Sumatra
Suraxanı
OBASTAN VİKİ
Sumqayıt
Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Köhnə Corat, Yeni Corat, Novxanı, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və sayı 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir. == Toponimi == "Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya var. === "Sum qayıt" əfsanəsi === Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir: — Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam! Sum karvandan aralanıb gedir, lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır: — Sum, qayıt! Sum, qayıt!
Stansiya Sumqayıt
Stansiya Sumqayıt — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri. == Təhsil == Bu ərazidə 43 nömrəli tam orta məktəb yerləşir.
Sumqayıt-2
Sumqayıt (1971)
== Məzmun == "SSRİ-də 10 dəqiqə" seriyasından olan bu film kimyaçılar və metallurqlar şəhəri, alimlər şəhəri haqqındadır. Sumqayıt SSRİ-dən çox-çox uzaqlarda da tanınır. O, şəhərdə baş verən böyük dəyişiklikləri şərh edir. Tamaşaçılar filmdə həm şəhərlə, onun sənaye obyektləri ilə, həm də buranın sakinləri, onların məişəti və istirahəti ilə tanış olurlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Nəbi Xəzri Operator: Seyfulla Bədəlov, Teyyub Axundov Bəstəkar: Əziz Əzizov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sumqayıt (1975)
Sumqayıt (albom)
Sumqayıt — "Yuxu" qrupunun ikinci studiya albomu. Uzelli Müzik vasitəsilə 1994-cü ildə yayımlanmışdır. Albom 11 mahnıdan, həmçinin 1 dəqiqəlik "Bayatı Şiraz" adlı giriş və çıxış instrumentalından ibarətdir. == Mahnı siyahısı == == Heyət == İbrahim Emin — bass gitara Cəsur Nemətov — vokal Namiq Nağdəliyev — gitara Çingiz Eyvazov — zərb alətləri Sezən Koroğlu (türk. Sezen Köroğlu) — klavişli alətlər İsmayıl Uzəlli (türk.
Sumqayıt (dəqiqləşdirmə)
Sumqayıt (film, 1971)
Sumqayıt (qəzet)
"Sumqayıt" (1952-1990-cı illər aralığında "Sosialist Sumqayıtı") — Sumqayıtda nəşr olunan şəhər qəzeti. == Tarixi == "Sosialist Sumqayıtı" qəzetinin çox maraqlı yaranma tarixçəsi var. 1952-ci ilin dekabr ayının axırlarında Sumqayıt metallurqları ilk boru istehsal edib Bakı neftçilərinə göndərdilər. Bu respublikada böyük bir hadisəyə səbəb oldu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov bu münasibətlə hamını, ilk növbədə sumqayıtllıarı təbrik etdi və çıxışında belə bir ifadə işlətdi ki, "Sumqayıtda artıq qəzet nəşr olunur." Həqiqətdə isə Sumqayıtın öz mətbu orqanı yox idi. Amma söz Bağırovun ağzından çıxmışdı. Deməli, qəzet də nəşr olunmalı idi. Mərkəzi Komitənin ideologiya üzrə katibi təcili Sumqayıt şəhər partiya komitəsinin birinci katibini və respublikanın bir neçə tanınmış jurnalistlərini bir yerə toplayır və deyir: "Nəyin bahasına olursa-olsun, qəzet sabah Bağırovun stolunun üstünə qoyulmalıdır." Bütün günü, gecə və gündüz işləyirlər və qəzeti səhər saat 6-da çapa verirlər. Ertəsi gün qəzet Bağırovun stolunun üstünə qoyulmuşdu. Bu "Sosialist Sumqayıtı" qəzeti idi.
Sumqayıt FK
Sumqayıt FK — və ya digər adı ilə Sumqayıt Futbol Klubu. Azərbaycan Premyer Liqasında Sumqayıt şəhərini təmsil edən peşəkar futbol klubudur. == Tarixi == Sumqayıt futbol klubu 2010-cu ildə yaranıb. Həmin mövsüm komanda Azərbaycan Birinci Liqasında mübarizə aparır və 3-cü yeri tutur. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi bunu müsbət qarşılayıb. Buna əsas səbəb I divizionda 2010/2011 mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina etməsi olmuşdur. Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada mübarizə aparacaq. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalanıb. 2011-ci il oktyabrın 30-da Sumqayıt FK AZAL-la görüşdə 2:1 qalib gələrək ilk ev qələbəsini qazanıb. 9 mart 2018-ci il tarixindən etibarən Müşahidə Şurasının qərarına əsasən Riad Rəfiyev klubun prezidenti təyin olunub.
Sumqayıt bulvarı
Sumqayıt bulvarı — Sumqayıt şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 2016-cı ildə yaradılmışdır. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin iyulunda Sumqayıta səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır". == Ərazisi == Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur. Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Sumqayıt bələdiyyələri
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sumqayıt bələdiyyəsi

Sumqayıt dolması
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Sumqayıt funikulyoru
Sumqayıt hadisələri
Sumqayıt hadisələri (1963)
Sumqayıt idmanı
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı. Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu. == SSRİ dövründə == İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır. Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır. 1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü hokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı. == Müstəqillik dövründə == Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.
Sumqayıt kanyonu
Sumqayıt kanyonu və ya Sumqayıtçay kanyonu — Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi. Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur. Şamaxı, Abşeron və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür. Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır. == Ölçüsü == Kanyonun hündürlüyü və eni axdığı ərazidən asılı olaraq dəyişir.
Sumqayıt küçəsi
Sumqayıt küçəsi (ukr. Сумгаїтська вулиця) — Ukraynanın Çerkassi şəhərində küçə. Sumqayıt küçəsi (rus. Сумгаитская улица) — Rusiya Federasiyasının Həştərxan vilayətinin Həştərxan şəhərində küçə. Sumqayıt küçəsi (ukr. Сумгаїтська вулиця) — Ukraynanın Xarkov şəhərinin Şevçenkovskiy rayonunda küçə. Sumqayıt metallurqları küçəsi (rus. Сумгаитских Металлургов) — Gürcüstanın Rustavi şəhərində küçə.
Sumqayıt tramvayı
Sumqayıt tramvayı — Azərbaycanın Sumqayıt şəhərində 11 mart 1959-cu ildən 2003-cü ilin iyul ayına kimi fəaliyyət göstərən ictimai nəqliyyat növü. Əsas istifadə edilən tramvay modeli KTM5 olmuşdur.
Sumqayıt trolleybusu
Sumqayıt trolleybusu — Sumqayıt şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Sumqayıt trolleybusu 8 xəttən ibarət olmuşdur. 28 aprel 1961-ci ildə istifadəyə verilmişdir. Şəhərdə bu nəqliyyat növü üç dəfə fəaliyyətini dayandırmış və yenidən fəaliyyət göstərmişdir. 1 yanvar 2006-cı ildə hərəkət tamamən dayandırılır. Son illər yalnız bir maşrut № 6 «Ticarət mərkəzi — Mikrorayonlar» hərəkət edirdi. Maşrutların ümumi uzunluğu 48.9 km olmuşdur. Parkda istifadə edilən trolleybus markaları: МТB-82, Şkoda-9tr, ZİU-5, ZİU-9. == Həmçinin bax == Gəncə trolleybusu Naxçıvan trolleybusu Mingəçevir trolleybusu Bakı trolleybusu == Mənbə == K. Klimot. Elektonəqliyyat naqdauna getdi.
Sumqayıt çimərliyi
Sumqayıt çimərliyi — Sumqayıt şəhərinin Xəzər dənizi boyunca uzanan sahil xəttində yerləşən çimərlik. Çimərlik Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusi ilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Sumqayıt İES
Sumqayıt İES (tam adı: Sumqayıt İstilik Elektrik Stansiyası) — Sumqayıt şəhərində 2009-cu ildə istismara verilmiş qaz-buxar turbin tipli istilik elektrik stansiyası. İstilik elеktrik stаnsiyаsının gücü 525 MVt, illik enerji istehsalı 4150 mln.kvt.s, şərti yanacaq sərfi 234 qr/kvt.s təşkil еdir.
Sumqayıt şəhəri
Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Köhnə Corat, Yeni Corat, Novxanı, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və sayı 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir. == Toponimi == "Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya var. === "Sum qayıt" əfsanəsi === Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir: — Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam! Sum karvandan aralanıb gedir, lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır: — Sum, qayıt! Sum, qayıt!
Şirvan (Sumqayıt)
Şirvan — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Sumqayıt rayonu

Gənclərbirliyi Sumqayıt FK
Gənclərbirliyi futbol klubu — 2003-cü ildə Sumqayıt şəhərində yaradılmış futbol klubu. Klub 2008-ci ildə fəaliyyətini dayandırıb. Müxtəlif vaxtlarda 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrı

Kolxoz bazarı (Sumqayıt)
Kolxoz bazarı — Sumqayıt şəhərində mövcud olmuş ən böyük ticarət mərkəzlərindən biri. SSRİ dövründə kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımış və bazar Mais adlı başqa bir iş adamına verilmişdir. Lakin 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtmışdır. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb, onun yerində böyük ticarət mərkəzini – "Karvan"ı tikdirmişdir.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu — Azərbaycanın Sumqayıt şəhərində stadion. Azərbaycanda dördüncü ən böyük stadiondur. Stadion Sarıqayabaşı burnu ərazisində yerləşir. == Tarixi == Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi. M. Hüseynzadə adına stadionda ilk oyun SSRİ çempionatının "B qrupu"nda çıxış edən Sumqayıtın "Polad" komandası ilə Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş "Gənclər şəhəri" təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Həmin qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub. Stadionun proyektini "Az Dövlət Proyekt" şirkəti verib. O.M. İsayev və Y.P. Tolstonoqov arenanın arxitektorları olub.
Mikayıl Müşfiqin büstü (Sumqayıt)
Mikayıl Müşfiqin büstü — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru, repesisya qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) şərəfinə ucaldılmışdır. Abidə 1993-cü ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, 34 nömrəli tam orta məktəbın qarşısında qoyulmuşdur. Abidənin postamenti ağ rəngdədir.
Nizami Gəncəvinin heykəli (Sumqayıt)
Sumqayıtda Nizami meydanının mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur.
Nizami meydanı (Sumqayıt)
Nizami meydanı — Sumqayıt şəhəri ərazisində yerləşən meydan. Meydan dahı Nizami Gəncəvinin adını daşıyır. 2007-ci ildə Nizami küçəsinin başlanğıcında yaradılmışdır. Meydanım inşa işlərinə 2007-ci ilin əvvəlində başlanmışdır. Meydanın uzunluğu 188 metr, ümumi sahəsi 6300 m²-dir. Meydan Sülh küçəsi ilə Nizami küçələrini birləşdirir. Hər iki tərəfdən ticarət obyektləri ilə əhatələnmişdir. Meydanın mərkəzində Nizami Gəncəvinin heykəli ucaldılmışdır. Abidə 3,9 metr hündürlüyə malikdir. Tuncdan hazırlanan heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur.
Nəriman Nərimanovun büstü (Sumqayıt)
Nəriman Nərimanovun büstü — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.
Qara Qarayev adına Uşaq Musiqi Məktəbi (Sumqayıt)
Serafim Sarovski məbədi (Sumqayıt)
Serafim Sarovski kilsəsi(rus. Храм преподобного Серафима Саровского) — Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası tabeliyində kilsə. Kilsənin Baş keşişi İyerey Rostislav Şahvələdovdur. Sumqayıt sakinləri tərəfindən Rus kilsəsi adıyla tanınan məbəd Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 24/5, mənzil 18 ünvanında yerləşir.
Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. == Tarixi == Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Sosialist Sumqayıtı (qəzet)
"Sumqayıt" (1952-1990-cı illər aralığında "Sosialist Sumqayıtı") — Sumqayıtda nəşr olunan şəhər qəzeti. == Tarixi == "Sosialist Sumqayıtı" qəzetinin çox maraqlı yaranma tarixçəsi var. 1952-ci ilin dekabr ayının axırlarında Sumqayıt metallurqları ilk boru istehsal edib Bakı neftçilərinə göndərdilər. Bu respublikada böyük bir hadisəyə səbəb oldu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov bu münasibətlə hamını, ilk növbədə sumqayıtllıarı təbrik etdi və çıxışında belə bir ifadə işlətdi ki, "Sumqayıtda artıq qəzet nəşr olunur." Həqiqətdə isə Sumqayıtın öz mətbu orqanı yox idi. Amma söz Bağırovun ağzından çıxmışdı. Deməli, qəzet də nəşr olunmalı idi. Mərkəzi Komitənin ideologiya üzrə katibi təcili Sumqayıt şəhər partiya komitəsinin birinci katibini və respublikanın bir neçə tanınmış jurnalistlərini bir yerə toplayır və deyir: "Nəyin bahasına olursa-olsun, qəzet sabah Bağırovun stolunun üstünə qoyulmalıdır." Bütün günü, gecə və gündüz işləyirlər və qəzeti səhər saat 6-da çapa verirlər. Ertəsi gün qəzet Bağırovun stolunun üstünə qoyulmuşdu. Bu "Sosialist Sumqayıtı" qəzeti idi.
Spark (Sumqayıt Park)
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. == Tarixi == Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. == Üzvləri == === İlkin tərkibi === Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri === Sonrakı üzvləri === Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara == Fəaliyyətləri == Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Standard Sumqayıt FK
"Standard" futbol klubu — Bakı şəhərində yaranmışdır. Bu komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Komandanın adı daha sonra "Standard Bakı" adlandırılıb. 2009/10 mövsümünün yekunlarına əsasən komanda "Karvan"la birlikdə Premyer Liqanı tərk etdi. Lakin klub 1.ci Divizyonda iştirakdan imtina etdi və fəaliyyətini dayandırdı. Futbolçulara isə azad agent statusu verildi. Sumqayıt klubunun baş məşqçisi Valdas İvanauskasın istefaya göndərilməsi qərara alınıb. Litvalı mütəxəssisi müvəqqəti olaraq Elbrus Məmmədov əvəz edib. Son olaraq Sumqayıt təmsilçisinə bundan sonra Böyükağa Hacıyev başçılıq edib. == 2009/2010 mövsümünün iştirak ərizəsi == Qapıçı 12.
Sumqayıt-2 FK
"Sumqayıt-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sumqayıt" futbol klubunun əvəzedicilərdən ibarət komandası. == Tarixi == Hal-hazırda Azərbaycan Əvəzedicilər Liqasında mübarizə aparır. 2024-cü il oktyabrın 15-də Tural Rzayev Sumqayıt-2 FK-nın baş məşqçisi təyin olunub. Köməkçisi isə "Sumqayıt"ın 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmış Hikmət Hüseynovdur.
Sumqayıt-Abşeron seçki dairəsi
Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı
Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı — Aslan İsmayılovun 1988-ci ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində baş verən hadisələrdən bəhs edən tarixi-didaktik əsəri. Kitabın azərbaycanca və türkçəsinin və kitabın saytının təqdimat mərasimi 26 may 2010-cu ildə bir tədbirlə baş tutmuşdur. Kitabı türk dilinə Elmira Məmmədova tərcümə etmişdir. 2011-ci ildə kitab Vaqif İsmayıl və Vüsal Kazımlı tərəfindən ingilis dilinə tərcümə olunaraq nəşr olunub. Kitabın yeni nəşrinin təqdimatı isə 29 fevral 2013-cü ildə tarixçi Cəmil Həsənlinin də qonaq olduğu tədbirlə baş tutmuşdur. == Məzmun == Kitabda müəllif Aslan İsmayılovun 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror kimi bu faciə ilə bağlı görüb-eşitdikləri qələmə alınıb. Aslan İsmayılov kitab və onun süjeti haqda belə demişdir: Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == Aslan İsmayılov Sumqayıt hadisələri (1988) == Xarici keçidlər == Rəsmi saytı (az.) (ing.) (rus.) Kitabı yüklə (az.) Aslan Ismayilov. "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı kitabının təqdimatı. 26.05.2010" ( (az.)). YouTube.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.