Ərəb mənşəlidir. Mənası “hulqumdan (boğazdan) rahat keçən” deməkdir. Loğma (loxma) sözü də elə hulqum sözü ilə bağlıdır (bir loğma -“boğazdan bir dəfəyə keçə bilən” deməkdir). Rahathulqum düyü unu, şəkər, meyvə şirəsi, badam və süd qarışığından hazırlanan şirin yemək növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)