Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.
Xaslı (Azərşəhr)
Xaslı (fars. خاصلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 975 nəfər yaşayır (283 ailə).
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı Ərdoğan
Aslı Ərdoğan (türk. Aslı Erdoğan) - Türk fizik və yazar. Türk ədəbiyyatına əsərlərini 1990-cı illərdən verməyə başlamış, dövrünün yeni yazarlarındandır və Avropa atom araşdırmaları mərkəzində xidmət edən ilk türk fizikidir. Fizika doktoranturasını yarıda buraxaraq ədəbiyyatı seçdi, hekayə yazarı kimi tanındı. Hekayələrdən roman, poetik mətn, sınaq üçün əsərlər yazdı. Çoxsaylı qazetlərdə köşe yazarı kimi işləmişdir. Bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüş Erdoğanın əsərləri xüsusilə Avropa ölkələrində maraq görmüş çoxsaylı dillərdə tərcümə olunmuşdur. 1967-ci ildə İstanbulda dünyaya gəlib İlk öncə Amerika Robert Liseyini bitirmiş ardınca Boğaziçi Universitetinin Kompüter Mühəndisliyi və Fizika bölümlərini bitirmişdir. 1991-1993-cü illərdə Cenevrədə Avropa atom araşdırmaları mərkəzində Higgs booze üzərində çalışdı. Türkiyəyə döndükdən sonra İstanbulda Afrikalı qaçqınlarla yaşadı.
Aslı Güngör
Aslı Güngör (27 sentyabr 1979, İzmir) — türk musiqiçi, müğənni və bəstəkar. Aslı Güngör 27 sentyabr 1979-cu ildə İzmirdə dünyaya gəlib. İlk səhnə fəaliyyətinə tələbəsi olduğu Dokuz Eylül Universitetində tələbə olarkən başlayıb. 2007-ci ildə bəstələdiyi və sözlərinin özünə aid olduğu "Qəlb Qəlbə Qarşı" mahnısı Türkiyədə böyük marağa səbəb olub. İnternetdə qeyri-professional mahnı kimi səsləndirdiyi bu mahnı, türkiyəli musiqiçi Fərhad Köçərin diqqətini çəkir və mahnı haqqında Enbe Orkestrının rəhbəri Behzat Gerçeker ilə bu mahnını müzakirə edir. Nəticədə uğurlu bir duet ilə Aslı Güngörün musiqi karyerası başlayır. "Qəlb Qəlbə Qarşı" mahnısı qısa zaman ərzində Türkiyədə yayımlanan seriallarda və filmlərdə səsləndirilməyə başlayır və bunun nəticəsində Aslı Güngör 35-ci Qızıl Kəpənək Mükafatının, "Ən Yaxşı Qadın Sənətçi" nominasiyası üzrə qalib olur. Leqal olaraq 2008-ci ilə qədər "Qəlb Qəlbə Qarşı" mahnısı 1 milyon 150 min satış rəqəmi əldə edir. 2009-cu ilin yanvar ayının statistikasına görə "Aslı Güngör" albomu, albomda yer alan , "Qəlb Qəlbə Qarşı", "Eşq Hər Şeyə dəyər" və "Son Öpüş" mahnılarının sayəsində 2 milyon 700 min rəqəmsal satışla rekorda imza atır.
Daşlı
Daşlı (Laçın)
Daşlı (Kəleybər)
Daşlı (fars. داشلي‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Paşalı rayonu — indi Ermənistan adlanan respublikada rayon. Axtarma-Paşalı palçıq vulkanı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Paşalı (Dərələyəz) — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Daşlı (Eçmiədzin)
Daşlı — Eçmiadzin rayonunda kənd adı. 1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi qeyd olunmuşdur. Mənbədə kəndli Çinəxan kəndi yaxınlığında yerləşdiyi göstərilir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. 1728-ci ilə aid mənbədə "Reyhanlı camaatına məxsus Taşlu kəndi kimidir. 1968-ci ildə kənd ermənicə Daştəkar adlandırılmışdır. Erməni alimləri elə güman etmişlər ki, kəndin adındakı daş sözü (çünki hqiqətdə də yerli əhali içərisində kənd Daştı kimi də tələffüz olunmuşdur) fars dilindən erməni dilinə keçmiş dəşt "səhra", "düzən" sözündəndir.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir. Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.
Daşlı (Vedibasar)
Daşlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Vedi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən daş sözünə çoxluq mənası ifadə edən -lı şəkilçisinin qoşulması əsasında yaranıb. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daştakar («daşt» çöl, «kar» daş deməkdir) qoyulub. Kənddə 1831-ci ildə 84 nəfər, 1873-cü ildə 147 nəfər, 1886-cı ildə 135 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 238 nəfər, 1914-cü ildə 261 nəfər, 1916-cı ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar qovulmuş və xaricdən İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilməyə başlamışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Daşlı Çalğan
Daşlı Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Daşlı Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. Oykonim daşlı və Çalğan (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq ərazidə olan Çalğan kəndi" mənasındadır. Oykonimin birinci komponenti kəndi rayonun ərazisində olan Orta Çalğan kəndindən fərqləndirməyə xidmət etməklə yanaşı, kəndin ərazisini relyef cəhətdən təyin edir. Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisinin sayı 170 nəfərdir.
Frederik Passi
Frederik Passi (fr. Frédéric Passy; 20 may 1822[…], Paris – 12 iyun 1912[…], Nöyi-sür-Sen) — Fransız iqtisadçı. Barışa doğru mübarizəni fəal dəstəkləmiş, ilk Nobel Sülh Mükafatına (1901) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünanla birgə layiq görülmüşlər. Fransız Dövlət Şurası'nda nəzarətçi olaraq çalışdıqdan (1846-1849) sonra yazıları və konferanslarıyla müxtəlif iqtisadi islahatların reallaşdırılmasını müdafiə etməyə başladı. Bir çox xeyriyyə işinin təşkilatçılığında vəzifələndi. Yaxından tanıdığı ingilis iqtisadçılar Riçard Kobden və Con Braytın liberal fikirləri istiqamətində sərbəst ticarətin aktivlərindən oldu. Krım müharibəsi(1853-1856) əsnasında sülhün təmin edilməsi üçün cəhdlər etdi. 1867-ci ildə "Le Temps" jurnalında yayımlanan çağırışıyla Fransa və Prussiya krallığı arasındakı müharibənin qabağını aldı. Həmin il, sonradan Fransa Beynəlxalq Rəyçilər Dərnəyi olaraq bilinən Beynəlxalq Sülh Birliyini qurdu. Fransız-Alman müharibəsindən (1870-1871) sonra, Alsas-Lorrayna tərəfsizlik statusu verilərək müstəqilliyinin tanınmasını təklif etdi.
Ortakənd (Paşalı)
Ortakənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilir. Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir. Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Paskal Paoli
Filippo Antonio Paskal di Paoli (6 aprel 1725 – 5 fevral 1807, London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və mütərəqqi bir rəhbərlik yaradaraq, müxtəlif islahatlar həyata keçirmişdir. Korsikalıların Genuya qarşı müstəqillik uğrunda mübarizəsinin liderlərindən olan Giacinto Paolinin oğlu idi. 1739-cu ildə atası ilə Neapola sürgünə getmiş və orada hərbi akademiyada oxumuşdur. 1755-ci ildə Korsikaya qayıtdıqdan sonra Genuya tərəfdarlarını məğlub edərək hakimiyyəti ələ aldı. Avropa ölkələrindən daha demokratik bir konstitusiya tətbiq edərək, 9 il ərzində intellektual despotizm olaraq bilinən üsulla ölkəni idarə edərək əhəmiyyətli islahatlar həyata keçirmişdir. Hakimiyyəti dövründə qan ədavətini qadağan etdi, mədənçiliyi təşviq etdi, dəniz donanması və universitet qurdu. Bu vaxt Genuya ilə mübarizəni davam etdirdi və 1764-cü ildə Genuyanın müttəfiqi Fransa krallığına müharibə elan etdi. 1768-ci ildə Korsikanı satın alan Fransa adanı işğal edərək millətçiləri məğlub etdikdə (1769) İngiltərəyə qaçdı və 20 il III Georqdan aylıq götürərək Londonda yaşamışdır. Böyük Fransa inqilabı dövründə briqada generalı vəzifəsini icra edən Paoli 1790-cı ilin iyulunda Korsikaya qayıtdı.
Paşalı (Dərələyəz)
Paşalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk). 1728-ci ildən mə'lumdur Həmin mənbədə kənddə üç müsəlman (azərbaycanlı) kişinin yaşadığı göstərilir3 yanvar 1935-ci ildə adı dəyişdirilərək Əzizbəyov qoyulmuşdur. 8 iyul 1957-ci ildə adı ikinci dəfə dəyişdirilərək Zaritap qoyulmuşdur. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Paşalı (Meşkinşəhr)
Paşalı (fars. پاشالو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Paşalı rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Pyer Qasli
Pyer Qasli (fr. Pierre Gasly), 7 fevral 1996, Ruan, Normandiya) — Fransa avtoyarışçısı, Eurocup Formula Renault 2.0 çempionu (2013). Pyer 2006-cı ildə Fransız kartinq çempionatının kiçik sinfində karyerasına başlamış və 15-ci sırada iştirak etmişdir. 2007-ci ildə Qasli French Cadet Championship-ə getdi, ilk mövsümündə altıncı, 2008-ci ildə isə dördüncü yeri tutdu. 2010-cu ildə Pyer Fransız Avtomobil Birliyinin üzvü oldu və Avropa Çempionatı olan KF3 və WSK Euro Series-də çıxış etdi. 2011-ci ildə Pyer Fransız Formula-4-də — açıq təkərli avtomobillər sinfində debüt etdi. Sezonda yeddi dəfə podiuma çıxdı, onlardan üçü — 1-ci yer idi. Mövsümü üçüncü yerdə bitirdi. 2012-ci ildə Pyer Eurocup Formula Renault 2.0-a getdi, iki dəfə podiuma çıxaraq mövsümü 10-cu sırada tamamladı. Növbəti 2013-cü ildə artıq beş podium və üç qalibiyyətlə, Qasli seriyanın çempionu oldu.
Səlahəddin Paşalı
Səlahəddin Paşalı (2 fevral 1990, Bodrum, Muğla ili) — Türkiyə aktyoru. Paşalı 2 fevral 1990-da Muğla, Bodrumda anadan oldu. 14 yaşında Darüşşafaka İdman Klubuna transfer olmuşdur. İnfrstruktut müddətində komanda başçısı olmuşdur. Təhsilini Budapeştdə Sənət İdarəsi oxuyaraq bitirib. Sonra Craft Emalatxanada aktyorluq təhsili alıb. İlk aktyorluq karyerasına 2017-ci ildə Show TV-də verilən "Ürək Döyüntüsü" serialı ilə başladı. Sonra 2018-ci ildə "Bir Ümid Kifayət Edər" serialında rol aldı. 2019-cu ildə isə Kanal D-də verilən "Ləkə" serialında rol aldı. 2020-ci ildə baş rollarda Halit Ergenç və Ozan Güvenin olduğu "Babil" serialı ilə karyerasına davam etdi.
Volfqanq Pauli
Volfqanq Ernst Pauli (alm. Wolfgang Pauli‎, 25 aprel 1900, Vyana – 15 dekabr 1958, Sürix) — görkəmli Avstriya fiziki, 1945-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı. Volfqanq Pauli 1900-cü ildə Vyanada yəhudi mənşəli, lakin sonradan katolik dinini qəbul etmiş həkim və biokimya professoru Volfqanq Yozef Paulinin ailəsində anadan olmuşdur. Volfqanq Münhen universitetində Arnold Zommerfeldin sinfində oxumuşdur. Burada Zommerfeldin xahişi ilə 20 yaşlı Pauli ümumi nisbilik nəzəriyyəsinə həsr olunmuş „Fizika ensiklopediyasına" xülasə yazır və bu monoqrafiya indiyə qədər klassik əsər sayılır. Daha sonra o Göttingendə, Kopenhagendə, Hamburqda, Prinstonda (ABŞ) və Zürix ali elektrotexniki məktəbində (İsveçrə) dərs deyir. Paulinin adı ilə kvant mexanikasının bir çox fundamental anlayışları bağlıdır. O elementar hissəciklərin spini anlayışını elmə daxil etmiş və neytrinoların movcüdluğunu xəbər vermişdir. Pauli özünün "istisna prinsipi" – Pauli prinsipinə görə 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1958-ci ildə isə nüfuzlu Maks Plank medalı ilə təltif olunur.
Yaşlı Amca
Yaşlı Amca - 2012 -ci ildə rəqəmsal qeydlərə başlayan türk rok qrupu, vokal və ritm gitarasında Artun Özoğlu, gitarda və arxa vokalda Sarper Sonbay, bas gitarada Hüseyn Tosun və barabanda Barış Kutlunun olduğu Türk rock qrupu Alternativ rock,1980-ci illərdə yeraltı və müstəqil musiqi mədəniyyətlərindən yaranan və 1990-cı illərdə geniş populyarlıq qazanan rok musiqisinin bir alt növüdür. Yaşlı əmi,2015- ci ildə karyerasının ilk rəsmi əsəri olan "Sabaha Kadar" adlı EP -ni yayınladı. Daha sonra 2016 -cı ildə "Giderdi Hoşuma" və "Ve Ben" adlı iki single hazırladılar. 2017 -ci ildə qrup, tək işi ilə siqnallarını verdikləri "Axşam" albomu ilə pərəstişkarları ilə görüşdü. Albomdan sonra, 2018-ci ildə "Kafam karışık" və 2019-cu ildə "Anla Hain" və "Götürün beni" adlı daha iki singl yayınlandı. 2020-ci ildə qrupun öz adını daşıyan "Qoca Əmi" və "Kal Ki Adəta" albomları çıxdı. Son olaraq 2021 -ci ildə "Hoş" mahnısını yayınladılar.
İkinci Paşalı
İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı Hacıqabul rayonunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Paşalı (və ya Paşalıkənd) kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmış və İkinci Paşalı adlandırılmışdır. Keçmiş kəndin adı isə Birinci Paşalı kimi rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 725 nəfər əhali yaşayır. 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Ramazan Kaşlı
Ramazan Kaşlı (1969, Ağsaray ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Ramazan Kaşlı 1969-cu ildə Aksaray ilində anadan olub. Aksaray Ticarət Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışıb. 1978-ci ildən ayaqqabı biznesi ilə məşğul olur. 1999-2004-cü illərdə Aksaray Bələdiyyə Məclisinin üzvü olub. Uzun illərdir MHP üzvüdür. 2003-2009-cu illərdə MHP Aksaray ilçə sədri, 2016-2018-ci illərdə isə MHP Aksaray il sədri vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. İngiliscə bilir.
Ayaslı
Ayaslı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında, Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi qeyd edilmişdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir . Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Basdı
Bastı
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. Aşıq Əhməd Rüstəmov Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dağlı
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Kasnı
Kasnı (lat. Cichorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Acanthophyton Less.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Nazlı
Nazlı bu mənaları ifadə edə bilər: Nazlı (ad) Nazlı (film, 2017) — tammetrajlı bədii komediya janrlı Azərbaycan filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Nazlı mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri idi. Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çay.
Palıd
Palıd (lat. Quercus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir. Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır. Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Dadlı.az
Dadlı (Miyanə)
Dadlı (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 711 nəfər yaşayır (128 ailə).