SEVMƏLİ
SEYLON
OBASTAN VİKİ
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Seyf əl-Ərəb əl-Qəzzafi
Seyf əl-Ərəb əl-Qəddafi (21 iyul 1982, Tərabülüs əl-Qərb – 30 aprel 2011, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəddafinin yeddi oğlundan altıncısı. Liviya rəhbərinin bu oğlu haqda geniş məlumat yoxdur. Onun Almaniyanın Münhen Texniki Universitetində təhsil aldığı məlumdur. 2011-ci il Liviya iğtişaşları zamanı atası tərəfindən Benqazidəki üsyanı yatırtmaq üçün göndərildiyi, lakin burada üsyançıların tərəfinə keçdiyi bildirilir. 2011-ci il aprel ayının 30-da NATO qüvvələrinin bombardmanı nəticəsində 3 övladı ilə birgə həlak olmuşdur.
Seyf əl-İslam Müəmmər əl-Qəddafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyf əl-İslam Müəmmər əl-Qəzzafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyf ibn əl-Haris əl-Həmdani
Seyf ibn əl-Haris əl-Həmdani — Aşura günü Kərbəla döyüşündə şəhid. == Nəsil == Seyf ibn Haris (Haras) ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi. == Kərbəla döyüşündə == Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular. Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar." Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir." Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin." Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.
Adəm Seyfullayev
== Həyatı == Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cu ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir.
Amanda Seyfreyd
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amanda Seyfrid
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Araz Seyfullayev
Araz Elsevər oğlu Seyfullayev (28 may 2001, Masallı – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı qüvvələrində ki əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Seyfullayev 2001-ci il mayın 28-də Masallı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Seyfullayev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aşağı Seyfəddin (Bükan)
Aşağı Seyfəddin (fars. سيفالدين سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (26 ailə).
Aşağı Seyfəli
Aşağı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məşğul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır.
Aşağı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fərid Seyfullayev
Fərid Xeyrulla oğlu Seyfullayev (23 avqust 1991; Xaçmaz, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Seyfullayev 1991-ci il avqustun 23-də Xaçmaz şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Seyfullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacı Seyfəddin Bayat
Hacı Seyfəddin Bayat (?-?) — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, Nişapur əmirlərindən. == Həyatı == Hacı Seyfəddin Bayat Nişapur şəhərində anadan olmuşdu. Şah Sultan Hüseyn Səfəviyə xidmət etmişdi. Əfqanlar paytaxt İsfahanı aldıqdan sonra Nadir şah Qırxlı-Avşara qoşulmuşdu. Əfqanlara, osmanlılara və Böyük Moğollar imperiyasına qarşı vuruşmuşdu. "Aləm Ara-ye Naderi"yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi.
I Seyfəddin Qazi
I Seyfəddin Qazi (1100 - 1149)—Zəngilər sülaləsindən Mosul atabəyi, hökmdar. == Həyatı == 1146-cı ildə Caber qalasının fəthi zamanı İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud Zəngi və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi. Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu.
Kamran Seyfullazadə
Kamran Cəlal oğlu Seyfullazadə (14 yanvar 1999, Astara – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara şəhərində anadan olmuşdur. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə almışdır. == Hərbi xidməti == N saylı hərbi hissədə hərbi xidmətini başa vurmuşdur. Kamran İyul hadisələri zamanı hərbi komisarlığa gedərək könüllü cəbhəyə döyüşə getmək üçün yazılı ərizəsi ilə müraciət etmişdir. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanır. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmışdır. Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən danışıb. Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 5 noyabr 2020-ci ildə doğulduğu Astara şəhərində dəfn olunmuşdur.
Mehmed Seyfəddin Əfəndi
Mehmed Seyfəddin Əfəndi (22 sentyabr 1874 və ya 21 sentyabr 1874, Beşiktaş – 19 noyabr 1927 və ya 1927, Nitsa) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Seyfəddin Əfəndi 1874-cü ildə atası Sultan Əbdüləzizin səltənəti əsnasında Dolmabağça sarayında dünyaya gəldi. Anası isə onun beşinci xanımı Gövhəri xanım idi. 2 yaşında atasının taxtdan endirilməsi və şübhəli ölümünün ardından anası ilə birlikdə Fəriyə sarayında gözaltına alındı. Gənclik illəri bu sarayda nəzarət altında keçən Seyfəddin Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Şövkət Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Anasının 1894-cü ildə vəfatından sonra Sultan Əbdülhəmidin himayəsinə girdi. Donanmada hərbi təlim keçdi və yüksək rütbəyə gəldi. Digər yandan saray musiqisi ilə də yaxından məşğul olurdu və III Səlimdən sonra Osmanlı sülaləsinin ən məşhur ikinci bəstəkarı idi. Tamburi Cəmil bəy müəllimlərindən biri idi.
Qışlaq-i Seyfxanlı-i Do (Pərsabad)
Qışlaq-i Seyfxanlı-i Do (fars. قشلاق سيف خانلو2‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (7 ailə).
Qışlaq-i Seyfxanlı-i Yek (Pərsabad)
Qışlaq-i Seyfxanlı-i Yek (fars. قشلاق سيف خانلو1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 249 nəfər yaşayır (45 ailə).
Qışlaq-i Seyfəddin (Miyanə)
Qışlaq-i Seyfəddin (fars. قشلاق سيف الدين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (54 ailə).
Qışlaq-i Seyidlər-i Seyfullah (Biləsuvar)
Qışlaq-i Seyidlər-i Seyfullah (fars. قشلاق سيدلرسيف اله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti (QazATU) (qaz. С. Сейфуллин атындағы Қазақ агротехникалық университеті (ҚазАТУ)) — Orta və Şimali Qazaxıstanın ən böyük əkinçilik universiteti, Astana şəhərindəki ilk ali təhsil müəssisəsi. Müasir qazax ədəbiyyatının banisi Saken Seyfullinin adını daşıyır. == Tarixi == 3 oktyabr 1957-ci ildə SSRİ Nazirlər Soveti Akmolinsk şəhərində kənd təsərrüfatı institutunun təşkili barədə qərar qəbul etdi. Akmolinskdə ilk ali təhsil ocağının açılması qərarı, qaldırılmış bakirə torpaqda kənd təsərrüfatı istehsalının təşkili zərurətindən qaynaqlandı. Müvəqqəti baza olaraq instituta 4 saylı dəmir yolu məktəbinin (şəhər mərkəzi ilə stansiya arasında yerləşən) ərazisi, keçmiş üç illik kənd təsərrüfatı məktəbinə aid və iki kilometrdən 4,5 km məsafədə yerləşən binalar verildi. yataqxana üçün institutun əsas ərazisi ayrılmışdı . Universitetin həqiqi fəaliyyəti 22 fevral 1958-ci ildə Akmola Kənd Təsərrüfatı İnstitutunun ilk direktoru T.Q. Duxovun vəzifələrini icra etməsi ilə başladı. İnstituta 4.1 min kvadratmetr təhsil sahəsi və tələbələr üçün əsaslı təmir tələb olunan narahat binalar ayrıldı. Buna görə əsaslı təmirlə yanaşı, əsaslı santexnika və abadlıq işləri də aparıldı: istilik magistralları çəkildi və bütün binalar buxar isitmə sisteminə verildi, su təchizatı və yerli kanalizasiya xətti çəkildi, ərazi yaşıllaşdırıldı və əsas yollar asfaltlandı .
Seyfəddinrud (Həştrud)
Seyfəddinrud (fars. سيف الدين رود‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (23 ailə).
Seyfəddövlə Naxçıvani
Seyfəddövlə Naxçıvani (tam adı:Əmir Mahmud ibn Səncər ibn Abdullah ən-Naxçıvani) — dövlət xadimi == Həyatı == Tanınmış alimlər ailəsinə mənsub mənsub olub,Elxanilər dövründə (XIII əsr-XIV əsrlər) dövlət vəzifələrində çalışmışdır. Sahib divan Cüveyninin oğlu Bəhaəddin Cüveyni tərəfindən Kaşan şəhərinə hakim göndərilmiş, qardaşı Hinduşah Naxçıvanini 1275-ci ildə öz naibi təyin etmişdir.Naxçıvanin Hindişah və onun oğlu Məhəmməd Naxçıvanilərin inkişafında, elmə yiyələnmələrində mövqeyi yüksək olmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-437. ISBN 5-8066-1468-9.
Seyfəl-mülk (opera)
Seyfəl-mülk ― 1915-ci ildə Məşədi Cəmil Əmirov tərəfindən yazılmış opera. Librettosu Mirzə Əbdülqədir Vüsaqi tərəfindən yazılıb. Opera ilk dəfə 1915-ci ildə Gəncədə nümayiş etdirilib. Bir il sonra isə Tiflisdə Tiflis Opera Teatrında Sidqi Ruhullanın rejissorluğu ilə səhnəyə qoyulub. Burada rolları, Məcid Behbudov, Bülbül və Malıbəyli Həmid və digərləri ifa ediblər. Həmin dövrün afişalarına əsasən operanın dirijoru Məşədi Cəmil Əmirov olub. 1916-cı il ərzində opera təkcə Tiflisdə yox eləcə də Qafqazın digər şəhərlərində də səhnəyə qoyulub.
Seyfəl Həsənov
Seyfəl Həsənov (tam adı: Həsənov Seyfəl Həsən oğlu; 16 may 1955, Qusar, Azərbaycan SSR) — Azərbaycanda rusca-azərbaycanca və azərbaycan-rusca olan ilk sinxron tərcüməçilərdən biri kimi tanınır. == Həyatı == 1955-ci il mayın 16-da Qusar rayonunda anadan olmuşdur. 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri namizədi, dosentdir. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 2000 - 2004-cü illərdə yeni yaradılmış Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olmuşdur. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu (Universiteti) nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olmuşdur. 2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentidir.
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Seyfəli Rəfiyev
Seyfəli Musa Oğlu Rəfiyev (21 dekabr 1997; Siyəzən, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seyfəli Musa Oğlu Rəfiyev 1997-ci il dekabr ayının 21-də Siyəzən şəhərində dünyaya göz açıb. Təhsilini Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə almışdır. O, təhsil aldığı müddətdə dərslərində bir çox müvəffəqiyyətlər qazanmış və dərslərinə hər zaman hazırlıqlı olmuşdur. Seyfəlinin mərhəmətli ürəyində bir çox arzu və istəkləri olsa da ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq idi. Vətənpərvərliyini hələ o vaxt bəlli etdi ki, orta məktəbi bitirib məzun olduqdan sonra tələbə adını qazanmaq əvəzinə əsgər olmağı seçdi. 2016-cı il yanvar ayının 5-i həqiqi hərbi xidmətə çağrıldı. Canından çox sevdiyi vətənin keşiyində durmuş Seyfəlimiz komandirlərinin sevgisini qazanmış və bir neçə fəxri fərman alaraq iyul ayının 5-i xidmətini başa vuraraq geri dönmüşdür. Ermənlərin günahsız dinc əhaliyə etdiyi vəhşilikləri düşündükcə düşmənə olan kini qəzəbi daha da artırdı, əsgərlikdən dönməyi 1 il belə deyildi ki, Seyfəli Rəfiyev Bakı şəhərində Xüsusi Hərbi İxtisas Kurslarına qəbul olaraq snayper təhsili aldı. 2018-ci ildə yenidən hərbiyə qayıdaraq Maxe kimi Vətənə xidmətə dəvam etdi Seyfəli Rəfiyev "Kəşfiyyatçı Gizir" kimi bir çox uğurlar qazanmaqla yanaşı aprel döyüşlərində də qəhrəmancasına iştirak etmişdir Və həmin bu uşaq idi ki Qarabağ uğrunda gedən İkinci Qarabağ müharibəsində qızğın döyüşlər zamanı böyük rəşadət göstərərək qəhrəmancasına Füzuli rayonunda şəhid oldu.
Seyfəli bəy Baharlı
Seyfəlikəndi (Bicar)
Seyfəlikəndi (fars. سيف علي كندي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 225 nəfər yaşayır (53 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.

Digər lüğətlərdə