-1956-cı illərdə "Azxəzərneft" Birliyinin Antikorroziya xidməti kontorunda istehsalat şöbəsinin rəisi vəzifəsində işləyib. 1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra Piroliz laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda Karbohidrogen monomerləri şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib.
Zeynəb Qəmbərova
Zeynəb Qəmbərova (12 iyun 1916, Ərəbocağı, Ərəş qəzası – 1978, Ərəbocağı, Ağdaş rayonu) - pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı. Ağdaş rayonunda anadan olub. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3, 5-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
İmamverdi Qəmbərov
Qəmbərоv İmamverdi Əlibala оğlu (1932–1984) — Azərbaycan jurnalisti, tərcüməçi, ensiklоpediyaçı. Bakıda fəhlə ailəsində dоğulmuş, оrta məktəbi, Azərbaycan Dövlət Universiteti filоlоgiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, əmək fəaliyyətinə mətbuatdan başlamışdır. 1955-ci ildən "Sоsializm tarlaçısı" (Cəlilabad rayоnu), "Azərbaycan bədən tərbiyəçisi", "İdman" qəzetlərində məsul katib, tərcüməçi, ədə- bi işçi vəzifələrində işləmişdir. 1967–1984-cü illərdə Azərbaycan Sоvet Ensiklоpediyasının Baş redaksiyasında elmi redaktоr, böyük elmi redaktоr və elmi sahə redaksiyasının müdiri vəzifələrində çalışmışdır. Çоxlu sayda elmi-publisistik, ensiklоpedik məqalənin və tərcümənin müəllifidir. Q. eyni zamanda klassik ədəbiyyatın qəzəl və rübai canrlarında şerlərin müəllifi, şətrənc (şahmat) оyunlarının qabil nəzəriyyəçilərindən biri idi.
İsa Qəmbərov
İsa Yunis oğlu Qəmbər (24 fevral 1957, Bakı) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Milli Strateji Düşüncə Mərkəzinin sədri; Yeni Müsavat qəzetinin təsisçisi (7 noyabr 1987 – 8 noyabr 2009); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü (1989–1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991); Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 – 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 – 16 iyun 1992); Müsavat Partiyasının 5-ci (noyabr 1992 – 28 sentyabr 2014) və 7-ci sədri (2024-cü ildən); Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003–2005); Azadlıq blokunun həmtəsisçisi (2005–2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013–2014). İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Əslən Füzulinin Kürdlər kəndindəndir. Uşaqlıq və gənclik illərində idmanla — futbol, stolüstü tennis və bir müddət basketbolla məşğul olub. Sonrakı illərdə tədricən aktiv idman həyatından uzaqlaşıb. İsa Qəmbər 1964–1974-cü illərdə Bakı şəhəri 62 saylı orta məktəbində təhsil almışdır. 1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. İsa Qəmbər Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri tədqiq etmiş və "1978–1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmışdır. 1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.
İsgəndər bəy Qəmbərəliyev
İsgəndər bəy Məşədi Salman bəy oğlu Qəmbərəliyev — İsgəndər bəy Məşədi Salman bəy oğlu Qəmbərəliyev (tarixi ədəbiyyatda Əliyev də yazılır. Qəmbərəliyev düzdür) 1888-ci il mayın 10-da Gəncədə anadan olmuşdur. 1906-cı il iyunun 1-də 6 sinifli Gəncə şəhər məktəbini bitirmişdi. Kollec registirliyinə yiyələnmişdi. 1917-ci ildən Yelizavetpol (Gəncə) qəza və xalq milisində xidmət etmişdi. Zaqafqaziya Komissarlığının əmri ilə 1918-ci il yanvar ayının 1-dən Gəncə şəhər xalq milisində 4-cü sahənin milis komissarı təyin edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyun ayının 23-də Gəncənin ilk qubernatoru təyin olunmuş polkovnik İbrahim ağa Vəkilovun 25 sentyabr 1918-ci il tarixli əmri ilə İsgəndər bəy Qəmbərəliyev Gəncə şəhər polismeysterinin böyük köməkçisi (1-ci müavini) vəzifəsinə təyin edilmişdi. Daxili işlər naziri N.Yusifbəylinin 30 sentyabr 1919-cu il tarixli 133 nömrəli əmri ilə bu vaxtadək Gəncə polismeysterinin böyük köməkçisi vəzifəsində çalışan İsgəndər bəy Qəmbərəliyev Gəncə şəhərinin müvəqqəti polismeysteri təyin olunmuşdur. Sonra yenə daxili işlər naziri N.Yusifbəylinin 12 noyabr 1919-cu il tarixli 295 nömrəli əmri ilə İsgəndər bəy Qəmbərəliyev Şamxor (Şəmkir) qəzasının rəis əvəzi göndərilmişdi.

Digər lüğətlərdə