Mirzə Rəfiyev
Mirzə Rəfiyev — Azərbaycan rejissoru.
== Həyatı ==
Mirzə Rəfiyev 29 dekabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. Böyük Vətən Müharibəsi iştirakçısı olaraq "Almaniya üzərində qələbə" medalı ilə təltif edilmişdir. Cəfər Cabbarlı ad. "Azərbaycanfilm" kinostudiyasında quraşdırılma çəkilişlərinin rəssamı kimi çalışmışdır. "Bakının işıqları", "O olmasın, bu olsun", "Qara daşlar", "Ögey ana", "Şah Sənəm və Qərib" (Türkmənfilm), "Böyük dayaq", "İstintaq davam edir", "İnsan məskən salır" və s. bədii filmlərin quraşdırılma çəkilişləri rəssamı, "Çaqqal oğlu, çaqqal" cizgi filminin rejissoru və rəssamıdır.
== Filmoqrafiya ==
Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - quraşdırılmış səhnələrin rəssamı
Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) - quraşdırma səhnələrin rəssamı
Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - quraşdırılmış səhnələrin rəssamı
Bakının işıqları (film, 1950)
Bayquş gələndə... (film, 1978)
Bəxtiyar (film, 1955)
Bir ailə (film, 1943)
Bir ailəlik bağ evi (film, 1978)
Bizi bağışlayın (film, 1979)
Bizim küçə (film, 1961)
Böyük dayaq (film, 1962)
Cin mikrorayonda (film, 1985)
Çaqqal oğlu çaqqal (film, 1972)
Dağlarda döyüş (film, 1967)
Dədə Qorqud (film, 1975)
Dərviş Parisi partladır (film, 1976)
Dörd bazar günü (film, 1975)
Əhməd haradadır? (film, 1963)
Əmək və qızılgül (film, 1962)
Əsl dost (film, 1959)
Gün keçdi (film, 1971)
İnsan məskən salır (film, 1967)
İstintaq davam edir (film, 1966)
İşgüzar səfər (film, 1982)
Kişi sözü (film, 1987)
Qanlı zəmi (film, 1985)
Qara daşlar (film, 1956)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qərib cinlər diyarında (film, 1977)
Qızıl uçurum (film, 1980)
Qızıl qaz (film, 1972)
Qoca palıdın nağılı (film, 1984)
Qocalar, qocalar...