SARI₂

qoş.
1. Tərəf, səmt. Qapıya sarı getmək. Evə sarı gəlmək. Üzünü pəncərəyə sarı çevirmək.
– Bir uşaq … təngnəfəs [Aynaya] sarı gəlirdi. Ə.Məmmədxanlı.
Maşın cıdır düzünə sarı üz tutub sürətini daha da artırdı. H.Seyidbəyli.

2. Ötrü, üçün (bəzən “ki” bağlayıcısı ilə).
Ondan sarı ki, heçnən adam boğazlayırlar. Mir Cəlal.

3. Sarıdan şəklində – tərəfindən, cəhətindən. Anam sarıdan nigaranam.
– Bu gün neçə gündü canan sarıdan; Yetibdi guşuma səda, gedirəm. Q.Zakir.
[Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu.
[Reyhan Əzizə:] Nə bilim, bala, ürəyim [Azər] sarıdan sakit deyil. Ə.Məmmədxanlı.

Синонимы

  • SARI 1. SARI (rəng) Axşam yatmamış xanım Güləbətini özü ilə üzbəüz oturdub nazik sarı rəngli karandaşı və bir vərəq kağızı qabağına qoydu (M

Омонимы

  • SARI SARI I is. [ hind. ] Hind qadınlarının paltarı. Onun əynində ağ bezdən sarı vardı (M.İbrahimov). SARI II sif
SARI₁
SARI-BOZUMTUL

Значение слова в других словарях