SANAYİLEŞMEK
SANCI
OBASTAN VİKİ
Sancak bölgəsi
Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monteneqro (şimal-şərq) sərhədindəki tarixi bölgə. Bölgə adını türk hakimiyyəti dövründə (1912-ci ilə qədər) mövcud olmuş inzibati vahid adından almışdır. == Tarixi == Orta əsrlərdə bölgə serb Raşka dövlətinin mərkəzi idi, onun paytaxtı Ras müasir Yeni Pazar şəhəri yaxınlığında yerləşirdi, buna görə Sancakın serb hissəsi Raşka bölgəsi olaraq da tanınır. Osmanlı hakimiyyəti dövründə (XIV əsrdən) Yeni Pazar Sancağı mərkəzi Novi Pazar şəhərində olan Osmanlı İmperatorluğunun inzibati vahidi idi. 1878-1908-ci illər arasında ərazi Avstriya-Macarıstan, 1908-1913-cü illərdə yenidən Osmanlı İmperiyasının nəzarəti altına keçdi. 1913-cü ildə Birinci Balkan müharibəsinin nəticələrindən sonra Sancak Serbiya və Qaradağ arasında bölündü, 1945-ci ildə müasir sərhədlər quruldu.
Sancaktepe Belediyespor
Sancaktepe FK — Türkiyənin Sancaktepe şəhərində yerləşən futbol klubu. == Tarix == Klub 2008-ci ildə "Smandıraspor" adı ilə yaradılıb və adını "Sancaktepe Gençlikspor" olaraq dəyişdirdikdən sonra növbəti mövsüm Türkiyə 3-cü Liqasına yüksəlib. 2016–17 mövsümündə klub eyni ad altında Türkiyə 2-ci Liqasına yüksəlmişdir. 2019–20 mövsümünün əvvəlində bələdiyyəni tərk edərək səhmdar cəmiyyət quruluşuna keçdiyi üçün komanda adını Sancaktepe FK olaraq dəyişib.